Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-805/2025 14.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 77127 manat (yetmiş yeddi min yüz iyirmi yeddi) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Göyçay şəhərində özünə məxsus VAZ ehtiyat hissələri satışı ilə məşğul olan AVTO-700 adlı mağazası var. Cavabdeh həmin mağazadan nisyə avtomobil ehtiyat hissələri və mağazanın Sumqayıt şəhərində yerləşən anbarından nisyə avtomobil yağları, akkumlyator, antifriz alaraq respublikaının müxtəlif rayonlarında satışını həyata keçirmiş və aldığı puldan həm özünə qazanc götürmüş, həm də İddiaçı aldığı malların pulunu geri qaytarmaq öhdəliyi götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş və 2023-cü ilin yanvar qədər mağazanın Sumqayıtda yerləşən anbarından 54830 (əlli dörd min səkkiz yüz otuz) manat dəyərində yağın, antfirizin və akkumlyatorun və Göyçay rayonunda yerləşən mağazadan aldığı 22297 (iyirmi iki min iki yüz doxsan yeddi) manat dəyərində avtomobil ehtiyat hissələrinə görə qalıq 77127 (yetmiş yeddi min yüz iyirmi yeddi) manat məbləğində borcu qalmışdır. İddiaçı cavabdehdən öhdəliyini həyata keçirməyi tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmış, bununla bağlı iddiaçı tərəfindən Göyçay rayon Polis şöbəsinə müraciət edilmiş və araşdırma aparılaraq cinayət işinin başlanmasınn rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda cavabdehin iddiaçıya 77127 (yetmiş yeddi min yüz iyirmi yeddi) manat borcu vardır və həmin borcu ödəmir. Cavabdeh tərəfindən öhdəliyin icra edilməsi tələbi ilə ona 14 dekabr 2024-cü il tarixli pretenziya göndərilmiş, lakin həmin məktuba bu günə qədər cavab verilməmiş və cavabdeh tərəfindən borc məbləğindən heç bir məbləğ ödənilməmişdir. Məhkəmə baxış iclaslarında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə baxış iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, bildirmişdir ki, Cavabdeh topdan satış qiymətinə, yəni satış qiymətindən 10-15 % aşağı qiymətə yağ, antifriz, müxtəlif avtomobil ehtiyat hissələrini vermişdir. Cavabdeh ondan topdan satış qiymətinə aldığı ehtiyat hissələrinin üzərinə 5-10 % əlavə edərək öz müştərilərinə satmışdır. O, Cavabdeh yağ, antifriz, müxtəlif avtomobil ehtiyat hissələrini hansı mağazalara verməsi ilə bağlı heç bir tapşırıq verməmiş, cavabdeh özü kimə istəmiş, ona da satmışdır. Cavabdeh ona ümumilikdə 77127 manat məbləğində borcu var, buna dair qaimə fakturalar mövcuddur, lakin həmin qaimə fakturalar Cavabdeh tərəfindən imzalanmamışdır. Cavabdeh şəxsi ehtiyacları üçün xərclədiyi 76000 manat pul məbləğindən onun məlumatı olmamış, çünki həmin məqsədlə xərclənən pulu cavabdeh özü qarşılamalı idi. Məhkəmə baxış iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, iddia ərizəsində göstərilən məbləğdə malın cavabdehdə olduğunu təsdiq edən heç bir mötəbər sübut yoxdur. Tərəflər arasında mülki hüquqi öhdəlik və ya maddi məsuliyyət xarakterli heç bir müqavilə olmamışdır. Ona görə də öhdəlik münasibətlərinin yaranma əsasları yoxdur. Cinayət işinin başlanılmasından rədd qərarında da qeyd olunduğu kimi iddiaçı özü deyib ki, Cavabdeh malların dükandan yığılmasında ona kömək etməmişdir. Bu sübut edir ki, iddiaçı malların mağazalarda olduğunu bilir. Cavabdeh malları iddiaçının müəyyən etdiyi yerlərdə və onun müəyyən etdiyi faizlərlə uyğun mağazalara vermiş, tapşırığı yerinə yetirmişdir. Cavabdeh vəzifəsi malları daşıyıb kuryerlik etmək olmuşdur. Mallar iddiaçıya məxsus olub. Mülkiyyət hüququ iddiaçının olduğundan malları mağazalardan özü tələb etməlidir. Cavabdeh iddiaçının qeyri-rəsmi işçisi olmuşdur. İddiaçının oğlu da 32000 manat məbləğində malın mağazalarda olduğunu və 11000-12000 manat məbləğində malın mağazalardan yığıldığını etiraf etmiş və bunu sübut edən səs yazıları və danışıqlarla bağlı materiallar diskdə məhkəməyə təqdim olunmuşdur. Mağazalarda qalan mallar da təxminən 20000 manat dəyərindədir. Cavabdeh nisyə verilmiş avtomobil ehtiyat hissələrinin pulunun tutulması isə absurd haldır. Ali Məhkəmənin bu kimi işlərdə olan mövqeyinə görə, işçi ilə işəgötürən arasında maddi məsuliyyət müqaviləsi olmalıdır ki, Cavabdeh öhdəliyi yaransın. Məhkəmə baxış iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçının işçisi olmuş, lakin onunla rəsmi müqavilə bağlanmamışdır. O, təxminən 2020-2023-cü illər ərzində İddiaçı məxsus malları onun müəyyən etdiyi faizlərlə mağazalara vermişdir. Qazancı ilk əvvəl satılan malların gəlirinin 5 faizindən ibarət idi. Sonradan həmin məbləğ 9 faizə kimi qaldırılmışdır. Malların qiymətlərini İddiaçı özü müəyyənləşdirmişdir. O, sadəcə satışa müvafiq faizlər almışdır. İddiaçı yalnız maşının təmir xərclərini vermiş, otel və yemək xərclərini, sürücünün maaşını isə o özü ödəmişdir. O, maşına çəkilən xərclər, sürücünün maaşı da daxil olmaqla şəxsi xərclər üçün ümumilikdə 75000-76000 manat pul xərcəmişdir. Onun iddiaçıya borcu qalmamışdır. O, yalnız müştəri mağazalarda olan nisyə pulları təhvil verə bilməmiş, yerdə qalan pullar isə iddiaçı ilə razılaşdırdığı şəxsi xərclər üçün, yəni maşının benzini, təmiri, sürücünün maaşı, otel və yemək xərcləri və s. üçün xərclənən məbləğlər olmuşdur. Şəxsi ehtiyacları üçün xərclədiyi həmin 76000 manatdan iddiaçının məlumatı olmuş, bununla bağlı aralarında razılıq olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, şahid ifadələrini, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Göyçay rayon Polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh ondan götürdüyü 79677 manat dəyərində müxtəlif avtomobi ehtiyat hissələrinin dəyərini ödəməməsi ilə bağlı Göyçay rayon Polis şöbəsinə müraciət etmiş, Cavabdeh əməlində heç bir cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmiş və İddiaçı tələbi mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəmə müraciət etmək hüququ izah edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh verdiyi izahatında göstərmişdir ki, İddiaçı təxminən 300000 manatdan çox ehtiyat hissələri götürərək, mağazalara nisyə olaraq paylamış və mağazalardan yığdığı pulları İddiaçı çatdırmışdır. Hazırda onun 34000 manat məbləğində borcu qalmışdır, həmin məbləğ mağazalarda nisyədədir. Şəxsi ehtiyacları üçün isə təxminən 76000 manat xərcləmişdir. Şəxsi ehtiyaclarına xərclənən vəsaitdən İddiaçı məlumatı olmuş, bu barədə onların arasında razılıq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəfiyev Tural Vaqif oğlu ifadəsində bildirmişdir ki, o, İddiaçı Sumqayıt şəhərindəki mağazasında anbardar işləyir. Anbardan hamıya avtomobil ehtiyat hissələrini və digər malları o paylayır. İddiaçı tərəfindən ona Cavabdeh avtomobil ehtiyat hissələri vermək tapşırılmış, o da tapşırığı icra edərək, Cavabdeh həmin mallara görə borcunu qeyd etmişdir. Cavabdeh mallar satış dəyərindən ucuz, yəni satış qiymətindən 6, 9, 11 faiz çıxılmaqla verilirdi. Anbardan avtomobil ehtiyat hissələri verilərkən qaimələr tərtib olunur, lakin imzalanmırdı. Cavabdeh ilə hesabatı o aparmış, ona verilən pul məbləğlərini də İddiaçı vermiş, avtomobil ehtiyat hissələri geri qaytarıldıqda isə qaytarılan hissələrin dəyərini borcdan çıxmışdır. Cavabdeh Sumqayıt şəhərindəki mağazaya 54830 manat məbləğində borcu var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 oğlu ifadəsində bildirmişdir ki, o, İddiaçı Göyçay rayonunda yerləşən anbarında işləyir. Cavabdeh həftənin ikinci və beşinci günləri gələrək, Göyçay rayonunda yerləşən anbardan avtomobil ehtiyat hissələri götürürdü. Cavabdeh Göyçay rayonunda yerləşən anbara 22297 manat məbləğində borcu qalmışdır. Sonuncu dəfə cavabdeh avtomobil ehtiyat hissələrini və İddiaçı tərəfindən istifadəsinə verilən nəqliyyat vasitəsini gətirib təhvil vermişdir. O, geri qaytarılan avtomobil ehtiyat hissələrini bir-bir çeşidləyərək qiymətləndirmiş, ümumilikdə 4700 manat məbləğində avtomobil ehtiyat hissələri geri qaytarılmış, həmin məbləğ borcdan çıxıldıqdan sonra ümumilikdə 22997 manat məbləğində borc qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, Cavabdeh sürücüsü olaraq fəaliyyət göstərmişdir. Cavabdeh İddiaçı yağ, antifriz, müxtəlif avtomobil ehtiyat hissələri təhvil alsa da, onun alınan-satılan yağ, antifriz, avtomobil ehtiyat hissələri və qiymətlərlə bağlı heç bir məlumatı olmamışdır. Lakin bildiyinə görə, Cavabdeh avtomobil ehtiyat hissələrini İddiaçı aldığı qiymətə satmışdır. Cavabdeh iki dəfə aldığı avtomobil ehtiyat hissələrini geri qaytarmaq istəmiş, lakin İddiaçı hər şeyin qaydasına düşəcəyini bildirmiş və onlar da avtomobil ehtiyat hissələrini geri qaytarmamışlar. Cavabdeh dediyinə görə sonuncunun təxminən 30000 manat məbləğində borcu olmuş, xeyli hissəsini ödəmişdir. Cavabdeh ilə İddiaçı münasibəti korlananda Cavabdeh onunla birlikdə müxtəlif avtomobil ehtiyat hissələrini Göyçay rayonunda və Sumqayıt şəhərində yerləşən mağazalara təhvil vermişdir. Təhvil verilmiş avtomobil ehtiyat hissələri Göyçay rayonunda yerləşən mağazada İsmayıl adlı şəxs, Sumqayıt şəhərində yerləşən anbarda isə Tural adlı şəxs tərəfindən qəbul edilmişdir. Bundan başqa Cavabdeh dediyinə görə müştərilərdə olan avtomobil ehtiyat hissələri olmuş, belə razılığa gəlinmişdir ki, həmin malların pulunu İddiaçı oğlu yığsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 oğlu ifadəsində bildirmişdir ki, atası-İddiaçı məxsus mağaza Göyçay rayonunda, iki ədəd anbarın biri Göyçay rayonunda, digəri isə Sumqayıt şəhərində yerləşir. O, Göyçay rayonunda yerlşən mağazada satıcı işləyir, anbarlar barədə məlumatı yoxdur. Atasının bildirdiyinə görə, hazırda Cavabdeh təxminən 80000 manat borcu var. Atası İddiaçı onu Cavabdeh borcların yığılması üçün kömək məqsədilə göndərmişdi. 12 sentyabr 2023-cü il tarixdə Cavabdeh ilə birlikdə Qazax rayonuna, Şəmkir rayonuna və Ağdaş rayonuna, 13 sentyabr 2023-cü il tarixdə Saatlı rayonuna, İmişli rayonuna və Sabirabad rayonuna getmiş, müştəri mağazaların nə qədər borcu olduğunu araşdırmış və iki gün ərzində 250-300 manat borc məbləği yığa bilmişlər. Cavabdeh polis şöbəsinə çağırıldıqdan sonra nisyə mal verdiyi mağazaları vərəqə yazıb gətirmiş və onlar cavabdehin 31520 manat məbləğində yağ, antifriz, avtomobil ehtiyat hissələrinin hansı mağazalara nisyə verildiyini bilirlər. Həmin 31520 manat dəyərində mallar Göyçay rayonunda yerləşən mağazadan verilmiş mallardır. O, yalnız Göyçay rayonunda yerləşən mağazadan nisyə verilən mal məbləğini bilmiş, Göyçay rayonunda və Sumqayıt şəhərində yerləşən anbara Cavabdeh nə qədər borcu olduğu haqqında məlumatı olmamışdır. O, Cavabdeh yalnız Göyçay rayonunda yerləşən mağazaya olan borc məbləğini tələb etmiş, o da onun səsini yazaraq 31520 manat borc məbləğini ümumilikdə atası İddiaçı olan borc məbləği kimi qələmə verməyə çalışmışdır. 31520 manat borc məbləğindən 11658 manat məbləğində borcu yığa bilmişlər. Cavabdeh tərəfindən səsyazısı məhkəməyə təqdim olunduqdan sonra mağazaya cəmi 1 dəfə 100 manat ödəniş olunmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş Cavabdeh ilə iddiaçının oğlu X6 oğlunun telefon danışığına dair videogörüntüdən müəyyən edilir ki, sonuncu cavabdehə “Əfsər Ağdaş”ın 1341 manat, “İlham Ağstafa”nın 834 manat, “Bayram Ağstafa”nın 100 manat, “Xəyyam Bərdə”nin 200 manat, “Beyləqan Çingiz”in 107 manat, “Tahir Gəncə”nin 698 manat, “Vüqar Göyçay”ın 900 manat, “Sənan Ağsu”nun 3385 manat, “Kürdəmir Abdul”un 1642 manat, “Fərid Kürdəmir”in 1449 manat, “Qara Qazax”ın 400 manat, “Mayıl Hacıqabul”un 600 manat, “İsmayıl Şirvan”ın 62 manat, Nizaminin 2000 manat, “İmişli Taleh”in 171 manat, “Azər Tovuz”un 213 manat, “Nəvai Elgiz”in 140 manat, “Saatlı Vasif”in 3019 manat, “Nüsrət Saatlı”nın 1200 manat, “Qafar Şəmkir”in 450 manat, “Sərxan Qazax”ın 389 manat, “Xalid Sabirabad”ın 612 manat, “Eyyub Şirvan”ın 50 manat nisyə borcu qalmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə ilk növbədə cavabdehin mövqeyini nəzərdən keçirərək qeyd edir ki, cavabdeh özü ilə iddiaçı arasında əmək münasibətlərinin mövcud olduğunu, iddiaçının işçisi qismində onun tapşırığı ilə müxtəlif avtomobil ehtiyat hissələrini mağazalara çatdırdığını bildirmişdir. Əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir. Lakin tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən hər hansı sübut - əmək müqaviləsi, işə qəbul əmri, əmək haqqının ödənilməsi barədə və sair sənədlər, habelə cavabdehin malları məhz iddiaçının göstərişi ilə müəyyən mağazalara çatdırması barədə yazılı və ya digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı işəgötürənlə işçi arasında faktiki əmək münasibətlərinin mövcudluğunu təsdiqləyən hər hansı digər hal da müəyyən olunmamışdır. Bu baxımdan, cavabdehin mövqeyi əsassız hesab edilməlidir. Digər tərəfdən, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlardan görünür ki, tərəflər arasında münasibətlər nisyə alqı-satqı xarakteri daşımışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə mallar topdansatış qiymətinə, yəni pərakəndə satış qiymətindən müəyyən faiz çıxılmaqla satılmış, cavabdeh isə həmin malları öz seçimi əsasında müxtəlif mağazalara realizə etmişdir. Bu hal göstərir ki, cavabdeh iddiaçının işçisi qismində deyil, özü müstəqil şəkildə iddiaçıdan malları satın alaraq, onların sonradan satışını həyata keçirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin nisyə aldığı mallara görə ona 77127 manat məbləğində borcu olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla qeyd edilən borc məbləği təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh 23 iyun 2023-cü il tarixdə Göyçay rayon Polis şöbəsində verdiyi izahatında iddiaçıya 34000 manat məbləğində borcu olduğunu etiraf etmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının oğlu X6 oğlu ifadəsində 2023-cü ilin sentyabr ayında 31520 manat məbləğində borcun mövcudluğuna istinad edərək, həmin borcdan 11658 manat yığıldığını demiş, bundan başqa Cavabdeh ilə X6 oğlunun telefon danışığına dair videogörüntüdə 19962 manat borc məbləğinin qaldığı bildirilmişdir (şahid Cavabdeh ifadəsində həmin telefon danışığına dair videogörüntüdən sonra 100 manat ödəniş edildiyini demişdir). İddiaçı tərəfindən qalan məbləğin təsdiqinə dair heç bir yazılı sübut, qaimə-faktura, borcun etirafı haqqında sənəd və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə müəyyən edən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə qeyd edilənləri, habelə tədqiq edilmiş sübutlar (şahid ifadəsi və videogörüntü) əsasında ödənilməmiş qalan borc məbləğinin 19862 manat müəyyən edildiyini rəhbər tutaraq hesab edir ki, iddia tələbi yalnız 19862 manat məbləğində pulun Cavabdeh tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеh Cavabdeh 19862 (on doqquz min səkkiz yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 19862 (on doqquz min səkkiz yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-805/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-805/2025
14.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver