Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-165/2024 15.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı “əmlak tələbi” barədə barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X4 qarşı “əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 1940 (min doqquz yüz qırx) ədəd çolpanın, çolpaların qaytarılması mümkün olmadıqda onların dəyəri olan 9700 (doqquz min yeddi yüz) manat məbləğində pulun, çolpaların daşınması üçün cavabdehin əvəzinə daşıma xərci olaraq ödənilmiş 140 (yüz qırx) manat məbləğində pulun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 noyabr 2022-ci il tarixdə X1 Turan Qəzənfər oğlundan 9700 manat dəyərində 1940 ədəd çolpa almışdır. Həmin çolpaları alarkən Cavabdeh 9700 manat məbləğində pulu 15 dekabr 2022-ci il tarixə kimi ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh həmin çolpaları alarkən aldığı malların daşınması üçün maşına verəcəyi 140 manat məbləğində pulu da iddiaçıdan almışdır. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq Cavabdeh aldığı malların dəyərini ödəməmişdir. İddiaçı Cavabdeh dəfələrlə pulunu qaytarmasını bildirsə də, o, hər dəfə müxtəlif bəhanələr ilə bundan imtina etmişdir. İddiaçı bundan sonra Quba Rayon Polis Şöbəsinə müraciət etmiş, cinayət işinin rədd edilməsi barədə 19 fevral 2023-cü il tarixli qərarla Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Cavabdeh öz izahatında iddiaçıdan 9700 manat məbləğində 1940 ədəd çolpa götürdüyünü etiraf etmişdir. Göründüyü kimi, Cavabdeh təqsirli əməlləri nəticəsində iddiaçıya ziyan dəymişdir. İddiaçı dəfələrlə cavabdehdən ona məxsus çolpaları və ya pulunu istəsə də, o müxtəlif bəhanələr ilə bundan imtina etmişdir. Hazırda cavabdehin iddiaçıya aldığı malların dəyəri olaraq 9700 manat və yük daşıma üçün ödədiyi 140 manat olmaqla, cəmi 9840 manat məbləğində borcu vardır. Cavabdehlə aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll etmək cəhdləri nəticəsiz qalmışdır. Belə ki, cavabdehə göndərdiyi pretenziya cavabsız qaldıqdan sonra iddiaçı qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasından keçmək üçün mediasiyaya müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediator tərəfindən 20 dekabr 2023-cü il tarixli arayış təqdim edilmişdir. Ona görə də, cavabdehin qanunsuz əməllərinə son qoyulması və pozulmuş hüquqlarının bərpası üçün İddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 28 fevral və 18 mart 2024-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak etmiş cavabdeh X6 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı 2020-ci ildə dövriyyə üçün maddi vəsaiti olmadığını bildirərək ondan 8000 manat pul istəmiş, əvəzində 40 günlük çolpaları ona maya dəyərinə verəcəyini, toyuqlar böyüyənədək saxlanılmasına nəzarət edəcəyini bildirmiş, onların tələb olunan yemlə, dərmanla və s. ilə təminatını, yumurtadan kəsilən toyuqların satışını öz üzərinə götürmüşdür. O, İddiaçı aprel ayının axırlarında ona çolpa vermək şərti ilə 2020-ci ilin fevral ayında 8300 manat nağd pul vermişdir. Lakin İddiaçı müxtəlif bəhanələrlə işi yubadaraq ona həmin ilin iyul ayında 2300 ədəd 44 günlük cücə vermiş, əvəzində isə onun verdiyi 8300 manat puldan 4000 manatını çıxmışdır. Qalan 4300 manata isə yem verməli olduğu halda İddiaçı sözünə əməl etməmişdir. Həmin cücələr yumurtadan çıxanadək çox problemlər olmuş, buna görə də, cücələrin böyük əksəriyyəti xəstələnib ölmüşdür. Bu barədə İddiaçı zəng edib məlumat versə də, cavabdeh 6 ay ərzində bir dəfə də gəlib maraqlanmamışdır. Baytarlarla əlaqə saxladıqda ona məlum olmuşdur ki, İddiaçı ona damazlıq adı ilə verdiyi cücələr əslində ətlik üçün yetişdirilmiş, eyni zamanda damazlıq üçün saxlanılan cücələrə fərqli vaksin vurulduğu halda onun saxladığı cücələrə heç bir vaksin vurulmamışdır. Buna görə də o, baytar məsləhəti ilə İddiaçı verdiyi 300 xoruzu öz ziyanına sataraq Ucar rayonundan yeni xoruzlar gətirmiş, lakin yenə də itkilərlə üzləşmişdir. İddiaçı razılışmanın şərtlərini yerinə yetirməməsi nəticəsində saxlamaq mümkün olmadığından yetişdirilməsi 20 manata başa gələn toyuqları o, 5-7 manata satmağa məcbur olmuşdur. O, bankdan 76000 manat kredit alaraq 8300 manatını İddiaçı vermiş, qalanı ilə böyük ferma tikmiş, əlavə toyuqlar almışdır. Lakin o, bu işdən gəlir əldə edə bilmədiyi üçün aldığı krediti də başqa işlə məşğul olaraq ödəyir. Bundan başqa o, İddiaçı 2022-ci ilin noyabr ayında birinin qiyməti 5 manat olmaqla 1940 ədəd çolpa almış, lakin fermaya gedəndə çolpaların xəstə olduğunu bilmiş, iddiaçının məsləhəti ilə quşlara dərman versə də, bunun heç bir nəticəsi olmamış və quşlar tələf olmuşdur. O, 2022-ci ili noyabr ayında aldığı çolpaların dəyəri olan 9700 manat puldan təxminən 2023-cü ilin fevral-mart ayında 5000 manat və 3000 manat olmaqla, ümumilikdə 8000 manat ödəniş etmişdir. Bundan başqa o, İddiaçı 1000 manat dəyərində elektrik generatoru vermişdir. Onun İddiaçı borcu qalmamışdır. Lakin cavabdeh X6 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan səs yazılarını tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı X3 aldığı 1940 ədəd çolpanın dəyəri olan 9700 manat pulun ödənilməməsi ilə bağlı Quba Rayon Polis Şöbəsinə müraciət etmiş, X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin araşdırma zamanı X6 verdiyi izahatında 27 noyabr 2022-ci il tarixdə Alibek Turandan birini 5 manatdan 1940 ədəd, ümumilikdə 9700 manat dəyərində çolpa götürdüyünü, pulu olmadığından çolpaları aparmaq üçün avtomobilin pulunu da, yəni 140 manatı İddiaçı tərəfindən verildiyini, çolpaların ödənişini 15 dekabr 2022-ci il tarixdə edəcəyini və ona dəymiş ziyanı çıxacağını bildirmişdir. İşləri yaxşı olmadığından o, İddiaçı pulunu vaxtında qaytara bilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və İddiaçı ilə cavabdeh X6 arasında 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar-fevral aylarında aparıldığı bildirilən danışıqları özündə əks etdirən səs yazıları ilə müəyyən olunmuşdur ki, danışıqlar zamanı X1 Turan Qəzənfər oğluna borcunun olmasını etiraf etmiş və borcunu ödəyəciyini bildirmişdir. Cavabdehin yazılı vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ifadəsində İddiaçı ilə X6 arasında alqı-satqı olması faktını təsdiq etmiş, Quba Rayon Polis Şöbəsində araşdırma aparıldıqdan sonra X3 İddiaçı vermək üçün ondan pul istədiyini və X4 2023-cü ilin təxminən aprel-may ayında birinci dəfə 5000 manat, ikinci dəfə 3000 manat olmaqla, cəmi 8000 manat pul verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında şifahi alqı-satqıdan irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh X4 cəmi dəyəri 9700 manat olan 1940 çolpa vermiş, Alibek Kurbanov isə öz növbəsində çolpaların dəyərini aralarında razılaşdırılmış müddət ərzində ödəyəcəyini bildirmiş, lakin o, öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. X6 izahatında İddiaçı birinin qiyməti 5 manatdan olmaqla 1940 ədəd çolpa almasını, eyni zamanda həmin çolpaların daşınması üçün daşınmaq haqqını və fəhlələrin pulunu da iddiaçının ödədiyini bildirmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh polis şöbəsində araşdırma aparıldıqdan sonra iddiaçıya 8000 manat pul verdiyini qeyd etsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin yazılı vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ifadəsində X3 İddiaçı vermək üçün ondan pul istədiyini və cavabdehə iddiaçıya vermək üçün 8000 manat verdiyini bildirsə də, bu ifadənin 1940 ədəd çolpanın dəyəri olan pul vəsaitinin İddiaçı verilməsinin təsdiqi kimi qiymətləndirilməsi mümkün deyil. İddiaçı 1940 ədəd çolpanın dəyərindən ona hər hansı məbləğdə pul ödənilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan X2 1940 (min doqquz yüz qırx) ədəd çolpa alınaraq İddiaçı qaytarılmalı, çolpaların qaytarılması mümkün olmadıqda çolpanın biri 5 (beş) manatdan hesablanmaqla onların dəyəri olan cəmi 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul vəsaiti cavabdeh X2 alınaraq İddiaçı verilməlidir. Eyni zamanda çolpaların daşınması üçün İddiaçı tərəfindən ödənilmiş 140 (yüz qırx) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 20 dekabr 2023-cü il tarixli MŞQ/MT-027/2023-01991 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mediatora ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də, cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 1940 (min doqquz yüz qırx) ədəd çolpa alınaraq İddiaçı qaytarılmalı, çolpaların qaytarılması mümkün olmadıqda çolpanın biri 5 (beş) manatdan hesablanmaqla onların dəyəri olan cəmi 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul vəsaiti cavabdeh X2 alınaraq İddiaçı verilməlidir. Eyni zamanda çolpaların daşınması üçün İddiaçı tərəfindən ödənilmiş 140 (yüz qırx) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbi üzrə hesablanmış 117 (yüz on yeddi) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 87 (səksən yeddi) manat məbləğində pul vəsaiti (117-30=87 manat) Cavabdeh X2 dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X2 1940 (min doqquz yüz qırx) ədəd çolpa alınaraq İddiaçı qaytarılsın. Çolpaların qaytarılması mümkün olmadıqda çolpanın biri 5 (beş) manatdan hesablanmaqla onların dəyəri olan cəmi 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul vəsaiti cavabdeh X2 alınaraq İddiaçı verilsin. Çolpaların daşınması üçün İddiaçı tərəfindən ödənilmiş 140 (yüz qırx) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X2 tutularaq İddiaçı ödənilsin. Cavabdeh X2 dövlət nəfinə 87 (səksən yeddi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-165/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-165/2024
15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver