Məhkəmə qərarları › İş №e-2(3-6)-1353/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1353/2026

24.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1353/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, *(*-***)-****/**** saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçı İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və Quliyeva-X1 qarşı verdiyi “maddi və mənəvi zərərin tutulması tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla (qərardadda yol verilmiş yanlışlığın aradan qaldırılması haqqında ##.##.2026-cı il tarixli qərardad nəzərə alınmaqla) iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərdən heç birinin ünvanı Bakı Şəhərinin Yasamal rayonuna aid deyil. Belə olan halda hazırkı iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Yasamal Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. İddiaçının həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və onun tərəfindən cavabdehlərə qarşı verilmiş iddianın icraata qəbul edilərək, baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, elektron ərizəni sistemə daxil edərkən cavabdehlərdən biri barədə şəxsiyyət vəsiqəsinin nömrəsini əldə edə bilmədiyindən elektron sistem ərizəni qəbul etməmişdir. Bununla belə, iddia ərizəsində və qısa mətn hissəsində həmin cavabdeh barədə şəxsiyyət vəsiqəsinin nömrəsi istisna olmaqla bütün zəruri məlumatlar göstərilmişdir. Belə olan halda Rayon Məhkəmə iddia ərizəsini geri qaytarmaq əvəzinə ərizənin düzəldilməsi və tamamlanması üçün iddiaçıya imkan yaratmalı idi. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsi və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Rəsmi yaşayış yeri müxtəlif olan bir neçə cavabdehə qarşı iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə verilə bilər (maddə 36.2.), “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh cavabdeh3 rəsmi qeydiyyat ünvanı Zəngilan rayonuna, cavabdeh Nurlana Quliyeva-Rzayevanın rəsmi qeydiyyat ünvanı Bakı şəhərinin Suraxanı rayonuna, cavabdeh cavabdeh2 rəsmi qeydiyyat ünvanı isə Bakı şəhərinin Xətai rayonuna aiddir. Göründüyü kimi cavabdehlərin heç birinin ünvanı Bakı Şəhərinin Yasamal rayonuna aid deyil. MPM-in 152.1.3-ci maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda qəbul edilməlidir ki, işə baxmış Yasamal Rayon Məhkəməsinin hakimi iddia ərizəsinin qaytarılması haqqında qərar qəbul etməkdə haqlı olmuşdur. İddiaçı qərardaddan verdiyi şikayətin dəlillərinə gəldikdə isə Məhkəmə qeyd edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün əsas hesab edilə bilməz. Çünki iddiaçının istinad etdiyi hallar cavabdehlərin rəsmi qeydiyyat ünvanlarını və nəticə etibarilə işin ərazi aidiyyətini dəyişmir və iddia ərizəsini icraata qəbul edilməsi məsələsini müəyyən edən birinci instansiya məhkəməsinin hakimi cavabdehin (cavabdehlərim) rəsmi ünvanın (ünvanlarının) müəyyən edilməsi istiqamətində iddiaçı tərəfə hüquqi yardım göstərmək vəzifəsini daşımır. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad (qərardadda yol verilmiş yanlışlığın aradan qaldırılması haqqında ##.##.2026-cı il tarixli qərardad nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar