Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1852/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “pul”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC BOKT-a qarşı pul tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixindən etibarən əldən çıxmış faydanı təmin etmək məqsədilə hər ay 1036,98 manat olmaqla, 8 ay müddətinə AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 8295,84 manat pulun, hüquqi yardım üçün 350 manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 manat pulun cavabdeh Cavabdeh QSC BOKT-dan tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, İddiaçı “xxxx” ASCnin xeyrinə 345610 manat əsas, 62889 manat faiz və 12000 manat cərimə olmaqla, cəmi 420499 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin (bundan sonra ev) ilkin satış qiyməti 1050000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra (iddiaçıya satıldığı halda) cavabdehlərin evdən çıxarılması, “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən *** saylı fərdi yaşayış evinin satılmasına dair “xxxx” MMC ilə Cavabdeh QSC arasında bağlanmış **/** saylı, ## ###### 2022ci il tarixli hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh QSC BOKT, “xxxx” MMC və “xxxx” X1 * saylı Bakı Ərazi Idarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı “xxxx” ASC-yə olan cəmi borc məbləği 420499 manat təşkil etmişdir. Qətnamə ilə həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı tutulması qət edilmişdir. Sözügedən qətnamə ilə ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hərracdan satış qiyməti 1050000 manat müəyyən olunmuş, tələb hüquqlarının “xxxx” ASC tərəfindən güzəşt edildiyi Cavabdeh QSC tərəfindən əmlak 669375 manata əldə edilmişdir. Qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Sözügedən qətnamədə borc məbləğindən artıq pul vəsaitinin İddiaçı qaytarılması öz əksini tapdığından, sadə riyazi hesablama yolu ilə qaytarılmalı olan məbləğin 248876 manat təşkil etdiyi aydın olur. Iddiaçı tərəf bu məbləğin Cavabdeh QSC tərəfindən qaytarılmadığını bildirir. Cavabdeh QSC-nin nümayəndəsi də məhkəmə iclasında qeyd olunan məbləğin iddiaçıya qaytarılmadığını təsdiq etmişdir. Bununla da, iddiaçının istinad etdiyi həmin hal məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Icra şöbəsinə dəfələrlə yazılı və şifahi müraciət etmələrinə baxmayaraq, icra məmuru Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin “borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması” hissəsini icra etməmişdir. Sabunçu rayon Icra Şöbəsinin ##.##.2021-ci il tarixli sifarişinə əsasən, “xxxx” MMC tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından, “Ipoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq əmlak hərrac təşkilatçısı tərəfindən tələbkara təklif edilmiş və bu təklif əsasında “xxxx” MMC ilə Cavabdeh QSC arasında bağlanmış **/** saylı, ## ###### 2022-ci il tarixli hərracın yekunlarına dair protokola əsasən həmin əmlak 669375 manata tələbkar Cavabdeh QSC tərəfindən əldə edilmişdir. Qeyd olunduğu kimi, icra sənədi üzrə bankın tələbinin məbləği cəmi 420499 manat olmuş, əmlak isə 669375 manata əldə edilmiş, icra sənədində konkret olaraq ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vasaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilsə də, əmlakın dəyərinin kreditorun tələb həcmindən artıq olan hissəsi, yəni 248876 manat pul bu günə kimi tələbkar bank tərəfindən İddiaçı qaytarılmamışdır. Bununla bərabər, iddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC BOKT-a qarşı pul tələbinə dair mülki işlə bağlı ##.##.2025-ci tarixli iddia ərizəsinə əsasən, ## ###### 2022-ci il tarixli hərrac protokolu əsasında əldə edilmiş iddiaçıya məxsus əmlakın satış qiymətinin icra sənədi üzrə tələb həcmindən artıq hissəsinə AR Mülki Məcəlləsinin 445.7-ci madəsinə əsasən hesablanmış 40404 manat pulun, hüquqi yardım üçün 350 manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 213 manat pulun cavabdehCavabdeh QSC BOKT-dan tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh QSC BOKTdan 40404 manat məbləğində pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 213 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Bundan əlavə iddiaçı Sabunçu Rayon Məhkəməsinə “icra məmurunun hərəkətsizliyindən” şikayət ilə müraciət edərək, Sabunçu rayon Icra Şöbəsinin üzərinə Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)- ***/**** saylı icra sənədində müəyyən edilmiş “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması tələbinin təmin olunması, bununla bağlı, ipoteka predmetinin satış qiymətinin tələb həcmindən artıq olan hissəsinin, yəni 248876 manat məbləğin Cavabdeh QSC tərəfindən İddiaçı ödənilməsinin təmin edilməsi istiqamətində Cavabdeh QSC-yə qarşı məcburi icra hərəkətlərinin həyata keçirilməsi, “Icra haqqında” Qanunun tələblərinə müvafiq olaraq, Cavabdeh QSC-nin bank və hesablaşma hesablarına həmin məbləğ həcmində həbs (inkasso sərəncamı) qoyulması və İddiaçı ödənilməsi öhdəliyinin qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmiş, Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli 2(009)- ***/**** nömrəli icra sənədində göstərildiyi kimi, “xxxx” ASC-nin (Cavabdeh QSC) xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması istiqamətində məcburi icra tədbirlərinin görülməməsi ilə bağlı icra məmuru Amil Əmirovun hərəkətsizliyi (qaytarılmalı 248876 manat vəsait həcmində Cavabdeh QSC-yə məxsus bank hesabına həbs qoyulmaması və digər tədbirlərin görülməməsi) qanunsuz hesab edilmişdir. Lakin cavabdeh tərəf bu günə kimi müvafiq pul məbləğini ödəməmişdir. Bundan əlavə Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi iddia ərizəsinin verildiyi ##.##.2025-ci il tarixə qədər olan gecikmə faizlərinin tutulmasını əhatə edir. Lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən, iddiaçıya ödənilməli 248876 (iki yüz qırx səkkiz min səkkiz yüz yetmiş altı) manat borc üzrə ##.##.2025-ci ildən səkkiz ay müddətində faizlərin (əldən çıxmış faydanın) tələb edilməsi hüququ yaranmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi xahiş edilmişdir.
3. Iddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ##.##.2025-ci il tarixindən etibarən əldən çıxmış faydanı təmin etmək məqsədilə hər ay 1036.98 AZN olmaqla, 8 ay müddətində AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 8.295,84 manat faiz məbləğinin ,hüquqi yardım üçün 350 (üç yüz əlli) manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 (yüz üç) manat pulun cavabdeh Cavabdeh QSC BOKT-dan tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia təmin edilmiş, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından 8295,84 manat (səkkiz min iki yüz doxsan beş manat səksən dörd qəpik) məbləğində pul, hüquqi yardım üçün ödənilmiş 350 (üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103 (yüz üç) manat tutularaq iddiaçı İddiaçı ödənilməsi müəyyən edilmişdir.
5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi iddia tələbini təmin edərək, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddia ərizəsində qeyd edilən əmlak borclu İddiaçı tərəfindən boşaldılmamış və ona görə də həmin əmlakın satışının həyata keçirilməsi mümkünsüz olmuş və bunun nəticəsində də QSC-yə maddi ziyan dəyməkdədir. Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli icra sənədi üzrə yaranmış fərqin vətəndaş İddiaçı ödənilməsi ilə bağlı məsələyə baxılması üçün vətəndaş QSC-yə dəvət edilmiş və bu barədə onunla müzakirələr aparılmışdır. Müzakirə zamanı yaranmış fərqin ödənilməsinin əmlakın satışından sonra mümkün olması bildirilmişdir. Bununla bağlı fərdi yaşayış evinin bilavasitə İddiaçı köməkliyi ilə satılması ona təklif edilsə də, o, bu təklifdən imtina etmişdir. İddiaçı ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Səbail Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə ona ödənilməli olan 248,876 manat məbləğin fevral 2022-ci il tarixdən - 2025-ci ilin noyabr ayınadək indeksləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Onun ərizəsi təmin edilərək, Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsinə əsasən keçirilmiş hərrac nəticəsində borcluya ödənilməli olan, lakin ödənilməyən 248,876 manat məbləğ üzrə indeksasiya həyata keçirilərək Cavabdeh BOKT QSC-dən İddiaçı xeyrinə əlavə olaraq 82.436,46 manat məbləğində pul vəsaiti tutulmağı qərara alınmışdır. Hesab edilir ki, iddiaçının eyni hüquqi münasibətdən irəli gələn pul tələbi üzrə həm indeksasiya, həm də dəymiş zərər tələbləri ilə ayrı-ayrılıqda məhkəməyə müraciət etməsi və hər iki tələb üzrə iddianın təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Bu əsaslarla da qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Mülki iş materiallarında olan Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı “xxxx” ASC-nin xeyrinə 345.610 manat əsas, 62.889 manat faiz və 12.000 manat cərimə borcu olmaqla, cəmi 420.499 (dörd yüz iyirmi min dörd yüz doxsan doqquz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, İddiaçı məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, *** saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASCnin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, *** saylı ev satıldıqdan sonra cavabdehlər İddiaçı və X3 evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılması (ev iddiaçıya satıldığı təqdirdə), “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh Cavabdeh QSC BOKT-dan 40.404 (qırx min dörd yüz dörd) manat məbləğində pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 (üç yüz əlli) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 213 (iki yüz on üç) manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, əmlakın açıq hərracda Cavabdeh QSC tərəfindən alındığı ##.##.2022-ci il tarixdən cavabdeh tərəfindən 248876 manat pulun ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmaqla hər ay üçün 1036,98 manat (248876x5%=12443,8; 12443,86:12=1036,98) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı icra sənədində göstərildiyi kimi “xxxx” ASC-nin (Cavabdeh QSC) xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması istiqamətində məcburi icra tədbirlərinin görülməməsi ilə bağlı icra məmuru Amil Əmirovun hərəkətsizliyi (248876 manat vəsait həcmində Cavabdeh QSCyə məxsus bank hesabına həbs qoyulmaması və digər tədbirlər) qanunsuz hesab edilmişdir.
13. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh Cavabdeh QSC BOKT tərəfindən verilmiş ərizə rədd edilmiş, cavabdehin həmin qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 319.6. Ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (tərəflər arasında münasibətlərin yarandığı tarixdə qüvvədə olan redaksiyada). Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2025-ci il tarixli Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli Qərarı. Tətbiq edilən prosessual hüquq normaları:
15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
18. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Mülki iş materiallarından müəyyən olduğu kimi qanuni qüvvəyə minmiş Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı “xxxx” ASC-nin xeyrinə 345.610 manat əsas, 62.889 manat faiz və 12.000 manat cərimə borcu olmaqla, cəmi 420.499 (dörd yüz iyirmi min dörd yüz doxsan doqquz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, İddiaçı məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, *** saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1ci kvartal, *** saylı ev satıldıqdan sonra cavabdehlər İddiaçı və X3 evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılması (ev iddiaçıya satıldığı təqdirdə), “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən müəyyən olur ki, Sabunçu rayon Icra Şöbəsinin ****-******/** saylı, ##.##.2021-il tarixli sifarişinə əsasən “xxxx” MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından X2 tələblərinə uyğun olaraq əmlak hərrac təşkilatçısı tərəfindən tələbkara təklif ediliş və bu təklif əsasında “xxxx” MMCilə Cavabdeh QSC arasında bağlanmış **/** saylı ## ###### 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən 669 375 manata tələbkar Cavabdeh QSC tərəfindən əldə edilmişdir. Həmin qətnamə ilə cavabdeh Cavabdeh QSC BOKT-dan 40.404 (qırx min dörd yüz dörd) manat məbləğində pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 (üç yüz əlli) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 213 (iki yüz on üç) manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi müəyyən edilmişdir.
21. Hazırkı iş üzrə iddia tələbini təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilən hallara əsasən məhkəmə müəyyən edir ki, ipoteka predmeti olmuş iddiaçıya məxsus əmlakın açıq hərracda cavabdeh tərəfindən alındığı ##.##.2022-ci il tarixdən 248876 manat pulun iddiaçıya ödənilməsi gecikdirildiyindən və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmaqla cavabdehdən hər ay üçün 1036,98 manat pul tutulmalı olduğundan, həmçinin qeyd olunan qətnamə ilə ##.##.2025-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ hesablanaraq tutulduğundan, ##.##.2025-ci il tarixdən etibarən səkkiz aylıq dövr üçün 8295,84 manat (8x1036,98=8295,84) pulun tutulması barədə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir.
22. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin şikayətinin əsas dəlili belədir ki, iddiaçının eyni hüquqi münasibətdən irəli gələn pul tələbi üzrə həm indeksasiya, həm də dəymiş zərər tələbləri ilə ayrı-ayrılıqda məhkəməyə müraciət etməsi və hər iki tələb üzrə iddianın təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.
23. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirildiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
24. Belə ki, Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən ... Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
25. Hazırda ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin, yəni 248876 (iki yüz qırx səkkiz min səkkiz yüz yetmiş altı) manat məbləğində pulun İddiaçı qaytarılmaması mülki işin mübahisəsiz halıdır.
26. Cavabdehin nümayəndəsi nümayəndə2 da məhkəmə kollegiyasının iclasında 248876 (iki yüz qırx səkkiz min səkkiz yüz yetmiş altı) manat məbləğində pulu ödəməli olduqlarının onlara məlum olduğunu, lakin ipoteka predmeti olmuş və hazırda onların mülkiyyətinə keçmiş əmlak satıldıqdan sonra həmin məbləği ödəyə biləcəklərini qeyd etmişdir.
27. Məhkəmə cavabdehin şikayətinin iddiaçının eyni hüquqi münasibətdən irəli gələn pul tələbi üzrə həm indeksasiya, həm də dəymiş zərər tələbləri ilə ayrı-ayrılıqda məhkəməyə müraciət etməsi dəlili üzrə aşağıdakıları qeyd edir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ... pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı.
29. Öhdəliyin icra edilməməsi dedikdə isə Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə əsasən onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
30. ... Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi müddəası digər real zərərlərdə olduğu kimi gecikdirmə müddəti ərzində pulun dəyərinin azalması şəklində ifadə olunan zərər anlayışını da özündə ehtiva edir.
31. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
32. Qanunvericinin Mülki Məcəllənin yuxarıda göstərilən normasında ifadə etdiyi bu mövqeyi borclunun öhdəliyin icrasından yayınmasının qarşısını almağa, həmçinin öhdəliyin pozulması nəticəsində borcverənin üzləşdiyi zərərin kompensasiya edilməsinə yönəldilmişdir.
33. Konstitusiya Məhkəməsinin Plenumu istinad edilən qərarında onu da qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir.
34. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir. Eyni zamanda, bu institut prosessual qənaət prinsipinin məqsədləri baxımından artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı olan pul məbləğlərinə dair yeni iddianın qaldırılmasının qarşısını alır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, indeksasiya institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
36. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir.
37. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən olur ki, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinə, yəni 248876 (iki yüz qırx səkkiz min səkkiz yüz yetmiş altı) manat məbləğində pula dair iddiaçı tərəfindən daha əvvəl indeksasiya tələbinin olması, eləcə də hazırkı iddia ərizəsi verilən dövrə qədər - ##.##.2022-##.##.2025-ci il tarixləri əhatə edən dövr üçün gecikdirilmiş məbləğə illik 5 % tələbini irəli sürməsi və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olması iddiaçının hazırda ##.##.2025-ci il tarixdən sonrakı dövr üçün cavabdeh tərəfindən gecikdirilmiş məbləğə illik 5 % tələb etməsini istisna etmir. Demək ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
38. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
41. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
42. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
43. Belə olan halda müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
44. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
46. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
48. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
49. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdeh Cavabdeh QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.