Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-843/2020 13.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, X1 cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2019-cu il tarixli, R 024308 saylı və xx.xx.2020-ci il tarixli, NQD 007143 saylı aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış 14.074,62 manat borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: X2 cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2019-cu il tarixli, R 024308 saylı və xx.xx.2020-ci il tarixli, NQD 007143 saylı aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış 14.074,62 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. İddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısından, həmçinin əlavə olunmuş sənədlərdən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınması müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixdə cavabdehə məktub göndərilməsinə dair poçt qəbzi əlavə olunmuşdur. Həmin poçt qəbzi iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsinə dair sənəd kimi qəbul edilsə belə (pretenziya cavabdehə xx.xx.2020-ci il tarixdə təqdim edildiyindən, məhkəmə tərəfindən qeyd olunan qəbzin iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsinə dair sənəd olduğu güman edilir), qeyd olunan qəbz həmin sənədlərin cavabdeh tərəfindən alınmasını deyil, yalnız cavabdehə göndərilməsini təsdiq edir. İddiaçı cavabdehə həmin məktubu xx.xx.2020-ci il tarixdə göndərmiş, həmin məktubun çatmasına, yəni cavabdeh tərəfindən alınmasına dair sənəd təqdim etmədən, 1 gün sonra - xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan “xxxx” MMC-nin poçt göndərişlərinin izlənilməsi bölməsindən göründüyü kimi, SS658293922 kodlu, xx.xx.2020-ci il tarixli məktub xx.xx.2020-ci il tarixə cavabdehə təqdim olunmamışdır (cavabdeh tərəfindən alınmamışdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2020-ci il tarixli, R 026333 saylı aktın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-843/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-843/2020
13.07.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver