Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1368/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MTK-nın cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və boşaldılaraq təhvil verlməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı MTK-nın cavabdeh Cavabdeh qarşı daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, aktın əhəmiyyətsiz hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. “Podratçı” qismində İddiaçı MTK (direktor X4 tərəfindən imza edilməklə) ilə “xxxx” qismində Cavabdeh arasında bağlanılmış ##.##.2020-ci il tarixli müqaviləyə əsasən, “xxxx” Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 41 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə edir (bənd 1.1). Podratçı tikinti quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına və qəbul olunmuş standartlara uyğun yerinə yetirir (bənd 1.2). “xxxx” ona düşən 1-ci blok 5-ci mərtəbə 4 otaqlı, ** saylı, tam sahəsi 196,1 kv.m. olan mənzilin hər 1 kv.m. üçün 954 manat, cəmi 187.000 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür (bənd 3.1).
2. Müqaviləyə əsasən “xxxx” ilkin pay kimi 60.000 manat vəsaiti ödəyir, 40.000 manatı isə ##.##.2020-ci il tarixdə, qalan 87.000 manatı isə mənzilinə şirkət tərəfindən rəsmi ilkin qeydiyyat alındıqdan sonra veriləcəkdir (bənd 3.2). Müəyyən olunmuş müddətdə “xxxx” pulu ödəmədikdə, müqavilə pozulmuş sayılır (bənd 4.1).
3. ##.##.2020-ci il tarixli, **-** nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MTK-ya mənzilin satışı ilə bağlı ##.##.2020-ci il tarixli müqavilə üzrə 60.000 manat məbləğində pul ödənilmişdir.
4. Tərəflər arasında eyni məzmunlu müqavilə ##.##.2020-ci il tarixdə notariat qaydada təsdiq edilmişdir.
5. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən, ** saylı evin 4-cü mərtəbə, 4 otaqlı, yaşayış sahəsi 117.2 kv.m., ümumi sahəsi 196.1 kv.m. təşkil edən ** saylı mənzil ##.##.2021-ci il tarixdə İddiaçı MTK-nın adına qabaqcadan qeydiyyata alınmışdır.
6. “xxxx” proqramı vasitəsilə “Araz” adlı şəxslə aparılmış yazışmaların məzmununa əsasən cavabdeh 2021-ci ilin mart, aprel və may aylarında mənzilə dair çıxarışın verilməsini MTK-dan tələb etmişdir.
7. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdə göstərilmişdir ki, Cavabdehla İddiaçı MTK arasında ##.##.2020-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqavilə ##.##.2020-ci il tarixdə eyni məzmunda notariat qaydasında təsdiq edilmişdir. Müqavilənin III.1-ci bəndinə görə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 41, 1-ci blok, 5-ci mərtəbə, ** saylı mənzilə görə cəmi 187.000 manat məbləğində pulun İddiaçı MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Lakin dəfələrlə Cavabdeh müraciət edilməsinə baxmayaraq 2021-ci ildən, yəni rəsmi ilkin qeydiyyat aparıldığı vaxtdan hazıra qədər qeyd edilən müqavilə üzrə 87.000 manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçı MTK-ya ödənilməmiş və bununla da müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması öz növbəsində AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbinə əsasən müqavilənin ləğv edilməsi üçün qanuni əsasdır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbini rəhbər tutaraq ##.##.2020-ci il tarixli müqavilənin və həmin müqavilənin ##.##.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş nüsxəsinin də ləğv edildiyi Cavabdeh bəyan edilir və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 41, 1-ci blok, 5-ci mərtəbə, ** saylı mənzilin 3 gün müddətində boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi tələb edilir.
8. ******* nömrəli qaiməyə əsasən qeyd olunan bildiriş ##.##.2025-ci il tarixdə cavabdeh tərəfindən imza edilməklə qəbul olunmuşdur.
9. Cavabdeh tərəfindən İddiaçı MTK-nın sədri Araz Abdulazımova ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı MTK tərəfindən ona aralarında bağlanan ##.##.2020-ci il tarixli və həmin müqavilənin notariatda təsdiq olunan ##.##.2020-ci il tarixli nüsxəsinin ləğv edəcəyi ilə bağlı bildiriş göndərilib. Bildirişlə bağlı qeyd edir ki, aralarında olan müqavilənin 3-cü bəndinin 2-ci hissəsinə əsasən ilkin olaraq 60.000 manatı və 40.000 manatı o, tam şəkildə MTK-ya ödəmişdir. Müqavilənin şərtinə əsasən MTK-nın qanuni təmsilçisi kimi A.Abduləzimov mənzilin onun adına ilkin qeydiyyatı haqqında sənədi verdikdən sonra qalan 87000 manat da onun tərəfindən ödənilməlidir. MTK ilə əlaqə saxlamaq mümkün olmadığından, etdiyi müraciətlərə cavab verilmədiyindən, ilkin qeydiyyat sənədinin verilmədiyini nəzərə alaraq müqavilə şərtinə nəzərdə tutulan ödənişi həyata keçirmək mümkün deyil. Lakin illərdir onlara bu barədə mesaj yazaraq bildirsə də, sənədi verməkdən imtina edirlər. Eyni zamanda pulun kimə verilməsi ilə bağlı heç bir səlahiyyətli nümayəndəsi yoxdur və bundan başqa müqavilənin şərtinə əməl etmirlər. Odur ki, yazışmalara cavab verilmədiyini və müqavilə şərtinə əməl etmədiyini nəzərə alıb, müqavilənin şərtinə MTK tərəfindən əməl edilməsini ilkin qeydiyyat sənədinin təqdim edilməsini xahiş edir. Əks təqdirdə müqavilə şərtlərini MTK tərəfindən icra edilməməsi, MTK üzərinə düşən öhdəliyi icra etməməsi ilə bağlı aidiyyatı orqanlara müraciət edəcəyini nəzərə almasını xahiş edir. Eyni zamanda məlumat üçün bildirir ki, müqavilə şərti MTK tərəfindən pozulduğundan onun birtərəfli qaydada ləğv etmək hüquqları yoxdur.
10. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ***/**** saylı akta əsasən Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı MTK-ya (Səbail rayonu, A.Abbaszadə küç.,17) göndərdiyi məktubu çatdırmaq cəhdi İddiaçı MTK bu ünvanda yerləşmədiyi üçün uğursuz olmuşdur.
11. Cavabdeh ##.##.2026-cı il tarixdə İddiaçı MTK-ya ərizə ilə müraciət edərək, müqavilə üzrə öhdəliyini yerinə yetirməsinə və müqavilədə qeyd edilən qalıq borcu ödəməyinə şərait yaradılmasını, ödənişi keçirəcəyi hesab nömrəsinin verilməsini və ya rəsmi qaydada ödənişi kimə ödəyəcəyi ilə bağlı ona rəsmi məlumat verilməsini Sizdən xahiş etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı İddiaçı MTK cavabdeh Cavabdeh qarşı daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə cavabdeh Cavabdeh arasında ##.##.2020-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqavilə ##.##.2020-ci il tarixdə eyni məzmunda notariat qaydasında təsdiq edilmişdir. Müqavilənin III.1ci bəndinə görə cavabdeh Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 41, 1-ci blok, 5-ci mərtəbə, ** saylı mənzilə görə cəmi 187.000 manat məbləğində pulun İddiaçı MTK-nə ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq, 2021-ci ildən, yəni rəsmi ilk qeydiyyat aparıldığı vaxtdan hazıra qədər qeyd edilən müqavilə üzrə 87.000 manat pul məbləğini İddiaçı MTK-yə ödəməmiş və bununla da əhəmiyyətli dərəcədə pozulmuşdur. Tərəflər arasında bağlanılmış ##.##.2020-ci il tarixli müqavilənin və həmin müqavilənin ##.##.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş nüsxəsinin IV.İ-ci bəndinə görə “Müəyyən olunmuş müddətdə “xxxx” pulu ödəmədikdə, müqavilə pozulmuş sayılır”. Cavabdeh tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulduğundan, İddiaçı MTK tərəflər arasında bağlanılmış ##.##.2020-ci il tarixli müqaviləni və həmin müqavilənin ##.##.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş nüsxəsini də birtərəfli qaydada ləğv etmişdir. Müqavilənin ləğv edilməsi barədə cavabdehə rəsmi bildiriş göndərilmiş və sonuncu tərəfindən hər hansı etiraz daxil olmamışdır. Eyni zamanda, müqavilə birtərəfli qaydada ləğv edildiyindən cavabdehdən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 41, 1-ci blok, 5-ci mərtəbə, ** saylı mənzilin 3 gün müddətində boşaldaraq İddiaçı MTK-nə təhvil verilməsi tələb edilmiş, lakin sonuncu bu barədə hazıra qədər yerinə yetirməmişdir. Beləliklə, hazırda cavabdeh iddiaçıya məxsus daşınmaz əşyaya qanunsuz sahiblik etməklə, iddiaçının mülkiyyət hüquqlarını pozur. Göstərilənləri nəzərə alaraq iddiaçı İddiaçı MTK-yə məxsus Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 41, 1-ci blok, 5-ci mərtəbədə yerləşən ** saylı mənzilin cavabdeh Cavabdeh qeyriqanuni sahibliyindən götürülməsi və mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə keçirilmiş sonuncu məhkəmə hazırlıq iclasında və həmin iclas ərəfəsində məhkəməyə bir sıra sənədlər, o cümlədən ##.##.2025-ci il tarixli, ***/**** nömrəli Akt təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş həmin Aktda göstərilir ki, iddiaçı tərəfindən cavabdeh Cavabdeh göndərilən bildirişə cavab məktubunun digər cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə ##.##.2025-ci il tarixdə iddiaçıya çatdırılmasına cəhd edilmiş, lakin iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin ünvanda yerləşmədiyi səbəbi ilə məktubun çatdırılması mümkün olmamışdır. Hesab edirlər ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubun digər cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi olaraq verilməsini təsdiq edən və verilmə vaxtını, yerini, məktubu qəbul edən kuryer barədə məlumatları əks etdirən sənədlərin (məsələn, qəbzin, qeydiyyat sənədlərinin) məhkəməyə təqdim edilməməsi, cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli, ***/**** nömrəli Aktının əhəmiyyətsizliyini şərtləndirir. Göstərilənləri nəzərə alaraq iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 41, 1-ci blok, 5-ci mərtəbədə yerləşən ** saylı mənzilin cavabdeh Cavabdeh qeyriqanuni sahibliyindən götürülməsi və mənzil tam boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli, ***/**** nömrəli Aktın əhəmiyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi və vəkili iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, müqavilə üzrə xxxx Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi qeyd olunan tarixdə yerinə yetirir. 60.000 manat + 40.000 manat məbləğində pulu ödəyir. Lakin iddiaçı öz üzərinə düşən öhdəliyi icra etmir. Tərəflər arasında bu müqavilə bağlanır və daha sonra həmin müqavilə yəni ##.##.2020-ci il tarixdə isə notariat qaydada təsdiq olunur. Məhkəməyə təqdim edilmiş Whatsap yazışmalarından görünür ki, cavabdeh 055-644-44-88 telefon nömrəsi ilə dəfələrlə yəni illərlə iddiaçının qanuni təmsilçisi Araz Abduləzimova məxsus olan 050-210-30-58 telefon nömrəsinə zənglər edərək və mesaj yazaraq pulun ödənilməsi üçün müqavilə şərtinin yəni onun adına çıxarışın verilməsini tələb edib.Tərəflər arasında olan yazışmalardan görünür ki, 2020-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək cavabdeh iddiaçıdan mənzilin sənədini tələb edir. Lakin qarşı tərəf bununla bağlı hər hansı bir ilkin qeydiyyatın alınması ilə cavabdehə məlumat vermir. Həmçinin məhkəməyə təqdim olunan iddiaçının adına hüququn qabaqcadan qeydiyyatı haqqında sənədin üzərində 4-cü mərtəbə qeyd edilmişdir. Halbuki müqavilə məhz 5-ci mərtəbədə yerləşən mənzillə bağlıdır. Müqavilənin şərtinə əsasən də qeydiyyat cavabdehin adına aparılmalı olsa da, hal hazıradək müqavilə şərtinə əməl olunmamışdır. ##.##.2025-ci il tarixdə Araz Abduləzimovun adından **/** saylı bildiriş Cavabdeh göndərilərək, bildirişdə qeyd olunmuşdur ki, müqavilə üzrə 2021-ci ildən ilkin qeydiyyat aparılmışdır. Halbuki 2021-ci ildən aparılan qeydiyyatla bağlı ümumiyyətlə cavabdehə məlumat verilməmişdir. Həmçinin həmin qeydiyyat cavabdehin adına deyil, iddiaçının öz adına həyata keçirilmişdir. Bununla da cavabdehin hüququ kobud şəkildə pozulmuşdur. Qeyd olunan bildirişdə artıq müqavilənin ləğv edildiyi bəyan edilir. Müqavilənin bağlanmasına əsas olan hallar və müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsi ilə bağlı cavabdehə pretenziya göndərilməmişdir. Bundan sonra cavabdeh bildirişi aldıqdan dərhal sonra ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edilərək, ilkin qeydiyyat sənədinin təqdim edilməsi və müqavilə şərtinin qarşı tərəfdən pozulduğunu nəzərə alaraq, onun birtərəfli qaydada ləğv etmək ixtiyarının olmadığı bildirilmişdir. Iddiaçı həmin ünvanda yerləşmədiyi üçün akt tərtib edilərək, bildirişin çatdırılmasının qeyri-mümkün olduğu qeyd edilmişdir. Cavabdeh adına ilkin qeydiyyat sənədinin aparılmasında maraqlı olmuş və bunu dəfələrlə tələb etmişdir. Iddiaçı müqavilə şərtinə əməl etməsə də, onu birtərəfli qaydada ləğv etmiş və ləğv etdiyi ilə bağlı bildirişi göndərmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilə şərti iddiaçı tərəfindən pozulmuşdur. Tərəflərin arasında yaranmış öhdəlik qarşılıqlı şəkildə icra edilməlidir. Iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, mənzilə dair cavabdehin hüququnu qeydiyyat alınmalı və onun müqabilində müqavilədə nəzərdə tutulan 87.000 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bu müqavilə qarşılıqlı həll edilməlidir. Göründüyü kimi tərəflər arasında yaranmış müqavilə qarşılıqlı şəkildə icra edilməlidir. Həmin müqavilənin şərti iddiaçı tərəfindən pozulmuşdu və bununla bağlı ona dəfələrlə məlumat verilsə də, o, müqavilə üzrə öhdəliyini icra etməmişdir. Hətta müqavilənin yerinə yetirilməsi ilə bağlı cavabdehə pretenziya da göndərilməmişdir. Müqavilə müqavilə şərtini və qanunvericiliyin yuxarıda qeyd olunan normasını pozaraq bir tərəfli qaydada ləğv edildiyi ilə bağlı bildiriş göndərilmişdir. Həmin bildirişə cavab göndərilsə də, hüquqi şəxs fəaliyyət göstərdiyi ünvan mövcud olmadığından məktub geri qaytarılmışdır. Hazırkı iddia ərizəsi iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etməsi əsasında yaranmışdır. Hesab edir ki, iddiaçının həmin müqaviləni cavabdehə məlumat vermədən, pretenzitya qaydasına əməl etmədən ləğv etmək səlahiyyəti olmamışdır. Həmçinin iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
16. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia tələbi təmin edilməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında tərəflər arasında bağlanılmış müqavilə şərtinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıdan əldə etdiyi mənzillə bağlı ilkin olaraq 100.000 manat pulun ödənilməsi, MTK tərəfindən mənzilə dair hüquqların daşınmaz əmlakda ilkin qeydiyyata alındıqdan sonra isə yerdə qalan 87.000 manat pulun verilməsinə dair qarşılıqlı razılıq əldə olunması müəyyən edilsə də, iddiaçı tərəfindən cavabdehin mənzilinə dair hüquqların ilkin qeydiyyata alınması barədə cavabdehə hər hansı məlumat verilməmişdir.
18. Iddiaçı tərəfindən eyni zamanda belə məlumatın verilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Iddiaçı tərəfindən məhkəməyə yalnız cavabdehə ünvanlanan müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair ##.##.2025-ci il tarixli bildirişin surəti təqdim olunmuşdur. Halbuki həmin bildiriş 4 ildən sonra cavabdehə ünvanlanmış və bildirişə dövlət reyestrindən verilən arayış da əlavə edilməmişdir. Cavabdeh isə belə bir arayışın mövcudluğu ilə bağlı sübutun ona təqdim edilməsi ilə bağlı ##.##.2025-ci il tarixdə iddiaçıya ərizə ünvanlanmışdır.
19. Belə olan halda iddiaçının birtərəfli qaydada müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə göndərilən bildirişi və iddiaçının cavabdehin mənzildən çıxarılması barədə tələbini məhkəmə əsaslı hesab etmir.
20. Məhkəmə eyni zamanda iddia tələbinin “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ***/**** saylı aktının əhəmiyyətsiz hesab edilməsi barədə tələbi üzrə bildirir ki, həmin tələb də əsassızdır. Belə ki, kuryer təşkilatı olaraq “xxxx” MMC cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ərizənin İddiaçı MTK-nın Səbail rayonu, Abbaszadə küçəsi 17 ünvanda fəaliyyət göstərmədiyi üçün çatdırmanın uğursuz olması səbəbilə mübahisələndirilən aktı tərtib etmişdir. Başqa sözlə akt ərizənin faktiki çatdırmanın mümkünsüz olması ilə bağlı tərtib edilmişdir. Bu səbəbdən həmin aktın əhəmiyyətsiz hesab edilməsini məhkəmə məntiqli hesab etmir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, 127-ci maddəsinin II-ci bəndinə, Insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska Isveçreyə qarşı iş üzrə ## ##### 1993-cü il tarixli, Kuznetsov və digərlərinin işi üzrə ## ###### 2007-ci il tarixli; Hiro Bilaninin işi üzrə # ###### 1994-cü il tarixli, Van de Huk Niderlanda qarşı işi üzrə ## ##### 1994-cü il tarixli, Qavazov Bolqarıstana qarşı ## #### 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6, 14.1, 139.1, 152.1, 178.8, 385.1, 386.1, 389.1, 390.1, 417.1, 405.1, 425.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2010-cu il tarixli Qərarına, «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2006-cı il tarixli qərarına, “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında ##.##.2020-ci il tarixdə bağlanılmış müqavilənin şərtlərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qərarında göstərmişdir ki, cavabdehin qalan 87.000 manat məbləğində pul ödəmək öhdəliyi yalnız iddiaçı tərəfindən mənzilə dair hüquqların ilkin dövlət qeydiyyatına alınması barədə cavabdehə məlumat verildikdən sonra yaranmış hesab edilə bilər (qətnamə səh. 7-8). Lakin, müqavilənin III.2-ci bəndindən açıq şəkildə görünür ki, tərəflər ödənişin həyata keçirilməsini, bildirişin göndərilməsi ilə deyil, mübahisəli mənzilə şirkət tərəfindən rəsmi ilkin dövlət qeydiyyatının aparılması faktı ilə əlaqələndirmişlər. Müqavilədə öhdəliyin yaranması üçün ayrıca yazılı bildirişin təqdim olunması nəzərdə tutulmamışdır. Beləliklə, dövlət qeydiyyatı 2021-ci ilin may ayında həyata keçirilmişdirsə, həmin andan cavabdehin ödəniş öhdəliyi yaranmışdır. Məhkəmə isə səhvən, öhdəliyin yaranma anını müqavilə mətnindən kənar və qanunda nəzərdə tutulmayan əlavə şərtlə – xüsusi bildiriş verilməsi ilə bağlamışdır ki, bu da müqavilə şərtlərinə zidd olmaqla yanaşı, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390 və 442-ci maddələrinin tələblərinə də uyğun deyildir. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun Dövlət reyestrinin açıqlığını nəzərdə tutan 5-ci maddəsinə əsasən, cavabdehin bu məlumatlarla tanış olmaq imkanı da olmuşdur. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçı cavabdehin qeydiyyat barədə məlumatlandırılmasına dair sübut təqdim etməmişdir. Lakin iş materiallarından aşkar görünür ki: Dövlət qeydiyyatı 2021-ci ilin may ayında həyata keçirilmişdir; Bundan dərhal sonra, may ayının sonları, tərəflər arasında aparılmış yazışmalarda cavabdeh iddiaçıdan “kupça”, yəni dövlət reyestrindən çıxarış tələb etmişdir; Cavabdeh məhkəmə iclasında özü də etiraf etmişdir ki, mənzili öz adına rəsmiləşdirərək girov qoymaq və əldə etdiyi vəsait hesabına mənzilə görə qalan məbləği ödəmək niyyətində olmuşdur. Bu faktlar şirkətin adına dövlət qeydiyyatının mövcudluğundan cavabdehin xəbərdar olduğunu birbaşa sübut edir. Məhkəmə isə həmin sübutlara hüquqi qiymət verməmiş, cavabdehin ziddiyyətli izahatlarını nəzərə almamışdır. Məhkəmə qərarını əsaslandırarkən bildirmişdir ki, iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli bildirişə dövlət reyestrindən arayış əlavə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi nədənsə, müqavilənin ləğv edilməsinə dair bildirişdə 2021-ci ilin may ayında iddiaçının adına ilkin qeydiyyat aparılması barədə məlumatın əks olunduğuna diqqət yetirməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, müqavilədə öhdəliyin yaranması üçün arayışın təqdim olunması şərti nəzərdə tutulmamışdır. Halbuki, cavabdehin özü qeydiyyat faktından xəbərdar olmuş və bu fakt əsasında öz adına dövlət reyestrində qeydiyyat aparılmasını və ona çıxarış verilməsini iddiaçıdan tələb etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh, özünün şəxsən verdiyi izahatlarında və nümayəndəsinin təqdim etdiyi yazılı etirazda çıxarışın məhz onun adına verilməli olduğunu bildirməklə, müqavilənin III.2-ci bəndini düzgün idrak etmədiyini təsdiq etmişdir. Cavabdeh izahat verərkən məhkəməyə bildirmişdir ki, o, hazırda ödəniş edə bilməyəcək, iddiaçı İddiaçı MTK onun adına çıxarış verdikdən sonra, mübahisəli mənzili bankda girov qoyaraq, götürəcəyi kredit hesabına öz borcunu iddiaçıya ödəyəcəkdir. Bununla da, cavabdeh müqavilə üzrə borcu mənzili girov qoymadan ödəyə bilməyəcəyini açıq şəkildə etiraf etmişdir. Belə vəziyyətdə, məhkəmə, mübahisəli mənzilin dəyəri tam ödənilmədən, yəni kooperativə pay haqqı tam ödənilmədən, həmin mənzilə dair maliyyə arayışı və ümumi yığıncağın qərarının cavabdehə təqdim olunmasının qeyri-mümkün olduğunu nəzərdən qaçırmışdır. Beləliklə, birinci instansiya məhkəməsi, tərəflərin izahatlarını, işdə olan sənədləri tam tədqiq etmədən iş üzrə səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, müqavilə şərtinə əsasən xxxx ona düşən 1-ci blok, 5-ci mərtəbə (4 otaqlı) ** saylı tam sahəsi 196, 1 kv metr olan mənzilin 1 kv metri üçün 954 manat, cəmi 187.000 manat pulu hissə-hissə yəni ilkin olaraq pay kimi 60.000 manat vəsaiti, 40.000 manatı isə ##.##.2020-ci il tarixdə, qalan vəsaiti yəni 87.000 min manatı mənzilə dair şirkət tərəfindən rəsmi ilkin qeydiyyat alındıqdan sonra ödəyəcəkdir. xxxx Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi qeyd olunan tarixdə yerinə yetirir. 60.000 manat + 40.000 manat məbləğində pulu ödəyir. Lakin iddiaçı öz üzərinə düşən öhdəliyi icra etmir. Tərəflər arasında bu müqavilə bağlanır və daha sonra həmin müqavilə yəni ##.##.2020-ci il tarixdə isə notarial qaydada təsdiq olunur. Qeyd edir ki, sübut kimi birinci instansiya məhkəməsinə təqdim olunmuş tərəflər arasında olan Whatsap yazışmalarından görünür ki, Cavabdeh istifadəsində olan 055-644-44-88 telefon nömrəsi ilə illərlə iddiaçının qanuni təmsilçisi Araz Abduləzimova məxsus olan 050-210-30-58 telefon nömrəsinə zənglər edərək və mesaj yazaraq pulunun ödənilməsi üçün müqavilə şərtininin, yəni onun adına çıxarışın verilməsini tələb edib. Tərəflər arasında olan yazışmalardan görünür ki, 2020-ci ilin dekabr ayından 2023 cü ilin may ayınadək cavabdeh iddiaçıdan mənzilin sənədini tələb edir. Lakin qarşı tərəf bununla bağlı hər hansı bir ilkin qeydiyyatın alınması ilə cavabdehə məlumat vermir. Göründüyü kimi tərəflər öz iradələrinə uyğun müqavilə bağlasalarda, müqavilədə qeyd olunan şərt iddiaçı tərəfindən pozularaq yerinə yetirilmir. Dəfələrlə cavabdehin müraciət etməsinə baxmayaraq, ona binanın ilkin qeydiyyata alınması və müvafiq çıxarışın əldə edilməsi ilə bağlı heç bir məlumat verilməmişdir. Hətta iddiaçı tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair bildiriş göndərilərkən, bildirişə ilkin qeydiyyatı təsdiq edən sənəddə əlavə olunmamışdır. Əksinə cavabdeh iddiaçının bildirişinə cavab olaraq həmin sənədi tələb etmişdir. Iddiaçı tərəfindən müqavilə şərtinə əməl edilməməsi təqdim olunmuş sübutlarla öz əksini tapır. Mənzilin ilkin qeydiyyat sənədi mövcud olduğu halda, iddiaçı tərəfindən bu barədə cavabdehə rəsmi məlumat verilməməsi iş materialları ilə təsdiq olunur. Buna baxmayaraq, iddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun Dövlət reyestrinin açıqlığını nəzərdə tutan 5-ci maddəsinə əsasən, cavabdehin bu məlumatlarla tanış olmaq imkanının olduğunu qeyd etmişdr. Halbuki, tərəflər arasında bağlanmış müqavilədə, cavabdehin ilkin qeydiyyatla bağlı sənədin olub-olmamasına dair aidiyyəti quruma müraciət etməsi ilə bağlı heç bir öhdəlik qoyulmamışdır. Əksinə olaraq müqavilədə məhz iddiaçı ilkin qeydiyyat sənədini aldıqdan sonra, cavabdeh tərəfindən qalıq 87.000 manatın ödənilməsinə dair öz iradə ifadələrini əks etdirən müqavilə bağlamışdırlar. Iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliyin pozulması iş materialları ilə tam təsdiq olunur. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, 2021-ci ildən bu günə, yəni bu bildiriş verilənə qədər, hətta bildiriş göndəriləndə də cavabdehə binanın ilkin qeydiyyatı ilə bağlı məlumat verilməyib. Bu gün də ödənişi təklif edirlər, lakin pulu ödəyəcəkləri kimsə yoxdur. İddiaçı MTK barəsində müvafiq araşdırmalar gedir, Araz Abduləzimov barəsində Nərimanov Rayon Polis Idarəsində cinayət işi var, eyni zamanda Xətai rayonunda axtarışdadır. Yəni cavabdeh bu şəxsi illərdir axtarır ki, 87.000 manat pulu ödəsin. Qarşı tərəf hər hansı sübut, yazışma göstərə bilərmi ki, cavabdehə bildiriblər ki, “bina qeydiyyata alınıb, pulunuzu ödəyin”. Şəxs mənzili aldığı vaxtdan təmir-bərpa işlərinə başlayıb, 2021-ci ilin noyabr ayının axırından orada yaşayır. Həmin müddətdə heç kəs şəxsin qapısını döyməyib, pulunu istəməyibdir, nə də ilkin qeydiyyat aparılıbdır. Cavabdeh bildirir ki, ona bank hesabı verilsin və 87.000 manat pulu həmin bank hesabına ödəsin. Dəfələrlə müraciəti olub, “xxxx” danışıqlarından göründüyü kimi, heç vaxt cavabdehi qəbul etməyiblər, səbəb də bəlli deyil. Həmin MTK-da digər evlərlə bağlı da problemlər var. Bina heç müqavilədə göstərilən şərtlərlə təhvil də verilməyibdir, sakinlərin bununla bağlı narazılıqları var. Sadəcə olaraq müqavilə bağlanılıb, necə 60.000 və 40.000 manat qoyulmuş tarixdə ödənilibsə, növbəti 87.000 manatı da 2021-ci ildən bu günə qədər ödəmək istəyir. Hətta bununla bağlı Baş prokurorun da qəbulunda olmuşlar. Cavabdeh hər bir halda istəyir ki, iş barışıqla, razılıqla bitsin. Bu gün müqavilədə göstərilmiş 87.000 manat pulu istər məhkəmə iclasında, istərsə də hansı ünvana deyirlərsə, ora ödəməyə razıdır.
26. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının nümayəndəsinə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, yüksək təzyiq və şəkərinin olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, onun iştirakının təmin olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
27. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdeh 2021-ci ildən qalan vəsaiti gətirib ödəmir. 87.000 manatın 5 il bundan əvvəlki dəyəri ilə indiki dəyəri də eyni deyil. Bundan əlavə, tərəfin özü birinci instansiya məhkəməsində bildirdi ki, “mənim bu pulu ödəmək üçün imkanım yoxdur, mənə söz verilibdir ki, mənə çıxarış veriləcəkdir və mən də evi girov qoyaraq vəsaiti ödəyəcəm”. Birinci ininstansiya məhkəməsinin hakimi bir sıra məsələləri ümumiyyətlə diqqətdən yayındırıb. Bunlardan biri də odur ki, birinci müəssisə çıxarış almalıdır, sonra isə şəxsə çıxarış verilməlidir. Bu Mənzil Məcəlləsinin və Mülki Məcəllənin tələbləridir. Ilkin qeydiyyat aparılır, tərəf 5 il müddətində pulu ödəməyib, bununla bağlı yazışmaları da təqdim ediblər. Sonuncu dəfə bildiriş göndərilib, tərəf rəsmi bildirişi də qəbul edib. Tərəf deyir ki, “pul verilmədən çıxarışı mənim adıma keçir.” Mənzil Məcəlləsində də qeyd olunub ki, ümumi yığıncağın razılığı olmadan və ödəniş ödənilmədən çıxarışı almaq mümkün deyil. Müqavilədə elə bir şərt yoxdur ki, gedib şəxsin adına reyestrdə çıxarış alınmalıdır. Şəxsin artıq məhkəməyə qədər məlumatı var idi, gəlib ödəniş edərdi. Cavabdehin öhdəliyidir ki, mənzil ilkin qeydiyyata alındığı gün bildirişsiz pulu ödəməli idi. Cavabdehin heç vaxt qalan pulu ödəmək fikri olmayıb. Cavabdeh bütün yazışmalarda MTK-dan yalnız çıxarış istəyib. Reyestr məlumatları açıqdır. Şəxsin reyestr xidmətindən bağladığı müqavilə ilə bağlı mənzil haqqında məlumat əldə etmək üçün kifayət qədər imkanı var idi.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədəbiləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Işdən görünür ki, tərəflər arasında ünvan * saylı ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 196,1 kv.m olan mənzilə dair ##.##.2020-ci il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə görə, “xxxx” ona düşən mənzilə görə cəmi 187.000 manat məbləğində pulu MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.
34. Müqaviləyə görə, “xxxx” 100.000 manat məbləğində vəsaiti ödəyir, qalan 87.000 manatı isə mənzilə şirkət tərəfindən rəsmi ilkin qeydiyyat alındıqdan sonra ödəyəcəkdir.
35. Cavabdeh tərəfindən müqavilə üzrə iddiaçıya 100.000 manat məbləğində vəsaitin ödənildiyi işin mübahisəsiz halıdır.
36. Iddiaçı iddia edir ki, mənzilə dair ilkin dövlət qeydiyyatı 2021-ci ilin may ayında həyata keçirilsə də, cavabdeh tərəfindən bu günədək ödəniş icra edilməmiş, bununla da müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Buna görə də iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və cavabdehə bununla bağlı bildiriş göndərilmiş, cavabdeh tərəfindən isə bununla bağlı hər hansı etiraz daxil olmamışdır.
37. Cavabdeh isə müqavilədə göstərilən ilkin qeydiyyat faktından xəbərdar olmadığını və bu barədə iddiaçı tərəfindən məlumatlandırılmadığını bildirir, hazırda da ödənişi etməkdən yayınmır.
38. Işdən görünür ki, iddiaçının mənzilə dair hüququnun dövlət reyestrində qabaqcadan qeydiyyatı ##.##.2021-ci il tarixində həyata keçirilmişdir. Lakin iddiaçı tərəfindən bu barədə cavabdehə məlumatın verilməsi iş materialları ilə müəyyən olunmur.
39. Əksinə, cavabdeh “xxxx” tətbiqi vasitəsilə iddiaçı MTK-nın rəhbərinə dəfələrlə müraciət edərək ona çıxarışın təqdim edilməsini tələb etmişdir.
40. Işdən göründüyü kimi, cavabdeh müqavilə qiymətinin yarıdan çox hissəsini ödəyib və məhkəmə gedişatında iddiaçıya ünvanladığı ərizədə qalan məbləği ödəməyə hazır olduğunu bildirmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili də cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmək niyyətində olduğunu göstərmişdir.
41. Mülki qanunvericiliyin tələblərinə görə, mənzil-tikinti kooperativi binasında mənzilin dəyərinin (payın) xxxx tərəfindən tam ödənilməsi və həmin mənzilin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı mənzilin dövlət reyestrində xxxxnın adına rəsmiləşdirilməsi üçün əsasdır.
42. Lakin iddiaçı MTK mənzilə dair hüququ dövlət reyestrində artıq öz adına rəsmiləşdirmiş və həmin hüququn cavabdehin mülkiyyətinə verilməsi notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin bağlanması yolu ilə həyata keçirilə bilər.
43. Kollegiya həmçinin qeyd edir ki, müqavilə üzrə qalan məbləğin cavabdeh tərəfindən mənzili ipoteka ilə yüklü edərək kredit təşkilatından alınmış vəsait hesabına ödəmək niyyəti onun müqavilə üzrə öhdəliklərinin icrasından yayınması kimi qiymətləndirilə bilməz. Mənzillərin alqı-satqı və ipoteka müqaviləsi (qarışıq müqavilə) bağlanmaqla alıcının mülkiyyətinə verilməsi halında satıcıya mənzilin dəyəri kredit təşkilatı tərəfindən ödənilir və satıcının hər hansı hüququ pozulmur. Bu formada mənzillərin alğı-satqısına məhkəmə təcrübəsində də çox rast gəlinir.
44. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
45. Göründüyü kimi, iddiaçı cavabdehlə bağladığı müqavilədən imtina etməmişdən öncə sonuncuya öhdəliklərinin icrası üçün əlavə müddət təyin etməli idi. Lakin iş materiallarından iddiaçı tərəfindən cavabdehə belə müddətin təyin edildiyi də müəyyən edilmir.
46. Odur ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsi mülki qanunvericiliyin tələblərinə zidd olmaqla cavabdeh üçün hər hansı hüquqi nəticə doğurmur.
47. Kollegiya “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ***/**** nömrəli aktın əhəmiyyətsiz hesab edilməsi tələbinə aid hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Iddiaçı İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər: