Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2065/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 barət tərkibdə, iddiaçı İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də, müvafiq qaydada dövlət rüsumu ödəməli olduğu halda dövlət rüsmunun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi əmək haqqının gecikdirilməsi və məhkəmə qətnaməsinin icrasına cavabdehlər tərəfindən qanunsuz mane olunması nəticəsində əmək haqqından məhrum qalma ilə bağlıdır. Bu səbəbdən mübahisə birbaşa əmək münasibətlərindən irəli gəlir və o, dövlət rüsumunun ödənilməsindən azaddır. Dövlət rüsumunun tələb olunmasının qanunsuzluğu məhkəmə iddianın hüquqi mahiyyətini düzgün qiymətləndirmədən dövlət rüsumunun ödənilməməsini əsas gətirərək ərizəni geri qaytarmışdır. Bu isə əmək mübahisələri üzrə iddiaçıların dövlət rüsumundan azad edilməsini nəzərdə tutan qanunvericiliyin tələblərinə ziddir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. "Dövlət rüsumu haqqında" Qanunun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə məhkəməyə verilən iddia ərizəsinə görə dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada və məbləğdə ödənilməməsi həmin ərizənin iddiaçıya geri qaytarılması üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bununla yanaşı, qanunvericilikdə müəyyən kateqoriya mübahisələr üzrə iddiaçıların dövlət rüsumunun ödənilməsindən azad edilməsi halları da təsbit edilmişdir. Mübahisələndirilən qərardaddan verilmiş şikayətin məzmunundan görünür ki, iddiaçı irəli sürdüyü tələbin əməyin ödənilməsi ilə bağlı olduğunu əsas gətirərək dövlət rüsumunun ödənilməsindən azad edilməli olduğunu bildirir. Halbuki, iddia ərizəsinin məzmunundan görünür ki, mübahisə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulmalı olan 4.984 manat məbləğin cavabdehlərin və digər şəxslərin qanunsuz hərəkətləri nəticəsində icra edilməməsi, bununla da iddiaçıya maddi və mənəvi zərərin vurulması və həmin zərərin qeyd olunan şəxslərdən müştərək qaydada tutulması tələbi ilə bağlıdır. Bu baxımdan, mübahisənin mahiyyəti etibarilə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblərə aid edilməsi mümkün deyildir. Belə olan halda, iddiaçının "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad olunması üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, dövlət rüsumundan azadolmanın tətbiqi mübahisənin tərəflərinin statusundan deyil, irəli sürülmüş tələbin predmetindən və həmin tələbin qanunla müəyyən edilmiş güzəşt tətbiq olunan kateqoriyalara aid olub-olmamasından asılıdır. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olmaqla hər bir şəxsin pozulmuş hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsini təmin edir. Bununla belə, həmin hüququn həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulmuş prosessual qaydalara riayət edilməsini istisna etmir və belə tələblər məhkəməyə müraciət hüququnun mahiyyətini məhdudlaşdırmır. Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəmədən məhkəməyə müraciət etməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələblərinə uyğun olmadığından, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məzmunu düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gəlinməsi üçün kifayət qədər hüquqi əsasların mövcudluğu müəyyən edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddia ərizəsinin geri qaytarılması iddiaçı tərəfindən aşkar edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra eyni tələblə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə razılaşaraq qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(3-6)-2065/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2065/2026
02.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver