Məhkəmə qərarları › İş №e-2-2(3-6)-525/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-525/2026

17.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-525/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: əmlakın özgəsindən geri qaytarılması, iddia müddəti, subyektiv hüquq, sübutetmə vəzifəsi) Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə, iddiaçı “X1 ” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. İddiaçı MMC ilə “xxxx” MMC arasında ##.##.2014-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi podratçıya layihənin bir hissəsini təşkil edən işləri layihə üçün ayrılmış sahədə yerinə yetirmək və başa çatdırmağı, podratçı isə müqavilənin razılaşdırılmış ümumi dəyəri əsasında işlərin yerinə yetirilməsini və başa çatdırılmasını öhdəsinə götürmüşdür.

2. Cavabdeh Cavabdeh MMC “xxxx” MMC-nin hüquqi varisidir.

3. Tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi olmuş, iddiaçı cavabdehə qarşı (əvvəl “xxxx” MMC-yə qarşı qaldırılsa da, sonradan cavabdehlə əvəz edilməklə) “pulun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc kimi 786719,47 ABŞ dolları, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manat, vəkil xidməti üçün ödənimiş 121 manat məbləğindəki pulun və ödənilmiş 1058 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2014-cü il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilənin əlavələrində nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Iddiaçı həmin müqavilə üzrə cavabdehin sifarişləri əsasında tərəflərindən görülmüş işlərin qarşılığı olaraq 901470 ABŞ dollarının ödənilmədiyini iddia edir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin keçməsi ilə bağlı olaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, həmin tələb üzrə iddia müddəti ötmüşdür.

4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə həmin işin faktiki halı kimi müəyyən edilmişdir ki, “xxxx” MMC tərəfindən iddiaçıya - ##.##.2015-ci il tarixli invoysa əsasən 317.681,37 ABŞ dolları, iddiaçı tərəfindən təqdim olunmuş - MG ***/** saylı, ##.##.2015-ci il tarixli aralıq ödəniş sertifikatına görə ƏDV daxil 333565,44 manat (317.681,37 ABŞ dolları) və MG ***/** saylı, ##.##.2015- ci il tarixli aralıq ödəniş sertifikatına görə ƏDV daxil 148386,77 ABŞ dolları ödənilməlidir. Habelə, iddiaçı tətəfindən təqdim edilmiş - ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən “Trump Tower” üçün əlavə Balustradların ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən Özək 6 üçün əlavə divar relsləri və çərçivə ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 6949,6 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən lift şaftı ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 174 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən Trump Tover MEP qaldırıcı yeni açılışı ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 447,6 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən dəstək örtüyünün əsas lövhələrin təchizatı və quraşdırılması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 3949 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesabfakturaya əsasən səviyyə girişləri üzrə polad çərçivənin çıxarılması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 50228,10 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən əsas 1 və əsas 2 səviyyələri üçün əlavə çərçivələr və divar relsləri -1-dən 3-ə qədər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 45892,60 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən görülmüş işlərin ümumi qiyməti 186332,88 ABŞ dolları; ##.##.2014cü il tarixli hesab-fakturaya əsasən əlavə divar relsləri və divar/pilləkən özəyi üçün tavan örtüyü ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 36750 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən əlavə tutacaqlar ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları; ##.##.2015-ci il tarixli hesab-fakturaya əsasən caküzi qiymətinə giriş platforması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 2817 ABŞ dolları; ##.##.2014cü il tarixli hesab-fakturaya əsasən L14L15 yoxlanılmış ayırıcı korpus ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 3586 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab fakturaya əsasən açıq ocaq sobası üçün ventilyasiya valları ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 9339,40 ABŞ dolları; ##.##.2015-ci il tarixli hesab-fakturaya əsasən əlavə divar relsləri, maşın dayanacağı, pilləkən özəyi ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 4050 ABŞ dolları; ##.##.2015-ci il tarixli hesab-fakturaya əsasən 01 səviyyəsində jalüzlər üçün sinklənmiş polad örtük ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 4360 ABŞ dollar; ##.##.2015ci il tarixli hesab-fakturaya əsasən 33 və 32 səviyyəsində jalüzlər üçün sinklənmiş polad örtük ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 6737 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən əlavə məhəccərlər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən çiller həyəti üçün genişləndirilmiş tor hasar ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 65916,60 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən əlavə məhəccərlər (balustrad) ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 186332,88 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən əlavə məhəccərlər (balustrad) ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 13656 ABŞ dolları; ##.##.2014-cü il tarixli hesab-fakturaya əsasən divar və tavanların suvaq və rəngləmə işləri, dayanacaqda pilləkənlər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 11420,80 ABŞ dolları; #.##.2014-cü il tarixli hesab-fakturaya əsasən soyuducu sahə və landşaft sahəsi üçün panjur ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 23369,98 ABŞ dolları təşkil edir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Iddiaçı 901347 ABŞ dolları (Azərbaycan manatının ekvivalent dəyərinə uyğun olaraq: 1.532.290) məbləğindəki əmlakların (tikinti avadanlıqları, mal və materiallar) cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Trump Tower” adlı layihənin inşasında iştirak etmiş və bu layihənin inşası üzrə öz öhdəliklərini lazımınca yerinə yetirmiş şirkətdir. Şirkət həmin layihənin həyata keçirilməsi ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirsə də, sonradan yaranmış (onlardan aslı olmayan) problemlərlə bağlı layihənin inşası dayandırılmışdır. Həmin dövr üzrə tikintinin inşasına "xxxx" MMC rəhbərlik edirdi. Amma sonradan "xxxx" MMC-nin bütün hüquq və öhdəlikləri cavabdehə təhvil verildi. "xxxx" MMC tikintinin inşasına rəhbərlik etməklə yanaşı, görülən işlərin dəyərini ödəməyi həyata keçirsə də, sonradan baş vermiş və onlardan asılı olmayan səbəblərdən asılı olaraq tikinti işləri dayandırıldığı üçün bildirildi ki, cəmiyyətlərinə məxsus olan, dəyəri 901347 ABŞ dolları məbləğindəki əmlaklar (tikinti avadanlıqları, mal və materiallar) cavabdeh tərəfindən bizə qaytarılacaq. 2025-ci ilin yanvar ayında olan, tərəflərin (Cavabdeh MMC ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında) qarşlıqlı şəkildə razılaşdığı şifahi razılaşmaya baxmayaraq, həmin əmlaklar hələdə cəmiyyətimizə qaytarılmayıb. Bununla bağlı həmin əmlakların, yəni cəmiyyətimizə məxsus olan, dəyəri 901347 ABŞ (doqquz yüz bir min üç yüz qırx yeddi) dolları (Azərbaycan manatının ekvivalent dəyərinə uyğun olaraq: 1.532.290 (bir milyon beş yüz otuz iki min iki yüz doxsan manat)) məbləğindəki əmlakların (tikinti avadanlıqları, mal və materiallar) ## #### 2025-ci il tarixinə kimi qaytarılmasını cavabdehdən xahiş etsələrdə, müraciətilərinə cavab verilməyib. Cəmiyyətə məxsus olan, dəyəri 901347 ABŞ dolları məbləğindəki əmlaklar (tikinti avadanlıqları, mal və materiallar) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

8. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək Iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC-nin hüquqi varisi olan “xxxx” MMC arasında ## ### 2014-cü il tarixli, TC**** nömrəli Podrat Müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Həmin Müqavilə üzrə müəyyən edilmiş ödənişlər son tarix olaraq 2015-ci ildə həyata keçirilmişdir. - Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı yuxarıda qeyd olunan Müqavilə üzrə göstərdiyini iddia etdiyi xidmətlərə dair “pulun tutulması” tələbinə dair iddiası tərəfindən iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətinin buraxılması əsası ilə təmin edilməmişdir. - Iddiaçı İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv olunması tələbi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Bundan sonra iddiaçı İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə hazırkı iş üzrə cavabdeh Cavabdeh MMC-dən 901,347.00 ABŞ dolları (doqquz yüz bir min üç yüz qırx yeddi ABŞ dolları, 00 sent) dəyərində əmlakın (tikinti avadanlıqları, mallar və materiallar) geri qaytarılması barədə əmlak tələbi ilə müraciət edilmişdir. Qeyd etmək zəruridir ki, qeyd olunan məbləğ dəyərində olan əmlaklar tərəflər arasında bağlanmış ## ### 2014-cü il tarixli, TC**** nömrəli Podrat Müqaviləsinin nəticəsində quraşdırılmışdır və onların dəyəri daha əvvəl yuxarıda qeyd olunan və barəsində yekun məhkəmə aktı çıxarılan məhkəmə işi üzrə tələb edilmişdir. Həmçinin həmin müqavilə üzrə iddiaçının iddia tələbinə daha əvvəl Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnamələri tərəfindən münasibət bildirilmiş və iddia təmin edilməmişdir. 2 - Bununla belə, hazırkı iddia tələbi tərəfləri, hüquqi əsası və predmeti baxımından Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə artıq həll edilmiş mübahisə ilə eynilik təşkil edir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verməlidir. - Xüsusilə vurğulamaq istərdik ki, hər iki iş üzrə tərəflər eyni olub, iddiaçı qismində İddiaçı MMC, cavabdeh qismində isə Cavabdeh MMC çıxış etmişdir. Həmçinin, hər iki iş üzrə iddiaların hüquqi əsası eyni müqavilə – ## ### 2014-cü il tarixli, TC**** nömrəli Podrat Müqaviləsi olmuş və iddiaçının irəli sürdüyü iddia və tələblər eyni hüquqi münasibətlərdən qaynaqlanaraq həmin müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış hüquqların bərpasına iddia edilmişdir.

9. Iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etmədiklərini bildirmiş, sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR MPMin 185-ci maddəsinə əsasən sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

 Işin mübahisəsiz halıdır ki, cavabdehin də hüquqi varisi olan “xxxx” MMC ilə iddiaçı arasında ##.##.2014-cü il tarixdə bağlanmış podrat müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında əvvəl mövcud olmuş mübahisə üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)- ****/**** saylı qətnaməsi ilə həmin işin faktiki halı kimi müəyyən edilmişdir ki, “xxxx” MMC tərəfindən iddiaçıya - ##.##.2015-ci il tarixli invoysa əsasən 317.681,37 ABŞ dolları, iddiaçı tərəfindən təqdim olunmuş - MG ***/** saylı, ##.##.2015-ci il tarixli aralıq ödəniş sertifikatına görə ƏDV daxil 333565,44 manat (317.681,37 ABŞ dolları) və MG ***/** saylı, ##.##.2015-ci il tarixli aralıq ödəniş sertifikatına görə ƏDV daxil 148386,77 ABŞ dolları ödənilməli borcu olmuşdur. Həmçinin, həmin qətnamə ilə müəyyən edilmişdir ki, 2014-2015-ci illər üzrə müxtəlif vaxtlarda yerinə yetirilməli işlərlə bağlı iddiaçı tərəfindən cavabdehə hesab fakturalar təqdim edilmişdir. Iddiaçının hazırkı tələbi isə sözügedən podrat müqaviləsi çərçivəsində işlərin yerinə yetirilməsi üçün aldığı, lakin iddia etdiyinə görə hazırda da cavabdehin qanunsuz sahibliyində olan 901347 ABŞ dolları (Azərbaycan manatının ekvivalent dəyərinə uyğun olaraq: 1.532.290) məbləğindəki əmlakların geri qaytarılması ilə bağlıdır. Odur ki, iddia tələbinin qanuni əsasını AR Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir.  Qeyd edilən maddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.  Qeyd edilən müddəadan da görünür ki, sübuta yetirilməli olan birinci şərt tələb edilən əmlakın onu tələb edən şəxsin mülkiyyətində olması ilə bağlıdır. Başqa sözlə, iddiaçı həm əmlakın mövcudluğunu, həm də həmin əmlakın mülkiyyətçisi olduğunu sübuta yetirməlidir. Əmlakın mövcudluğu ilə bağlı iddiaçının dəlilinə görə onları podrat işlərinin yerinə yetirilməsi üçün cavabdehin nəzarətində olan ərazidə yerləşdirmiş, lakin həmin əmlaklar sonradan oradan daşınmış və haraya aparılması ilə bağlı hər hansı məlumata malik deyil. Iddiaçı əmlakın daşınması ilə bağlı sübut qismində yalnız cavabdehin nəzarətində olan ərazidə bir anbar tikilisinin (iddiaçı bildirir ki, tələb etdiyi dəyərdə olan əmlaklar – tikinti materialları həmin anbarda olmuşdur) olmasını, sonradan isə təxminən 2021-2022-ci illərdə onun həmin ərazidə mövcud olmaması ilə bağlı məhkəməyə peyk görüntülərini təqdim etmişdir. Lakin məhkəmə hesab edir ki, digər daha mötəbər sübutlarla təsdiq edilmədiyi halda, əmlakların mövcudluğu ilə bağlı iddiaçının irəli sürdüyü həmin dəlil ağlabatan hesab edilə bilməz. Belə ki, iddiaçı nə göstərdiyi dəyər həcmində əmlakın həqiqətən də qeyd etdiyi anbarda yerləşməsi ilə bağlı, nə də həmin əmlakın sonradan oradan daşınması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçının əmlakın daşınmasını ehtimal etdiyi fakt isə yalnız cavabdehin nəzarətində olan ərazidə anbar tikilisinin əvvəl mövcud olması, sonradan isə orada görünməməsini göstərən peyk göstəricisindən ibarət məlumata əsaslanmasından ibarətdir.  Mübahisəli əmlakın ona mülkiyyət hüququ (yaxud başqa qanuni əsasla) ilə məxsus olması barədə də, iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.  Mübahisəli əmlakların cavabdehin sahibliyində olması barədə də iddiaçı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Iş materiallarında olan təhvil-təslim aktları üzrə əşyaların isə cavabdehə, yaxud hüquqi varisi olduğu “xxxx” MMC-yə deyil, müştəri qismində “Garant Holdinq” adlı şirkətə təhvil verildiyi müəyyən edilir. Beləliklə, iddiaçı iddia ərizəsində göstərdiyi dəyərdə əmlakları cavabdehin sahibliyinə verməsi, yaxud onun sahibliyində olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əmlakın cavabdehin sahibliyində olması ilə bağlı şərtin ödənilməməsi digər, yəni sahibliyin qanunsuz olması ilə bağlı Mülki Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulan sonuncu dispozitiv şərtin yoxlanılması zərurətini aradan qaldırır.  Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Nəzərə alınmalıdır ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət (MPM-nin 5.1-ci maddəsi) etdiyi halda, mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı nə tələb etdiyi əmlakın mövcvud olması, nə həmin əmlakın onun mülkiyyətində (yaxud qanuni sahibliyində) olması, nə də onların cavabdehin sahibliyində olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.  Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə qeyd edir ki, iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsi bağlı olduğundan həmin tələblərə iddia müddəti tətbiq edilmir. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

13. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 II və III hissə, 148 II hissə, 151-i maddələri, Mülki Məcəllənin 152.1, 152.2, 157.2-ci maddələrinə istinad etmişdir.

14. Iddiaçının nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüş və şikayətini belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə arasında olan podrat müqaviləsinə əsasən, ümumilikdə 901347 ABŞ dolları dəyərində əmlakı cavabdehə təhvil vermişdir (həmin ərazidə yerləşdirmişdir). Bu fakt tərəflər arasında bağlanmış təhvil-təslim aktlarında təsdiqini tapır. Təhvil-təslim aktları qətnamədə qeyd edildiyi kimi, iddiaçı İddiaçı MMC ilə “GarantHolding” adlı şirkət arasında deyil, məhz İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmışdır. Həm tərəflər arasında bağlanmış müqavilə, həm də təhvil-təslim aktına nəzər yetirdikdə, görünür ki, müqavilə “Garant Holding” blankında tərtib edilsə belə, mətndə tərəf qismində İddiaçı MMC ilə “xxxx” MMC çıxış edir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, “qeyd etmək zəruridir ki, qeyd olunan məbləğ dəyərində olan əmlaklar tərəflər arasında bağlanmış ## ### 2014-cü il tarixli, TC**** nömrəli Podrat Müqaviləsinin nəticəsində quraşdırılmışdır və onların dəyəri daha əvvəl yuxarıda qeyd olunan və barəsində yekun məhkəmə aktı çıxarılan məhkəmə işi üzrə tələb edilmişdir”. Göründüyü kimi, cavabdeh dolayısı yolla əmlakların yerləşdirilməsini etiraf etmişdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilə əvəzli xarakter daşıyır. Cavabdeh həmin əmlakların dəyərini ödəməmişdir, yəni əvəzli müqavilə üzrə əvəzsiz qaydada əmlakları əldə etmişdir. Məhz bu səbəbdən, cavabdeh həmin əmlaklara qanunsuz sahiblik edir.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə qarşı yazılı etiraz vermiş, etirazını iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun əsaslandırmışdır.

Apellyasiya baxışı, izahatlar

16. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, iddiaçı isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29, II və IV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

19. Maddə 148, II hissə. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

20. Maddə 151. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

33. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələbinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

34. Nəzərə alınmalıdır ki, mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

35. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əmlakların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

36. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən əmlakların mövcud olmasını, həmin əmlakların cavabdehə məxsus sahədə yerləşməsini və hazırda cavabdehin faktiki sahibliyində qalmasını təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir.

37. Belə ki, iş materiallarında olan podrat müqaviləsi, qiymət cədvəlləri (pricing schedule), aralıq ödəniş sertifikatları (interim payment certificate), hesab-fakturalar, təhviltəslim və qəbul aktları ilə müəyyən olunur ki, iddiaçının istinad etdiyi 901.347 ABŞ dolları məbləğində əmlaklar podrat müqaviləsinin icrası ilə əlaqədar tikinti obyektində istifadə edilmiş, quraşdırılmış və görülmüş işlərin nəticəsi kimi sifarişçi tərəfindən qəbul edilmişdir.

38. Eyni zamanda təqdim olunmuş sənədlərdən görünür ki, həmin əmlakların mühüm hissəsi müxtəlif metal konstruksiyalar, tutacaqlar, balustradlar, çərçivələr, lövhələr və digər tikinti elementlərindən ibarət olmaqla tikinti obyektinin tərkib hissəsinə çevrilmişdir.

39. Iddiaçı tərəfindən qaytarılması tələb olunan əmlaklar kifayət qədər fərdiləşdirilməmiş, onların hazırda ayrıca formada mövcud olması, naturada ayrılaraq geri qaytarılmasının mümkünlüyü, eləcə də həmin əmlakların hazırda cavabdehin faktiki sahibliyində olması məhkəməyə təqdim olunmuş mötəbər sübutlarla təsdiq edilməmişdir.

40. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı mübahisəli əmlakların konkret tərkibini, fərdiləşdirici əlamətlərini, mövcudluğunu və cavabdehin faktiki sahibliyində olmasını sübuta yetirə bilməmişdir.

41. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün zəruri olan hüquqi və faktiki əsaslar müəyyən edilmədiyindən iddia rədd olunmalıdır.

42. Kollegiya eyni zamanda qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə ## ### 2008-ci il tarixli Qərarı)

43. Kollegiya iddia tələbinin təmin edilməsi üçün zəruri halların sübuta yetirilməməsi nəticəsinə gəldiyindən, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı dəlillərinə ayrıca hüquqi qiymət verilməsini zəruri hesab etmir.

44. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı “X1 ” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar