Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1483/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1483/2026 (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakda payların naturada ayrılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, cavabdeh cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı «ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı «ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı evin 1/2 hissəsinin naturada ayrılaraq ona təhvil verilməsi, həmin hissədən cavabdeh cavabdeh1 çıxarılması; bu mümkün olmadıqda isə Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı evin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı ev üzərində onun ½ hissədə, cavabdehlər cavabdeh1 1/6 hissədə və cavabdeh2 1/3 hissədə paylı mülkiyyət hüquqları olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ***************** reyestr nömrəli çıxarış verilmişdir. Paylı mülkiyyətdə olan əmlakın sahəsi 138.30 m2 təşkil edir. A və B tikilisindən ibarətdir. Payın naturada ayrılması və ya onun dəyərinin kompensasiya şəklində ona ödənilməsi ilə bağlı paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq qarşılıqlı razılıq əldə edilməsi mümkün deyildir. Bu baxımdan hazırda onun paylı mülkiyyətində olan əmlakın naturada ayrılaraq ona təhvil verilməsi, cavabdeh cavabdeh1 həmin hissədən çıxarılması zərurəti yaranmışdır. Payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı təqdirdə mübahisə predmeti olan əmlak məhkəmə qərarı əsasında hərracdan satılmalıdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 213, 216, 217, 220.1, 220.2, 220.4cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 103.1, 101.7, 206.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətində qeyd edilir ki, iddia tələbindən göründüyü kimi, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı «ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 8 ünvanda yerləşən * saylı evin 1 / 2 hissəsinin naturada ayrılaraq ona təhvil verilməsi, həmin hissədən cavabdeh cavabdeh1 çıxarılması; bu mümkün olmadıqda isə ünvan 4 8 ünvanda yerləşən * saylı evin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tam təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı fərdi yaşayış evinin «B» literli tikilisi iddiaçı İddiaçı ayrılması, Cavabdeh cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı fərdi yaşayış evinin hazırda yaşadığı «B» literli tikilisindən çıxarılması, İddiaçıya ayrılmış «B» literli tikilinin texniki pasport sənədində göstərilən ona məxsus 1/2 hissə paydan 0,35 m2 az sahəsinin dəyəri olan 1.000 manat pulun digər paylı mülkiyyətçilər olan cavabdeh1 və cavabdeh2 napaylarına mütənasib ödənilməsi iddiaçıya həvalə edilməsi qət edilmişdır. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamədə iddia tələbinin “bu mümkün olmadıqda isə Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı evin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsinə heç bir münasibət bildirməmiş, nəticədə iddia tələbini qismən təmin etməli olduğu halda, iddia tələbinin tam təmin edilməsini qət etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin sonuncu iclasında iddiaçı iddia tələbinin “Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı evin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsindən imtina etdiyini bildirmişdir. Məhkəmə həmin qənaətə gələrkən, cavabdeh cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı fərdi yaşayış evinin hazırda yaşadığı «B» literli tikilisindən çıxarılmalı olduğu halda, harada, yəni konkret olaraq hansı sahədə yaşamalı olmasını qətnamədə göstərməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 öz izahatında bildirmişdir ki, A tikilisində anadan olmuş və əvvəldən orada yaşamışdır. Babası A tikilisini 1895-ci ildə tikmiş, B tikilisi isə 1915-ci ildə tikilmişdir. Texniki pasportda da bu tikililər ayrı əks olunmuşdur. Qətnamənin qüvvədə qalmasını və şikayətin təmin olunmamasını xahiş edir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh iştirak etməmişlər. İddiaçının nümayəndəsi və vəkili vəkil2 məhkəməyə ərizə ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmişdir. Əvvəlki iclasda izahat verərkən bildirmişdir ki, tələbləri 1/2 hissədə paylarına uyğun ayrılıb verilməsidir. Məhkəmə tərəfindən də ekspertiza təyin edilmişdir, ekspert də evin bölünməsinin texniki cəhətdən mümkünlüyünü bildirib. Onlar da B tikilisinin iddiaçıya verilməsini xahiş edirlər və artıq qalan sahənin dəyərinin digər mülkiyyətçilərə paylarına görə ödəməyə hazırdılar. Qarşı tərəfin harada yaşayacağı məsələsini həll etmək bu mübahisənin predmeti deyildir. Ali Məhkəmənin müvafiq qərarından sonra paylar bölündü, çıxarış alındı, daha sonra da müvafiq tələb irəli sürüldü.
11. Əvvəlki məhkəmə iclasında izahat verən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onların hissəsi ayrıdır və doğulandan bəri orada yaşamış, anasına baxmışdır.
12. Əvvəlki məhkəmə iclasında izahat verən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş üzrə verilmiş ekspertiza rəyi vardır, cavabdehin yaşayacağı yer haradırsa və bu otaqlardan hansında qalmalıdırsa, göstərilsin. Digər cavabdeh A tikilisində artıq yaşamır və oranı kirayə verib. Gülzar xanımın başqa qalacaq yeri yoxdur. Əgər A tikilisində qalacaq yer varsa, orada da yaşamağa razıdırlar, yetər ki, onlara müvafiq yer göstərilsin.
13. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, B tikilisi 3 otaqdan ibarətdir. A tikilisi kirayəyə verilmişdir.
14. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçı İddiaçı nümayəndəsi X1 öz ifadəsində bildirmişdir ki, o, razılıq üçün getmiş və söhbət etmişlər. Mübahisə artıq 5 ildir ki, davam edir. O, söz verir ki, Gülzar çöldə qalmayacaq. Digər cavabdeh Zəhrəxanım A tikilisinin onun olduğunu bildirir.
15. İşin halları, iddiaçının nümayəndəsi və vəkilinin təxir üçün lazımi əsaslar gətirmədiyini, eləcə də işdəki dəlillərlə mübahisəyə baxmağın mümkünlüyü baxımından kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxmağı məqsədəuyğun hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
16. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
17. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.
19. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
20. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
21. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
22. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
23. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
24. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək bütövlükdə mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
33. İlk növbədə iddia tələbinin əsassızlığına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
34. Belə ki, ##.##.2021-ci il tarixli 04/7229 inventar nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı fərdi yaşayış evinə dair müvafiq texniki göstəricilər və sair bilgilər qeyd olunmaqla, ƏMDKnın yanında DƏDRX-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib olunmuşdur.
35. ƏMDX DƏDK və Reyestri PHŞ * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı fərdi yaşayış evi paylı mülkiyyət olmaqla, 1/3 hissədə pay üzrə X5, 1/6 hissədə cavabdeh1 və 1/2 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
36. ƏMDX DƏDK və Reyestri PHŞ * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı fərdi yaşayış evi paylı mülkiyyət, torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, evə münasibətdə 1/3 hissədə pay üzrə cavabdeh2, 1/6 hissədə cavabdeh1 və 1/2 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
37. Beləliklə, tələb üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı fərdi yaşayış evi paylı mülkiyyət olmaqla, 1/3 hissədə pay üzrə cavabdeh2, 1/6 hissədə cavabdeh1 və 1/2 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən 68,8 m2 sahəli (A tikilisi) fərdi yaşayış evi və 69,5 m2 sahəli (B tikilisi) fərdi yaşayış evi mövcuddurlar. Həmin tikililərin 1 m2 üzrə orta qiyməti 2.500 manat təşkil edir.
38. Kollegiya iddia tələbinin əsaslığına dair hissətə münasibətdə bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Qərarında qeyd edilir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
39. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər.
40. Qeyd edilən Qərarın və paylı mülkiyyətə dair mülki qanunvericilik normalarının məzmunundan göründüyü kimi, paylı mülkiyyətçilər məhkəməyə müraciət etməzdən əvvəl ümumi mülkiyyətdən payın ayrılmasının üsul və şərtləri barəsində məsələnin həllini əvvəlcə öz aralarında qarşlıqlı razılıq əsasında həll etməyə çalışmalıdırlar. Qanunverici belə razılığın əldə edilmədiyi təqdirdə maraqlı tərəfin məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
41. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı «ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı evin 1/2 hissəsinin naturada ayrılaraq ona təhvil verilməsi, həmin hissədən cavabdeh cavabdeh1 çıxarılması; bu mümkün olmadıqda isə Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı evin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. Həmçinin işin halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, payın naturada ayrılması və ya onun dəyərinin kompensasiya şəklində ona ödənilməsi ilə bağlı paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq qarşılıqlı razılıq əldə edilməsi mümkün deyildir.
43. Bu halda məhkəmə ilk növbədə mənzildə payın ayrılmasının ona tənasübsüz zərər vurmadan mümkünlüyünü araşdırmalıdır.
44. Belə ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla iki hissədən ibarət olduğunu və hər iki hissədə kommunal xidmətli sahələrin mövcud olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçı İddiaçı payına düşən 1/2 hissəsinin (69,15 m2 ) naturada ayrılması yalnız 1/2 hissə paya düşən sahədən qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Belə ki, qeyd olunan fərdi yaşayış evinin iş materiallarında olan həmin yaşayış evinə dair tərtib edilmiş «Texniki Pasport» sənədində «A» literi ilə işarələnmiş hissəsinin 1/2 hissədə paydan 0,35 m2 az, «B» literi ilə işarələnmiş hissəsinin isə 1/2 hissədə paydan 0,35 m2 çox olmaqla 1/2 hissədə paya məxsus mülkiyyətçinin istifadəsinə verilməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğundur (qərardadın birinci, ikinci və üçüncü sualları üzrə).
45. Həmçinin iş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla yuxarıda göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanda yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla iki hissədən ibarət olduğunu və hər iki hissədə kommunal xidmətli sahələrin mövcud olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçı İddiaçı payına düşən 1/2 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq edilən yaşayış evinin A və B literli tikililərdən biri İddiaçı ayrılmalıdır (qərardadın birinci və ikinci sualları üzrə). ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin bölgüsü mümkün olduğundan qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı (qərardadın üçüncü sualı üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
46. O cümlədən apellyasiya icraatı zamanı aparılmış yerində müayinə nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, dalan 8 ünvanında aparılır. Yerli müayinə zamanı cavabdeh cavabdeh1 faktiki yaşadığı “B” tikilisinin yaşayış üçün yararlı olmadığı (təmirsiz olduğu), hətta qeyd olunmuş tikilinin tavan örtüyünün dağıldığı, “A” tikilisinin isə bütüvlükdə cavabdeh cavabdeh2 sahibliyində olduğu müəyyən olunmuşdur.
47. İş üzrə aparılmış tədqiqatdan və əldə edilmiş ekspert rəylərindən görünür ki, ünvan 1 ünvanda yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla iki hissədən ibarətdir və hər iki hissədə kommunal xidmətli sahələrin mövcuddur. Həmin evin tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölgüsünün real olması üçün yaşayış evinin A və B literli tikililərdən biri İddiaçı ayrılmalıdır və bu zaman payın naturada ayrılması zamanı A və B literli tikililər üzrə 1/2 hissədə paydan 0,35 kv.m fərq yaranır.
48. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
49. Həm iş üzrə tərəflərin izahatlarından, həm iş materiallarından, həm də məhkəmənin yerində müayinəsi zamanı aşkar edilən hallardan müəyyən olunur ki, “A” tikilisi əvvəl tarixlərdən etibarən cavabdeh cavabdeh2 istifadəsi və sahibliyində olmuş, iddiaçı ilə digər cavabdeh isə əvvəldən “B” tikilisində məskunlaşmışlar. Bu halda cavabdeh cavabdeh2 uzun illər boyu sahiblik və istifadə etdiyi, ona qarşı heç bir pretenziya irəli sürülmədiyi mənzildən hazırki tələb üzrə çıxarılması ağlabatan olmamaqla qətnamənin ədalətli icrası baxımından da düzgün hesab oluna bilməzdi.
50. Bu zaman iddiaçının qanuni tələbinin təmini məqsədilə ekspert rəyinin təsbit etdiyi məqamlar, həmçinin iddiaçı İddiaçı cavabdeh cavabdeh1 münasibətdə paylı mülkiyyətdə daha çox həcmdə payının və üstünlük hüququnun olduğunu nəzərə alan kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı fərdi yaşayış evinin «B» literli tikilisinin iddiaçı İddiaçı ayrılması barədə nəticəni ədalətli hesab edir.
51. Kollegiya apelyatorun birinci instansiya məhkəməsinin qətnamədə iddia tələbinin “bu mümkün olmadıqda isə Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı evin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsinə münasibət bildirməməsi ilə bağlı dəlilinə dair qeyd edir ki, apelyatorun özünün də şikayətin növbəti abzasında qeyd etdiyi kimi, birinci instansiya məhkəməsinin sonuncu iclasında iddiaçı iddia tələbinin “Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən * saylı evin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsindən imtina etdiyini bildirmişdir. Həmçinin işin hallarından müəyyən olundu ki, mənzilin naturada bölgüsü mümkündür və bu halda “bu mümkün olmadıqda” hissəsinə münasibət bildirilməsinə zərurət qalmır.
52. Məhkəmə apelyasiya şikayətinin cavabdehin mənzildən çıxarılaraq harada yaşayacağının müəyyən olunmaması ilə bağlı dəlilinə dair isə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehin də mübahisəli əmlakda 1/6 hissədə payı mövcuddur və hazırki iddianın təmin olunması onun da analoji tələblə məhkəməyə müraciət etmək və payının naturada ayrılmasını, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsini, payına uyğun əmlakda (A tikilisində) istifadə və sahiblik hüququnu tələb etmək imkanını istisna etmir.
53. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
55. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev