Məhkəmə qərarları › İş №e-2-2(3-9)-118/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-118/2026

25.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-118/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “daşınmaz əşyanın başqasının qeyi-qanuni sahibliyindən və istifadəsindən götürülməsi”nə dair kommersiya işi üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m qeyriyaşayış sahəsinə cavabdeh cavabdeh2 və Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 m qeyriyaşayış sahəsinə cavabdeh cavabdeh1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı “əmlak tələbi”nə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin iş ##.##.2026-cı il tarixdə Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı onunla əsaslandırılmışdır ki, EMİS məlumatlarına əsasən cavabdeh cavabdeh2 İsmayıllı rayonu, Qubaxəlili kəndində, cavabdeh cavabdeh1 isə Sabirabad rayonu, Qaratəpə Ə/D, Nərimankənd kəndində rəsmi qeydiyyatda olduğu müəyyən edilmişdir. Tərəflər işin ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilir. Həmçinin məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə əşya hüquq münasibətlərindən deyil, tərəflər arasında mövcud olan müqavilə münasibətlərindən irəli gəlir. Tərəflər arasında qeyri-yaşayış sahələrinin alqı-satqısına dair müqavilələrin mövcudluğu mübahisənin mahiyyət etibarilə müqavilə münasibətləri ilə bağlı olduğunu göstərir. Bu səbəbdən tələb vindikasiya iddiası hesab edilə bilməz və mübahisəyə müstəsna aidiyyət qaydalarında baxılması üçün əsaslar mövcud deyildir. Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş ərazi yurisdiksiyası qaydalarına əsasən Sabirabad rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğundan, cavabdehlərdən birinin həmin ərazidə rəsmi qeydiyyatda olması nəzərə alınaraq işin baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməli olduğu qənaətinə gəlinmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı “daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən və istifadəsindən götürülməsi”nə dair işin məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məqsədilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı əsaslandırılarkən qeyd edilmişdir ki, hazırkı mübahisəyə müstəsna aidiyyətlə bağlı normalar tətbiq edilə bilməz və hazırkı tələbə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə yurisdiksiyasında baxılmalıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, tərəflər arasında qeyri-yaşayış sahəsinin alqısatqısı ilə bağlı müqavilə mövcud olmuş, tərəflər arasında olan müqavilə həmin qeyriyaşayış sahəsi ilə bağlı razılaşma olmasını təsdiq etmişdir. Buna görə də mübahisənin əşya hüquq münasibətlərindən deyil, tərəflər arasında mövcud olan müqavilə münasibətlərindən irəli gəldiyi, tələbin vindikasiya iddiası olmadığı və mübahisəyə müstəsna aidiyyət qaydalarında baxıla bilməyəcəyi nəticəsinə gəlinmişdir. Halbuki, məhkəmə qeyd etmişdir ki, iddianın faktiki əsasından görünür ki, iddiaçı cavabdehlərlə arasında hər hansı müqavilə münasibətlərinin yaranmadığını, mübahisəli əmlakın özgəninkiləşdirilməsinə əsas olmuş alqı-satqı müqavilələrinin saxta olduğunu, hüquqi qüvvəyə malik olmadığını və həmin əqdlərin etibarsız hesab edilməli olduğunu iddia edir. İddia tələbinin mahiyyəti müqavilənin etibarsızlığının nəticələrinin tətbiq edilməsinə və bu əsasla əmlakın qanunsuz sahiblikdən geri qaytarılmasına yönəlmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə istinad edərək göstərmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Həmin faktlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması və digər hallar aid edilə bilər. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qanunsuz sahibliyindən geri tələb edilməsi, habelə mülkiyyət hüququndan məhrum etmə ilə bağlı olmayan mülkiyyətçinin və ya digər qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddialar daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəməyə verilməlidir. Məhkəmə iş materiallarını, iddia ərizəsinin məzmununu və irəli sürülmüş tələblərin hüquqi mahiyyətini qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, hazırkı tələb vindikasiya iddiası olduğundan, mübahisəyə həmin daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılması zəruridir. Aidiyyət qaydalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsində qeyd edilir ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə tərkibi yuxarıdakılarla bağlı aşağıdakıları qeyd edir.

1. İş materiallarını, tətbiq edilməli hüquq normalarını məcmu halında qiymətləndirən Məhkəmə kollegiyası Şirvan Kommersiya Məhkəməsinin aidiyyətlə bağlı mübahisələndirilməsinin hüquqi cəhətdən əsaslı olduğu, işə isə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğu qənaətinə gəlir. Çünki Bakı Kommersiya Məhkəməsi mübahisənin hüquqi mahiyyətini düzgün müəyyən etmədən yalnız cavabdehlərin qeydiyyat ünvanlarını əsas götürərək MPM-in 35.1-ci maddəsini tətbiq etmiş, lakin mübahisənin predmeti və iddianın faktiki əsası nəzərə alınmaqla tətbiq edilməli olan MPM-in 39.1-ci maddəsinin tələblərini nəzərdən qaçırmışdır.

2. İlk növbədə nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti müəyyən edilərkən işin hüquqi mahiyyəti, iddianın faktiki əsası və iddiaçının hansı hüququnun müdafiəsini istədiyi araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2021-ci il tarixli qərarında xüsusi vurğulamışdır ki, iddianın aidiyyətinin müəyyən edilməsi zamanı mübahisənin predmeti və hüquqi təbiəti əsas götürülməlidir. MPM-in 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət halları geniş təfsir edilməsə də, həmin maddədə birbaşa nəzərdə tutulan tələblər üzrə ümumi aidiyyət qaydaları tətbiq edilə bilməz. Həmin qərarda göstərilmişdir ki, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə iddialar müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır.

3. Hazırkı iş üzrə iddiaçı İddiaçı MMC açıq şəkildə göstərmişdir ki, cavabdehlər mübahisəli qeyri-yaşayış sahələrinə dair təqdim etdikləri alqı-satqı müqavilələrinə əsaslana bilməzlər, çünki həmin müqavilələrdəki imzalar cəmiyyət direktoruna məxsus olmamış, ekspertiza rəyləri ilə həmin sənədlərin saxtalaşdırılması təsdiq edilmişdir. İddiaçı cavabdehlərlə etibarlı müqavilə münasibətinin yarandığını qəbul etmir, əksinə, cavabdehlərin daşınmaz əmlaka heç bir hüquqi əsas olmadan sahib olduqlarını və həmin əmlaklardan istifadə etdiklərini bildirərək həmin əmlakların qanunsuz sahiblikdən azad edilməsini tələb edir.

4. Belə olan halda mübahisənin mahiyyəti müqavilədən irəli gələn öhdəlik münasibətinin icrası və ya müqavilə şərtlərinin pozulması ilə bağlı deyil. Mübahisənin mərkəzində daşınmaz əmlak üzərində hüququn mövcudluğu və həmin əmlakın qeyri-qanuni sahiblikdən geri alınması məsələsi dayanır. Başqa sözlə iddiaçı cavabdehlərlə aralarında etibarlı müqavilə münasibətinin mövcudluğunu inkar edir və mübahisəli qeyri-yaşayış sahələrinin qanunsuz sahiblikdən çıxarılmasını tələb edir. Bu isə vindikasiya tələbinin əlamətləridir. Şirvan Kommersiya Məhkəməsi də haqlı olaraq göstərmişdir ki, iddia tələbinin faktiki əsası cavabdehlərin daşınmaz əmlaka dair hüquqlarının etibarlı müqavilədən irəli gəlməməsi, müqavilələrin saxta olması və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlıdır. Buna görə də mübahisə müqavilə münasibətlərindən deyil, əşya hüquq münasibətlərindən irəli gəlir.

5. Bakı Kommersiya Məhkəməsi tərəflər arasında hər hansı alqı-satqı müqaviləsinin mövcudluğunu mübahisənin müqavilə münasibətindən irəli gəlməsi kimi qiymətləndirmişdir. Halbuki aidiyyət müəyyən edilərkən sadəcə müqavilənin mövcudluğu deyil, həmin müqavilənin tərəflər üçün hüquqi nəticə doğurub-doğurmaması və iddiaçının hansı hüququ müdafiə etməsi araşdırılmalıdır. İddiaçı müqavilələrin etibarlılığını qəbul etmir, onları saxta hesab edir və həmin müqavilələrdən irəli gələn hər hansı öhdəliyin icrasını tələb etmir. Buna görə də mübahisənin müqavilədən irəli gələn mübahisə hesab edilməsi hüquqi baxımdan düzgün deyildir.

6. MPM-in 39.1-ci maddəsində daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə iddiaların daşınmaz əşyanın yerləşdiyi yer üzrə verilməsi qaydası müəyyən edilmişdir. Bu norma müstəsna aidiyyət normasıdır və həmçinin MPM-in 36.13-cü maddəsinə əsasən iddiaçının seçim hüququnu istisna edir. Bundan əlavə MPM-in 40.4-cü maddəsinə görə mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu hallarda müqavilə aidiyyəti qaydaları da tətbiq oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə MPM-in 39.1-ci maddəsinin əhatə dairəsinə düşdükdə nə cavabdehin qeydiyyatda olduğu yer, nə iddiaçının öz seçimi, nə də tərəflərin razılığı həlledici əhəmiyyət kəsb edir. Belə olan halda aidiyyətin müəyyən edilməsi üçün əsas meyar daşınmaz əmlakın yerləşdiyi yer hesab edilir.

7. İş materiallarından görünür ki, mübahisə predmeti olan 300 kv.m və 350 kv.m qeyriyaşayış sahələri Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binada yerləşir. Həmin daşınmaz əmlak Bakı şəhərinin ərazisində yerləşdiyindən MPM-in 39.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisəyə Bakı şəhəri üzrə fəaliyyət göstərən Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır.

8. Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli Plenumun qərarında da vurğulanmışdır ki, müstəsna aidiyyət qaydalarının məqsədi daşınmaz əmlakla bağlı sübutların toplanmasını, əmlakın yerində müayinəsini, işin obyektiv və düzgün həllini təmin etməkdir. Məhz buna görə qanunverici daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə iddiaları xüsusi olaraq MPM-in 39.1-ci maddəsinə daxil etmişdir.

9. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin qərardadında MPM-in 35.1-ci maddəsinə istinad olunması da tam əsaslı hesab edilə bilməz. Çünki həmin normada "qanunla başqa hal nəzərdə tutulmamışdırsa" ifadəsi əks olunmuşdur. Hazırkı halda isə mülki prosessual qanunvericilikdə başqa hal, yəni MPM-in 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət qaydası mövcuddur. Buna görə də ümumi şəkildə aidiyyət qaydasını müəyyən edən 35.1-ci maddənin tətbiqinə hüquqi əsas qalmır.

10. Beləliklə, işin faktiki halları, iddianın hüquqi əsası birlikdə qiymətləndirildikdə Şirvan Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmaması və aidiyyət məsələsi üzrə mübahisələndirməsi əsaslı olmuşdur. Mübahisə cavabdehlərin qeydiyyat yeri ilə deyil, daşınmaz əşyanın qeyri-qanuni sahibliyindən götürülməsi tələbi ilə bağlı olduğundan işə müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın yerləşdiyi yer üzrə, yəni Bakı Kommersiya Məhkəməsində baxılması qanunun tələblərinə daha uyğun hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 45 və 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “daşınmaz əşyanın başqasının qeyi-qanuni sahibliyindən və istifadəsindən götürülməsi”nə dair kommersiya işi baxılması üçün ərazi aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar