Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-428/2021 23.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və mənəvi zərərin tutulması tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh Salyan X4 X3 Tibb Mərkəzinə (İddiaçı MMC) əsassız hesabladığı 719,50 manat borcun silinməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə vurduğu mənəvi zərərin əvəzi olaraq 3.000 manat pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən görünür ki, İddiaçı tərəfindən apellyasiya və kassasiya şikayətlərinə görə 10 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən dövlət rüsumu ödənilsə də, həmin dövlət rüsumu iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməsi üçün deyil, apellyasiya və kassasiya şikayətlərinin verilməsinə görə ödənilmiş, başqa sözlə dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilməli olmasına baxmayaraq, 10 manat məblğində dövlət rüsumu ödənilmişdir. Yəni, dövlət rüsumu müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, elektron qaydada göndərilmiş iddia ərizəsində İddiaçı MMC tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə cavabdeh kimi Cavabdeh seçilsə də, iddia ərizəsinin məzmununda cavabdeh kimi Cavabdeh Salyan X4 İdarəsi qeyd olunmuşdur və iddia ərizəsində Cavabdeh Salyan X4 İdarəsi tərəfindən hesablanmış 719,50 manat borcun silinməsi və mənəvi ziyanın əvəzi olaraq 3.000 manat pulun tutulması xahiş olunmuşdur, yəni tələb Cavabdeh Salyan X4 İdarəsinə yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və mənəvi zərərin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-428/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-428/2021
23.02.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver