Məhkəmə qərarları › İş №e-2(3-6)-2097/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2097/2026

26.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(3-6)-2097/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlәr X2 (sәdrlik edәn vә mәruzәçi), Babayev Fuad Fikrәt oğlu vә X1 barәt tәrkibdә, iddiaçı İddiaçı cavabdeh İsmayıllı Ramal Aslan oğluna qarşı “müqavilәnin lәğv edilmәsi vә әmlakın geri qaytarılması” tәlәbinә dair mülki iş üzrә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı # #### 2026-cı il tarixli qәrardadından cavabdeh İsmayıllı Ramal Aslan oğlunun nümayәndәsi-vәkili vәkil2 tәrәfindәn verilmiş şikayәtә әsasәn işә yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh İsmayıllı Ramal Aslan oğluna qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, onunla cavabdeh İsmayıllı Ramal Aslan oğlu arasında bağlanılmış ##.##.2023-cü il tarixli podrat müqavilәsinin lәğv edilmәsi vә Bakı şәhәri, Sabunçu rayonu, 2-ci Zabrat, Yeni Massiv әrazisindә olan tikilinin geri qaytarılması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, cavabdehlә aralarında ##.##.2023-cü il tarixdә Bakı şәhәr ** saylı notariat kontorunda bağlanılmış podrat müqavilәsinin şәrtlәrinә әsasәn o, Bakı şәhәri, Sabunçu rayonu, 2-ci Zabrat, Yeni Massiv әrazisindә tikinti sahәsi 100 kv.m tәşkil edәn 120 sm hündürlüyü olan kürsü üzәrindә yerlәşәn mişar daşından inşa edilmiş bir mәrtәbәli 3 yaşayış otaqlı fәrdi yaşayış evini yaşayış üçün hazır vәziyyәtdә birinci tәrәfә tәhvil vermәyi, birinci tәrәf İsmayıllı Ramal Aslan oğlu isә hәmin fәrdi yaşayış evini qәbul edәrәk müqavilә üzrә müәyyәn edilmiş mәblәği ödәmәyi öhdәsinә götürmüşdür. Müqavilәyә әsasәn ödhәlik ondan ibarәtdir ki, evin ümumi dәyәri 52.000 manat olmaqla hәmin mәblәğin 30.000 manat hissәsini müqavilә bağlandığı gün nәğd şәkildә cavabdeh ödәmәli, qalan 22.000 manat pulu isә ##.##.2023-cü il tarixdәn başlayaraq hәr ay 500 manat olmaqla ödәmәlidir. İlkin ödәniş 30.000 manat ödәnilsә dә, aylıq ödәniş olan 500 manat ödәnişlәri ödәmir. Hazırda kirayәdә yaşayır, cavabdehin ona ödәmәli olduğu pulu ödәmәdiyinә görә sosial problemlәrlә üzlәşmişdir. Pullar ödәnilmәdiyindәn kirayә yaşadığı evdәn çıxarılmış vә digәr problemlәrlә qarşılaşmışdır. Odur ki, aralarında olan müqavilәnin lәğv olunması vә әmlakın geri qaytarılması barәdә qәtnamә çıxarılmasını xahiş edir. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı # #### 2026-cı il tarixli qәrardadı ilә İddiaçı cavabdeh İsmayıllı Ramal Aslan oğluna qarşı “müqavilәnin lәğv edilmәsi vә әmlakın geri qaytarılması” tәlәbinә dair iddiası üzrә mülki işin baxılması üçün әrazi aidiyyәti üzrә Bilәsuvar rayon Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Mәhkәmә mövqeyini onunla әsaslandırmışdır ki, iddiaçı әrizәsindә cavabdehlә aralarında bağlanmış ##.##.2023-cü il tarixli podrat müqavilәsinin lәğv edilmәsi vә Bakı şәhәr, Sabunçu rayonu, 2-ci Zabrat, Yeni Massiv әrazisindә olan tikilinin geri qaytarılmasını xahiş etmişdir ki, geri qaytarılması tәlәb edilәn tikili ilә bağlı heç bir hüquqmüәyyәnedici sәnәd iş materiallarında mövcud deyil. Bu isә hәmin tikilinin daşınmaz әmlakın dövlәt reyestrindә qeydә alınmadığını göstәrir. Bundan başqa iddia tәlәbi әsasәn podrat müqavilәsinin lәğv edilmәsi ilә bağlıdır ki, müqavilәnin lәğvi tәlәblәrinә әrazi aidiyyәti üzrә cavabdehin qeydiyyat ünvanı üzrә yerin mәhkәmәsindә baxılır. Hәmçinin, mәhkәmә onu da qeyd etmişdir ki, podrat müqavilәsinin lәğvi tәlәbi әmlakın geri qaytarılması tәlәbi ilә birbaşa bağlıdır. Belә ki, podrat müqavilәsi lәğv edilmәdiyi tәqdirdә heç bir әmlakın qaytarılmasından söhbәt gedә bilmәz. «Elektron mәhkәmә» informasiya sistemindәn çıxarışdan da müәyyәn olunur ki, cavabdeh İsmayıllı Ramal Aslan oğlunun qeydiyyatda olduğu ünvan Bilәsuvar rayonu, Bilәsuvar şәhәri, Mirzә İbrahimov küçәsi, ev 292-dir. Belә olan halda iddia müstәsna aidiyyәt qaydasında әmlakın yerlәşdiyi yer üzrә baxılan iddialar sırasına aid olmadığından hazırki iş materiallarına iddiaçının qeydiyyat yeri üzrә Bilәsuvar Rayon Mәhkәmәsindә baxılmalıdır. Hәmin qәrardaddan narazı qalan cavabdeh İsmayıllı Ramal Aslan oğlunun nümayәndәsi-vәkili vәkil2 şikayәt verәrәk Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, # #### 2026-cı il tarixli qәrardadının lәğv olunmasını vә işә mahiyyәti üzrә Sabunçu rayon Mәhkәmәsindә baxılması barәdә qәrardad çıxarılmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, qәrardad prosessual hüquq normasının pozulması ilә çıxarıldığı üçün lәğv olunmalı vә mülki iş mahiyyәti üzrә Sabunçu rayon mәhkәmәsindә baxılmalıdır. Hazırkı işdә iddiaçının iddia әrizәsindә birlәşdiyi tәlәblәrdәn biri (müqavilәnin lәğvi) cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә (MPM-nin 35.1-ci maddәsi), digәri (daşınmaz әmlakın geri qaytarılması) isә hәmin әmlakın olduğu yerin mәhkәmәsinә (MPM-nin 39.1-ci maddәsi) aid olduğundan hәmin iddia әrizәsinә müstәsna aidiyyәt qaydasında Sabunçu rayon mәhkәmәsindә baxılmalıdır. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin 2(5-101)-613/2026 saylı, ## #### 2026cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş, şikayәtin baxılması üçün mülki işlә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Mәhkәmә kollegiyası iş materiallarını vә şikayәtin dәlillәrini araşdıraraq hesab edir ki, şikayәt әsaslı olduğundan tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilmәli, mülki iş baxılması üçün Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 35.1-ci vә 35.2-ci maddәlәrinә әsasәn qanunla başqa hal nәzәrdә tutulmamışdırsa, iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. Hüquqi şәxsә iddia hüquqi şәxsin ünvanının olduğu yerә görә verilir. Hüquqi şәxsin törәmә müәssisәsinin fәaliyyәtindәn әmәlә gәlәn iddialar müәssisәnin ünvanının olduğu yerә görә verilir. Hәmin Mәcәllәnin 39.1-ci maddәsinin tәlәblәrinә görә daşınmaz әşyaya mülkiyyәt hüququnun tanınması, daşınmaz әşyanın başqasının qeyri-qanuni sahibliyindәn götürülmәsi, mülkiyyәt hüququndan mәhrum etmә ilә әlaqәdar olmayan mülkiyyәtçinin vә yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz әşyanın olduğu yerә görә verilir rәsmi yaşayış yeri, olduğu yer vә ya hüquqi ünvanı müxtәlif olan bir neçә cavabdehә iddia cavabdehlәrdәn birinin rәsmi yaşayış yeri vә ya hüquqi ünvanı üzrә verilә bilәr. Qeyd edilәn maddәlәrdә mülki mәhkәmә icraatının әrazi aidiyyәti ilә bağlı әsas prinsiplәri әks olunmuşdur. Göründüyü kimi iddianın bir qayda olaraq cavabdehin rәsmi qeydә alındığı yerin vә ya hüquqi şәxsin ünvanının olduğu yerin mәhkәmәsinә verilmәli olduğu tәsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Mәcәllәdә bir sıra hallar üçün әrazi aidiyyәti dәqiq müәyyәn edilәrәk iddiaçının başqa mәhkәmәdә iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belә ki, hәmin Mәcәllәdә daşınmaz әşyalarla bağlı müәyyәn mübahisәlәrә dair qanunla müәyyәn edilmiş ümumi әrazi aidiyyәtindәn fәrqli aidiyyәt növü (müstәsna aidiyyәt) nәzәrdә tutulmuşdur. Müstәsna aidiyyәti tәnzimlәyәn Mülki Prosessual Mәcәllәnin 39.1-ci maddәsinә görә, tikintiyә, qurğuya, torpaq sahәsinә mülkiyyәt hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahәsinin başqasının qeyri-qanuni sahibliyindәn götürülmәsi, mülkiyyәt hüququndan mәhrum etmә ilә әlaqәdar olmayan sahibkarın vә yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahәsinin olduğu yerә görә verilir. Hәmin maddәnin mәzmununa görә, daşınmaz әşya kimi tikinti, qurğu vә torpaq sahәsi ilә bağlı istәnilәn mübahisәlәrә deyil, yalnız aşağıdakı mübahisәlәrә müstәsna aidiyyәt şamil olunur: - daşınmaz әşyaya mülkiyyәt hüququnun tanınması; - daşınmaz әşyanın başqasının qeyri-qanuni sahibliyindәn götürülmәsi; - sahibkarın vә yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyәt hüququndan mәhrum etmә ilә әlaqәdar olmayan). Kollegiya hazırki hüquq münasibәtlәrinin mahiyyәtinә nәzәrәn qeyd etmәyi zәruri sayır ki, daşınmaz әmlak üzәrindә hüquqlara dair tәlәblәrlә müqavilәnin lәğv edilmәsi barәdә tәlәblәr arasında әrazi aidiyyәtinә dair mübahisәlәr yarandıqda, müstәsna aidiyyәt qaydalarına üstünlük verilmәlidir. Hazırki mülki işdәn dә göründüyü kimi, iddiaçının mәhkәmәyә müraciәt etmәkdә әsas mәqsәdi mübahisәli әmlakı cavabdehin sahibliyindәn geri almaq, cavabdehin hәmin әşya üzәrindә sahibliyinin, tәrәfindәn müqavilә şәrtlәrinә әmәl edilmәdiyindәn qanunsuz olmasını mәhkәmә qaydasında müәyyәn etdirmәk olmuşdur. Bu baxımdan mübahisә mahiyyәt etibarilә әslindә daşınmaz әmlak üzәrindә sahibliyin üçüncü şәxsin müdaxilәsindәn müdafiәsi ilә bağlıdır. Bu cür mübahisәlәrdә daşınmaz әmlakın vә ya hәmin әmlak üzәrindә hüquqların dövlәt reyestrindә qeydiyyata alınıb-alınmaması hәlledici әhәmiyyәt kәsb etmir vә bu hal işә әrazi aidiyyәti üzrә baxılmasına dair mәsәlәyә tәsir göstәrmir. Hәmçinin qeyd edilmәlidir ki, mülki prosessual qanunvericilikdә nәzәrdә tutulmuş әrazi aidiyyәti qaydalarının başlıca mәqsәdi şәxslәrin mәhkәmәyә әlçatanlığının tәmin olunması, işlәrә ağlabatan müddәtdә baxılması, prosessual qәnaәt prinsipinә riayәt edilmәsi vә әdalәt mühakimәsinin sәmәrәliliyinin tәmin edilmәsidir. Bundan başqa, hüquq vә azadlıqların mәhkәmә tәminatı hüququ ilk növbәdә, qanunla müәyyәn edilmiş aidiyyәt qaydalarına riayәt olunmaqla sәlahiyyәtli mәhkәmә işә baxılmasını nәzәrdә tutur. Mәhkәmәnin qanunla müәyyәn edilmәsi prinsipi baxılan iş üzrә aidiyyәt mәsәlәsinin әvvәlcәdәn aydın vә birmәnalı qaydada müәyyәn edilmәsini vә ikili anlam daşımamasını tәlәb edir. Mәhz buna görә mübahisәyә müvafiq әrazi aidiyyәti qaydasında baxılması konstitusion әhәmiyyәt kәsb edir. Mülki Prosessual Mәcәllәnin 40.1-ci maddәsinin tәlәbinә әsasәn әrazi aidiyyәti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda şәrh edilәnlәrә әsasәn kollegiya hesab edir ki, şikayәt әsaslı olduğundan tәmin edilmәyәrәk birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilmәlidir. Mülki Prosessual Mәcәllәnin 398.0.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardad qәbul etdikdә qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququna malikdir. Yuxarıda göstәrilәnlәrә әsasәn vә MPM-nin 263, 267, 397, 398, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Cavabdeh İsmayıllı Ramal Aslan oğlunun nümayәndәsi-vәkili vәkil2 tәrәfindәn verilmiş şikayәt tәmin edilsin. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin 2(5-101)-613/2026 saylı # #### 2026cı il tarixli qәrardadı lәğv edilsin. Mülki iş baxılması üçün üçün Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan şikayәt verilә bilmәz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar