Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-148/2024 03.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 25 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Qarabağlar kəndində yerləşən, ümumi sahəsi 256.6 kvadratmetr, 221.8 kvadratmetr yaşayış, 34.8 kvadratmetr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin boşaldılaraq Kapital Bank” ASC-yə təhvil verilməsi və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat xərcin, dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat rüsumun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ASC-nin (bundan sonra Bank adlanacaq) Kəngərli Rayon filialının 26 may 2023-cü il tarixli hərracın yekunları barədə protokol və eyni tarixli əmlakların alqı-satqısı barədə müqavilə əsasında Kəngərli rayonu, Qarabağlar kəndində 0.2373 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1 mərtəbli, 2 otaqlı, 50.31 kvadratmetr yaşayış, 211.61 kvadratmetr köməkçi sahədən ibarət olan fərdi yaşayış evini alaraq, tam mülkiyyət hüququ əldə etdiyini, (Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin 02 avqust 2023-cü il tarixli, **********24-10301 reystr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış), ilkin olaraq iş kommersiya mübahisəsi olduğuna görə razılıq əldə olunması məqsədilə Mediasiya Şurasına müraciət olunduğunu, lakin hər hansı bir razılıq əldə olunmadığını, X1 tərəfindən 26 dekabr 2023-cü il tarixli, K-1908 saylı X2 iştirak edlməməsi barədə arayış verildiyini və arayışın əslinin iddia ərizəsinə əlavə edildiyini, hal-hazırda cavabehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus mənzildə yaşaması və qeydiyyatda qalmasının bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyini və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozduğunu, bu səbəbdən cavabdehlərin bankın mülkiyyətində olan mənzilə olan hüquqlarının itirilmiş hesab edilməli olduğunu hesab etdiklərini, iddiaçının tələbinin əsaslandırdığı sənədlərin mülkiyyət çıxarışı, hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsi olduğunu, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqlarının qanunla qorunduğunu, Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən dinc istifadə hüququna malik olduğunu, heç kəsin cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməyəcəyini, Avropa İnsan Hüquqları Məhkəməsinin Marck Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında öz əmlakına sərəncam verməyin mülkiyyət hüququnun əsasını təşkil edən aspekt olduğunu qeyd etmiş, AR Mülki Məcəlləsinn 152.1-ci, 157.2-ci, 157.4-cü maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci, 9-cu maddəsinin 5-ci bəndinə istinad etmiş, Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından cavabdehlərin İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün onların həmin fərdi yaşayış evinə olan hüquqlarının itirilməsinin zəruri olduğunu, Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas olmadığını, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi halın istisna təşkil etdiyini qeyd etmişdir. 12 fevral 2024-cü il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə3 tərəfindən elektron qaydada məhkəməyə etiraz (izahat) daxil olmuş həmin etirazda, Mübahisələndirilən yaşayış evi üzrə əmlakın cavabdehin 2011-ci ildə “Kapital Bang”dan 4 il müddətinə, götürülmüş 30.000 manat vəsait hesabına inşa edildiyi, Kredit borcu vaxtında ödənilmədiyindən borcverənin (kreditorun) təşəbbüsü ilə 2 dəfə: 19 fevral 2016-cı il və 29 aprel 2016-cı ildə hərraca çıxarıldığı, alıcısı olmadığından hərracın baş tutmadığı, hər iki hərrac barədə elanın müvafiq olaraq “Şərq qapısı” qəzetinin xx.xx.2016-ci il tarixli 15 saylı və xx.xx.2016-ci il tarixli 70 saylı nömrələrində dərc edildiyi, İşin materiallarından iddiaçının mübahisələndirilən əmlaka xüsusi mülkiyyət hüququnu 26 may 2023-cü ildə həmin əmlak üzrə keçirilən 3-cü hərracın nəticəsində əldə etdiyinin göründüyü, həmin əmlak üzrə üçüncü hərracın keçirilməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 Oktyabr 2014-cü il tarixli Qərarına zidd olduğu və özlüyündə heç bir hüquqi nəticə doğura bilməyəcəyi, həmin Qərara görə "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracın keçirilməsinin həmin qanuna zidd hesab edilməli olduğu, qərarın dərc edildiyi gündən qüvvəyə mindiyi, Qərarın qəti və heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməyəcəyi qeyd olunmuş, Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə istinad olunmuş, İddiaçı ASC-tinin Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən 256,6 kv.m yaşayış sahəsi və 221.8 kv.m köməkçi sahəsinə xüsusi mülkiyyət hüququna aid Çıxarışı qanunu pozmaqla əldə etdiyindən, həmin Çıxarışa istinadən verilmiş iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən elektron qaydada məhkəməyə iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə daxil olaraq, həmin ərizədə İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Qarabağlar kəndində yerləşən, ümumi sahəsi 0.2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50.31 kv.m yaşayış, 211.61 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin boşaldılaraq Kapital Bank” ASC-yə təhvil verilməsi və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat xərcin, dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat rüsumun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə nəzərə alınaraq iddia tələbinə həmin ərizədə qeyd olunan tələb həcmində baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 20 fevral 2024-cü il tarixli məhkəmə iclasında- 09 aprel 2015-ci il tarixdə NMR İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası adından qətnamə çıxardığını, həmin qətnamənin icrası ilə bağlı qeyd olunan əmlakın hərraca çıxarıldığını və alqı-satqı müqaviləsi və protokol əsasında bankın balansına keçdiyini, bu barədə Daşınmaz Əmlakdan çıxarışlar alındığını və iş materiallarına əlavə olunduğunu bildirərək məhkəmədən banka məxsus olan əmlakın boşaldılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmiş, Əmlakın birinci hərracda alındığını, cavabdehin nümayəndəsi Nümayəndə3 ilə bir neçə dəfə görüşdüklərini, ondan qabaq da görüşüb, danışdıqlarını, amma indiyə kimi uzlaşa bilmədiklərini, yoldaşın ona imkanı olmadığını, sadəcə “müddət verin” dediyini, borcu ödəsə, mülkünü vermələri ilə bağlı indiyə kimi ona razılıq verdiklərini, amma bu gün mövcud vəziyyətlə bağlı əmlakların yenidən qiymətləndirildiyini, indiki qiymətlərin onlardan bir az baha olduğunu, köhnə qiymətlərlə bağlı qərar verən şəxsin onlar olmadığını, bunun üçün vətəndaşın “əlimdə bu qədər pulum var, əmlakı almaq istəyirəm” deyə müraciət etməli olduğunu, ondan sonra baxılacağını, qərar veriləcəyini, amma bugün pulun ödəniləcəyi bir hesab olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 -03 iyun 2024-cü il tarixli məhkəmə baxışı iclasında iddianı müdafiə etdiklərini, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 20 fevral 2024-cü il tarixli məhkəmə iclasında Qarabağlar kəndində mağazasının olduğunu, sökdüklərini, işsiz qaldığını, ailəsini yığıb təsərrüfatla məşğul olmağa məcbur qaldığını, İqtisadi İnkişaf Nazirliyinə müraciət etdiyini, oradan ona kredit ayırdıqlarını, Xırdabuynuzlu biznesi qurmağa oradan kredit verdiklərini, Kredit veriləndən sonra kreditin hər nə qədərisə gəlib əlinə çatdığını, hərənin öz payını götürdüyünü, İqtisadi İnkişaf Nazirliyindən tutmuş, bankından tutmuş hamısına 2011-ci ildən bu günə kimi nə qədər verməsi ilə bağlı vərəqin qaldığını, nədən ziyana düşdüyünün, hamısının orada yazıldığını, Tikinti bitəndən sonra bir nəfərin oraya gəlmədiyini, Ali Məclisə, İqtisadi İnkişaf Nazirliyinə, prokurorluğa, Daxili İşlər Nazirliyinə, hamısına teleqram göndərdiyini, 3-cü dəfə iddiaçının onsuz, məlumat verməmiş, auksion mərkəzilə söhbətləşdiklərini, 10837 (on min səkkiz yüz otuz yeddi) manata həmin o binanı aldıqlarını, 17850 (on yeddi min səkkiz yüz əlli) manata da o biri evini aldıqlarını, özünün şəxsən yanlarına getdiyini, “mənə şərait yaradın, çıxım bu vəziyyətdən, mənim bu kreditimi bağlayaq, mən pul götürüm. Təzədən başlayım ödəməyə” dediyini, bu günə kimi heç bir şərait olmadığını, məhdudiyyətlərin aradan götürüldüyünü, “Siz mənə şərait yaradın, mən dövlətin pulunu ödəyə bilim” dediyini, bu günkü gündə yığışıb pulu birdən-birə ödəyib əmlakı götürə bilməyəcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3-03 iyun 2024-cü il tarixli məhkəmə baxışı iclasında iddiaçı tərəfin onlara qarşı qaldırdığı iddianın hamısının qanuna zidd hesab edərək, saxta sənədlərlə məhkəməyə məlumat verdiklərini, dövlətin konstitusiyasını, qanununu heçə sayaraq üçüncü və dördüncü dəfə auksion keçirərək əmlakını əldə etdiklərini bildirmiş, sənədlərin saxta olması barədə qanuna uyğun olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddiaçının əmlakın boşaldılmasını tələb etdiyini, saxta yolla əmlakı ələ keçirdiklərini, qanunsuz, saxta sənəd əldə edərək, həmin sənədlər əsasında əmlakın boşaldılmasını tələb etdiklərini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: X2 İştirak edilməməsi barədə 26 dekabr 2023-cü il tarixli K1908 nömrəli arayışdan görünür ki, 26 dekabr 2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iddiaçının nümayəndəsi Nümayəndə2 iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Kəngərli rayon Qarabağlar kənd İ.Ə.D üzrə nümayəndəsi tərəfindən Kapital Bank ASC-yə verilmiş 21 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən ünvan 1ində, 0.2373 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 246 kv.m olan fərdi yaşayış evində qeydiyyatda olan şəxs yoxdur. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-11/2015 saylı, 09 aprel 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Kapital Bank ASC Kəngərli rayon filialının müdiri H.K.Əliyev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndə3 qarşı kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə kredit borcunun ipoteka qoyulmuş əmlaka yönəldilərək həmin girovun açıq hərracda satılıb kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərarı əsasında iddia tələbi təmin edilərək cavabdeh Nümayəndə3 06 yanvar 2015-ci il tarixə İddiaçı ASC Kəngərli rayon filialına olan 30 000 (otuz min) manat əsas və 4676,67 (dörd min altı yüz yetmiş altı manat altmış yeddi qəpik) manat faiz borcu, cəmi 34.676,67 (otuz dörd min altı yüz yetmiş altı manat altmış yeddi qəpik) manat məbləğində kredit borcu, xx.xx.2015-ci il tarixdən etibarən öhdəliyin tam icra olunacağı günədək əsas borca illik 6 (altı) faiz dərəcəsi olmaqla hesablanacaq faizlər və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Nümayəndə3 tutularaq İddiaçı ASC-nin Kəngərli rayon filialının xeyrinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ Nümayəndə3 məxsus olan Naxçıvan MR, ünvan 1ində ümumi sahəsi 256,6 kv.m , yaşayış sahəsi 221,8 kv.m köməkçi sahəsi 34,8 kv.m olan müstəqil qiymətləndirici tərəfindən 27000 (iyirmi yeddi min) manat məbləğində qiymətləndirilən fərdi yaşayış evinə və Cavabdeh məxsus Naxçıvan MR, ünvan 1ində mülkiyyətində olan 0.2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50,31 kv.m yaşayış, 211,61 kv.m köməkçi sahədən ibarət müstəqil qiymətləndirici tərəfindən 22500 (iyirmi iki min beş yüz) manat məbləğində qiymətləndirilən fərdi yaşayış evinə yönəldilməsi və həmin girov əmlakların açıq hərracda satılıb kredit borcunun ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH Seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh məxsus ünvan 1i ünvanında 0.2373 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 246.01 kv.m olan **********24-10301 reyestr nömrəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə İddiaçı Naxçıvan MR Baş İdarəsi Kəngərli rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Daşınmaz əmlakın dövlət reyestrində 24/1 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 1ində 0.2373 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 246 kv.m olan **********24-10301 reyestr nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. “Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakların açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları” barədə protokoldan görünür ki, 26 may 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Hərracların təşkili üzrə Auksion Mərkəzində keçirilən hərrac nəticəsində İddiaçı ASC qalib (alıcı) kimi müəyyən olunmuş, həmçinin ünvan 1ində 0.2373 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50,31 kv.m yaşayış, 211,61 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 17000 (on yeddi min) manat məbləğində müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.7 maddəsinə əsasən təkrar hərracda-15% və 43.7 maddəsinə əsasən -25% tətbiq edilməklə ünvan 1ində 0.2373 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50,31 kv.m yaşayış, 211,61 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə 25 faiz güzəştli satış qiyməti tətbiq edilərək son satış qiyməti 10837.50 (on min səkkiz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda həmin protokolun: 8-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən bu protokol müqavilə qüvvəsinə malikdir. 9-cu bəndindən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.8-ci maddəsinə əsasən bu protokol alıcının yeni mülkiyyətçisi kimi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən sənəddir. 26 may 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən ünvan 1ində 0.2373 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50,31 kv.m yaşayış, 211,61 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi hərracın nəticələri barədə yekun protokola əsasən təkrar hərracdakı satış qiymətindən 25 % güzəştli satış qiyməti tətbiq edilməklə 10837.50 (on min səkkiz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində müəyyən edilmiş qiymətə almışdır. Həmin müqavilənin: 6-ci bəndindən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.4 maddəsinə əsasən ipoteka axlayan İddiaçı ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 7-ci bəndindən görünür ki, satılan əmlaklara sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi bağlandığı andan, sərəncam vermək hüququ isə əmlakların müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. 10-cu bəndindən görünür ki, bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəalar tərəflər üçün məcburidir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə, hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin Məcəllənin, 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, məhkəmə iş materiallarında olan sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı Kapital Bank ASC Kəngərli rayon filialının müdiri H.K.Əliyev “Kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə kredit üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-2(087)-11/2015 saylı, 09 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək iddia ərizəsində qeyd olunmuş kredit borcunun cavabdeh Nümayəndə3 tutularaq İddiaçı ASC-nin Kəngərli rayon filialının xeyrinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə tutmanın digər əmlakdan əlavə ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 1ində mülkiyyətində olan 0.2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50,31 kv.m yaşayış, 211,61 kv.m köməkçi sahədən ibarət müstəqil qiymətləndirici tərəfindən 22500 (iyirmi iki min beş yüz) manat məbləğində qiymətləndirilən fərdi yaşayış evinə yönəldilməsi və həmin girov əmlakların açıq hərracda satılıb kredit borcunun ödənilməsi qət edilmiş, 26 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Hərracların təşkili üzrə Auksion Mərkəzində keçirilən təkrar hərracda “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə əsasən ilkin satış qiymətinə 25 faiz güzəştli satış qiyməti tətbiq edilərək ünvan 1ində 0.2373 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50,31 kv.m yaşayış, 211,61 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin son satış qiyməti 10837.50 (on min səkkiz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində müəyyən edilmiş, nəticədə İddiaçı ASC qalib (alıcı) kimi müəyyən olunmuş, alıcı İddiaçı ASC və hərracın təşkilatçısı, auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan “Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakların açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları” barədə protokolu imzalamışdır. Məhkəmə 12 fevral 2024-cü il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə3 tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış etiraza münasibətdə qeyd edir ki, cavabdeh tərəf etirazda, kreditorun təşəbbüsü ilə əmlakın 2 dəfə hərraca çıxarılmasını, alıcısı olmadığından hərracın baş tutmadığını hər iki hərrac barədə elanın müvafiq olaraq “Şərq qapısı” qəzetinin xx.xx.2016-ci il tarixli 15 saylı və xx.xx.2016-ci il tarixli 70 saylı nömrələrində dərc edildiyini, işin materiallarından iddiaçının mübahisələndirilən əmlaka xüsusi mülkiyyət hüququnu 26 may 2023cü ildə həmin əmlak üzrə keçirilən 3-cü hərracın nəticəsində əldə etdiyini, həmin əmlak üzrə üçüncü hərracın keçirilməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 Oktyabr 2014-cü il tarixli Qərarına zidd olduğunu və özlüyündə heç bir hüquqi nəticə doğura bilməyəcəyini əsas gətirərək qanunu pozmaqla əldə edilmiş Çıxarışa istinadən verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etməsinə baxmayaraq məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə, ipoteka predmeti olan əmlak üzərində hərracın hansı qaydada keçirilməsinin və həmin əmlak üzərində əldə edilmiş çıxarışın qanuna uyğun olub-olmamasının hazırkı iş üzrə mübahisə predmetinə aid olmadığını, hərracın keçirilməsi qaydalarına etirazı olduğu təqdirdə həmin məsələnin həlli üçün müvafiq məhkəməyə müraciət edərək qanuna zidd hesab etdiyi halların aydınlaşdırıla biləcəyi izah etmiş, iddia tələbinin dəqiqləşdirilməsi aparılmış, dəqiqləşdirilmədən sonra cavabdeh tərəfindən iddiaya etiraz bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.2-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan maddələrə əsasən işin halları qarşılıqlı şəkildə təhlil edildikdə müəyyən olunur ki, hərracın nəticələrinə dair “Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakların açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları” barədə protokol Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Naxçıvan MR, ünvan 1ində 0.2373 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 246 kv.m olan **********24- 10301 reyestr nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Qeyd olunan hal Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən təsdiq edilmişdir. O cümlədən, iş materiallarında olan Kəngərli rayon Qarabağlar kənd İ.Ə.D üzrə nümayəndəsi tərəfindən Kapital Bank ASC-yə verilmiş 21 noyabr 2023-cü il tarixli arayışdan aydın olur ki, həqiqətən ünvan 1ində, 0.2373 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 246 kv.m olan fərdi yaşayış evində qeydiyyatda olan şəxs yoxdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, mülkiyyət hüququ İddiaçı ASC-yə məxsus ünvan 1ində 0.2373 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50,31 kv.m yaşayış, 211,61 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları itirilməsinə baxmayaraq cavabdehlərin Bankın mülkiyyətində olan əmlakda yaşaması, bankın mülkiyyət hüquqlarının pozulmasına, o cümlədən, bankın mülkiyyətində olan əmlak üzərində sərbəst sərəncam vermək hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində isə qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Buradan belə məlum olur ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-ci maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Kəngərli rayonu, Qarabağlar kəndində yerləşən, ümumi sahəsi 0.2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50.31 kv.m yaşayış, 211.61 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin boşaldılaraq Kapital Bank” ASC-yə təhvil verilməsini” tələb etməkdə subyektiv hüququ olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Göründüyü kimi, qanunverici işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən mötəbər sübutlarla məhdudlaşdırır. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək, iş üzrə müəyyən olunmuş və müvafiq sübutlarla təsdiq olunan hallara əsasən hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə ki, X2 İştirak edilməməsi barədə 26 dekabr 2023-cü il tarixli K1908 nömrəli arayışa əsasən iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə 26 dekabr 2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənildiyndən, üzrsüz səbəbdən iştirak etməyən tərəf isə Cavabdeh olduğundan məhkəmə hesab edir ki, Mediasiya prosesi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bununla yanaşı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Odur ki, hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 100 (bir yüz) manat məbləğində olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəyərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununun şərtləndirdiyi şəkildə çəkdiyi xərc həddində dövlət rüsmundan azad edildiyindən, 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmiş, dövlət rüsumunun ödənilməsi iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Nəticədə, Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi tam təmin ediləcəyindən Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq dövlət gəlirlərinə ödənilməli, habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan 50 (əlli) manat məbləği Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qərara gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, İddiaçı ASC-nin mülkiyyətində olan Naxçıvan MR, ünvan 1ində 0.2373 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 246 kv.m olan **********24-10301 reyestr nömrəli fərdi yaşayış evi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməli, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət gəlirlərinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, İddiaçı ASC-nin mülkiyyətində olan Naxçıvan MR, ünvan 1ində 0.2373 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 246 kv.m olan **********24-10301 reyestr nömrəli fərdi yaşayış evi boşaldılsın. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, İddiaçı ASC-nin mülkiyyətində olan Naxçıvan MR, ünvan 1ində 0.2373 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 246 kv.m olan **********24-10301 reyestr nömrəli fərdi yaşayış evi İddiaçı ASC-yə təhvil verilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət gəlirlərinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-148/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-148/2024
03.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver