Məhkəmə qərarları › İş №e-2-2(121)-265/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-265/2020

24.01.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-265/2020 24.01.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı tikinti işlərinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 0572 saylı qərarın və inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinəqarşı tikinti işlərinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 0572 saylı qərarın və inzibati tənbeh vermə haqqında xx.xx.2019cu il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir. 1) tikinti işlərinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 0572 saylı qərarın ləğv edilməsi, 2) inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi. Tələbin 1-ci hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən,mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İddiaçı barəsində tikinti işlərinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 0572 saylı qərar qəbul etmişdir. Həmin qərar qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, inzibati aktdır və iddiaçı hazırda həmin qərarın ləğv edilməsini xahiş edir. Lakin mübahisələndirilən qərar inzibati akt olduğundan və hazırkı iddiaya mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Tələbin 2-ci hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 40.0.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Göründüyü kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı rayon (şəhər) məhkəməsində mübahisələndirilə biləcəyi halda, iddiaçı tərəfindən müvafiq rayon (şəhər) məhkəməsinə deyil, Şirvan Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. İddiaçıya izah edilməlidir ki, inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi tələbi ilə aidiyyəti rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu və 153.4-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı tikinti işlərinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 0572 saylı qərarın və inzibati tənbeh vermə haqqında xx.xx.2019cu il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya tikinti işlərinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 0572 saylı qərarın ləğv edilməsinə dair tələbinə münasibətdə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə, inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə dair tələbinə münasibətdə isə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar