Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-24/2021 08.02.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı cavabdeh Ordubad Rayon Kooperativ Cəmiyyətinə qarşı 30 faiz güzəştli pay üzrə mağazanın ayrılıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxx 2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Ordubad Rayon Kooperativ Cəmiyyətindən mərhum atası X1 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş tələblərə riayət etmədiyindən, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(123)-15/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ordubad Rayon Kooperativ Cəmiyyətinə qarşı 30 faiz güzəştli pay üzrə mağazanın ayrılıb ona verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmış və qərardad qanuni qüvvəsini almışdır. Həmin qərardadla ərizə təqdim edilərkən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin dövlət rüsumunun ödənilməsi barədə qəbzi təkrar hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etmişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemində ********* nömrəli qəbzlə ödənilmiş dövlət rüsumu həmin iddia ərizəsi təqdim edilərkən istifadə olunmuş kimi görünür. Ona görə də məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmış dövlət rüsumu hazırkı ərizəyə ödənilmiş rusum kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. 150.0 və 150.0.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Buna baxmayaraq, iddiaçı qanunun tələblərinə riayət etməmiş, iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş Ordubad Rayon Kooperativ Cəmiyyətinin poçt ünvanı göstərilməmişdir. Eyni zamanda ərizəyə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh Ordubad Rayon Kooperativ Cəmiyyətinin tərəfindən alınmasını təsdiq edən sübutu əlavə etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddələrinə müvafiq olaraq, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl olunmadan məhkəməyə təqdim etdiyindən kommersiya mübahisəsi üzrə məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdeh hüquqi şəxsin poçt ünvanının qeyd olunmadığına həmçinin, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətinin cavabdeh hüquqi şəxs tərəfindən rəsmi qaydada almasını (poçt göndərişinin verilməsinə dair xəbərnamə) və dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar ərizəyə əlavə edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 152.4-cü maddəsinə əsasən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Ordubad Rayon Kooperativ Cəmiyyətinə qarşı 30 faiz güzəştli pay üzrə mağazanın ayrılıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-24/2021
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-24/2021
08.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver