Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-883/2020 23.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə2, Mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X3 Şirvan filialının aparıcı müfəttişi X10 iştirakı ilə X1 cavabdeh “xxxxxxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 cavabdeh “xxxxxxxx” ASC-yə qarşı – elektrik enerjisindən istifadə qaydalarına riayət olunması haqqında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AKT R № 024308 saylı və xx.xx.2020-ci il tarixli AKT NQD № 007143 saylı aktların etibarsız hesab edilməsi, hesablanmış 14074,62 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********7 abonent kodu ilə elektrik enerjisindən istifadə etmək üçün 7 ilə əvvəl Plasmas yaşayış massivində yerləşən Politelin sexinə sayğac quraşdırılmışdır. Amma sex heç vaxt fəaliyyət göstərməmişdir. xx.xx.2019- cu il və xx.xx.2020-ci il tarixlərdə “xxxxxxxx” ASC və Salyan EŞ-nin əməkdaşları tərəfindən əsassız xx.xx.2019-cu il tarixli, AKT R № 024308 saylı və xx.xx.2020-ci il tarixli AKT NQD № 007143 saylı aktlar onun iştirakı olmadan tərtib olunmuş və 14074,62 manat cərimə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli, AKT R № 024308 saylı Aktda yazıblar ki, nümayəndəsi kimi göstərilən Ələsgər Əzizov akta imza etmişdir. Həmin şəxsi tanımır, həmin ərazidə bildiyi məlumata əsasən növbətçi işləyir. Elektrik xətti verilməsi xx.xx.2019-cu il tarixdə saat 20:00da dayandırılmışdır. Aktda göstərilən təmamilə əsassızdır. Ona qeyd olunan hallar barədə məlumat verilməmişdir və sex heç vaxt fəaliyyət göstərməmişdir. Həmin sexdə olan avadanlıqlar da işlək vəziyyətdə deyildir. xx.xx.2020-ci il tarixli AKT NQD № 007143 saylı aktda isə, yenə Əzizov Ələsgərin adı göstərilmiş və imzalmaqdan imtina etdi yazılmışdır. Kənar xətt ləğv edilsin göstərilməklə şinlərin üzərinin lak parça ilə sarınıb möhürlənməsi qeyd olunmuşdur. Akt barədə ona rəsmi olaraq heç bir bildiriş verilməmişdir. Bu akt da təmamilə əsassızdır. Heç vaxt elektrik enerjisi istifadəsinə görə borcu olmamışdır. Amma sayğaca heç vaxt tərəfindən heç bir müdaxilə olunmamış, sayğac daim tam saz vəziyyətdə olmuşdur. Orada uzun illərdir ki, istifadə olunmur. Sayğaca baxış keçirilib akt tərtib edilərkən nə onun, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olmuş olsa belə, bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Hesab edir ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AKT R № 024308 saylı və xx.xx.2020-ci il tarixli AKT NQD № 007143 saylı aktlar əsassızdır, həmin aktlar əsasında hesablanmış 14074,62 manat məbləğ əsassız hesablanmışdır. Ona görə də aktlar etibarsız hesab edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarının 7.6, 7.11, 8,32, 8,33 bəndlərinin tələbləri pozularaq sayğacın kənarda quraşdırıldığı nəzərə alınmadan, hal şahidlərinin iştirakı təmin edilmədən. Sayğaca labarator baxış zamanı abonentin iştirakı təmin edilmədən, sayğaca sonuncu baxışın tarixi nəzərə alınmadan və abonentin günahı qanunvericilik qaydasında təsdiq edilmədən “xxxxxxxx” ASC və Salyan EŞ-nin əməkdaşları tərəfindən əsassız xx.xx.2019-cu il tarixli, AKT R № 024308 saylı və xx.xx.2020-ci il tarixli AKT NQD № 007143 saylı aktlar yazılmış və buna görə də 14074,62 manat cərimə hesablanmışdır. Sadalananlardan da bəlli olur ki, onun tərəfindən istifadəsində olan sayğaca müdaxilə edilməmiş, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş rəy və akt ehtimallara əsasən tərtib edilmiş, real fakta əsaslanmamış, bununla da, onun hüquqları pozulmuş, cavabdeh tərəfindən ona heç bir real əsas olmadan borc hesablanmışdır. İddiaçı iddia tələbinin həcmini artıraraq, elektrik enerjisindən istifadə qaydalarına riayət olunması haqqında tərtib edilmiş AKT R № 024308 saylı xx.xx.2019-cu il tarixli, AKT NQD № 007143 saylı xx.xx.2020-ci il tarixli və AKT NQD № 005351 saylı xx.xx.2019-cu il tarixli aktların etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixdə hesablanmış 1541,79 manat, xx.xx.2019-cu il tarixdə 432.09 manat və xx.xx.2020-ci il tarixdə 13643,01 manat olmaqla cəmi 15616.89 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il ve xx.xx.2020-ci il tarixlərdə “xxxxxxxx” ASC və Salyan EŞ-nin əməkdaşları tərəfindən əsassız xx.xx.2019-cu il tarixli, AKT R № 024308 saylı və xx.xx.2020-ci il tarixli AKT NQD № 007143 saylı aktlar onun iştirakı olmadan tərtib olunmuş və 14074,62 manat cərimə borcu yaranmışdır. Bundan elavə müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə də “xxxxxxxx” ASC tərəfindən icra vərəqəsi yazılmış və 17131 kvts elektrik enerjisinin dəyərinin ödənilməsi qərara alınmışdır. Bu da 1541.79 manat cərimə olunması deməkdir. Yazılmış aktlar üzrə xx.xx.2019-cu il tarixdə 1541,79 manat, xx.xx.2019-cu il tarixdə 432.09 manat və xx.xx.2020-ci il tarixda 13.643,01 manat olmaqla cəmi 15616.89 manat əsassız cərimə borcu hesablanmışdır. X1 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmədə iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndələrinin, cavabdehin nümayəndəsinin və mütəxəssisin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən “xxxxxxxx” ASC tərəfindən tərtib edilmiş NDQ AKT № 005351 saylı xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindəniddiaçıya məxsus sexdə elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacının üzərində müdaxilə izləri vardır. Sayğacın üst qapağı gövdədən qoparılaraq yenidən kley vasitəsilə yapışdırılmışdır. Hesab müxanizminin üzərində müdaxilə izləri var. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icra vərəqinin surətindən görünür ki, NDQ AKT № 005351 saylı xx.xx.2019-cu il tarixli akt əsasında satış sahəsi üzrə tələb olaraq qərar qəbul edilmişdir: 2760 kvts : 29 gün x 180 gün = 17131 kvts. İş materiallarına əlavə edilən “xxxxxxxx” ASC tərəfindən tərtib edilmiş NDQ AKT № 006433 saylı xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindəniddiaçıya məxsus sexdə elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, güc transformatorunun 0,4 kv-luq tərəfində quraşdırılmış c/tr-a və 0,4 çubuqlara vurulmuş möhürlər yerində yoxdur. Güc transformatorunun 0,4 kv-luq çubuqlarına sarılmış lak parçalar açılıb və çubuqların üzəri açıq vəziyyətdədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icra vərəqinin surətindən görünür ki, NDQ AKT № 006433 saylı xx.xx.2019-cu il tarixli akt əsasında satış sahəsi üzrə tələb olaraq qərar qəbul edilmişdir: 6640 kvts : 65 gün x 47 gün = 4801 kvts. İş materiallarına əlavə edilən “xxxxxxxx” ASC tərəfindən tərtib edilmiş NDQ AKT № 007143 saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindəniddiaçıya məxsus sexdə elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemindən kənar xətt var. Kənar xətt sayğac sxemindən əvvəl güc transformatorunun 0,4 kv-luq çubuqlarına yaxın hissədə şinlərin üzərinə salınmış lakparçanı pozaraq en kəsiyi sahəsi S=3 x 50 mm2 alüminium özünüdaşıyan izolyasiyalı naqillə birbaşa şinlərdən bolt qoyka vasitəsi ilə bərkidilərək obyektə daxil olur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icra vərəqinin surətindən görünür ki, NDQ AKT № 007143 saylı xx.xx.2020-ci il tarixli akt əsasında satış sahəsi üzrə tələb olaraq qərar qəbul edilmişdir: 108,9 kvt x 12 saat x 116 gün 151589 kvts. İş materiallarına əlavə edilən “xxxxxxxx” ASC tərəfindən tərtib edilmiş AKT R № 024308 saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindəniddiaçıya məxsus sexdə elektrik sayğacına baxış keçirilən zaman qüsur aşkar edilmişdir. Lakin, bu aktla bağlı sərfiyyat qeydə alınmamış və hesabat aparılmamışdır. İşdə olan “Abunə haqqında” hesabdan çıxarışdan görünür ki, “xxxxxxxx” ASC tərəfindən X7xx.xx.2019-cu il tarixdə NDQ AKT № 005351 saylı xx.xx.2019-cu il tarixli akt əsasında 1541,79 manat; xx.xx.2019-cu il tarixdə NDQ AKT № 006433 saylı xx.xx.2019-cu il tarixli akt əsasında 432,09 manat; xx.xx.2020-ci il tarixdə NDQ AKT № 007143 saylı xx.xx.2020-ci il tarixli akt əsasında 13643,01 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilən fotoşəkilərdən sexin işlək vəziyyətdə olmaması, yararsız halda olması aydın olur. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qeyd edilən aktların etibarsız hesab edilməsinə dair xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X3 Şirvan filialının aparıcı müfəttişi X15 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, iş üzrə təqdim olunmuş sənədlər əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı “xxxxxxxx” ASC-nin Şirvan RETSİ və ya İstehlakçı tərəfindən elektrik enerjisinin alqı-satqı müqaviləsi və ona əlavə edilən sənədlər (elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı) təqdim olunmamışdır. Enerjitəchizatı müəsissəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü və 4.1-ci bəndinin tələbi pozularaq elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmamışdır. Eyni zamanda abonent dövriyyəsi üzrə məlum olur ki, Qaydaların 8.2-ci bəndinin tələbi pozularaq hesablaşma elektrik sayğacının göstəriciləri hesablaşma dövründə oxunmamışdır. Aktlarla bağlı Şirvan RETSİ tərəfindən digər sübutedici faktlar təqdim olunmamışdır.X9 baş mühəndisi X16 ilə əlaqə saxlanılmış, balans mənsubiyyəti sərhədinin 10 kV-luq “Plastmas yaşayış massivi” hava elektrik verilişi xəttinin müvafiq dayağının budaqlanma nöqtəsindən obyektə tərəf təyin olunduğunu, balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyətini müəyyən edən aktının olmadığını bildirmişdir. Eyni zamanda, yerində araşdırma zamanı X6 nümayəndəsi X4 aid təsərrüfatın daxilində quraşdırılmış, 10/0,4 kV-luq, gücü 250 kVA transformatorun istehlakçıya məxsus olduğunu bildirmiş, obyektə aid elektrik enerjisinə dair texniki sənədlər təqdim olunmamışdır. Məlumat üçün bildirik ki, Qaydaların 7.7-ci bəndinin tələbinə əsasən hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 5.2.2-ci yarımbəndinə əsasən müxtəlif təşkilatlara məxsus, ayırmalara birbaşa, yaxud ayırıcı vasitəsilə qoşulan 1000 V və daha yüksək gərginlikli elektrik veriliş xətlərinin texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi əsas xəttin ayırma aparılan dayağında müəyyənləşdirilir.Araşdırma sənədlərindən məlum olmuşdur ki, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən X7 aid Salyan şəhəri, 20 yanvar küçəsində yerləşən boru sexində hesablaşma üçün quraşdırılmış sayğac uçot komplektinə baxış zamanı sayğacın üst örtük hissəsi ilə gövdə hissəsinin birləşməsinin aralandığı, 1 və 3 rəqəmlərinin üzərində kobud cızıq izlərinin olduğu, sayğacın üst hissəsində xüsusi dəlik açıldığı ilə bağlı xx.xx.2019-cu il tarixli, 005351 nömrəli akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2020-ci il tarixli 180 gün müddətinə, 17131 kvts sərfiyyat olmaqla, dəyəri 1541,79 manat məbləğində hesabat aparılaraq abonent dövriyyəsinə daxil edilmişdir. Sayğac ******* nömrəli potokola əsasən yenisi ilə əvəz olunmuş, istehlakçının laboratoriyada veriləcək rəydə iştirak edəcəyi barəsində qeydiyyat aparılmış və istehlakçı tərəfindən imza edilmişdir. Şirvan RETSİ tərəfindən rəy protokolu təqdim olunmamışdır.Müəyyən edilmişdir ki, aktda istehlakçı tərəfindən imza olunmuşdur. Eyni zamanda istehlakı tərəfindən sayğac dəyişmə protokolu imzalanmışdır. Hesabat Qaydaların 8.17-ci bəndinin tələbinə əsasən sayğacın xx.xx.2018-ci il tarixindən sonrakı 180 gün müddətinəverilmişdir. Lakin xx.xx.2018-ci il sayğacın oxunma tarixindən sonrakı müddətlərdə oxunma aparılmış, sərfiyyatların dəyəri daxil edilmiş və həmin sərfiyyatlar əvvəlki illərin aylarının sərfiyyatları ilə müqayisədə fərqlənmir. Odur ki, hesabat, xx.xx.2018-ci il oxunma tarixindən akt tərtib olunan xx.xx.2019-cu il tarixədək olan müddət üçün, dövriyyə üzrə xx.xx.2018-ci il tarixində 65 gün müddətinə qeydə alınan 6640 kvts sərfiyyatın orta günlüyü tapılaraq aparılmalıdır. Hesabat dövrü uçün sayğacın qeydə aldığı sərfiyyat hesabatdan çıxılmalıdır. (6640 kvts : 65 gün =102 kvts x 64 gün = 6538 kvts-1132 kvts = 5406 kvts x 0,09 manat = 486,5 manat). Uçot bərpa olunduqdan sonra xx.xx.2019-cu il tarixində 40 kvts sərfiyyat qeydə alınmışdır. İstehlakçı tərəfindən Qaydaların 8.34-cü bəndinin tələbinə riayət olunmayaraq sayğac uçot komplektinə baxış keçirilməsinə şərait yaradılmadığı üçün xx.xx.2019-cu il tarixli 024308 nömrəli akta əsasən sexə elektrik enerjisinin verilişi dayandırılmışdır. X14 tərəfindən təqdim olunan xx.xx.2020-ci il tarixli, 2(057)-627/2020 nömrəli Salyan Rayon Məhkəməsinin qərardadına əsasən “xxxxxxxx" ASC tərəfindən obyektə elektrik enerjisinin verilişi bərpa edilmişdir. Məsələ ilə bağlı X9 baş mühəndisi X16 ilə əlaqə saxlanılmış, onun tərəfindən bildirilmişdir ki, xx.xx.2019-cu il tarixindən, xx.xx.2020-ci il tarixinədək obyekdə gərginlik olmamışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixindən, xx.xx.2020-ci il tarixədək olan dövrdə sayğac göstəricilərinin oxunduğu və sərfiyyatın qeydə alınmadığı məlum olur. Bu da xx.xx.2019-cu il tarixli 006433 nömrəli və xx.xx.2020-ci il tarixli, 007143 nömrəli aktlarda öz əksini tapır. “xxxxxxxx” ASC-nin nümayəndələri obyektə yenidən baxış zamanı güc transformatorunun 0,4 kV-luq çubuqlara vurulmuş möhürlərin yerində olmadığı, lakparçaların açıldığı, çubuqların üzərindən kənar xətt götürülməsi və müdaxilə imkanının olması ilə bağlıxx.xx.2019-cu il tarixli 006433 nömrəli akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2020-ci il tarixli 47 gün müddətinə, 4801 kvts sərfiyyat olmaqla, dəyəri 432,09 manat məbləğində hesabat aparılaraq abonent dövriyyəsinə daxil edilmişdir. Möhürlər xx.xx.2019-cu il tarixli 196161 nömrəli akta əsasən bərpa edilmiş, istehlakçının nümayəndəsi X13 tərəfindən imza edilmişdir. “xxxxxxxx” ASC-nin nümayəndələri obyektə yenidən baxış zamanı sayğac sxemidən əvvəl şinlərin üzərinə sarınmış lakparçaların izoliyasiyasının pozularaq birbaşa şindən soyuq birləşmə götürməklə obyektə daxil edilərək sayğacdan kənar xətdədən istifadə olunması ilə bağlı xx.xx.2020-ci il tarixli, 007143 nömrəli akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2020-ci il tarixli, 116 gün müddətinə 151589 kvts sərfiyyat, dəyəri 13643,01 manat olmaqla, hesabat aparılaraq abonent dövriyyəsinə daxil edilmişdir. Möhürlər xx.xx.2020-ci il tarixli, 198786 nömrəli akta əsasən bərpa edilmiş, istehlakçının iştirakı təmin edilməmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, xx.xx.2019-cu il tarixli 006433 nömrəli və xx.xx.2020-ci il tarixli, 007143 nömrəli aktlar tərtib olunan dövrdə obyektə gərginlik olmamışdır və aktlarda göstərilən qüsurların, pozuntunun olması belə, elektrik enerjinin itkilərinə səbəb olması halı kimi qiymətləndirilə bilməz. Bu halda hesabatın aparılması əsassızdır. Eyni hər iki akta qeyd olunan pozuntularla bağlı sübutedici faktlar yoxdur. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X3 Şirvan filialının aparıcı müfəttişi X15 izahatında göstərdi ki, iş üzrə təqdim olunmuş sənədlər əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı enerjitəchizatı müəsissəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü və 4.1-ci bəndinin tələbi pozularaq elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmaması müəyyən olunmuşdur. Eyni zamanda abonent dövriyyəsi üzrə məlum olur ki, Qaydaların 8.2-ci bəndinin tələbi pozularaq hesablaşma elektrik sayğacının göstəriciləri hesablaşma dövründə oxunmamışdır. Araşdırma sənədlərindən məlum olmuşdur ki, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən X7 aid Salyan şəhəri, 20 yanvar küçəsində yerləşən boru sexində hesablaşma üçün quraşdırılmış sayğac uçot komplektinə baxış zamanı sayğacın üst örtük hissəsi ilə gövdə hissəsinin birləşməsinin aralandığı, 1 və 3 rəqəmlərinin üzərində kobud cızıq izlərinin olduğu, sayğacın üst hissəsində xüsusi dəlik açıldığı ilə bağlı xx.xx.2019-cu il tarixli, 005351 nömrəli akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2020-ci il tarixli 180 gün müddətinə, 17131 kvts sərfiyyat olmaqla, dəyəri 1541,79 manat məbləğində hesabat aparılaraq abonent dövriyyəsinə daxil edilmişdir. Sayğac ******* nömrəli potokola əsasən yenisi ilə əvəz olunmuş, istehlakçının laboratoriyada veriləcək rəydə iştirak edəcəyi barəsində qeydiyyat aparılmış və istehlakçı tərəfindən imza edilmişdir. Müəyyən edilmişdir ki, aktda istehlakçı tərəfindən imza olunmuşdur. Eyni zamanda istehlakı tərəfindən sayğac dəyişmə protokolu imzalanmışdır. Hesabat Qaydaların 8.17-ci bəndinin tələbinə əsasən sayğacın xx.xx.2018-ci il tarixindən sonrakı 180 gün müddətinə verilmişdir. Lakin xx.xx.2018-ci il sayğacın oxunma tarixindən sonrakı müddətlərdə oxunma aparılmış, sərfiyyatların dəyəri daxil edilmiş və həmin sərfiyyatlar əvvəlki illərin aylarının sərfiyyatları ilə müqayisədə fərqlənmir. Odur ki, hesabat, xx.xx.2018-ci il oxunma tarixindən akt tərtib olunan xx.xx.2019cu il tarixədək olan müddət üçün, dövriyyə üzrə xx.xx.2018-ci il tarixində 65 gün müddətinə qeydə alınan 6640 kvts sərfiyyatın orta günlüyü tapılaraq aparılmalıdır. Hesabat dövrü uçün sayğacın qeydə aldığı sərfiyyat hesabatdan çıxılmalıdır. Uçot bərpa olunduqdan sonra xx.xx.2019-cu il tarixində 40 kvts sərfiyyat qeydə alınmışdır. İstehlakçı tərəfindən Qaydaların 8.34-cü bəndinin tələbinə riayət olunmayaraq sayğac uçot komplektinə baxış keçirilməsinə şərait yaradılmadığı üçün xx.xx.2019-cu il tarixli 024308 nömrəli akta əsasən sexə elektrik enerjisinin verilişi dayandırılmışdır. X14 tərəfindən təqdim olunan xx.xx.2020-ci il tarixli, 2(057)-627/2020 nömrəli Salyan Rayon Məhkəməsinin qərardadına əsasən “xxxxxxxx" ASC tərəfindən obyektə elektrik enerjisinin verilişi bərpa edilmişdir. Məsələ ilə bağlı X9 baş mühəndisi X16 ilə əlaqə saxlanılmış, onun tərəfindən bildirilmişdir ki, xx.xx.2019-cu il tarixindən, xx.xx.2020-ci il tarixinədək obyekdə gərginlik olmamışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixindən, xx.xx.2020-ci il tarixədək olan dövrdə sayğac göstəricilərinin oxunduğu və sərfiyyatın qeydə alınmadığı məlum olur. Bu da xx.xx.2019-cu il tarixli 006433 nömrəli və xx.xx.2020-ci il tarixli, 007143 nömrəli aktlarda öz əksini tapır. “xxxxxxxx” ASC-nin nümayəndələri obyektə yenidən baxış zamanı güc transformatorunun 0,4 kV-luq çubuqlara vurulmuş möhürlərin yerində olmadığı, lakparçaların açıldığı, çubuqların üzərindən kənar xətt götürülməsi və müdaxilə imkanının olması ilə bağlıxx.xx.2019-cu il tarixli 006433 nömrəli akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2020-ci il tarixli 47 gün müddətinə, 4801 kvts sərfiyyat olmaqla, dəyəri 432,09 manat məbləğində hesabat aparılaraq abonent dövriyyəsinə daxil edilmişdir. Möhürlər xx.xx.2019-cu il tarixli 196161 nömrəli akta əsasən bərpa edilmiş, istehlakçının nümayəndəsi X13 tərəfindən imza edilmişdir. “xxxxxxxx” ASC-nin nümayəndələri obyektə yenidən baxış zamanı sayğac sxemidən əvvəl şinlərin üzərinə sarınmış lakparçaların izoliyasiyasının pozularaq birbaşa şindən soyuq birləşmə götürməklə obyektə daxil edilərək sayğacdan kənar xətdədən istifadə olunması ilə bağlı xx.xx.2020-ci il tarixli, 007143 nömrəli akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2020-ci il tarixli, 116 gün müddətinə 151589 kvts sərfiyyat, dəyəri 13643,01 manat olmaqla, hesabat aparılaraq abonent dövriyyəsinə daxil edilmişdir. Möhürlər xx.xx.2020-ci il tarixli, 198786 nömrəli akta əsasən bərpa edilmiş, istehlakçının iştirakı təmin edilməmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, xx.xx.2019-cu il tarixli 006433 nömrəli və xx.xx.2020-ci il tarixli, 007143 nömrəli aktlar tərtib olunan dövrdə obyektə gərginlik olmamışdır və aktlarda göstərilən qüsurların, pozuntunun olması belə, elektrik enerjinin itkilərinə səbəb olması halı kimi qiymətləndirilə bilməz. Bu halda hesabatın aparılması əsassızdır. Eyni hər iki akta qeyd olunan pozuntularla bağlı sübutedici faktlar yoxdur. Yəni, “xxxxxxxx” ASC tərəfindən aktlar düzgün tərtib edilmişdir. Lakin, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə qeydə alınmış elektrik enerjisinin dəyəri düzgün hesablanmamışdır. xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il tarixdə isə obyektdə gərginlik olmadığı halda, hesabat aparılaraq, iddiaçıya elektrik enerjisindən istifadəyə görə artıq borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindəniddiaçıya məxsus sexdə elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacının üzərində müdaxilə izləri vardır. Sayğacın üst qapağı gövdədən qoparılaraq yenidən kley vasitəsilə yapışdırılmışdır. Hesab müxanizminin üzərində müdaxilə izləri var. Buna görə də, NDQ AKT № 005351 saylı xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında xx.xx.2020-ci il tarixli icra vərəqi ilə qərar qəbul edilərək, iddiaçıya 1541,79 manat məbləğində borc hesablanmışdır. Bundan başqa, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindəniddiaçıya məxsus sexdə elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, güc transformatorunun 0,4 kvluq tərəfində quraşdırılmış c/tr-a və 0,4 çubuqlara vurulmuş möhürlər yerində yoxdur. Güc transformatorunun 0,4 kv-luq çubuqlarına sarılmış lak parçalar açılıb və çubuqların üzəri açıq vəziyyətdədir. Buna görə də, NDQ AKT № 006433 saylı xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında xx.xx.2019-cu il tarixli icra vərəqi ilə qərar qəbul edilərək, iddiaçıya 432,09 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindəniddiaçıya məxsus sexdə elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemindən kənar xətt var. Kənar xətt sayğac sxemindən əvvəl güc transformatorunun 0,4 kv-luq çubuqlarına yaxın hissədə şinlərin üzərinə salınmış lakparçanı pozaraq en kəsiyi sahəsi S=3 x 50 mm2 alüminium özünüdaşıyan izolyasiyalı naqillə birbaşa şinlərdən bolt qoyka vasitəsi ilə bərkidilərək obyektə daxil olur. Buna görə də, NDQ AKT № 007143 saylı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında xx.xx.2020-ci il tarixli icra vərəqi ilə qərar qəbul edilərək, iddiaçıya 13643,01 manat məbləğində borc hesablanmışdır. Həmçinin, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindəniddiaçıya məxsus sexdə elektrik sayğacına baxış keçirilən zaman qüsur aşkar edilmişdir. Buna görə də, AKT R № 024308 saylı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Lakin, bu aktla bağlı sərfiyyat qeydə alınmamış və hesabat aparılmamışdır. Göründüyü kimi, sayğac(lar)da qeyd edilən qüsur(lar) aşkar edildiyindən göstərilən akt(lar) tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.7-ci maddəsinə əsasən, bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göstərilən Qaydaların 8.34-cü maddəsinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Qeyd edilən Qaydaların 9.4-cü maddəsinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyiiddiaçı daşıdığından, sayğacda göstərilən qüsur(ların)un aşkar edilməsi səbəbindən akt(lar) tərtib edildiyindən və akt(lar)ın tərtib edilməsi zamanı pozuntuya yol verilmədiyindən, aktın ləğv edilməsinə əsas yoxdur. Digər tərəfdən, həmin akt qüsurun aşkar edilməsini özündə əks etdirir. Odur ki, onun etibarsız hesab edilməsinə zərurət yoxdur. Həmçinin, akt qüsurlu olmuş olsa belə, bu onun ləğv edilməsinə deyil, etibarsız hesab edilməsinə səbəb ola bilər. Belə ki, iddiaçıya hesablanmış (AKT R № 024308 saylı xx.xx.2020-ci il tarixli aktla bağlı sərfiyyat qeydə alınmadığından və hesabat aparılmadığından, həmin akt istisna olmaqla) olan borc(lar) qeyd edilən akt(lar) əsasında müəyyən edilmiş olsa da, icra vərəq(lər)i ilə hesablanmışdır. Lakin, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə qeydə alınmış elektrik enerjisinin dəyəri düzgün hesablanmamışdır. xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il tarixdə isə obyektdə gərginlik olmadığı halda, hesabat aparılmışdır. Belə ki, qeyd edilən aktlarda göstərilən qüsurların, pozuntunun olması belə, elektrik enerjinin itkilərinə səbəb olması halı kimi qiymətləndirilə bilməz. Bu halda hesabatın aparılması əsassızdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci maddəsinə əsasən, enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən Enerji X3 səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus sexdə hesablaşma üçün quraşdırılmış sayğac uçot komplektinə baxış zamanı sayğacın üst örtük hissəsi ilə gövdə hissəsinin birləşməsinin aralandığı, 1 və 3 rəqəmlərinin üzərində kobud cızıq izlərinin olduğu, sayğacın üst hissəsində xüsusi dəlik açıldığı ilə bağlı xx.xx.2019-cu il tarixli, 005351 nömrəli akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2020-ci il tarixli 180 gün müddətinə, 17131 kvts sərfiyyat olmaqla, dəyəri 1541,79 manat məbləğində hesabat aparılaraq abonent dövriyyəsinə daxil edilmişdir. Sayğacın xx.xx.2018-ci il tarixindən sonrakı 180 gün müddətinə verilmişdir. Lakin xx.xx.2018-ci il sayğacın oxunma tarixindən sonrakı müddətlərdə oxunma aparılmış, sərfiyyatların dəyəri daxil edilmiş və həmin sərfiyyatlar əvvəlki illərin aylarının sərfiyyatları ilə müqayisədə fərqlənmir. Odur ki, hesabat, xx.xx.2018-ci il oxunma tarixindən akt tərtib olunan xx.xx.2019-cu il tarixədək olan müddət üçün, dövriyyə üzrə xx.xx.2018-ci il tarixində 65 gün müddətinə qeydə alınan 6640 kvts sərfiyyatın orta günlüyü tapılaraq aparılmalıdır. Hesabat dövrü uçün sayğacın qeydə aldığı sərfiyyat hesabatdan çıxılmalıdır. Belə olan halda, sərfiyyat 486,52 manat (6640 kvts : 65 gün =102,15 kvts x 64 gün = 6537,84 kvts-1132 kvts = 5405,84 kvts x 0,09 manat = 486,52 manat) təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə hesabat düzgün aparılmamış və iddiaçıya elektrik enerjisindən istifadəyə görə 1055,27 manat (1541,79- 486,52=1055,27 manat) məbləğində artıq borc hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci maddəsinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.16-cı maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Göstərilən Qaydaların 8.17-ci maddəsinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçının borcu düzgün hesablanmadığından, xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il tarixdə isə obyektdə gərginlik olmadığı halda, hesabat aparıldığından, bununla da, yalnışlığa yol verildiyindən, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış və artıq hesablanmış elektrik enerjisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı istifadə olunmuş elektrik enerjisinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Odur ki, iddia tələbi AKT R № 024308 saylı xx.xx.2019-cu il tarixli (bu aktla bağlı ümumiyyətlə sərfiyyat qeydə alınmamış və hesabat aparılmamışdır), AKT NQD № 007143 saylı xx.xx.2020-ci il tarixli və AKT NQD № 005351 saylı xx.xx.2019-cu il tarixli aktların etibarsız hesab edilməsinə dair hissədə rədd edilməli olmuş olsa belə, göstərilən borc(lar) qeyd edilən akt(lar) əsasında deyil, icra vərəq(lər)i ilə hesablandığından, iddia bu hissədə qismən təmin edilərək, iddiaçıya elektrik enerjisindən istifadəyə görə xx.xx.2019-cu il tarixdə hesablanmış 1541,79 manat borcdan 1055,27 manatı; xx.xx.2019-cu il tarixdə (bu hesabat AKT R № 024308 saylı xx.xx.2019-cu il tarixli bu aktla bağlı deyil, NDQ AKT № 006433 saylı xx.xx.2019-cu il tarixli akt əsasında xx.xx.2019-cu il tarixli icra vərəqi ilə hesablanmışdır) hesablanmış 432,09 manat; xx.xx.2020-ci il tarixdə hesablanmış 13643,01 manat olmaqla cəmi 15130,37 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxxxxxx” ASC tərəfindən X7 xx.xx.2019-cu il tarixdə hesablanmış 1541,79 manat borcdan 1055,27 manatı; xx.xx.2019-cu il tarixdə hesablanmış 432,09 manat; xx.xx.2020-ci il tarixdə hesablanmış 13643,01 manat olmaqla cəmi 15130,37 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu “xxxxxxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-883/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-883/2020
23.09.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver