Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-563/2020 02.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2006-cı il tarixə qədər yaranmış 18.459,48 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “44 №-li Yol-İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında fəaliyyət göstərir və X1 edir. İstifadə etdiklərini elektrik enerjisinin dəyərini tam olaraq ödəyirlər. Sonradanəldə edilmiş sənədlər və üzləşmə aktı əsasında məlum olmuşdur ki, xx.xx.2006-ci il tarixə qədər yaranmış borc 18.459,48 manat təşkil etmişdir. Amma bugünə kimi həmin borc MMC-dən tələb edilməmişdir. Qeyd edilən həmin məbləğ əsassız hesablanmışdır. Odur ki, MMC tərəfindən X1 zamanı borcun yaranmasının göstərilməsinə həmin məbləğ yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə riayət edilmədən yazılmışdır, debitor borcun yaranmasına sübut kimi iş üzrə hər hansı bir halın təsdiqi və ya təkzibi təqdim edilməmişdir. Borc ehtimallara əsasən göstərilmiş, real fakta əsaslanmamış, bununla da MMC-nin hüquqları pozulmuş, heç bir real əsas olmadan 18.459,48 manat borc hesablanmışdır. xx.xx.2020-ci xəbərdarlıq bildirişi ilə MMC-yə bildirilmişdir ki, obyektin istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2020-ci il tarixə 18.886,29 manat debitor borcu yaranmışdır. Vaxtında ödənilməmiş borca görə elektrik təchizatı əlavə xəbərdarlıq edilmədən kəsiləcəyi bildirilmişdir. 426.81 manat faktiki istifadə etdiklərini sərfiyyat ödənilmişdir. Lakin 2006-cı ildən qalmış borc kimi göstərilən 18.459,48 manat borc əsassız olduğu üçün ödənilməmiş və mübahisələndirilmişdir. Borc öhdəliyinin tələb etmə müddətinin keçməsini nəzərə alınmasını məhkəmədən xahiş olunur. xx.xx.2006-cı ildə yaranmış borcun tələb edilməsi tamamilə əsassızdır. Ona görə də hesab edirlər ki, həmin borc silinməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan enerji təchizat müəssisəsinin X1yə görə istehlakçı ilə tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktından görünür ki, “xxxx” ASC Şirvan RETSİ-nin X4 və istehlakçı “xxxx” MMC-nin istifadə olunan elektrik enerjisinə görə qarşılıqlı üzləşmə aparmışlar və müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin xx.xx.2006-cı il tarixə 18.459,48 manat borcu vardır. Akt onu tərtib edən şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, elektrik enerjisinin sərfinə görə xx xxxxxx 2020-ci il tarixə yaranmış 18.886,29 manat borcun ödənilməsi “xxxx” MMC-dən tələb olunmuş, borc ödənilmədiyi təqdirdə obyektin enerji təchizatının əlavə xəbərdarlıq edilmədən xx xxxxxx 2020-ci il saat 10:00-dan etibarən dayandırılacağı barədə “xxxx” MMC xəbərdar edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış pretenziyadan görünür ki, xx.xx.2006-cı il tarixə qədər yaranmış 18.459,48 manat borcun silinməsinə köməklik göstərilməsi “xxxx” ASC-dən xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqələrindən görünür ki, cari borcun və 18.459,48 manat borcun ödənilməsi “xxxx” MMC-dən tələb olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 004873 saylı enerjtəchizatı müəssisəsi ilə istehsalat, dəmiryolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilədən görünür ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında elektrik enerjsinin alqı-satqısında dair müqavilə bağlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, “xxxx” MMC-yə 18.459,60 manat qalıq borc hesablanmışdır. Lakin abonentin saldosunda “xxxx” MMC-nin cari elektrik enerji sərfiyyatına dair xx.xx.2015-ci il tarixdən əvvəlki dövrləri əhatə edən məlumatlar əks olunmamış, hesablanmış 18.459,60 manat borcun nə zaman və hansı əsasla yaranması qeyd edilməmişdir. İş materiallarında olan cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd olunur ki, iddiaçının iddia ərizəsində göstərilən hallar tam əsassızdır və heç bir maddi hüquqi əsası yoxdur. Bildiririk ki, “xxxx” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə əsasən “xxxx” ASC-nin struktur vahidi olan X4 tərəfindən elektrik enerjisi ilə təchiz edilir. (abonent kodu: **********2) Təchiz edilmiş elektrik enerjisinə görə sayğac göstəricisi əsasən tərəflər arasında təstiq edilmiş üzləşmə aktında əsasən ödənişlər edilir. Lakin həmin dövrdə, müəssisə üzləşmə aktına əsasən üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmış və ümumilikdə müəssisə 18.459,48 manat debitor borc yaratmışdır. Hətta yaranmış borc məbləği ödənilmədiyi üçün “EEİQ”-nin 9.13.2-ci bəndinin tələblərinə uyğun olaraq müəssisəyə elektrik enerjisi verlişi də dayandırılmışdır. Lakin buna baxmayaraq müəssisə X1yə görə yaranmış debitor borcu ödəməmişdir.Bundan çıxış yolunu məhkəməyə müraciət etməkdə görmüşdür. MMC elektrik enerjisinin dəyərini vaxtında ödəmədiyi üçün “xxxx” ASC-nin maliyyə durumunu pisləşdirməklə bərabər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinin tələblərini də pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. EEİQ-nın 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. EEİQ-nın 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Belə ki, tərəflər arasında keçmiş illərdə və son dövrdə sərf olunmuş elektrik enerjisi üzrə borcun mövcudluğu barədə tərtib olunmuş üzləşmə aktına baxmayaraq iddiaçı həmin borcun ləğv olması barədə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsin qanunvericiliyin tələblərinə uyğun olan və düzgün formada tərtib edilmiş normativ- hüquqi sənədi imza edərək təsdiq etməsi etiraf sayılır və bu halda həmin normativ-hüquqi sənəd heç bir şəkildə həmin şəxs tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə müəyyən etdi ki, “xxxx” ASC-nin, Şirvan RETSİ-nin X2, digər tərəfdən istehlakçı “xxxx” MMC-nin səlahiyyətli nümayəndələrinin iştirakı ilə enerji təchizat müəssisəsinin X1yə görə istehlakçı “xxxx” MMC-nin istifadə olunan elektrik enerjisinə görə xx xxxxxx 2020-ci il tarixə üzləşmə aparmışlar və müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin xx.xx.2006-cı il tarixə 18.459,48 manat borcu vardır. “xxxx” ASC tərəfindən xx.xx.2006-cı il tarixə yaranmış 18.459,48 manat borcun ödənilməsi “xxxx” MMC-dən tələb olunmuşdur. “xxxx” MMC “xxxx” ASC-yə rəsmi müraciət edərək, xx.xx.2006-cı il tarixə qədər yaranmış 18.459,48 manat borcun silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin “xxxx” ASC tərəfindən borc silinmədiyindən, iddiaçı “xxxx” MMC xx.xx.2006-cı il tarixə yaranmış 18.459,48 manat borcun silənməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə həmçinin müəyyən etdi ki, tərəflər arasında tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli üzləşmə aktına qədər iddiaçı “xxxx” MMC-nin 18.459,48 manat borcunun olması barədə məlumatı olmamış, iddiaçıdan həmin borc ilk dəfə yalnız xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqla tələb edilmişdir. Bunun əksini təsdiq edən sübut (iddiaçıya daha əvvəllər bildirişlərin göndərilərək borcun tələb edilməsinə dair) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” MMC-yə 18.459,48 manat borcun yaranma əsasına, o cümlədən borcun nə zaman yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Yəni cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti “xxxx” MMC-yə 18.459,48 manat borcun nə zaman və hansı əsaslarla yarandığını sübut edə bilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər, ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər, zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri beş il keçdikdən sonra, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 18.459,48 manat borcun yaranma əsası və müddəti müəyyən olunmadığından, o cümlədən müddətin keçməsinə görə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin tələbi qüvvəsini itirdiyinə və müddətin keçdiyinə görə “xxxx” MMC-nin borcu ödəmək öhdəliyinə xitam verildiyinə görə iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə xx.xx.2006-cı il tarixə qədər hesablanmış 18.459,48 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə xx.xx.2006-cı il tarixə qədər hesablanmış 18.459,48 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-563/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-563/2020
02.07.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver