Məhkəmə qərarları › İş №e-2(3-1)-125/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2(3-1)-125/2026

28.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2(3-1)-125/2026 28.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: pul tələbi, borc müqaviləsi, borcun etirafı, yazılı forma tələbi, sübutların qiymətləndirilməsi, şifahi qaydada bağlanmış və məbləği 3000 manatdan çox olan borc müqaviləsinin etibarlı sayılması) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 12600 (on iki min altı yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-03).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, o, cavabdeh Cavabdeh 2024-cü ilin aprel ayında 12600 (on iki min altı yüz) manat məbləğində pul vəsaitini borc vermişdir. Cavabdeh ilə uzun müddətdir tanış olmuş və aralarında etimad münasibətləri yaranmışdır. Cavabdeh borc pulun qaytarılacağı barədə söz vermiş, lakin müəyyən müddət keçməsinə baxmayaraq götürdüyü borcu qaytarmaqdan yayınmışdır. Dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də, nəticə olmamışdır. Bununla əlaqədar tərəfindən Bakı şəhəri, Nizami Rayon Polis Idarəsinə müraciət olunmuş, həmin müraciət üzrə aparılmış araşdırma nəticəsində ## ###### 2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı cavabdeh Cavabdeh verdiyi izahatında iddiaçını təxminən 9 ildir tanıdığını, onunla kirayədə qaldığı dövrdən tanışlığının yarandığını, işsizlik səbəbindən maddi çətinliklərinin olduğunu və bu səbəbdən iddiaçıdan hissə-hissə ümumilikdə 12600 manat məbləğində pul aldığını etiraf etmişdir. Cavabdeh izahatında həmin məbləği sonradan qaytaracağını bildirmiş, lakin bu günədək borcu qaytarmamışdır. Araşdırma zamanı cavabdehin əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olmadığı müəyyən edilərək cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Iddiaçı bildirir ki, cavabdehə inanaraq ona 12600 manat məbləğində pul vermiş, aralarında yazılı borc müqaviləsi bağlanmamışdır. Lakin cavabdehin izahatında borc faktını etiraf etməsi bu halı təsdiq edir.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Ordubad Rayon Məhkəməsinin (sədrlik edən hakim Tural Haqverdiyev) ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir ( iş vərəqə 44-48).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdı ki, iddiaçı tərəfindən iddianın 12600 manat məbləğində borcun mövcudluğunu təsdiq edən yazılı müqavilə, qəbz, bank köçürməsi və ya digər müstəqil sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar özlüyündə mülki hüquqi tələbin sübuta yetirilməsi üçün mütləq və həlledici sübut hesab edilmir. Həmin qərar yalnız araşdırma nəticəsində cinayət tərkibinin olmadığı barədə hüquqi qiymət ifadə edir və mülki mübahisənin həlli üçün təkbaşına yetərli sübut kimi çıxış etmir. Məhkəmə həmçinin cavabdehin məhkəmə iclasında borcun məbləğini və mövcudluğunu qismən inkar etməsini, yalnız 2870 manat məbləğində borcun olduğunu və onu da artıq ödədiyini bildirməsini nəzərə almışdır. Belə olan halda, məhkəmə yalnız polis araşdırması zamanı verilmiş izahatı və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı iddia tələbinin tam və mötəbər sübutlarla təsdiqi üçün kifayət hesab etməmişdir. Nəticə etibarilə, iddiaçı tərəfindən cavabdehə hər hansı bir pul məbləğinin verilməsi mülki işin materialları ilə sübut edilmədiyi üçün iddia tələbi təmin edilməmişdir.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

5. Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı tərəf ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi (iş vərəqə 52-57).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

6. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh Cavabdeh hissə-hissə ümumilikdə 12600 manat məbləğində borc pul verilmiş, lakin cavabdeh söz verməsinə baxmayaraq həmin məbləği qaytarmaqdan yayınmışdır. Bakı şəhəri ,Nizami Rayon Polis Idarəsində aparılmış araşdırma zamanı cavabdeh iddiaçıdan 12600 manat aldığını və sonradan qaytaracağını etiraf etmişdir. Həmin etiraf cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2024-cü il tarixli qərarda öz əksini tapmışdır. Tərəflər arasında yazılı müqavilə olmasa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən bu etiraf mövcuddur və məhkəmə həmin qərarı əsassız olaraq mötəbər sübut kimi qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində işin halları ilə bağlı iki ziddiyyətli məqam mövcuddur. Məhkəmə həm borcun mövcudluğuna dair əsaslı sübutların olmadığını göstərmiş, həm də cavabdehin 2870 manat məbləği ödədiyini qeyd etmişdir. Şikayətçi sual edir ki, əgər borc münasibəti yox idisə, cavabdeh həmin məbləği hansı əsasla ödəmişdir. Həmçinin, bu ödənişin nə vaxt, harada və kimə ödənildiyini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh polis idarəsindəki izahatının təzyiq və təsir altında alındığını bildirsə də, həmin qərardan 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq heç bir şikayət verməmişdir. Birinci instansiya məhkəməsində işə baxıldığı müddətdə şikayətçinin telefonu nasaz vəziyyətdə olduğundan cavabdehin borcu etiraf etdiyini təsdiqləyən "WhatsApp" yazışmalarını məhkəməyə təqdim edə bilməmişdir. Hazırda həmin telefon təmir edildiyi üçün yazışmalar əldə olunmuş və şikayətçi bu yazışmaların iş üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək sübut qismində iş materiallarına əlavə edilməsini məhkəmədən xahiş etmişdir.

7. Şikayət verən şəxs birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25.1-ci maddəsinə və 26-cı maddəsinin 1-ci bəndinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci, 425.1-ci və 882.1-ci maddələrinə istinad etmişdir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1ci, 77.1-ci, 88-ci və 89.1-ci maddələrini göstərmişdir.

c) Işin apellyasiya icraatına qəbulu.

8. Apellyasiya şikayəti mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına ## #### 2026-cı ildə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı.

III. Izahatlar və prosesin gedişatı.

10. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdi.

11. Iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə kollegiyaya müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdi.

12. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.

IV. Işin halları:

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

14. - ## ###### 2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan, ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Nizami Rayon Polis Idarəsinin 25-ci Polis Şöbəsinə daxil olmuş vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə aparılmış araşdırma nəticəsində tərəflər arasında borc münasibətlərinin yarandığının müəyyən edilməsi, araşdırma zamanı iddiaçı İddiaçı, 2024-cü ilin aprel ayında tanıdığı Cavabdeh hissə-hissə olmaqla ümumilikdə 12600 manat məbləğində pul verməsi və həmin vəsaitin “Qurban Bayramında” qoyun alıb-satmaqla gəlir əldə edilməsi məqsədilə təqdim edildiyini bildirməsi, o, cavabdehin sonradan aldığı pulu qaytarmaq öhdəliyini qəbul etdiyini, lakin borcun tam ödənilmədiyini göstərməsi, araşdırma zamanı cavabdeh Cavabdeh izahatında iddiaçını təxminən 9 ildir tanıdığı, onunla kirayə münasibətlərinin mövcud olduğu, maddi çətinlikləri səbəbindən iddiaçıdan hissə-hissə olmaqla ümumilikdə 12600 manat məbləğində pul aldığı, həmin vəsaiti şəxsi və ailəvi ehtiyaclarına sərf etdiyi, borcun qaytarılacağını bildirməsi, toplanmış materiallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2015-ci il tarixli qərarının izahlarına uyğun olaraq, tərəflər arasında yaranmış münasibətlərin mülki hüquq münasibətləri xarakteri daşıdığı, cavabdehin özgə əmlakını ələ keçirməyə yönəlmiş cinayət niyyətinin mövcudluğunun müəyyən edilmədiyi qənaətinə gəlinməsi, beləliklə, İddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisənin mülki hüquq münasibətlərindən irəli gəldiyinin müəyyən olunması, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması (iş vərəqə 05-07);

15. - “WhatsApp” yazışmalarında, onun telefonunda “X1” adında qeyd etdiyi şəxslə ## ### 2025-ci il tarixdə “Salam Ilham pul nə oldu? Niyə ödəmirsən” yazması, həmin şəxsin isə cavabında “Salam Fərid işləmirəm pis gündəyəm”, “Işçiyə kimi nə qalıbsa ödəyəcəm narahat olma” yazması, iddiaçının “Bu qədər vaxtda sən pul düzəldə bilmədin?”, “Polisin yanında söz verdin üstündən 10 ay keçir sən pul ödəmirsən” kimi ifadələri işlətməsi aydın olur (iş vərəqə 58-61).

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsini iddiaçı İddiaçı mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.

19. Iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.

20. Iddiaçının verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.

VI. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. - 324.1, 324.2 və 324.4-cü maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir;

22. - 329.1 və 329.2-ci maddələrində qeyd edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır;

23. - 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər;

24. - 337.1-ci maddəsi ilə müəyyən edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

25. - 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

26. - 386.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

27. - 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür;

28. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır;

29. - 742.1-ci maddəsində göstərilir ki, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir;

30. - 742.2-ci maddəsinin tələbinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

31. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

32. - 76.1-ci və 76.3-cü maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

33. - 77.1-ci maddəsi ilə müəyyən edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

34. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

35. - 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;

36. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

37. - 106.3-cü maddəsində qeyd edilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir;

38. - 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın;

39. - 392.2-ci maddəsinə görə apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aktları:

40. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir; 41.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

42. Kollegiya işin materiallarını araşdıraraq, ilkin olaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisə öhdəlik hüquq münasibətlərindən, xüsusən də pul vəsaitinin borc verilməsindən irəli gəlir. Belə ki, iddiaçı İddiaçı iddia tələbində cavabdeh Cavabdeh 2024-cü ilin aprel ayında hissə-hissə olmaqla ümumilikdə 12600 manat məbləğində pul vəsaiti verdiyini və həmin məbləğin qaytarılmadığını iddia etmişdir. Iddiaçı tərəflər arasında yazılı müqavilənin olmamasına baxmayaraq, tələbini və apellyasiya şikayətini cavabdehin Nizami Rayon Polis Idarəsində verdiyi izahatında borcu etiraf etməsi və məhkəməyə təqdim etdiyi "WhatsApp" yazışmaları ilə əsaslandırmışdır.

43. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 372-ci maddəsinin tələblərini rəhbər tutaraq, kollegiya iddiaçı tərəfindən apellyasiya şikayətinə yeni sübut kimi əlavə edilmiş "WhatsApp" yazışmalarını icraata qəbul etməyi qanunauyğun və əsaslı hesab edir. Belə ki, iddiaçı həmin yazışmaların birinci instansiya məhkəməsində təqdim edilməsinin qeyri-mümkünlüyünü telefon aparatının nasaz vəziyyətdə olması və məlumatların yalnız cihaz təmir edildikdən sonra bərpa olunması ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, yaranmış texniki nasazlıq sübutun vaxtında təqdim edilməsinə mane olan və iddiaçıdan asılı olmayan obyektiv hüquqi səbəb kimi qiymətləndirilməlidir. Işin hərtərəfli, tam və obyektiv həlli üçün həmin sübutun iş materiallarına qatılaraq tədqiq edilməsi zəruridir.

44. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə istinad etmiş, məbləği üç min manatdan çox olan borc müqaviləsinin yazılı formada bağlanılmamasını iddianın sübuta yetirilməməsi kimi qiymətləndirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı şifahi borc razılaşmasının etibarlılığını və bununla bağlı təqdim edilən digər sübutların məqbulluğunu mövcud qanunvericiliyin və ali məhkəmə instansiyalarının yanaşmaları prizmasından yenidən yoxlamalıdır.

45. Bu baxımdan, kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarına istinad etməyi mütləq hesab edir. Həmin qərarda birmənalı olaraq vurğulanmışdır ki, fiziki şəxslər arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsinin yazılı forma tələbinə riayət edilməməsi, faktiki yaranmış borc münasibətinin öz-özlüyündə etibarsız hesab edilməsinə səbəb ola bilməz. Qərara əsasən, bu məsələ qanunvericilik qaydasında həll edilənədək, tərəflərin hər hansı yazılı sübutlara (elektron yazışmalar, səs yazıları, ödəniş sənədləri, etiraflar və s.) istinad etməklə borc müqaviləsini və onun şərtlərini təsdiqləməsi imkanı istisna edilmir.

46. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı qüvvəyə mindikdən sonra məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də bilavasitə şamil edildiyindən, kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsinin yalnız yazılı formaya riayət edilməməsini əsas götürərək tələbi rədd etməsi qanunsuz və əsassızdır. Kollegiya bu hüquqi mövqeni hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı tərəfindən klassik mənada yazılı müqavilə (tərəflərin eyni vaxtda imzaladığı sənəd) təqdim edilməsə də, borc öhdəliyinin mövcudluğu işdə olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır.

47. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı bu prosessual vəzifəsini icra edərək, Nizami Rayon Polis Idarəsinin 25-ci Polis Şöbəsinin ## ###### 2024-cü il tarixli qərarını təqdim etmişdir. Həmin qərarda cavabdeh Cavabdeh maddi çətinlikləri səbəbindən iddiaçıdan hissə-hissə olmaqla ümumilikdə 12600 manat pul aldığını və borcun qaytarılacağını açıq şəkildə etiraf etmişdir.

48. Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdehin rəsmi dövlət orqanı qarşısında verdiyi bu izahat və borcu etiraf etməsi mövcud borcun etibarlı sübutu kimi qəbul edilməlidir. Həmçinin, iddiaçı tərəfindən təqdim olunmuş "WhatsApp" yazışmalarında cavabdehin "Işçiyə kimi nə qalıbsa ödəyəcəm narahat olma" yazması da tərəflər arasındakı borc münasibətini tamamlayıcı şəkildə sübuta yetirir.

49. Bundan başqa kollegiya vurğulayır ki, cavabdehin məhkəmə iclasında borcun 12600 manat deyil, 2870 manat olduğunu bildirməsi belə, özlüyündə tərəflər arasında real borc münasibətlərinin mövcudluğunu inkarolunmaz fakt kimi təsdiqləyir.

50. Nəticə etibarilə, kollegiya Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq sübutlara obyektiv, hərtərəfli və tam baxaraq belə qənaətə gəlir ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarının göstərişi ilə, cavabdehin özünün etirafı və "WhatsApp" yazışmaları Mülki-Prosessual Məcəllənin 89.1-ci maddəsi baxımından tutarlı yazılı sübutlar qismində qiymətləndirilməlidir. Bu sübutlar tərəflər arasında 12600 manat məbləğində borc əqdinin etibarlı şəkildə bağlandığını və öhdəliyin yarandığını tam olaraq təsdiq edir.

51. Iddiaçının tələbinin əsaslılığına gəldikdə isə kollegiya qeyd edir ki, iş materiallarında mövcud olan ## ###### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, mübahisənin ilkin yarandığı vaxt cavabdeh Cavabdeh polis idarəsində verdiyi izahatında iddiaçıdan hissə-hissə 12600 manat borc aldığını və bu öhdəliyi yerinə yetirəcəyini açıq şəkildə etiraf etmişdir. Lakin sonradan, iş məhkəmə müstəvisinə daşındıqdan sonra cavabdeh məsuliyyətdən yayınmaq məqsədilə izahatını dəyişmiş, borcun yuxarıda qeyd olunan məbləğini inkar edərək cəmi 2870 manat borcu olduğunu və onu da artıq ödədiyini bildirmişdir.

52. Cavabdeh birinci instansiya məhkəməsində mövqeyini dəyişməsini, polis şöbəsində verdiyi etiraf xarakterli izahatın təzyiq və təsir altında alınması ilə əsaslandırmağa çalışmışdır. Lakin o, bu iddiasını sübut edəcək heç bir mötəbər fakt və ya sənəd məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, həmin qərarın qəbul edildiyi vaxtdan (## ###### 2024-cü il) xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müvafiq orqanların hərəkətlərindən heç bir rəsmi şikayət verməmişdir. Bu isə hədə-qorxu və təsir iddialarının obyektiv olmadığını və tamamilə əsassız olduğunu göstərir.

53. Həmçinin, apellyasiya instansiyasına təqdim olunmuş "WhatsApp" yazışmalarındakı ardıcıllıq cavabdehin iddialarını bir daha təkzib edir. Belə ki, ## ### 2025-ci il tarixli yazışmada iddiaçının "Polisin yanında söz verdin üstündən 10 ay keçir sən pul ödəmirsən" şəklindəki iradına qarşı cavabdehin hər hansı bir etiraz bildirməməsi və əksinə, "Işçiyə kimi nə qalıbsa ödəyəcəm narahat olma" deyərək cavab verməsi xüsusi əhəmiyyət kəsb edir. Bu dialoq birmənalı olaraq sübut edir ki, cavabdehin polis idarəsindəki etirafı heç bir təsir və ya təzyiqin nəticəsi olmamış, qərardan təxminən 10 ay sonra da sərbəst şəkildə, iradəvi olaraq qəbul etdiyi və icrasına söz verdiyi davamlı bir öhdəlik xarakteri daşımışdır.

54. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, cavabdehin istər rəsmi orqan qarşısında, istər sonrakı yazışmalarda tələbi etiraf etməsi, istərsə də məhkəmədə ən azı qismən borc münasibətini təsdiqləməsi məhkəmə prosesində sübutetmə yükündə ciddi dönüş (yerdəyişmə) yaratmışdır. Yəni, borc münasibətinin mövcudluğu və borcun məbləği cavabdehin öz etirafı ilə ilkin olaraq təsdiqləndikdən sonra, həmin borcun (yaxud onun iddia etdiyi 2870 manatın) artıq qaytarıldığını sübut etmək vəzifəsi Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq birbaşa cavabdehin üzərinə keçmişdir. Lakin cavabdeh həmin ödənişin nə vaxt, harada və kimə edildiyini təsdiq edən heç bir qəbz, köçürmə sənədi və ya digər yazılı sübut təqdim edə bilməmişdir.

55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsindən görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

56. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

57. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsində cavabdehin səsləndirdiyi fikirlər, təzyiq iddiaları və borcu qismən ödədiyinə dair açıqlamaları heç bir mötəbər sübutla möhkəmləndirilməmişdir. Mülki prosessual qanunvericiliyə görə məhkəmə ehtimallara deyil, yalnız obyektiv sübutlara əsaslanmalı olduğundan, cavabdehin bu fikirləri müdafiə xarakterli, sübut gücünə malik olmayan birtərəfli bəyanatlar kimi qiymətləndirilməlidir. Bu birtərəfli bəyanatlar onu qəbul etdiyi borc öhdəliyindən azad etmək üçün heç bir hüquqi əsas yarada bilməz.

58. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğv edilməsi üçün birbaşa əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunilik və əsaslılıq meyarlarına cavab vermir və məhz bu sadalanan əsaslarla ləğv edilməlidir.

59. Belə ki, Mülki-Prosessual Məcəllənin 386-cı maddəsinin tələbinə görə, məhkəmə hüququn tətbiqində səhvə yol verdikdə və ya qanunu səhv təfsir etdikdə maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Hazırkı işdə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsini yanlış təfsir etmiş, sadəcə yazılı borc müqaviləsinin olmamasını əsas gətirərək, iddiaçı tərəfindən cavabdehə pul verilməsinin sübut edilmədiyi qənaətinə gəlmişdir. Bununla da məhkəmə, borc münasibətlərində forma tələbini sübutetmə yükü baxımından səhv tətbiq edərək maddi hüquq normalarını kobud şəkildə pozmuşdur.

60. Həmçinin, Mülki-Prosessual Məcəllənin 388-ci və 390-cı maddələrinin tələbləri ciddi şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2024-cü il tarixli qərarın hüquqi əhəmiyyətini düzgün qiymətləndirməmiş, həmin qərarda əks olunan cavabdehin 12600 manat borcu etiraf etməsi faktını diqqətdən kənarda qoymuşdur. Apellyasiya instansiyası məhkəməsində yeni sübut kimi tədqiq edilən "WhatsApp" yazışmaları da işin nəticəsinə təsir edən faktiki halları (borcun davamlı olaraq qəbul edilməsini) tam aydınlaşdırmışdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və qətnamədə iddia tələbinin rədd edilməsi üçün gətirilən dəlillər işin faktiki hallarına tamamilə zidd olmuşdur.

61. Yuxarıda göstərilənləri, tərəflər arasında borc öhdəliyinin mövcudluğunun iş materialları ilə sübuta yetirilməsini və birinci instansiya məhkəməsinin qanunun tələblərini pozmasını nəzərə alaraq, kollegiya hesab edir ki, Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi ləğv edilməlidir. Iddiaçı İddiaçı Cavabdeh qarşı irəli sürdüyü pul tələbi qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli və 12600 (on iki min altı yüz) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

62. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

63. Məhkəmə xərclərinin (dövlət rüsumunun) tərəflər arasında bölüşdürülməsi ilə bağlı kollegiya bildirir ki, mülki prosessual qanunvericiliyin, yəni Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinin tələbinə görə, apellyasiya şikayətinin verilməsi üçün çəkilən xərclər də ümumi qaydalara uyğun olaraq tərəflər arasında bölüşdürülməlidir. Bu qaydanın əsas məqsədi məhkəmədə haqlı çıxan tərəfin çəkdiyi xərclərin digər tərəfdən tutulmasını təmin etməkdir.

64. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri iddia tələbinin hansı tərəfin xeyrinə həll edilməsindən asılı olaraq təyin edilir.

65. Iş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinə görə 128 manat dövlət rüsumu ödəmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən iddiaçı tərəfindən 64 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

66. Kollegiya yuxarıda gəldiyi nəticələrə əsasən iddia tələbini və apellyasiya şikayətini tam təmin etdiyindən, Mülki-Prosessual Məcəllənin 119.1 və 119.5-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının hər iki instansiyada çəkdiyi məhkəmə xərcləri tam şəkildə cavabdehdən tutulmalıdır. Buna görə də, iddiaçının ödədiyi ümumilikdə 192 (128+64) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

67. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

68. - iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməli;

69. - Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalı;

70. - İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməli;

71. - cavabdeh Cavabdeh 12600 (on iki min altı yüz) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməli;

72. - iddiaçının birinci instansiya məhkəməsinə müraciət edərkən ödədiyi 128 (bir yüz iyirmi səkkiz) manat və apellyasiya şikayəti verərkən ödədiyi 64 (altmış dörd) manat olmaqla, cəmi 192 (bir yüz doxsan iki) manat məhkəmə xərci (dövlət rüsumu) cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

73. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Ordubad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. Cavabdeh Cavabdeh 12600 (on iki min altı yüz) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddiaçının birinci instansiya məhkəməsinə müraciət edərkən ödədiyi 128 (bir yüz iyirmi səkkiz) manat və apellyasiya şikayəti verərkən ödədiyi 64 (altmış dörd) manat olmaqla, cəmi 192 (bir yüz doxsan iki) manat məhkəmə xərci (dövlət rüsumu) cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar