Məhkəmə qərarları › İş №e-2-2(121)-1319/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1319/2023

18.08.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1319/2023 18.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış borcun silinməsi və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X4 İdarəsi tərəfindən 31 avqust 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktın əsassız olduğundan ləğv edilməsi, həmin akta əsasən hesablanmış 1.753 manat məbləğində borcun silinməsi, mediasiya xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində pulun, eyni zamanda iddiaçıya ödətdirilmiş 1054,80 manat məbləğində təmir xərclərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Tərtər X4 İdarəsinin Ağcabədi Xidmət Sahəsinin işciləri tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus qeyri-yaşayış binasına quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac sökülərək müvəqqəti sayğac quraşdırılmış, xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, guya sayğaca baxış keçirilən zamanı qaz sayğacın daxilinin çirkli olduğu müəyyən edilmiş, korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş və mexaniki hissədən keçən 26342 m qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Bundan sonra mənim xəbərim olmadan Cavabdeh Tərtər X4 İdarəsi tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və itirilmiş qazın bərpası üzrə 26342 m hesabat aparılmışdır. Abonentin saldosundan çıxarışdan görünür ki, iddiaçıya 1.753 manat cərimə yazılmışdır. Halbuki, saldosa nəzər yetrirərkən ötən illərin müvafiq ayları üzrə sayğac daha az qaz sərfiyyatını qeydə almış, əksinə sayğacın qaz sərfiyyatını hesablamadığı iddia edildiyi müddətdə daha çox qaz sərfiyyatını qeydə almışdır. Bu isə o anlamı verir ki, qaz sayğacı normal işləmiş və qaz sərfiyyatını doğru qeydə almışdır. Bununla yanaşı qaz sayğacının daxilinin çirkli olması səbəbi ilə korrektorun sönməsi nəticəsində arxivlərin pozulması və mexaniki hissədən keçən 26342 m qaz həcminin elektron hissədə qeydə alınmaması iddiaçının günahından deyil, iddiaçıdan aslı olmayan səbəbdən, daha doğrusu cavabdeh təşkilatın məsul işçilərinin sayğaca vaxtlı-vaxtında qulluq etməməsi və yaxud vaxtında dəyişdirilməməsi səbəbindən olmuşdur. Cavabdehin nümayəndəsi X3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdehnə qarşı 1753 manat cərimə məbləğinin silinməsi və iddiaçıya ödənilmiş 1054.80 manat məbləğində təmir xərclərinin geri ödənilməsinə dair tələbinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “ELAY-P" MMC-nin Cavabdehnə borcun silinməsinə dair qaldırdığı iddia tələbi əsassız olduğu üçün ləğv olunmalıdı. Çünki iddiaçı ilə Cavabdeh arasında "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2022-d il tarixdə Cavabdeh nümayəndələri tərəfindən İddiaçı MMC-nin müəssisəsinə quraşdırılmış ona məxsus G-65 markalı 75149215 nömrəli rotor tipli “ELESTER” qaz sayğacına baxış keçirilib və sayğacın elektron göstəricisinin işləmədiyi səbəbindən istehlakçının iştiraçı ilə ******* saylı Akt tərtib edərək yeni əvəzləyici qaz sayğacı ilə əvəzləyərək çıxarılıb növbədən kənar yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin Sayğaclarının müayinəsi laboratoriyasında ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, korektor sönüb, körektorun sönməsi nəticəsində arxivlər pozulmuş mexaniki hissədən keçən 26342 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İstehlakçının istifadə etdiyi təbii qazın sayğacda qeyd olunmayan qaz həmi 7012 m3 müəyyən olunmuşdur. Tarif şurasının qərarına uyğun olaraq *7012 m3 x0.25 qəpik = 1753 manat məbləğ hesablanmışdır. İddiaçının cavabdeh olduğu qaz sayğacın saxlanmasına və nəzarəti düzgün aparılmarnası səbəbindən sayğacın işləməsində nisbi xətaya gətirib çıxarmışdır, İstehlakçı təbii qazdan istifadə elmiş lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Bu səbəbdən Cavabdeh İBnə 1753 manat ziyan dəymişdir. iddiaçı “ELAY-P" MMC-nin G-65 markalı 75149215 nömrəli rotor tipli “ELESTER" qaz sayğacının təmiri və ehtiyat hissələrinin ayrılması üçün ödənilmiş 1054.80 manat məbləğinin tələb olunması əsassızdır, çünki İddiaçı MMC-nin direktoru Nümayəndə ilə Cavabdeh İB-nin “Metrologiya" Departamenti arasında ELAY-P” MMC-nin G-65 markalı 75149215 nömrəli rotor tipli-“ELESTER" qaz sayğacının təmiri və ehtiyat hissələrinin ayrılması ilə əlaqədar 852 ST nömrəli xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Müəyyən olunmuş xidmət haqqı, ehtiyat hissələri (batareya, Yastıq, Rotor) birlikdə müəssisənin nümayəndəsi tərəfindən 1054.80 manat ödənilrək sayğac təmir olunmuş, xx.xx.2022-ci il tarrixdə İddiaçı MMC-nin müəssisəsinə qaytarılıb quraşdırılmışdır, iddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 26342 kub metr qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022 tarixli. 29/1640-01511 №-li Aktına əsasən G- 65 markalı 75149015 nömrəli sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektoun sönməsi nəticəsində arxivlər pozulmuş mexaniki hissədən keçən 26342 kub metr qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Qeyd edilən sayğacda korreksiya olunmamış (1 17 kofisent) uçotu pozulmuş və elektron hissədə qeydiyyata alınmayan qaz həcmləri qəbul edilməklə itirilmiş qazın bərpası üçün 7012 kub metr hesabat aparılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı MMC-yə (abonent: **********00031) 2022-ci ilin avqust ayı üzrə akta əsasən 1.753 manat borc hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh X1 Departamenti (icraçı) arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 852 ST saylı xidmət müqaviləsinin surətindən görünür ki, Ağcabədi rayonunda yerləşən İddiaçı MMC-yə məxsus bir ədəd rotor tipli G65 markalı 75149015 nömrəli qaz sayğacının xx.xx.2022-ci il tarixli 02683 nömrəli qüsur aktı nəzərə alınmaqla təmiri və ehtiyat hissələrinin ayrılması ilə əlaqədar sifarişçi və icraçı arasında münasibətlərin tənzimlənməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, görüləcək işlərə görə sifarişçi əvvəlcədən köçürmə yolu ilə icraçının göstərdiyi bank hesabına 1054.80 (bir min əlli dörd manat, 80 qəpik) manat (ƏDV daxil) ödəmə aparmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Socar-ın Cavabdeh “Metrologiya” Departamenti arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 852 ST saylı müqavilənin Qiymət-Razılaşma protokolunun surətindən görünür ki, təmir xərcləri 1054.80 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 3-16-5/2-11-5524/23 saylı məktubundan görünür ki, 2022-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə Cavabdeh tərəfindən İddiaçı MMC-də hər hansı yoxlamanın keçirilməsi barədə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacına Cavabdeh nümayəndələri tərəfindən təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda abonentə məxsus G-65 markalı, 75149015 saylı qaz sayğacında 26342 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Bundan sonra iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən, xx.xx.2022-ci il tarixli tələbnamə ilə itirilmiş qazın həcmi 7.012 m3 müəyyən edilmiş və nəticədə 2022-ci ilin avqust ayında iddiaçıya 1.753 manat məbləğində borc hesablanmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia aktın ləğv edilməsi və borcun silinməsi hissəsində əsaslı olduğu üçün iddia həmin hissədə təmin edilməlidir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu, iş materialları və cavabdeh tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Belə olduğu təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cababdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan iddia aktın ləğv edilməsi və borcun silinməsi hissəsində təmin edilməli, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 1.753 manat borc silinməlidir. Məhkəmə iddianın “1054,80 manat məbləğində təmir xərclərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, arşdırma zamanı müəyyən edildi ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh X1 Departamenti arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 852 ST saylı xidmət müqaviləsinə əsasən Ağcabədi rayonunda yerləşən İddiaçı MMC-yə məxsus bir ədəd rotor tipli G65 markalı 75149015 nömrəli qaz sayğacının xx.xx.2022-ci il tarixli 02683 nömrəli qüsur aktı nəzərə alınmaqla təmiri və ehtiyat hissələrinin ayrılması ilə əlaqədar sifarişçi və icraçı arasında münasibətlərin tənzimlənməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, görüləcək işlərə görə sifarişçi əvvəlcədən köçürmə yolu ilə icraçının göstərdiyi bank hesabına 1054.80 (bir min əlli dörd manat, 80 qəpik) manat (ƏDV daxil) ödəmə aparmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Socarın Cavabdeh “Metrologiya” Departamenti arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 852 ST saylı müqavilənin Qiymət-Razılaşma protokoluna əsasən təmir xərcləri 1054.80 manat müəyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında qaz sayğacının təmiri və ehtiyat hissələrinin ayrılması ilə əlaqədar müqavilə bağlanmış, iddiaçı isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 1.054,80 manat məbləğində ödəniş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə, həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 1.753 manat borc İddiaçı abonent hesabından (abonent kodu: **********00031) silinsin. Cavabdehndən mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia 1.054,80 manat məbləğində təmir xərclərinin cavabdehdən tutulması hissəsində rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar