Məhkəmə qərarları › İş №e-2(3-6)-1624/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1624/2026

10.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1624/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh, iddiaçı iddiaçı1 ASC-nin cavabdeh Cavabdeh qarşı iddia tələbləri ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi zərərin ödənilməsi və subroqasiya qaydasında pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı iddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə, Birləşdirilən iş üzrə iddiaçı xxxx” ASC-nin nümayəndəsi İbrahimova Gülnar Qüdrət qızının iştirakı ilə, İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi”xxxxiddiaçı1 ASC-nin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən birinci iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil iddiaçı2 mülkiyyətindədir.

2. VIII ***/** nömrəli Əmlak Sığortası Şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil əmlakın yanğından və digər risklərdən sığortası növü üzrə 12945,09 manat məbləğində sığortalanmışdır.

3. “xxxx”xxxx“xxxx” ASC tərəfindən iddiaçı2 3269,52 manat məbləğində sığorta ödənişi edilmişdir.

4. Xətai rayonu ** saylı MKİS-nin rəisi R.Eldarzadə, ** saylı MKİS-nin mühəndisi Ə.Məhərrəmov tərəfindən tərtib edilmiş və imzalanmış ##.##.2024-cü il tarixli akta əsasən Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 2 mənzil 38-in sahibinin müraciəti əsasən məlum olmuşdur ki, ##.##.2024-cü il tarixində üst mərtəbədə yerləşən ** saylı mənzildən (sahibi Cavabdeh) gecə saatlarından başlayaraq su axıntısı olmuşdur. Uzun müddətli, davamlı su axıntısı aşağı mərtəbələrinin hamısına, hətta binanın fasadına və binanın bütün blokuna, lift girişinə və həmçinin həyətə qədər yayılıb. Alt mərtəbədə yerləşən ** saylı mənzilin girişi, vanna otağı və tualet, yataq otağı, mətbəxi bərbad vəziyyətə düşmüş, orada olan mətbəx mebeli, elektronik və məişət əşyaları, həmçinin yataq otağındakı yorğan-döşək və paltarlar yararsız vəziyyətə düşüb, mənzilə ciddi maddi ziyan dəymişdir.

5. “xxxx” ASC-nin iddiaçı2 ünvanlanmış ##.##.2025-ci il tarixli ***/** nömrəli məktubdan görünür ki, iddiaçı1 ASC-də “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə sığortalanmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka ##.##.2024-cü il tarixində baş vermiş subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Baş vermiş sığorta hadisəsi üzrə sığortalı daşınmaz əmlaka 3080 manat zərər müəyyən olunmuşdur.

6. Sifarişçi iddiaçı1 MMC-nin müraciəti əsasında tərtib edilmiş “X3 Mərkəzi” MMCnin “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabat”a əsasən ünvan 8 ünvanında yerləşən mənzilə dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən təmir tikinti xərcləri 3269,52 manat təşkil edir.

7. Sifarişçi iddiaçı2 müraciəti əsasında tərtib edilmiş “X3 Mərkəzi” MMC-nin “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabat”a əsasən ünvan 8 ünvanında yerləşən mənzilə dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən təmir tikinti xərcləri 10351,10 manat təşkil edir. Mənzilin kirayə haqqı isə 750 manat məbləğində müəyyən edilir.

8. “X3 Mərkəzi” MMC-nin təqdim etdiyi ##.##.2025-ci il tarixli ***-***/**** nömrəli maliyyə arayışından görünür ki, “X3 Mərkəzi” MMC-nin hesabına sifarişçi iddiaçı2 tərəfindən 400 manat məbləğində xidmət haqqı ödənilmişdir.

9. iddiaçı2 müraciəti əsasında aparılmış araşdırma nəticəsində “xxxx” MMC tərəfindən tərtib edilmiş “Təmir bərpa işlərinə çəkiləcək xərcin müəyyən edilməsi barədə” ##.##.2025-ci il tarixli **-**/** nömrəli hesabata əsasən ünvan 8 ünvanında yerləşən mənzilə su basma nəticəsində dəymiş zərərin məbləği (işçilik və material xərci daxil olmaqla) 11156,3 manat təşkil edir.

10. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **-***/** nömrəli maliyyə arayışından görünür ki, iddiaçı2 ##.##.2025-ci il tarixli müraciətinə uyğun olaraq ünvan 5 ünvanında yerləşən mənzilə su basma nəticəsində dəymiş zərərin qiymətləndirilməsi məqsədi ilə 200 manat məbləğində xidmət haqqı dəyəri “xxxx” MMC-nin hesabına ödənilmişdir.

11. İş materiallarında olan “xxxx” MMC-nin “Bərpa dəyərinin qiymətləndirilməsi barədə” ##.##.2025-ci il tarixli Hesabata əsasən ünvan 6 ünvanında yerləşən ** saylı mənzilə ##.##.2025-ci il tarixə bərpa dəyərinin həcmi 10711 manat təşkil edir. Analoji mənzil üzrə bir aylıq kirayə haqqı 750 manat təşkil edir.

12. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(011)- ****/**** nömrəli qərardadının icrası ilə əlaqədar iddiaçı2 tərəfindən 400 manat məbləğində ödəniş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh etinasız hərəkətləri nəticəsində ona məxsus ünvan 6 ünvanında yerləşən 9 mərtəbəli binanın 40-cı mənzilindən axan su sızması nəticəsində iddiaçı – iddiaçı2 məxsus ünvan 6 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilinə dəymiş maddi zərərin əvəzi olaraq 8000 manat məbləğində pul vəsaitinin və mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində pul vəsaitinin, iddiaçı – iddiaçı2 tərəfindən onun mənzilinə vurulan zərərin məbləğinin müəyyən edilməsi məqsədilə qiymətləndirici rəyin verilməsi müstəqil ekspertlərə ödənilmiş 200 manat və 400 manat xidmət haqqının, 125 manat vəkil xidməti xərcinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumu olmaqla, cəmi 10.848 manat məbləğində pul vəsaitinin birdəfəlik şəkildə cavabdeh Cavabdeh tutularaq iddiaçı iddiaçı2 ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Cavabdeh etinasız hərəkətləri nəticəsində ona məxsus ünvan 6 ünvanında yerləşən 9 mərtəbəli binanın 40cı mənzilindən axan su sızması nəticəsində iddiaçı iddiaçı2 məxsus ünvan 6 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilinə dəymiş maddi zərərin əvəzi olaraq 7.441,48 manat məbləğində pul vəsaitinin və mənəvi zərərə görə 2.000 manat məbləğində pul vəsaitinin iddiaçı iddiaçı2 tərəfindən onun mənzilinə vurulan zərərin məbləğinin müəyyən edilməsi məqsədilə qiymətləndirici rəyin verilməsi müstəqil ekspertlərə ödənilmiş 200 manat və 400 manat xidmət haqqının, həmçinin məhkəmənin müvafiq qərardadı əsasında mütəxəssis rəyinin alınması üçün “xxxx” MMC-yə ödənilmiş 400 manat xidmət haqqının, 125 manat vəkil xidməti xərcinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumu olmaqla, cəmi 10.689,48 manat məbləğində pul vəsaitinin birdəfəlik şəkildə cavabdeh Cavabdeh tutularaq iddiaçı iddiaçı2 ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ## ###### 2024-cü ildə – bazar günündə səhər saat 07:30-08:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 2 ünvanında yerləşən 9 mərtəbəli binanın 1- ci mərtəbəsində topdansatış fəaliyyəti göstərən mağazanın işçilərinin qapını döyməsi ilə yuxudan oyanmışdırlar. Belə ki, işçilər günün erkən saatlarında işə başlayarkən mağazada olan bütün topdansatış məhsullarının, ümumiyyətlə mağazanın içinin su ilə dolması ilə qarşılaşıblar. Bundan sonra həmin işçilər ardıcıl olaraq 1-ci mərtəbədən başlayaraq 5-ci mərtəbəyə qədər olan bütün mənzillərin qapısını döyərək suyun mağazaya haradan axdığını müəyyən etmək istəyiblər. Qeyd edim ki, işçilərin evimin qapısını döyməsi ilə yuxudan oyandığında bütün əşyaların su içində üzdüyünü, başqa sözlə yuxarı mərtəbədən axan su nəticəsində evində bir gölün yarandığını gördü. İddiaçı dərhal üst mərtəbədə yerləşən ** nömrəli mənzilin qapısını döyərək hadisəni aydınlaşdırmağa çalışdı. O, qapını dəfələrlə döysə də içəridə olan şəxslər onu açmadılar. Bu zaman məcbur qalıb 102 xidmətinə və ərazi üzrə sahə müvəkkili, eləcə də mənzilin sahibi Cavabdeh və onun iddiaçı ilə eyni binada yaşayan qaynatası Zahid Əliyevə zəng etdi. Yalnız qayınata Zahid Əliyev gəldikdən sonra həmin evdə 2 uşağı ilə kirayə yaşadığını söyləyən Şəhanə adlı bir xanım qapını açdı. O, bildirdi ki, bəli, gecə saat 04:00-05:00 radələrində evin mətbəxində olan su şlanqı partlayıb və təzyiqli su səhərə qədər də axmağa davam edib, bir az əvvəl onlar su axan şlanqı bağlayıblar. Su o qədər təzyiqlə və saatlarla dayanmadan axmışdı ki, binanın bütün bloku, lift şaxtası, liftin qarşısı və binanın ana qapısından çölə çıxışı tamamilə su basmış vəziyyətdə idi. Hətta iddiaçını mənzilinin yerləşdiyi hissədə bütün mərtəbələrdən üzü aşağı olaraq binanın çöl divarı bütövlükdə islanmışdı və binanın divarlarında artıq su sızmaları bariz bir şəkildə özünü göstərirdi (bu barədə foto və video görüntülər mövcuddur və bəziləri əlavə edilir). Vəziyyət və bu durumu yaradan şəxsin münasibəti o qədər qeyriinsani idi ki, ** nömrəli mənzildə kirayə yaşayan Şəhanə adlı xanım aşağı mərtəbəyə düşərək evimin nə vəziyyətdə olmasını görmək belə istəmədi. Hadisə baş verən gün iddiaçının bütün ailəsi evə axan suyu qurutmağa çalışmışlar, mətbəx, orada olan mebel, elektrik avdanlıqları, dəhliz, hamam və tualet bütövlükdə sıradan çıxdı, eyvanın bütün divarları tamamilə nəm içində idi. Evə təmizlikçi də çağırıb mənzili çirkab sularından birlikdə təmizləməyə çalışsalar da, hamam və tualetdə olan kafellərin arasından su mütəmadi olaraq axmağa davam edirdi. Ertəsi gün, yəni ## ###### 2025-ci ildə (bazar ertəsi günü) səhər tezdən ailə üzvlərim işə, məktəbə getməyə hazırlaşanda, yataq otağında küncdə yığılmış ehtiyat yorğan döşək xurcununun üstündə uzanıqlı saxlanan gündəlik paltarları geyinmək üçün götürmək istədikdə onların hamısının və altındakı bütün yorğan döşəyin tamamilə su içində olduğunu gördüm. Təəssüflər olsun ki, mətbəxə axan su mətbəxlə yataq otağı arasında olan divardan yataq otağına da keçib, buradakı bütün yorğan döşək və paltarlar islanaraq tamamilə yararsız vəziyyətə düşüb. İddiaçı sığorta şirkətini çağırdı. Belə ki, iddiaçının mənzili iddiaçı1 ASC tərəfindən əmlak sığortası ilə sığortalanıb, hər il ərzində təxminən 500 manat civarında sığorta haqqı ödəyir. Bununla yanaşı, iddiaçı, təkrardan sahə müvəkkilinə zəng edərək mənzilinin vəziyyətini bir daha izah etdi və onu hadisə yerinə çağırdı. Eyni zamanda Xətai rayon ** saylı Mənzil Kommunal İstismar Sahəsinə (bundan sonra mətndə - MKİS adlandırılacaq) gedərək hadisə barədə ətraflı məlumat verdi. Bundan sonra MKİS-in mühəndisi Əfqan Məhərrəmov hadisə yerinə gələrək baxış keçirdi və dərhal evə dəymiş ziyan barədə ## ###### 2024-cü tarixli Akt tərtib etdi. Həmin aktda iddiaçının mənzilinə necə ciddi ziyan dəydiyi, mebelinin, elektronik avadanlıqlarının və məişət əşyalarının, yorğan döşəyinin yararsız vəziyyətdə olması və yüksək təzyiqli su axıntısının hansı otaqlara zərər vurduğu ətraflı şəkildə əks olunub (həmin aktın əsli iddia ərizəsinə əlavə olunur). İlk su daşmasından 1 (bir) gün keçməsinə baxmayaraq iddiaçının evi hələ də bərbad vəziyyətdə idi, damcılar və nazik sızıntılar axmaqda davam edirdi, hətta binanın blokundakı su belə qurumamışdı və binanın çöl divarlarında su axıntısı olduğu kimi qalırdı. İddiaçının mənzilinə vurulan ziyanı və bu ziyanı aradan qaldırmaq üçün təmir xərcini ən azı 13.000- 14.000 manat həcmində müəyyən edildi. Bir neçə ekspertin rəyinə əsasən iddiaçının mənzilinə dəyən ümumi zərər təxminın 11.000 manat civarındadır. Bura mətbəxin (tam), koridorun (tam), yataq otağının (bir divar və tavan), qonaq otağının (tavan), tualet və hamamın (tam) təmiri, sıradan çixmış elektronik əşyalar və mətbəx mebelinin əvəz edilməsi və ümumi işlərin görülməsi üçün çəkilən xərclər daxildir. Bu zərərin təxminən 3.000 manat məbləği sığorta şirkəti tərəfindən ödənildiyi üçün, yerdə qalan təxminən 8.000 manat maddi ziyan tam və birdəfəlik şəkildə iddiaçıya ödənilməlidir. İddiaçı mənzilinə dəyən zərərdən başqa, bu məhkəmə işi üzrə öz hüquqlarımı müdafiə etmək və sübut əldə etmək üçün digər maddi xərclərlə üzləşmişdir. Belə ki, 2 ayrı ayrı müstəqil ekspertdən rəy almaq üçün göstərdikləri xidmətə görə onlara müvafiq olaraq 200 manat və 400 manat ödəniş etmişdir. Həmçinin hüquqi yardım almaq üçün * saylı vəkil bürosuna müraciət edərək vəkil xidmətləri üçün 125 manat məbləğində ödəniş etmişdir. Eyni zamanda iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən Xətai rayon Məhkəməsinin hesabına123 manat məbləğində dövlət rüsumu ödənilib. Mövcud qanunvericiliyin tələblərinə görə cavabdehin təqsiri üzündən iddiaçının düşdüyü bu xərclər ondan tutularaq iddiaçıya ödənilmədlidir. Əfsuslar olsun ki, cavabdehin bu qanunsuz və saymazyana hərəkəti iddiaçının və onun üzvlərinin əsəbləşməsi, əsəb sarsıntısı və güclü həyəcan keçirməsinə səbəb olub. Belə ki, illərlə min bir əziyyətlə ipoteka əsasında əldə etdiyi mənzilinin hər hansı bir şəxsin etinasız və saymazyana hərəkətləri nəticəsində bərbad vəziyyətə düşməsi iddiaçını mənəvi cəhətdən kəskin şəkildə sarsıdıb. Belə ki, evinin təmirli və gözəl görünüşü gözünün önünə gəldikcə və bu barədə düşündükcə mənəvi iztirablar keçirir. Eyni zamanda cavabdehin sığorta ödənişlərinin verilməsinə münasibətdə etdiyi qanunsuz və xoşagəlməz hərəkətləri, həmçinin evinə dəfələrlə, hətta bayram gecəsi su və ya kanalizasiya axıntısı axıdılması iddiaçıda ciddi ruh düşkünlüyü yaradıb. Həmçinin, hamam və tualetim ailəsi üçün çox ciddi təhlükə mənbəyidir. Belə ki, hamam və tualetdə divara vurulan kafellər su sızıntısı nəticəsində o qədər qabarıb ki, qopub-tökülmə həddinə çatıb. Əgər yüngülvari su axıntısı olsa və ya kimsə divara toxunsa övladı, bütün ailə üzvləri çox ciddi və ağır bədən xəsarətləri ala bilər. Məlum məsələdir ki, hamam otağı və tualet ən zəruri ehtiyac yeridir. Bu da onu göstərir ki, onların sağlamlıqları necə böyük bir təhlükə ilə üz-üzədir. İddiaçının ailəsinin sağlamlığına dəyən zərəri isə heç bir maddi vəsaitlə ödəmək olmaz. Öz evində onu təhlükə gözlədiyi barədə düşünmək hər bir insan kimi iddiaçı üçün də çox çətindir. Ümumiyyətlə, 2011-ci ildən indiyə kimi hazırkı mənzilində yaşayır və həmin mənzili bir neçə dəfə əsaslı təmir etdirmişdir. Lakin keçən 14 il ərzində ən az 14 dəfə iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən su tökülüb. Cavabdehin bu dəfə ki səhlənkarlığı nəticəsində isə tək iddiaçının mənzilinə deyil, bütün binaya ziyan dəyib. İşin ən pis tərəfi isə cavabdehin etinasızlığı, qonşuluq qaydalarını heçə saymasıdır. Belə ki, o hesab edir ki, su basma nəticəsində evə dəyən maddi ziyanın miqdarı ən yaxşı halda 500 manatdır. Halbuki hər dəfə onun evindən su basma hadisəsi olduqda o, öz evini əsaslı şəkildə təmir etdirir. Lakin hər dəfə iddiaçıya daxil olmaqla bütün qonşularının haqlarını heçə sayır. Beləliklə, bu proseslərin hər biri iddiaçı və ailəsinə mənfi təsir göstərməklə yanaşı, mənəvi sarsıntı və ağır iztirablarının daha da artmasına səbəbiyyət verib. Evdə yaşlı anası, abituriyent qızı yaşayır, özü də işləyir. Bu durumda mənzilinin təmir etdirmək üçün ən azı 1-2 ay ərzində bütün ailə başqa yerdə kirayədə yaşamağa köçməlidir. Həmin kirayə mənzilin axtarılması, tapılması, evindəki əşyaların oraya və geri köçürülməsi, mənzilin təmiri üçün zəruri olan materialların alınması üçün ticarət mərkəzlərinə çoxsaylı səfərlərin edilməsi, mənzilin təmirindən sonrakı təmizlik işləri və yenidən düzənin qurulması və sair edilməsi gərərkən zəruri hərəkətlərin insanı necə yormasını, işindən, qazancından, normal sosial həyatından ayırmasını anlamaq çətin deyil. Halbuki, bu su sızma olmasaydı iddiaçının evinin belə bir təmirə ehtiyacı qalmazdı, ehtiyac olduğu zaman isə onu ailəsinin həyat şərtlərinə uyğun planlı şəkildə icra etmək həyatlarında pis iz buraxmazdı. Yuxarıda qeyd olunan bütün faktlardan da məlum olduğu kimi cavabdehin səhlənkarlığı və saymazyana hərəkətləri nəticəsində iddiaçı və ailəsinə həm maddi, həm də mənəvi ziyan dəyib. Dəyən mənəvi zərəri 2000 manat həcmində qiymətləndirir. Göründüyü kimi, cavabdehin uzun müddətli etinasız və saymazyana hərəkətləri iddiaçı üçün arzu olunmaz və çıxılmaz vəziyyətin yaranmasına səbəb olub.

16. İddiaçı iddiaçı1 ASC cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh 3269,52 manat məbləğində sığorta ödənişi, 52,70 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının, cəmi 3322,62 manat pulun tutulub iddiaçı iddiaçı1 ASC-nin hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

17. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı iddiaçı1 ASC ilə sığortalı iddiaçı2 arasında bağlanmış ## ######## 2024-cü il tarixli VHI ***/**-s nömrəli könüllü əmlak sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış ünvan 2 ünvanında yerləşən mənzilə sığorta müddətində ##.##.2024-cü il il tarixlərində cavabdeh Cavabdeh yaşadığı ünvan 4 ünvandan su axması nəticəsində ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 3269,52 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Xətai rayon İcra Hakimiyyəti ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2024-cü il tarixli əmlak hadisəsi üzrə tərtib edilmiş akt ilə Cavabdeh yaşadığı ünvan 4 ünvanından aşağı mərtəbəyə su axması öz təsdiqini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş ##.##.2025-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən sığorta hadisəsi nəticəsində sığortalıya 3269,52 manat məbləğində maddi zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş ##.##.2025-ci il tarixli, ***/** nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində sığortalanmış ünvan 2 ünvanına dəymiş zərərlə bağlı ödənilməli olan 3269,52 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir.

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdeh maddi zərərin əvəzi olaraq 7741,48 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat, mütəxəssis tədqiqatlarının dəyərinə görə ödənilmiş 1000, hüquqi yardıma görə vəkilə ödənilmiş haqqın əvəzi olaraq 123, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,41 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı iddiaçı2 ödənilməsi, iddiaçı iddiaçı1 MMC-nin cavabdeh Cavabdeh qarşı iddiasının təmin edilməsi, cavabdeh Cavabdeh subroqasiya qaydasında 3269,52 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,70 manat, bank xidmət haqqına görə 0,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı iddiaçı1 MMC-yə ödənilməsi qət edilmişdir (hakim Əminə Abbasova).

19. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdeh, daha əvvəllər, ona məxsus mənzilin yerləşdiyi mərtəbədən üst mərtəbədə yerləşən mənzildən onun mənzilinə suyun axıdıldığı və nəticə etibarı ilə onun mənzilindən alt mərtəbədə yerləşən iddiaçıya məxsus mənzilə suyun axıdılması halının baş verdiyini bildirsə də, sonuncu dəfədən əvvəl iddiaçıya məxsus mənzilə suyun axıdılması səbəbinin onun mənzilində deyil, üst mərtəbə yerləşən mənzillərdə olan nasazlıqlardan yarandığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus əmlaka cavabdehin etinasız təqsirli hərəkətləri nəticəsində zərər dəydiyinə görə iddiaçı mənzilində dəymiş maddi zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin və mütəxəssisin məhkəmə iclaslarında verdikləri izahatlarının və məhkəməyə təqdim edilmiş qiymətləndirmə hesabatlarının müqayisəli təhlili nəticəsində belə qənaətə gəlmişdir ki, mənzilə dəymiş ümumi zərərin həcmi məhkəmə tərəfindən cəlb edilmiş “xxxx” MMC-nin “Bərpa dəyərinin qiymətləndirilməsi barədə” ##.##.2025-ci il tarixli hesabatına əsasən 10711 manat məbləğində müəyyən edilməlidir. İddiaçı iddiaçı2 maddi ziyanın qarşılanması üçün “xxxx” MMC-yə müraciət etmiş və sığorta şirkəti baş vermiş son su basma hadisəsi nəticəsində dəymiş zərərə görə iddiaçı2 3269,52 manat məbləğində sığorta ödənişi etmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus mənzilə dəymiş 10711 manat məbləğində ziyandan 3269,52 manat məbləğin sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyi nəzərə alınaraq, sığorta şirkəti tərəfindən dəymiş ziyanın qarşılanmayan hissəsi, yəni 7441,48 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı iddiaçı2 ödənilməlidir. Məhkəmə iddiaçı iddiaçı2 mənəvi zərərə görə 2000 manat məbləğində vəsaitin cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. məhkəmə dəymiş ziyanın həcmini, hadisədən sonra iddianın verildiyi tarixədək 5 aya yaxın müddətin keçdiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mənəvi zərərin həcmi 2000 manat məbləğində deyil, 500 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilən sığorta hadisəsi cavabdeh Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən və, sığortalıya dəymiş ziyan iddiaçı iddiaçı1 ASC tərəfindən aradan qaldırıldığından, sonuncunun cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia təmin edilməli, 3269,52 manat məbləğində pul vəsaiti subroqasiya qaydasında Cavabdeh alınlaraq iddiaçı1 ASC-yə ödənilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 922ci, 925-ci, 926-cı, 936-cı, 1091-ci, 1092-ci. 1093-cü, 1095-ci, 1096-cı, 1097-ci maddələrinə, Mülki Prossesual Məcəlləsinin 14-cü, 77-ci, 119-cu, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən birinci iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ekspertiza təmin etmədən ondan tutulmalı olan məbləği təyin etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə cavabdeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir; 925.3-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

e) Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

33. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, sonuncu dəfə 2024-cü ilin dekabr ayında olmaqla, iddiaçı iddiaçı2 məxsus olan ünvan 6 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilinə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin ** saylı mənzilindən davamlı olaraq suyun axıdılması nəticəsində zərər dəymişdir. Cavabdeh, daha əvvəllər, ona məxsus mənzilin yerləşdiyi mərtəbədən üst mərtəbədə yerləşən mənzildən onun mənzilinə suyun axıdıldığı və nəticə etibarı ilə onun mənzilindən alt mərtəbədə yerləşən iddiaçıya məxsus mənzilə suyun axıdılması halının baş verdiyini bildirsə də, sonuncu dəfədən əvvəl iddiaçıya məxsus mənzilə suyun axıdılması səbəbinin onun mənzilində deyil, üst mərtəbə yerləşən mənzillərdə olan nasazlıqlardan yarandığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçıya məxsus əmlaka cavabdehin etinasız təqsirli hərəkətləri nəticəsində zərər dəydiyinə görə iddiaçı mənzilində dəymiş maddi zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

34. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzi kimi 7741 manat məbləğində, eyni zamanda subroqasiya qaydaında 3269,52 manat məbləğində pulun, cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmiş, qalan hissədə iddia təmin edilməmiş, iddiaçı iddiaçı2 isə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilinə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin ** saylı mənzilindən su axması nəticəsində iddiaçıya maddi zərər vurulması iş materialları ilə təsdiq olunduğundan maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

36. İddiaçı iddiaçı2 maddi ziyanın qarşılanması üçün “xxxx” MMC-yə müraciət etmiş və sığorta şirkəti baş vermiş son su basma hadisəsi nəticəsində dəymiş zərərə görə iddiaçı2 3269,52 manat məbləğində sığorta ödənişi etmişdir. Belə olan halda, iddiaçıya məxsus mənzilə dəymiş 10711 manat məbləğində ziyandan 3269,52 manat məbləğin sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyi nəzərə alınaraq, sığorta şirkəti tərəfindən dəymiş ziyanın qarşılanmayan hissəsi, yəni 7441,48 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı iddiaçı2 ödənilməlidir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə keçirilməklə əldə edilmiş və məhkəmə kollegiyası rəylə müəyyən edilən məbləği ağlabatan hesab edir.

38. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar