Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-617/2024 21.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh MMC-ə qarşı qeyri yaşayış sahəsinin verilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçının nümayəndəsi qismində Nümayəndə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sədərək rayonu, MTT və MİB-inin yanacaq doldurma məntəqəsinin (4 nömrəli reyestr kitabının 45-ci səhifəsində 28 fevral 1997-ci il tarixdə 479 qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ qeydə alınmış) cavabdehin qanunsuz sahibliyindən boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmənin 14 noyabr 2024-cü il tarixli e-2-2(123)-610/2024 saylı qərardadı ilə verilmiş iddia ərizəsi aşağıda qeyd olunan əsaslara görə geri qaytarılmışdır. Ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, ərizədə tələbin əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutlar siyahısı göstərilmədiyindən, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd olmadığından, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməsini təsdiq edən sübutlar olmadığından geri qaytarılmıdır. Hazır ki, halda verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirildikdə iddiaçı tərəfindən qaytarılma əsaslarının bir qismi aradan qaldırılsada tam olaraq qaytarılma əsasları aradan qaldırılmadan yenidən müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Ərizəçi qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Bununla da, ərizəçi ərizənin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, ərizə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq cavabdehə çatdırılmalı və həmin sənədlərin maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənəd ərizəyə əlavə edilmədir. Lakin hazırkı iş üzrə ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, “qeyri-yaşayış sahəsinin verilməsi tələbi” haqqında ərizənin MPM-in 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada cavabdehə çatdırılmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Həmçinin məhkəmənin 14 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, Hökumət ödəniş portalında və ya Asanpay vasitəsilə **********01 nömrəli qəbz ilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Lakin iddiaçı həmin qəbzi yenidən rüsum olaraq məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, 14 noyabr 2024-cü il tarixli İş № e-2-2(123)-610/2024 saylı qərardad qüvvədədir. Belə olan halda iddiaçı iddia ərizəsi ilə müraciət edərkən yenidən rüsum ödəməli idi. İddiaçının təqdim etdiyi 19 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, 5(beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.4-cü və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsi kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, Hökumət ödəniş portalında və ya Asanpay vasitəsilə **********85 nömrəli qəbz ilə ödənilmiş 5 (beş) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1-ci maddələr) Həmçinin iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MMC-ə qarşı qeyri yaşayış sahəsinin verilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən tərəfindən xx.xx.2024-cü il tarixdə, Hökumət ödəniş portalında və ya Asanpay vasitəsilə **********85 nömrəli qəbz ilə ödənilmiş 5 (beş) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-617/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-617/2024
21.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver