Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1180/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1180/2026

16.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1180/2026 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdehnə qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Müəssisəsindən İddiaçı payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, cavabdehin rəsmi qeydiyyata alındığı ünvan Sumqayıt şəhərində olduğuna görə iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun verilməmişdir. İddiaçının nümayəndəsi də, məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin səhvən Bakı Kommersiya Məhkəməsinə göndərildiyini bildirmiş və işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etsə də, lakin nəzərə alınmalıdır ki, iddianın ərazi aidiyyəti qaydalarına uyğun verilməməsi onun aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməsi üçün yox, geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsi və ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdehnə qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi və ödənilmiş 100 manat dövlət rüsumu (Qəbz № **********) geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar