Məhkəmə qərarları › İş №e-2(3-6)-1391/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1391/2026

12.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1391/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X1 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı Iddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 10800 manat pulun və dövlət rüsumu olaraq ödənilən 122.40 manat pulun, ümumilikdə cəmi 10922.40 manat məbləğində pulun tutularaq iddiaçı Iddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Iddiaçı Ismayıllı rayonu, Xanagah kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. 2024-cü ildə ünvan 1 ünvanında yaşayan hazırkı iddia tələbi üzrə cavabdeh Cavabdeh ilə aralarında “HYUNDAI I30 MINIK” markalı, 77- DP-157 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 10800 manat məbləğində alğı-satqısı barədə qarşılıqlı razılaşma olmuşdur. Razılaşmaya əsasən, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh “HYUNDAI I30 MINIK” markalı, 77- DP-157 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin alğı-satqısı məqsədi ilə 10800 manat məbləğində pul vermişdir. Cavabdeh Cavabdeh iddiaçıdan avtomaşının alğı-satqısı məqsədi ilə 10800 manat pulu qəbul etdikdən sonra Şabran rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-7830 nömrə ilə qeydə alınmış ## ####### 2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Iddiaçı da həmin vaxtdan avtomaşını öz mülkiyyəti kimi qəbul edərək idarə etmişdir. Avtomaşını aldıqdan sonra sürətlər qutusunda nasazlıq yaranmışdır. Öz vəsaiti hesabına avtomaşının sürətlər qutusunu təmir etdirmişdir. 2025-ci ildə avtomaşının mülkiyyətçisi Saatlı şəhər sakini Maraqlı şəxs tərəfindən iddiaçıya heç bir xəbərdarlıq edilmədən Cavabdeh tərəfindən ona satılmış “HYUNDAI I30 MINIK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair Şabran rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E- 7830 nömrə ilə qeydə alınmış ## ####### 2024-cü il tarixli etibarnaməni ləğv etdirmişdir. Bundan sonra avtomaşının mülkiyyətçisi Maraqlı şəxs şikayəti əsasında avtomaşın iddiaçıdan alınaraq polis şöbəsinin duracağına yerləşdirilmişdir. Iddiaçı avtomaşının mülkiyyətçisi Maraqlı şəxs ilə dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlayaraq və şəxsən görüşərək “HYUNDAI I30 MINIK” markalı, 77-DP 157 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısı üçün Cavabdeh 10800 manat pul verdiyini, ona görə də ona avtomaşına görə etibarnamə verməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Müraciətinə cavab olaraq Maraqlı şəxs iddiaçıya avtomaşının alğı satqısı üçün pulu ona deyil, Cavabdeh verdiyini bildirərək haqq hesabı pul verdiyi şəxslə həll etməyini bildirmişdir. Bundan sonra iddiaçı “HYUNDAI I30 MINIK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısı üçün 10800 manat pul verdiyi cavabdeh Cavabdeh ilə görüşərək avtomaşının alğı-satqısı üçün verdiyi pulu ona qaytarmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh ## ###### 2025-ci il tarixdə şəxsin öz xətti ilə ərizə yazaraq “HYUNDAI I30 MINIK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısı üçün ondan 10800 manat pul aldığını etiraf etmiş və eyni zamanda yazdığı ərizənin özü tərəfində yazılmasını video görüntü formasında təsdiq etmişdir. Bundan əlavə cavabdeh Cavabdeh “HYUNDAI I30 MINIK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısı üçün iddiaçıdan 10800 manat pul aldığını təsdiq edəcək ərizə və audio səs yazıları mövcuddur. Cavabdeh Cavabdeh “HYUNDAI I30 MINIK” markalı, **-DP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısı üçün iddiaçıdan aldığı 10800 manat pulu qaytarmadığından hazırkı tələblə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı məhkəməyə müraciət etmək üçün 122.40 manat məbləğində dövlət rüsumu ödəmişdir.

2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh iddiaçı Iddiaçı xeyrinə 10800 manat və iddianın qaldırılması üçün ödənilmiş 122,40 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 152.8, 181.4, 337.1, 386, 646, 650, 1091.1, 1091.2, 1092.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Ə.Ibrahimovun şikayəti üzrə” 2004-cü il ## ##### tarixli Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “HYUNDAI 130 MINIK” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs mülkiyyətindədir. Maraqlı şəxs özünə məxsus avtomobilin satılması ilə bağlı üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə razılaşmış, sonuncunun vasitəçiliyi ilə avtomobil etibarnamə əsasında Cavabdeh verilmiş, bundan sonra Cavabdeh tərəfindən avtomobil Iddiaçı (etibarnamə əsasında) satılmış və bunun müqabilində onun tərəfindən 10800 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. Cavabdeh da iddiaçıdan aldığı məbləğdən 9000 manatı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Tərəflər arasında rəsmi alqı-satqı müqaviləsi olmamışdır. Sonradan mülkiyyətçi nəqliyyat vasitəsinə dair verilmiş etibarnaməyə xitam verdiyindən, iddiaçı avtomobildən istifadə etmək hüququndan məhrum olmuşdur. Buna görə də hazırda avtomobilə görə Cavabdeh ödədiyi məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu halda ilk növbədə hazırki mübahisəyə tətbiq edilməli hüquq norması, yəni iddianın qanuni əsası müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tərəflər sözügedən avtomobilin cavabdeh tərəfindən iddiaçıya satıldığını bildirsələr də, aralarında bununla bağlı hər hansı müqavilənin bağlandığı müəyyən edilmir, işin müəyyən edilən halı ondan ibarətdir ki, həmin avtomobil iddiaçının etibarnamə əsasında idarəçiliyinə verilmiş, eyni zamanda ona həmin etibarnamə əsasında avtomobili bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və.s səlahiyyətlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ##### 2007-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın 2-ci bəndinə görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili Işlər Nazirliyində qeydiyyata alınır. Həmin Fərmanın * saylı əlavəsi olan “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”nın 1.2- ci bəndinə görə, reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Göründüyü kimi, mübahisə predmeti olan nəqliyyat vasitəsi rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə isə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 139.1, 146.1, 146.2 ci maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Beləliklə qanunvericiliyin tələbindən göründüyü kimi əmlakla bağlı alqı-satqı və həmin nəqliyyat vasitəsi üzərində yaranmış mülkiyyət hüququ daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Mülki Məcəllənin 181.4-cü maddəsinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Göründüyü kimi, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlılığı üçün mütləq iki şərtin mövcudluğu- əqdin yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi tələb olunur. Rəsmi reyestrdə qeydiyyata alınmalı daşınar əşyalara daşınmaz əmlaklarla bağlı alqı-satqı qaydaları tətbiq edildiyindən hazırki halda da avtomobilin digər şəxsə satılması məhz həmin qaydalara riayət etməklə, yəni əqdin qanunvericilikdə nəzərdə tutulmuş imperativ forma və məzmununa dair şərtə riayət etməklə həyata keçirildikdə etibarlı olur. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur). Hazırkı işdə tərəflər arasında belə bir müqavilənin mövcudluğu müəyyən edilmədiyindən, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsi ilə bağlı normalarının tətbiqi mümkün deyildir. Belə ki, tərəflər arasında şifahi razılaşma (müqavilə) olsa da və bu şifahi razılaşma əsasında tərəflərin nəqliyyat vasitəsinin alqı-satqısını həyata keçirmələrinə dair iradə ifadələri olsa da, müqavilənin forması ilə bağlı qanunvericiliyin imperativ tələbinə riayət edilməmişdir. Belə olan halda tərəflər arasında avtomobilin alıq-satqısı ilə bağlı şifahi razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından həmin Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından etibarsız əqddir. Bu baxımdan hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Belə ki, iddia tələbi mahiyyət etibarilə avtomobilin alqı-satqısına dair etibarsız əqd üzrə verilmiş pulun əsassız varlanma nəticəsində cavabdehdən alınması barədədir. Beləliklə, tərəflər (Cavabdeh ilə Iddiaçı) arasında faktiki alqı-satqı münasibətlərinin mövcudluğu işin mübahisə edilməyən halıdır. Çünki iddiaçı avtomobili almaq üçün pul Cavabdeh 10800 manat ödədiyini bildirmiş, cavabdeh də qeyd edilən halı təsdiq etmişdir. Cavabdeh izahatında avtomobilə görə iddiaçının ona 10700 manat ödədiyini bildirsə də, işdə olan ərizəsində, həmçinin məhkəmə baxışı zamanı tədqiq edilmiş CD diskdə əks olunan videogörüntülərdə Iddiaçı Cavabdeh ödədiyi məbləğin 10800 manat olduğu müəyyən edilmişdir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlara əsasən, “HYUNDAI 130 MINIK” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı, TMADB815AAJ016899 ban nömrəli, buraxılış ili 2009 olan avtomobil Maraqlı şəxs mülkiyyətindədir; - Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair ##.##.2024-cü il tarixli, reyestrdə 7E 7830 nömrə ilə qeydə alınmış etibarnaməyə əsasən, Maraqlı şəxs özünə məxsus “HYUNDAI 130 MINIK” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün 11 ay 25 gün müddətinə (##.##.2025-ci il tarixədək) Cavabdeh, sonuncu isə Iddiaçı etibar etmişdir; - Cavabdeh ##.##.2025-ci il tarixli ərizəsinə əsasən, Cavabdeh 10800 manat məbləğində pulu Iddiaçı aldıqdan sonra ona Şabran rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-7830 nömrə ilə qeydə alınmış ## ####### 2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir; - “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli ********** nömrəli qəbzinə əsasən, Iddiaçı tərəfindən hazırkı iddianın qaldırıması üçün 122.40 manat dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi rayon məhkəməsinin ##.##.2026-cı il tarixli e-

4. *(***)-****/**** saylı qətnaməsini ləğv edərək onun cavabdeh qismindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyası 127.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 14.2, 77.1, 106.2, 218.3, 217.1, 217.4, 385.1, 385.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mübahisələndirilən pulun onda yox, Aqil adlı şəxsdə olduğunu nəzərə almamışdır. Bundan əlavə qeyd etmək istəyir ki, məhkəmə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatını nəzərə almamış və ümumiyyətlə araşdırmamışdır. Halbuki, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında açıq aydın etiraf edir ki, bu məsələdə onun günahı yoxdur. Həmçinin qanunvericiliyə əsasən işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolveriməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır . Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib- edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsi qanunsuz və əsassız olması, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tədbiq edilməməsi , məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli, iddia tələbinin təmin ediməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmçinin qanunvericiliyinə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yuxarıda istinad edilən hallar, işin faktiki dəlilləri birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin faktlar nöqteyi nəzərindən əsassız olmasını təsdiq edir və qətnamənin qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə görə həmin hissəsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı sayıla bilməz. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki haların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həli üçün yalnız mötəbər istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı şəxslə tanışlığının olduğunu, Aqillə maşın alqı-satqısı ilə bağlı razılığa gəldiklərini və hazırkı mübahisə predmeti olan maşını 9000 manata aldığını, maşının texniki pasportunun Maraqlı şəxs olduğu üçün birlikdə notariat ofisinə getdiklərini, Maraqlı şəxs ona baş etibarnamə verdiyini, notariusdan qayıdanda pulu kimə ödəməli olduğunu soruşanda Aqilin pulu ona ödənilməli olduğunu biıdirdiyini və onun tərəfindən 9000 manat puılun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödənildiyini, maşını aldıqdan təqribi 10 gün sonra maşını iddiaçıya satdığını və iddiaçı tərəfindən ona 10800 manat pulun ödənildiyini, iddiaçının hazırkı iddia tələbi ona qarşı deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Maraqlı şəxs qarşı qaldırmalı olduğunu, onlar tərəfindən oyuna gətirildiyini, onun özünün də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə, Maraqlı şəxs qarşı ayrıca iddia qaldırdığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Iddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, onun bütün danışıqlarının Cavabdehlə olduğunu, pulu ona verdiyini, maşını 2 aya yaxın sürdüyünü, bir dəfə maşını sürərkən onu yol polisinin saxladığını və həmin zaman mülkiyyətçi olan Maraqlı şəxs tərəfindən ona verilmiş etibarnamənin ləğv olunduğunun məlum olduğunu, maşının hal-hazırda rayonda olduğunu qeyd etmiş, apellyasiya şiakyətinin təmin edilməməsini xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.2. əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

11. Işin müəyyən edilmiş hallar ondan ibarətdir ki, cavabdeh Iddiaçı maşının alqı-satqısı məqsədi ilə 10800 manat pul aldığını etiraf edir. Lakin bununla yanaşı qeyd edir ki, iddiaçının cavabdeh qismində onu deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qoymalı idi, çünki onun tərəfindən maşın üçün müvafiq ödənişin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödənilmiş, budan sonra mülkiyyətçi olan Maraqlı şəxs ona etibarnamə vermiş təqribi 10 gün sonra o maşını iddiaçıya satmış, iddiaçı müəyyən müddət maşını sürdükdən sonra Maraqlı şəxs əsassız olaraq etibarnaməni ləğv etmişdir. Həmçinin cavabdeh Cavabdeh məhkəmə kollegiyasına verdiyi izahatında qeyd etmişdir ki, o ayrıcı Maraqlı şəxslə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı iddia qaldırmışdır. Iddiaçı isə iddia ərizəsində,həmçinin birinci və apellyasiya instansiyasına verdiyi izahatlarında qeyd etmişdir ki, o yalnız Cavabdehlə ünsiyyətdə olmuş, pulu ona vermiş, Maraqlı şəxs və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tanımamışdır.

12. Yuxarıda qeyd edilən işi müəyyən edilmiş hallarını nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki,mülki münasibətlər tərəflər marasında olmuş, iddiaçı Cavabdeh tanımış, pulu ona vermişdir, Cavabdeh də bu halı təsdiq edir. Belə olduğu təqdirdə iddiaçı cavabdeh qismində Cavabdeh qoymaqda, ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin şikayətində qeyd etdiyi və məhkəmə kollegiyasının iclasında verdiyi izahata münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh Maraqlı şəxslə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı ayrıca iddia qaldırdığını, məhkəmə icraatında bununla bağlı ayrıca iş olduğunu bildirmiş, cavabdehin qeyd etdiyi məsələlər məhz həmin iş üzrə mübahisələndirilən hallara aid edildiyindən, hazırkı mülki iş çərçivəsində qiymət verilməsi yolverilməzdir. Cavabdeh 10800 manat məbləğində pulu Iddiaçı aldıqdan sonra ona Şabran rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-7830 nömrə ilə qeydə alınmış ## ####### 2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verməsi barədə Cavabdeh ##.##.2025-ci il tarixli ərizəsinə və məhkəmədə araşdırılan hallara dair cavabdehin iddiaçı qarşısında mülki məsuliyyəti tam sübuta yetirilir.

13. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar