Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı Şəhəri İş № e-2-2(81)-1200/2019 22.11.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının direktoru X3, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının Cavabdeh ASC-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinədair işə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinəmüraciət edərək, Cavabdeh ASC tərəfindən hesablanmış 2.196,00 manat su təchizatı və kanalizaiya xidmətləri borcunun İddiaçı abonent haqqında məlumatından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, "İddiaçı” dövlət müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxx 1999-cu il tarixli 17 saylı Qərarına əsasən Əmək və X4 Nazirliyinin keçmiş Əlillərin Sosial Müdafiə Fondunun nəzdində yaradılmışdır. Dövlət Müəssisənin fəaliyyət məqsədi əlillərə və az sosial təminatlı ailələrə yardım göstərmək, işlə təmin edərək müəssisənin balansında olan sahə ilə təmin etmək, onların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində dövlətin apardığı uğurlu sosial siyasətə dəstək verməkdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "İddiaçı” Dövlət Müəssisəsi yerləşdiyi Bakı şəhəri, Yeni Yasamal 1, Dadaş Bünyadzadə 1 ünvanına “su xəttinə qanunsuz qoşulma” bəhanəsilə əsassız olaraq 2,196 manat borc yazılmışdır. Lakin, sözü gedən ünvanda cavabdehə məxsus su xəttinə qanunsuz qoşulma olmamışdır. Sadəcə həmin ünvanda qanunsuz qoşulma olan ərazidə başqa abonentə məxsus ərazidə qanunsuz qoşulma olmuşdur və ona aid sayğac olmadığından cərimə iddiaçının abonent hesabına yazılmışdır. Bununla bağlı iddiaçı cavabdehə əsassız borcun silinməsi barədə xx.xx.2019-cu il tarixində müraciət etməsinə baxmayaraq, müraciət cavabsız qalmış və borc silinməmişdir. Pretenziya qaydasında 03/ƏMXC/2019 nömrəli xx.xx.2019 tarixli məktubla Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət olunmuş və iddiaçının müraciətinə cavabdeh qurum tərəfindən baxılmamışdır. Odur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz qoşulma ilə əlaqədar yazılmış borc əsassız olduğundan silinməli və bu barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. İddiaçı direktoru X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etirazını bildirərək qeyd etmişdir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən "İddiaçı” Dövlət Müəssisəsi yerləşdiyi Bakı şəhəri, Yeni Yasamal 1, Dadaş Bünyadzadə 1 ünvanına baxış keçirilmiş, baxış keçirilmiş, obyektdəd=15 mm-lik rezin boru vasitəsilə qeyri-qanuni sudan istifadə edildiyi müəyyən edilmişdir. Akt tərtib edilmiş, həmin akta əsasən 2.196,00 manat məbləğində cərimə hesablanmışdır.Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya qurumunun dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən vergu uçotu qeydiyatına alınmışdır, təşkilatihüquqi forması digər kommersiya təşkilatı, hüquqi ünvanı AZ 1138, ünvan 2rünür ki, qanuni təmsilçi X6, dövlət qeydiyyatına alındığı tarix xx.xx.1999-cu ildir. - Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün xx xxxxxx 2012-ci il taixli, 070774 saylı müqavilənin təsdiq olunmuş surətindən görünür ki, bu Müqavilə Müəssisənin su təchizatı sistemindən Abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST 2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərin müəyyən edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən MXD-11080 saylı, xx.xx.2019-cu il tarixli inventar aktında qeyd edilir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, obyektdə d=15 mm-lik rezin boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilir. -xx.xx.2019-cu il tarixli “Qeyri qanuni istifadə nəticəsində itirilmiş su hesabatına” əsasən 12 ay ərzində (0,61 m3x 5 saat x 30 gün (ayda) ) çirkaba görə 1.098 m3 miqdarında 1.098,00 manat dəyərində çirkab suya, 1.098,00 m3 miqdarında 1.098,00 manat dəyərində saf sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş ziyan müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli ərizənin surətindən müəyyən edilir ki, iddiaçı 2196 manat cərimənin müəssisəyə aidiyəti olmayan xəttin aşkar olunaraq kəsildiyi və bunun müqabilində müəssisəyə verilən içməli suyun kəsildiyi zaman xəbərdar olduqları qeyd edilərək cavabdehə bu barədə müvafiq tədbirlrin görülməsi barədə müraciət edilmişdir. Məhkəmə, iddianın əsaslılığı ilə bağlı aşağıdakıları müəyyən etmişdir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, hazırkı mübahisə obyektdə baxış keçirilməsi nəticəsində saf sudan istifadə və çirkab suyun axıdılması ilə bağlıdır. İddiaçı, cavabdehin qeyri-qanuni olaraq iddiaçıya hesabladığı 2.196,00 manat borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.1, 1096.2) Mülki hüquq pozuntusundan irəli gələn öhdəliyin yaranmasının mühüm şərti zərərin vurulması faktıdır. Əks təqdirdə, nə əmlak hüququ pozulmuş, nə də öhdəlik yaranmış olur. Pozulmuş əmlak hüququn olmaması, o cümlədən bununla əlaqədar öhdəliyin yaranmaması məsuliyyətin həcmini müəyyən etməyi istisna edir. Hazırki halda öhdəliyin yaranmasının mühüm şərti zərərin vurulması faktıdır. "Cavabdeh” ASC iddiaçıya məxsus obyektdə 1098 m3 miqdarında 2.196,00 manat dəyərində sudan d=15 mm-lik rezin boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi qeyd edilməklə vurulmuş zərərə görə 12 ay üzrə istehlakçıya 2.196,00 manat cərimə hesablamışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə təqdim olunmuş abonent haqqında məlumatdan görünür ki, 2019-cu ilin avqust ayı daxil olmaqla iddiaçıya hər ay müxtəlif məbləğlərdə su sərfiyyatı və çirkab suya görə borc hesablanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, obyektdə sudan d=15 mm-lik xətdən qeyri-qanuni istifadə olunduğuna görə Yasamal SKİ tərəfindən su təchizatının dayandırılması qeyd olunsa da, qeyri-qanuni sudan sitifadə olunmasının aşkarlanması barədə hər hansı akt məhkəməyə təqdim edilməmişdir. O cümlədən cavabdeh tərəfindən məhkəməyə mübahisələndirilən xx.xx.2019-cu il tarixli aktın əsası olaraq istinad edilən video görüntü təqdim edilsə də, həmin video görüntüdə qeyd olunanların müəssisəyə aid olması müəyyən edilməmişdir. O cümlədən məhkəmə araşdırması zamanı izahatlardan və işin hallarından müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən aşkar edilərək kəsilən d=15 mm-lik xətt iddiaçının yerləşdiyi obyektin arxa hissəsində, ona aidiyyəti olmayan uzaq məsafədə yerləşən kafeyə aid su xətti olmuşdur. Həmçinin cavabdehin əməkdaşları tərəfindən ərazidə aparılan yoxlamadan iddiaçının heç bir məlumatı olmamış, onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, Cavabdeh ASC içməli su təchizatı və çirkab sularının axıdılması xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Digər tərəfdən isə Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydaları"nın 4.1.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM (su təchizatı və kanalizasiya müəssisəsi) ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir. Qaydaların tələblərindən göründüyü kimi, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halı aşkar edildikdə Cavabdeh ASC-nin əməkdaşları əvvəlcə qoşulmanın tarixini müəyyənləşdirmək üçün tədbirlər görməli, mümkün olmadıqda isə suyun həcmini bir illik dövr üçün hesablamalıdırlar. Lakin hazırkı halda cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, məhkəmə iclasında iddiaçının bir il müddətində tullanti sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etdiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 43-cü maddəsinə əsasən su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normadan bir daha görünür ki, mülki məhkəmə icraatında sübutların işdə iştirak edən şəxslər tərəfindən təqdim edilməsinə dair birbaşa göstərişin olması o deməkdir ki, məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ və vəzifəsi yoxdur. Yəni, məhkəmə maraqlı şəxslərdən aldığı sübutu təhlil etmək, ilkin qiymətləndirmək və yalnız əlavə sübutlar təqdim edilməsini tərəflərə təklif etmək hüququna malikdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, ilk növbədə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz, belə olan halda qanuni hesab edilməyən yoxlama nəticəsində çıxarılmış akt hüquqi nəticə yaratmadığından, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş MXD 11080 saylı xx xxxx 2019-cu il tarixli inventar akt və həmin akt əsasında hesablanmış 2.196,00 manat borc ləğv edilərək həmin borcun İddiaçı şəxsi hesabından silinməsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: İddiaçının iddiası təmin edilsin. Cavabdeh ASC tərəfindən hesablanmış 2.196,00 manat məbləğində su təchizatı və kanalizasiya xidmətləri borcu İddiaçı abonent haqqında məlumatından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Mədətli `
Məhkəmə qərarları › İş №e-2-2(81)-1200/2019
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qətnamə — İş №e-2-2(81)-1200/2019
22.11.2019 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver