Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-635/2026 17.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Əhmədiyyə oğlunun cavabdehlər Cavabdeh Əhmədiyyə oğluna qarşı “payın müəyyən olunması və payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata hissəvi xitam, ləğv) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X4 ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Əhmədiyyə oğlunun cavabdeh Cavabdeh Əhmədiyyə oğluna qarşı “##.##.2026-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,24 ha həyətyanı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mənə aid payın müəyyən olunmaqla naturada ayrılmasını və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1,9938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona aid 1/7 payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı Əhmədiyyə oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Əhmədiyyə oğlunun cavabdehlər Cavabdeh Əhmədiyyə oğluna, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əhmədiyyə qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Əhmədiyyə oğluna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Xidməti Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsinə qarşı “##.##.2026-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,24 ha həyətyanı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mənə aid payın müəyyən olunmaqla naturada ayrılmasını. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1,9938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mənə aid 1/7 payın naturada ayrılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar İslahat zamanı Şəki rayonu Baş Göynük kəndinin müxtəlif ərazisindən bizim ailə üzvülərimizə pay torpaq sahələri ayrılmışdır. Belə ki, Şəki rayon Aqrar İslahat komissiyasının ##.##.2002-ci il tarixli qərarı ilə 0,24 ha həyətyanı torpaq sahəsi, 1,9938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvülərimizin mülkiyyətinə verilmişdir. Hal-hazırda həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışlar verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi ##.##.2026-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,24 ha həyətyanı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Cavabdeh, X6, Musayev Əhmədiyə İdris oğlu, X16 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ümumi birgə mülkiyyətindədir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1,9938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3/7 hissə Cavabdeh, 1/7 hissə İddiaçı, 1/7 hissə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, 1/7 hissə X6 və 1/7 hissə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 paylı mülkiyyətindədir. Bu qeyd etdiyim sonuncu torpaq sahəsinin çıxarışından göründüyü kimi, rəhmətə getmiş X9nın və X3 İdris oğlunun payları cavabdeh qardaşım Cavabdeh mülkiyyətinə keçmişdir. X3 İdris oğlu ##.##.2021-ci ildə rəhmətə getmişdir. X9 ##.##.2020-ci ildə rəhmətə getmişdir. Valideyinlərimiz rəhmətə gedəndən sonra qardaşım Cavabdeh bütün torpaq sahələrini ələ keçirərək digər mülkiyyətçilərin hüqqlarını pozur. Mülkiyyətimizdə olan 1,9938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində uzun müddətdir ki, ev tikərək orda yaşayıram. Son dövrlər qardaşım Cavabdeh həmin evimə gedən yolu bağlayır və mənə başqa yerdən istifadə etməyimi tələb edir. Evimin yerləşdiyi torpaq sahəsini mövcud vəziyyətdə, yəni istifadə etdiyim şəkildə bölünməsini xahiş etsəmdə razılaşmamışdır. Məhz buna görədə payıma düşən torpaq sahələrinin naturada ayrılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Bildiyiniz kimi, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim A.Mövlayev) iddiaçı İddiaçı Əhmədiyyə oğlunun cavabdehlər Cavabdeh Əhmədiyyə oğluna, və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əhmədiyyə qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Əhmədiyyə oğluna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Xidməti Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsinə qarşı “##.##.2026-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,24 ha həyətyanı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ona aid payın müəyyən olunmaqla naturada ayrılmasını tələbinə dair hissəsində xitam verilməsi, iddiaçı İddiaçı Əhmədiyyə oğlunun cavabdehlər Cavabdeh Əhmədiyyə oğluna, və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əhmədiyyə qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Əhmədiyyə oğluna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Xidməti Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1,9938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona aid 1/7 payın naturada ayrılması” tələbinə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadının dəlilləri ilə razılaşmayaraq iddiaçı İddiaçı Əhmədiyyə oğlu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylımülkiyyəti müəyyənləşdirilə bilər. Onların iddia tələbi üzrə iddiaçı olaraq onu payının 1/7 hissə ola biləcəyi mübahisəszidir. Lakin çıxarış üzrə ümumi əmlakın paylı mülkiyətə keçirilməsi üçün bütün mülkiyyətçilərin birlikdə iştirakı vacibdir. Mülkiyyətçilər Notariat ofisində pay bölgüsünə dair müqavilə bağlamaqla paylarını müəyyən edə bilər. Lakin iş materiallarından göründüyü kimi bu bizim ümumi birgə mülkiyyətdə olan torpaq sahələrimiz üzrə mümükn deyildir. Çünki müılkiyyətçilərdən Musayev Əhmədiyə İdris oğlu, X16 rəhmətə getmişdir. Belə olan halda bütün mülkiyyətçilərin iştirakı mümkün olmur və payın müəyyən ediılməsi barədə müqavilə rəsimləşdirilməsidə qeyri mümkündür. Digər tərəfdən vərəsəlik açıldığı halda ümumi birgə mülkiyyət paylı mülkiyyətə çevrilə bilər. Hansı ki iddia tələbinin ikinci hissəsində olan 1,9938 ha kənd təsərrüfatıtəyinatlı torpaq sahəsində payların müəyyən edilməsi kimi. Lakin göründüyükimi, vərəsəlik açılması üçün yalnız cavabdeh tərəf notariat ofisinə təkrar vərəsəliyin açılması üçün müraciət edə bilər. İddiaçı olaraq O, mirasın bir hissəsindən özümə düşən hissədən imtina etdiyi üçün digər miras paylarına vərəsəlik açıdıra bilmi. Cavabdehlə arasında uzun sürən münaqişə mövcuddur. Əmlak bölgüsündə razılşama əldə edə bilmirlər. Belə olan halda hesab edirə mübahisənin məhkəmədən kənar həll mümükün deyildir və işə məhkəmədə baxılmalıdır. Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Ərizədən göründüyü kimi, ümumi birgə mülkiyətdə olan torpaq sahələrinə payının müəyyən edilməklə naturada ayrılması tələb edilmişdir. Mühabisəli məsələ üzrə bütün mülkiyətçilər sağ olduğu halda və hamının birlikdə iştirakı mümkün olduğu halda Notariat ofisində payın müəyyənedilməsi barədə müqavilə bağlanması mümkündür. Bu iş üzrə yeddi mülkiyyətçidən iki mülkiyyətçi rəhmətə gedib. Bu odeməkdir ki, Notariat ofisində payın müəyyən edilməsi barədə müqavilə bağlanması mümkün deyildir. Mülki Məcəllənin 213.5ci maddəsinə görəbirgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə sə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Buna görə də hesab edir məhkəmənin xitamla bağlı gəldiyi nəticə ləğv edilməli və iş üzrə araşdırma aparılaraq yekun qətnamə çıxarılmalıdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı Əhmədiyyə oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı nömrəli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Əhmədiyyə oğlunun cavabdehlər Cavabdeh Əhmədiyyə oğluna, və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əhmədiyyə qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Əhmədiyyə oğluna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Xidməti Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsinə qarşı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsində ##.##.2026-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,24 ha həyətyanı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ona aid payın müəyyən olunmaqla naturada ayrılmasını hissəsində tələbin mahiyyəti miras əmlakda olan payının müəyyən edilməsidir. Göründüyü kimi, iddiaçılar mərhum Hacıyev Cavad İsa oğlundan mirasda payın müəyyən edilməsi ilə əlaqədar notariat ofisinə müraciət etməli olduğu halda, notariat ofisinə müraciət etmədən məhkəməyə müraciət etmiş, bundan başqa hazırda tərəflər arasında miras əmlakda payların müəyyən edilməsində mübahisə mövcud deyildir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçı İddiaçı Əhmədiyyə oğlunun cavabdehlər Cavabdeh Əhmədiyyə oğluna, və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əhmədiyyə qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Əhmədiyyə oğluna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Xidməti Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsinə qarşı “##.##.2026-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,24 ha həyətyanı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ona aid payın müəyyən olunmaqla naturada ayrılmasını tələbinə dair hissəsində iş üzrə bu əsasla icraata xitam verilməsi barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia tələbinin yuxarıda qeyd olunan hissəsində iş üzrə icraata xitam verilməsi barədə yanlış qənaətə gəlmişdir. Belə ki, məhkəmə tələbin mahiyyətinin miras əmlakda olan payının müəyyən edilməsinin olması və iddiaçının mərhum Hacıyev Cavad İsa oğlundan mirasda payın müəyyən edilməsi ilə əlaqədar notariat ofisinə müraciət etməli olduğu halda, notariat ofisinə müraciət etmədən məhkəməyə müraciət etməsi, bundan başqa hazırda tərəflər arasında miras əmlakda payların müəyyən edilməsində mübahisə mövcud olmamasını əsas gətirərək iddia tələbinin “##.##.2026-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,24 ha həyətyanı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ona aid payın müəyyən olunmaqla naturada ayrılması hissəsində məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi qənaətinə gəlsədə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının tələbi miras əmlakdan payın müəyyən olunması deyil, ümumibirgə mülkiyyətdə olan “##.##.2026-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,24 ha həyətyanı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının müəyyən olunması və həmin payın naturada ayrılması olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları nəzərdən keçirilərkən müəyyən olunur ki, iddiaçının ata və anasından miras qalmış əmlakdan miras payının müəyyən olunması ilə bağlı hər hansı tələbi olmamış, iddiaçı ##.##.2026-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,24 ha həyətyanı torpaq sahəsi, ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,376 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının müəyyən olunaraq, həmin payın naturada ayrılması ilə bağlı cavabdehlə razılığa gələ bilməmələrini əsas gətirərək pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq qanunamüvafiq məhkəmə aktı qəbul etməli olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən olunmur. Ona görə də kollegiya hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(5-158)-523/2026 saylı qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 267, 397-399, 400 və 402- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı Əhmədiyyə oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(5-158)-523/2026 saylı qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün iş materialları Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-635/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-635/2026
17.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver