Məhkəmə qərarları › İş №e-2-2(121)-878/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-878/2020

02.09.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-878/2020 02.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, X1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə X1 Cavabdehnə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Cavabdehnə qarşı – cavabdehin X14 tərəfindən ona məxsus fərdi istixanaya yazılmış ******* saylı xx.xx.2019-cu il tarixli aktın və həmin akta əsasən hesablanmış 1620 manat cərimənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ünvanda yaşamaqla yanaşı həyətyanı sahəsində kiçik bir fərdi istixanası mövcuddur. İstixana 2018-ci ilin dekabr ayında onun adına qeydə alınmışdır. İstixanaya aid bütün sənədləşmə qaydasındadır. Fəaliyyətə başladığı müddətdə hər ay qazdan istifadəyə görə ödəniş etmişdir. İsitmə mövsümü boyu Şirvan qaz idarəsinin işçiləri hər ay 2 dəfə ona qaz sərfi barədə bildiriş vermiş, həmin bildirişə görə ödənişlərini etmişdir. Bundan başqa, mövsüm boyu demək olar ki, hər gün onların əməkdaşları gecə reydləri edib, tez-tez istixananın qaz təsərrüfatına baxış keçirilib, kənar xətt və digər qanunsuz hallar axtarılmışdır. Onun təəsərrüfatında heç bir kənarlaşma aşkar olunmamışdır. xx.xx.2019-ci il tarixdə gündüz saatlarında X13 İdarəsinin işçiləri işçiləri ünvanına gələrək istixananın qaz sayğacına baxış keçirmişlər və guya istifadəsində olan cihazın gücünün qaz sayğacının gücündən artıq olduğunu bildirərək ona cərimə yazılacağını söyləmişlər. O, onların dediyi ilə razılaşmayaraq iradlarını bildirmişdir. Onlara istixananın ilk gündən eyni sayğacla, eyni cihazla işlədiyini, istixananı istismara özlərinin qəbul etdiyini, mövsüm boyu müxtəlif komissiyalar tərəfindən yoxlanıldığını bildirmişdir. Onlar onun sözlərinə məhəl qoymamışlar. O, onlara etirazını bildirdikdən sonra çıxıb getmişlər. Növbəti ayın əvvəlində kənd nəzarətçisi İlham Musayev onlara gələrək ona akt yazıldığını və 1620 manat cərimə olunduğunu bildirərək aktın surətini ona təqdim etmişdir. Aktda 3 nəfərin adı yazılsa da, birinin imzası olmamış, guya o, imza etməkdən imtina etmişdir. Həqiqətə qaldıqda aktın harda və necə yazıdığını heç bilmir. O, bu özbaşnalığa aydınlıq gətirməkdən ötrü Şirvan qaz idarəsinə getmişdir. Orda ona aktın Nəzarət şöbəsinin rəisi Ramil Mirələmov tərəfindən yazıldığını və heç bir köməklik edə bilməyəcəklərini söyləyərək məhkəmə müraciət etməsini tövsiyə etmişlər. O, köməklik göstərilməsi üçün Sənaye və Energetika Nazirliyinin qaynar xəttinə zəng etmişdir. Bir müddət sonra X9 Agentliyinin nümayəndələri gələrək şikayətini araşdırmışlar. Onlar ona aktın düz yazılmadığını bildirərək onun silinməsi üçün Cavabdehnə göstəriş verəcəklərini bildirmişlər. Sonradan aktın və akta əsasən hesablanmış cərimənin silinəcəyi barədə məktub və borcun silinməsi tələbi ilə X13 İdarəsinə ünvanlanmış göstərişin surətini almışdır. Xeyli müddət gözlədikdən sonra X12 göstərişə məhəl qoymadığını başa düşmüşdür. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. X13 İdarəsi tərəfindən ona yazılmış xx.xx.2019-cu il tarixli ******* nömrəli akt və hesablanmış 1620 manat borc qanunsuzdur. Belə ki, onun fərdi istixanası onların mütəxəssisləri tərəfindən istismara qəbul edilmişdir. Kənarlaşma mövcud olan, cihazlarda və yaxud sayğacda uyğunsuzluq olan obyekt isə istismara qəbul edilə bilməz. xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt onun ünvanında deyil, başqa bir yerdə yazılmışdır, akt iki nəfər tərəfindən imzalanmış və aktda adı qeyd olunub imza etməyən üçüncü şəxs (A.Həsənov) ümumiyyətlə onun ünvanında olmamışdır. Bu da bir saxtakarlıqdır. “Dövlət Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının Xİİ fəslinin 79-cu bəndinəəsasən aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yer və tarixinə uyğun gəlməlidir. Akt isə onun ünvanında və iştirakı ilə yazılmamışdır. Həmin Fərmanın Xİİ fəslinin 81-ci bəndinə əsasən akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanmalıdır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilməlidir. Aktda isə fərdi istixanaya baxış zamanı orda iştirak etməyən şəxsin hal şahidi kimi adı yazılsa da, onun imza etməkdən imtina etdiyi qeyd edilsə də, akt nə həmin şəxs, nə də onun tərəfindən imzalanmamışdır. Heç ona bu günədək aktın əslini göstərib, imza atmağı təklif edən də olmamışdır. X5 Agentliyi aktı və hesablanmış borcu əsassız saymış və silinməsi barədə X13 İdarəsinə göstəriş vermişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş X5 Agentliyinin Nizamnaməsinin 3.1.36-cı bəndinə əsasən Agentlik bu Nizamnamədə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verə bilər. X7 Agentliyinin xx.xx.2019-ci il tarixli 21/19Q-050 saylı göstərişindən görünür ki, X14 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.2; 1.4; 3.4.11; 6.1.3-cü maddələrinin tələbləri pozulmuşdur. X13 İdarəsi tərəfindən aktın hesablanması barədə tərtib olunmuş sənədlərdə guya sayğacın çıxarılaraq dövət yoxlamasından keçirilməsi barədə aidiyyatı işçilərə tapşırıqlar verilmişdir. Lakin bu günədək qaz sayğacını çıxartmamışlar. Deməli aktın hesabatı sadəcə formal xarakter daşıyır. Hər hansı bir təsərrüfat xronometraj edilərkən onun qaz sayğacı yerində qalmalı, qaz xəttinin başlanğıcına digər qaz sayğacı quraşdırılmalıdır ki, istismarda olan qaz sayğacının hesabatı düzgün aparıb aparmaması bəlli olsun. Onlarsa sadəcə onun sayğacına baxıb getmişlər. X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli akt ləğv edilərək, ona hesablanmış 1620 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmədə iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan istixananın qazlaşdırılması layihəsinin (o cümlədən, texniki şərt, texniki şərtin sorğu blankı və s.) surət(lər)indən görünür ki, iddiaçıya məxsus istixana ilə bağlı kayihədə obyektin qaza olan tələbatı qaz işlədicilərin sərfiyyatına uyğun təyin edilmişdir. Cavabdeh exniki şərtinə əsasən obyektdə, 1 ədəd su qızdırıcının quraşdırılması nəzərdə tutulmuşdur. Tələb olunan qaz sərfiyyatı isə 9,8 m3/saat təşkil edir. İş materiallarından görünür ki, iş üzrə tərəflər arasında ASX-Şirvan/016 saylı, xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır. Müqavilə(lər)yə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, istixanaya verilən qaz xətti üzrə abonent kodu **********00010 olan X6 qeydiyyata alınmışdır. Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ünvanında “Elster G-6T Diafraqma” tipli qaz sayğacı xx.xx.2018ci il tarixdə quraşdırılmışdır. Qeyd edilən istixanada su qızdırıcı (1/1) mövcuddur. X4 2019-cu ilin mart ayında akt əsasında 1620 manat məbləğində borc yazılmış, hazırda1609,60 manat məbləğində borcuvardır. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan ******* nömrəli, xx.xx.2019-cu il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, X4 məxsus istixanada quraşdırılan cihazın sayğacın saatlıq qaz sərfinə uyğun olmaması, sayğacın xronometraj olmuş saatlıq qaz sərfinin 15 kubmetr aşkar edilmişdir. İşə əlavə edilən “dəymiş ziyanın bərpasına dair” xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, istehlakçı X4 qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 15 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması hesablanmış 8100 m3 ((15-10)=5x18x90=8100 m3) məbləğin ödənilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Energetika Nazirliyi X5 Agentliyi Şirvan filialının 21/19Q-050 saylı, xx.xx.2019-cu il tarixli göstərişinin surətindən görünür ki, araşdırmanın nəticəsi olaraq X4 məxsus istixananın qaz təchizatında qaz paylayıcısı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.2; 1.4; 3.4.11; 6.1.3-cü bəndlərinin tələblərinin pozulması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi X5 Agentliyi Şirvan filialının iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, araşdırmanın nəticəsi olaraq X4 məxsus istixananın qaz təchizatında qaz paylayıcısı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.2; 1.4; 3.4.11; 6.1.3-cü bəndlərinin tələblərinin pozulması müəyyən edilmişdir. Salyan RQİİ-nin rəhbərliyinə yazılmış əsassız borcun istixananın qaz hesabından silinməsi üçün aidiyyəti üzrə göstəriş verilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Salyan RQİİ-nin nümayəndələri tərəfindən xx.xx.2019-cu il tarixində istixananın qaz təsərrüfatına baxış keçirilmiş və ******* saylı akt tərtib olunmuşdur. Aktda istixanada quraşdırılmış qaz qurğusunun qaz sərfinin xronometraj olunaraq sayğacın ssatlıq qaz sərfinə uyğun olmaması, yəni quraşdırılmış qaz sayğacının ölçmə həddinin 10 m3/saat olduğu, işlədicinin isə maksimum qaz sərfinin 15 m3/saat olduğu qeyd olunmuşdur. Akta əsasən xx.xx.2019cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə hesabat aparılmış və 8100 m3 itirilmiş qaz, dəyəri 1620 manat olmaqla borc hesablanaraq istixananın qaz hesabına daxil edilmişdir. Sayğacın xronometraj olunması zamanı hansı ölçü cihazından istifadə olunması, prosesin hansı müddətə aparılması, qaz sayğacının qaz sərfini qeydə almaması barədə ******* saylı aktda və digər sənədlərdə qeydiyyat aparılmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, istixana qeyri-standart qaz qurğusu ilə istismara buraxılmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təqdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 3.4.11-ci bəndinə əsasən, qanunvericiliyə uyğun sertifikatlaşdırılmamış qaz qurğularından istifadə etmək istehlakçılara qadağandır. Qeyd edilən Qaydaların 6.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə istehlakçının qaz qurğusu AİBNDA müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə qazın verilməsini dayandıra bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan istixananın qaz təchizatında cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təqdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təqdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda müəyyən edilmiş anlayışlara görə sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları). Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Göstərilən Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Qeyd edilən Qaydaların 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Yenə həmin Qaydaların 4.3 və 4.4-cü bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Göründüyü kimi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan qaz qurğuları sənaye qaz qurğusudur. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Həmin müqavilədə tərəflərinvəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər göstərilir. İstehlakçıya tələbolunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin sayğaclar müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına texniki baxış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada keçirilir. İşin halları ilə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə qaz paylayıcı ilə sanaye qazqurğusu istifadəçisi, fərdi sahibkar X6 arasında ona məxsus Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində quraşdırmış istixanaya məhz senaye qazın verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilədə, sözügedən “Qaydaların 1.4 və 4.1-ci maddələrinin, eləcə dəmüqavilənin 4-cü bəndinin tələblərinə zidd olaraq müqavilənin mühüm şərtlərindən sayılan və müvafiq sayğacın quraşdırılması üçün zəruri olan məlumat, yəni sözügedən istixanada tələb edilən qazın həcminin müəyyənləşdirilməsi üçün orada istismar ediləcək qaz qurğularının maksimal saatlıq qaz sərfi barədə məlumat göstərilməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış və qazın alqı-satqısı münasibətlərini tənzimləyən sözügedən müqavilə ilə istehlakçı X4 məxsus istixanada istismar edilən qaz qurğularının maksimal saatlıq qaz sərfinin 15 kubmetr deyil, məhz 10 kubmetr təşkil etməsi və onun bu göstərici ilə razılaşmış olması müəyyən edilmir. Halbuki, “Qazdan istifadə Qaydaları”nın tələbləri həmin məlumat olmadan hər hansı bir obyektə müvafiq sayğacın quraşdırılmasını və qazın verilməsini istisna edir. Eyni zamanda, həmin müqavilədən görünür ki, bu müqavilə qazpaylayıcı ilə məişət yox, məhz sənaye qaz qurğusu istifadəçisi ilə bağlanmışdır. “Qazdan istifadə Qaydaları”na görə isə sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan qurğulardır.Belə çıxır ki, layihəyə görə istehlakçı X3 istifadə etdiyi qaz qurğuların maksimal saatlıq qaz sərfi 10 kubmetrdən artıq olmuşdur ki, onunla “Qaydalara” müvafiq olaraq qazın alqı-satqısına dair məişət deyil, məhz sənaye qaz qurğusu istifadəçisi kimi müqavilə bağlanmışdır. Belə olan halda qazpaylayıcı tərəfindən sözügedən istixanaya qaz qurğuların maksimal saatlıq qaz sərfi 10 kubmetrlik qaz həcmi üçün nəzərdə tutulmuş qaz sayğacının quraşdırılması “Qazdan istifadə Qaydaları”nın tələblərinə ziddir və pozuntudur. Eyni zamanda qazpaylayıcı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ******* saylı xx.xx.2019-cu il tarixli aktda abonentin istixanasında quraşdırılmış cihaz(lar)ın sayğac sərfiyyatına uyğun olmadığı, sayğacın xronometraj olunduğunu, sayğacın saatlıq qaz sərfinin 15 kubmetr olmasının aşkar edildiyi göstərilsə də, həmin cihazların istixananın qazlaşdırma layihəsində nəzərdə tutulmuş cihaz(lar) olub-olmadığı və ya layihədən kənar cihaz(lar)ın quraşdırılıb-quraşdırılmadığı, əgər əlavə cihaz(lar) quraşdırılmamışsa layihə uyğun qurğuların konstruksiyasına hansı dəyişikliyin edilib-edilməməsi müəyyən olunmamışdır. Bundan əlavə, xronometraj müvafiq qaz sayğacı üzrə faktikiqaz sərfinin həcmini ölçülməsi məqsədilə müəyyən zaman kəsiyində aparılmış olduğundan, bunun nəticəsində qazdan istifadə qaydalarının pozuntusunun müəyyən oluna biləyəcəyi istisna edilmədiyindən və belə olan halda bu hərəkət müvafiq hüquqi məsuliyyətin yaranmasına əsas olmuş olacağından, həmin hərəkətin həyata keçirilməsi, o cümlədən xronometrajın hansı cihaz vasitəsi ilə aparılması, onun texniki göstəriciləri, xronometrajın başlandığı və bitdiyi zaman, həmin zamanlarda sayğacın göstəriciləri hər hansı bir formada rəsmləşdirilməlidir (protokolla və ya aktla). Qazpaylayıcı orqan tərəfindən “Qazdan istifadə qaydalarının pozulması barədə” ******* saylı xx.xx.2019-cu il tarixli aktda, bu aktın tərtib olunması üçün əsas vermiş pozuntunun keçirilmiş xronometraj vasitəsi ilə müəyyən edilməsinə istinad olunsa da, həmin xronometrajın keçirilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, cavabdeh təşkilat tərəfindən istehlakçı X3 istixanasına quraşdırılmış sayğaca xronometrajın keçirilməsinin və həmin istixanaya baxış aparılmasının qanuni əsasına, o cümlədən yoxlamanın qaz sayğacının texniki pasportunda göstərilmiş müddətin çatması ilə bağlı və ya “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilməsinə dair hər hansı sübut təqdim etməmişdir ki, həmin sübutların da olmaması aparılmış yoxlamanın nəticələrinin və bunun rəsmləşdirməsi üçün tərtib edilmiş sənədlərin etibarsızlığına səbəb olur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2.3-cü maddəsinə əsasən, yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod göstərilir. Azərbaycan Respublikası Prezidentinin 383 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia “akt ləğv edilməsi” hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. “Borcun silinməsi”nə dair iddia tələbi isə qismən əsaslıdır. Belə ki, işin materiallarına əlavə edilən abonentin saldosundan da aydın olur ki, qeyd edilən akt əsasında iddiaçıya 1620 manat məbləğində borc yazılmış olsa da, sonradan ödənişlər etdiyindən, hazırda iddiaçının 1609,60 manat məbləğində borcuqalmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının 1620 manat borcdan ödəmiş olduğu 10,40 manat məbləğində pulun silinməsini deyil, geri qaytarılmasını tələb etmək hüququ vardır. Ona görə ki, iddiaçı ödəmiş olduğu 10,40 manat məbləğində pul məbləğinin qaytarılmasına dair tələb irəli sürmədiyindən, iddiaçının cavabdehə ödəmiş olduğu 10,40 manat pul məbləğinin qaytarılması məsələsi həll edilmədən saxlanaraq iddiaçıya həmin pul məbləğinin qaytarılmasına dair Cavabdehnə qarşı iddia tələbi irəli sürmək hüququ izah edilməlidir. Buna görə də, iddia tələbi göstərilən hissədə qismən təmin edilməklə istixana üzrə iddiaçına hesablanmış 1609,60 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli akt ləğv edilsin. Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ünvanında yerləşən istixana üzrə X4 (abonent kodu **********00010) hesablanmış 1609,60 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar