Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-9/2023 25.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit xətti müqaviləsi və kredit razılaşmasına xitam verilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit xətti müqaviləsi və kredit razılaşmasına xitam verilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 11L000000382 nömrəli krеdit xətti müqaviləsinə və xx.xx.2018-ci il tarixli, 011R********** nömrəli krеdit razılaşmasına xitam verilməsi, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 171768,04 manat məbləğində krеdit bоrcu, 22403,57 manat məbləğində faiz bоrcu və 20000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 214171,61 (iki yüz on dörd min yüz yetmiş bir manat 61 qəpik) məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 30 manat xidmət haqqının tutulması, tutmanın Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 214171 (iki yüz on dörd min yüz yetmiş bir manat 61 qəpik) borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumunun və 30 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 71 nömrəli evin 65 saylı mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 19 iyun 2009-cu il tarixli 11L000000382 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflər arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli 11L000000382S saylı sazişə əsasən krеdit xətti müqaviləsinin müddəti 230 (iki yüz otuz) ay, məbləği 10000000 (on milyon) ABŞ dolları, bu müqavilə və krеdit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 % müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 02 oktyabr 2018-ci il tarixli 011R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli 011R**********S saylı, xx.xx.2020-ci il tarixli 011R**********SA saylı, xx.xx.2020-ci il tarixli 011R**********SB saylı, xx.xx.2020-ci il tarixli 011R**********SD saylı, xx.xx.2021-ci il tarixli 011R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 128231,96 manat ödəmiş, onun 171768,04 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 174 gün üçün hesablanmış faiz borcu 22403,57 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 174 gün üçün hеsablanmış cərimə 20000 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu Nəsibbəy Yusifbəyli küçəsi 71 nömrəli evin 65 nömrəli mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin mənzilin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ciiltarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etmədiyindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərci olaraq bank tərəfindən 400 manat ödənilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini “02 oktyabr 2018-ci il tarixli 011R********** saylı krеdit razılaşmasına xitam verilməsi” hissəsi istisna olmaqla qalan hissədə müdafiə etdiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri arasında kəskin fərq olduğunu, ipoteka predmetinin likvid qiyməti müəyyən olunarkən 05 yanvar 2023-cü il tarixli 10/5961 nömrəli ekspert rəyinin nəticəsinin nəzərə alanmasını, mənzilinin ilkin satış qiymətinin 590000 manat manat müəyyən edilməsini bildirmişdir. Həmçinin o, 02 oktyabr 2018-ci il tarixli 011R********** saylı krеdit razılaşmasının müddəti 2023-cü ilin aprel ayında bitdiyindən həmin razılaşmaya xitam verilməsi hissəsində iddia tələbini müdafiə etmədiyini qeyd etmişdir. Lakin cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış “Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 12 sentyabr 2018-ci il tarixli 011L000000382S nömrəli Sazişə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsinin 1.1, 1.2 və 1.3-cü bəndlərinə dəyişiklik və əlavələr edilmiş və Cavabdeh1 10.000.000 (on milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Sazişin 1.3-cü bəndinə görə bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 230 (iki yüz otuz) ay müdətinə, 19 avqust 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli 11R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 "xxxx" QSC tərəfindən aylıq faiz dərəcəsi 1,3333% olmaqla 36 ay müddətinə 300000 manat məbləğində kredit verilmişdir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 02 oktyabr 2018-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli 011S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 29 aprel 2019-cu il tarixli 011R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 29 aprel 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 29 aprel 2019-cu il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 11 mart 2020-ci il tarixli 011R**********SA nömrəli sazişin 1-ci bəndinə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 11 mart 2020-ci il tarixdən aylıq 1,1667% dərəcəsi ilə faizlər hesablanır və kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 11 mart 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 11 mart 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 29 aprel 2020-ci il tarixli 011R**********SB nömrəli sazişin 1-ci bəndinə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 29 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 29 aprel 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 08 sentyabr 2020-ci il tarixli 011R**********SD nömrəli sazişin 1-ci bəndinə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 08 sentyabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 08 sentyabr 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 22 aprel 2021-ci il tarixli 011R**********SE nömrəli sazişin 1-ci bəndinə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında əsasında verilmiş kreditin qalıq məbləğinə 22 aprel 2021-ci il tarixdən aylıq 1 % dərcəsi ilə faizlər hesablanır və kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 22 aprel 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 aprel 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 13 sentyabr 2018-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 11L000000382 saylı kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyinin icrasının təminatı kimi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Nəsibbəy Yusifbəyli küçəsi 71 nömrəli evin 65 nömrəli mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi üzərinə götürmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 71 nömrəli evin 65 nömrəli mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 71 nömrəli evin 65 mənzili 17 sentyabr 2018-ci il tarixdən 230 ay müddətinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 11L000000382 saylı kredit xətti müqaviləsi göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 23 dekabr 2021-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 171768,04 manat məbləğində əsas borcu, 22403,57 manat məbləğində faiz borcu və 20000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 214171,61 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş mənzilin qiymətləndirilməsinə dair 23 may 2023-cü il tarixli 0432/22/AB nömrəli hesabatdan göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinin real bazar qiyməti 480000 manat, likvid qiyməti 420000 manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil yazılı vəsatəti əsasında məhkəmənin 16 avqust 2022-ci il tarixli e-2-2(119)-324/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühəndis-texniki ekspertizaları təyin olunmuşdur. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli 9/6633 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 02 oktyabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşmasının və 29 aprel 2019-cu il tarixli 011R**********S saylı, 11 mart 2020-ci il tarixli 011R**********SA saylı, 29 aprel 2020-ci il tarixli 011R**********SB saylı, 08 sentyabr 2020-ci il tarixli 011R**********SD saylı və 22 aprel 2021-ci il tarixli 011R**********SE saylı əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu əsas borc üzrə 174001,25 manat , faiz borcu üzrə 29406,21 manat olmaqla, ümumilikdə 203.407,46 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamışdır. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli 10/5961 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinin real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 656000 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 590000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin 27 yanvar 2023-cü il tarixli e-2-2(119)- 9/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibat, təkrar məhkəməəmtəəşünaslıq və təkrar məhkəmə-mühəndis-texniki ekspertizaları təyin olunmuşdur. İş materiallarında olan 29 mart 2023-cü il tarixli 9/1391 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 02 oktyabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşmasının və 29 aprel 2019-cu il tarixli 011R**********S saylı, 11 mart 2020-ci il tarixli 011R**********SA saylı, 29 aprel 2020-ci il tarixli 011R**********SB saylı, 08 sentyabr 2020-ci il tarixli 011R**********SD saylı və 22 aprel 2021-ci il tarixli 011R**********SE saylı əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan borcu əsas borc üzrə 174001,25 manat , faiz borcu üzrə 29406,21 manat olmaqla, ümumilikdə 203.407,46 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamışdır. İş materiallarında olan 25 iyun 2023-cü il tarixli 10/1317-9/1391 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinin real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728800 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 656000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 kredit xətti müqaviləsi və kredit razılaşmasına əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsinə xitam verilməsi hissəsində təmin edilməlidir. İddiaçının nümayəndəsi iddia tələbini “02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşmasına xitam verilməsi” hissəsində müdafiə etmədiyinə görə məhkəmə həmin hissəyə münasibət bildirilməsini zəruri hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 19 iyun 2009-cu il tarixli 11L000000382 saylı krеdit xətti müqaviləsi və 02 oktyabr 2018-ci il tarixli 011R********** saylı krеdit razılaşması üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 02 oktyabr 2018-ci il tarixli 011R********** saylı krеdit razılaşması üzrə əsas və faiz borcunun Cavabdeh1 tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəylərində 02 oktyabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 23 dekabr 2021-ci il tarixə əsas borcunun 174001,25 manat, faiz borcunun üzrə 29406,21 manat olduğu göstərilmişdir. Lakin iddia tələbində iddiaçı tərəfindən 171768,04 (yüz yetmiş bir min yeddi yüz altmış səkkiz manat 04 qəpik) manat məbləğində əsas borcun və 22403,57 (iyirmi iki min dörd yüz üç manat 57 qəpik) manat məbləğində faiz borcunun, yəni ekspert rəyində göstərilən məbləğdən daha az miqdarda əsas və faiz borcun tutulması tələb olunur. Bu səbəbdən 02 oktyabr 2018-ci il tarixli 011R********** saylı krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulmasında göstərilən ekspertiza rəyləri ilə müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, Cavabdeh1 iddia tələbi üzrə 171768,04 (yüz yetmiş bir min yeddi yüz altmış səkkiz manat 04 qəpik) manat məbləğində əsas borc və 22403,57 (iyirmi iki min dörd yüz üç manat 57 qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından iddia bu hissədə də təmin olunmalı, tələb müştərək qaydada ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın "20000 (iyirmi min) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 2000 (iki min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə onun arasında bağlanmış müvafiq ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə keçirilmiş təkrar məhkəməəmtəəşünaslıq və təkrar məhkəmə-mühəndis-texniki ekspertizalarının nəticəsi olaraq verilmiş 25 iyun 2023-cü il tarixli 10/1317-9/1391 nömrəli ekspert rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 656000 (altı yüz əlli altı min) manat göstərilməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra Cavabdeh1 mənzildən çıxarılmalı və əmlak boşaldılmalıdır. Məhkəmə, iddianın “ipoteka predmeti olan mənzilin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” hissəsini əsaslı hesab etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia əsassızdır və təmin edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman dövlət büdcəsinə ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsinə xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 171768,04 (yüz yetmiş bir min yeddi yüz altmış səkkiz manat 04 qəpik) manat məbləğində əsas borc, 22403,57 (iyirmi iki min dörd yüz üç manat 57 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə, iddia ərizəsi verilərkən ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumu, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 196716,61 (yüz doxsan altı min yeddi yüz on altı manat 61 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan cəmi 196716,61 (yüz doxsan altı min yeddi yüz on altı manat 61 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 196716,61 (yüz doxsan altı min yeddi yüz on altı manat 61 qəpik) manat məbləğində borc ödənilməli, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 71 nömrəli evin 65 nömrəli mənzilinin ilkin satış qiyməti 656000 (altı yüz əlli altı min) manat müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra 1 ay müddət ərzində Cavabdeh1 mənzildən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 486,17 (iki yüz yetmiş səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 381,17 (üç yüz səksən bir manat 17 qəpik) manat məbləğində (486,17 manat – 105 manat = 381,17 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 iyun 2009cu il tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsinə xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 171768,04 (yüz yetmiş bir min yeddi yüz altmış səkkiz manat 04 qəpik) manat məbləğində əsas borc, 22403,57 (iyirmi iki min dörd yüz üç manat 57 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə, iddia ərizəsi verilərkən ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumu, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 196716,61 (yüz doxsan altı min yeddi yüz on altı manat 61 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan cəmi 196716,61 (yüz doxsan altı min yeddi yüz on altı manat 61 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 196716,61 (yüz doxsan altı min yeddi yüz on altı manat 61 qəpik) manat məbləğində borc ödənilsin. Bakı şəhəri Nərimanov rayonu Nəsibbəy Yusifbəyli küçəsi 71 nömrəli evin 65 nömrəli mənzilinin ilkin satış qiyməti 656000 (altı yüz əlli altı min) manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra 1 ay müddət ərzində Cavabdeh1 mənzildən çıxarılsın və həmin mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 381,17 (üç yüz səksən bir manat 17 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-9/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-9/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver