Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2141/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh cavabdeh8 nümayəndəsi-vəkili vəkil1 İlkin iddia tələbi üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əmlak" tələbinə dair iddia ərizəsi, iddiaçı cavabdeh8 cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)- **/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh8tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: **-GA-*** “TOFAŞ ŞAHİN” avtomobilin sahibi İddiaçı cavabdeh3 ##.##.2021 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2022 tarixdə qüvvədən düşmüş, **-MC-*** “LIFAN MİNİK” sahibi İddiaçı cavabdeh5 ##.##.2022 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2022 tarixdə qüvvədən düşmüş, **-NF-*** dövlət qeydiyyat nişanlı “DFM EQ 1020TF YÜK” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçı cavabdeh12 ##.##.2020 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2021 qüvvədən düşmüş, cavabdeh4 ##.##.2021 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2021 tarixdə xitam verilmiş, **-UU-*** dövlət qeydiyyat nişanlı “CHANGAN STAR YÜK” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçı X8 ##.##.2020 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2021 tarixdə qüvvədən düşmüş, cavabdeh4 ##.##.2021 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2021 xitam verilmiş, **-RX-*** “CHANGAN SC1022BB13D FA YÜK” sahibi İddiaçı cavabdeh12 ##.##.2020 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2021 xitam verilmiş, cavabdeh4 ##.##.2021 tarixdə müvafiq etibarnamə vermiş ##.##.2021 xitam verilmiş, **-ND-*** “LAND ROVER FREELANDER MİNİK” sahibi İddiaçı cavabdeh2 ##.##.2021 tarixdə müvafiq etibarnamə vermiş ##.##.2022 qüvvədən düşmüş, **-TP-*** “BMW 540 MİNİK” sahibi İddiaçı cavabdeh1 ##.##.2020 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2021 tarixdə qüvədən düşüb, cavabdeh11 ##.##.2022 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2022 qüvvədən düşüb, **-LF-*** “LADA PRIORA MİNİK” sahibi İddiaçı cavabdeh8 və cavabdeh11 ##.##.2021 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2022 qüvvədən düşmüş, cavabdeh8 ##.##.2021 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2022 xitam verilmiş, **-MB-*** “TOFAŞ ŞAHIN MINIK” İddiaçı cavabdeh9 ##.##.2022 tarixdə müvafiq etibarnamə vermiş, ##.##.2022 qüvvədən düşmüşdür. İddiaçı İddiaçı və cavabdeh11 aralarında nəqliyyat vasitələrinin alınıb-satılması və nəticədə qazanc əldə etmələri barədə şifahi razılıq əldə olunmuşdur. Daha sonra isə müəyyən nəqliyyat vasitələrinin dəyəri ödənilmədiyi üçün iddiaçı yuxarıda göstərilən avtomobillərə dair verilmiş etibarnamələri ləğv etmiş və avtomobillərin hazırda cavabdehlərin qanunsuz sahibliyində olmasını iddia edərək ona qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh8 ona aid mübahisə predmeti olan nəqliyyat vasitəsinin hazırda bazar dəyəri 10.000 manat təşkil etdiyini iddia edir və İddiaçı nəqliyyat vasitəsinin əldə etməklə, cavabdeh8 10.000 manat zərər vurulduğundan həmin məbləğin İddiaçı tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdehlər cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı "əmlak" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyət hüquqlarına maneələrin aradan qaldırılması və onun mülkiyyətində olan **-GA-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ ŞAHİN MİNİK” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF7160L1 MİNİK” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı “DFM EQ 1020TF YÜK” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı “CHANGAN STAR YÜK” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı “CHANGAN SC1022BB13D FA YÜK” markalı, **ND*** dövlət qeydiyyat nişanlı “LAND ROVER FREELANDER MİNİK” markalı, **TP*** dövlət qeydiyyat nişanlı “BMW 540 MİNİK” markalı, **LF*** dövlət qeydiyyat nişanlı “LADA PRİORA MİNİK” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ ŞAHIN MINIK” markalı nəqliyyat vasitələrinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini və cavabdehlər cavabdeh13 və cavabdeh11 əməllərində cinayət tərkibi aşkara çıxarıldığı halda, bu barədə xüsusi qərardad qəbul edilməklə prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər cavabdeh13 və cavabdeh11 vədlərinə inanaraq, onlara etibar etmiş və mülkiyyətində olan **-GA-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ ŞAHİN MİNİK” markalı, **MC*** dövlət qeydiyyat nişanlı “LİFAN LF7160L1 MİNİK” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı “DFM EQ 1020TF YÜK” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı “CHANGAN STAR YÜK” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı “CHANGAN SC1022BB13D FA YÜK” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı “LAND ROVER FREELANDER MİNİK” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı “BMW 540 MİNİK” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı “LADA PRİORA MİNİK” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ ŞAHİN MİNİK” markalı nəqliyyat vasitələrini etibarnamələr əsasında onlara və iş üzrə digər cavabdehlərə vermişdir (hər bir avtomobil üzrə etibarnamələr iddia ərizəsinə əlavə edilir). Cavabdehlər cavabdeh13 və cavabdeh11 qeyd edilən avtomobillərin dəyərinin tam olaraq iddiaçıya ödəniləcəyini əvvəlcədən vəd etsələr də, sonradan iddiaçını aldadaraq, avtomobillərin dəyərini sonuncuya ödəməmişlər. Uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər tərəfindən hazıra qədər iddiaçıya avtomobillərin dəyəri ödənilməmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən avtomobillərə dair verilmiş etibarnamələr ləğv edilmişdir. Lakin, etibarnamələr ləğv edisə də, yuxarıda göstərilən avtomobillər hazırda qanunsuz olaraq iş üzrə cavabdehlərin sahibliyində qalmaqda davam edir. Bu səbəbdən, iddiaçı hesab edir ki, mülkiyyətində olan avtomobillər özgənin qanunsuz sahibliyindən geri alınaraq, ona qaytarılmalıdır. Bununla yanaşı cavabdeh8 cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 10.000 manat pulun tutularaq qarşılıqlı iddia tələbi üzrə iddiaçı cavabdeh8 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdr ki, ilkin iddia tələbi üzrə iddiaçı faizə borc pul verməklə gəlir əldə edir. cavabdeh8 tərəfindən borca pul götürülmüş və özünə məxsus nəqliyyat vasitəsi girov qoyulmuşdur. Lakin qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən aldanılaraq, nəqliyyat vasitəsi alqı-satqı edilmişdir. cavabdeh8 tərəfindən borc götürülmüş pul vəsaiti və faizləri tam ödənildiyindən nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüquqları ilə etibarnamə verilərək, nəqliyyat vasitəsi özünə qaytarılmışdır. Lakin maddi imkanı səbəbindən cavabdeh8 tərəfindən nəqliyyat vasitəsi sənədləşdirilməmişdir. cavabdeh8 tərəfindən həmin etibarnamə əsasında istənilən vaxt avtomobil qarşılıqlı iddia tələbi üzrə cavabdehin adından çıxarıla bilərdi. Lakin cavabdeh8 borcu tam ödədiyindən hazırkı iddia tələbi kimi iddia qaldırılacağı və ya hər hansı problem olma ehtimalını bilməmişdir. İddia tələbinə əlavə edilmiş etibarnamələrdən də göründüyü kimi digər cavabdehlərə ancaq idarə etmək üçün etibarnamə verilsə də, ancaq cavabdeh8 sərəncam vermək hüquqları ilə etibarnamə verilmişdir. Bu hal qarşı tərəfə hər hansı borcun olmadığını təsdiq edir. İddia tələbində etiraf edilir ki, İddiaçı nəqliyyat vasitələrinin kreditə satışı ilə məşğul olur. Lakin sahibkarlıq fəaliyyəti barədə heç bir hüquq müəyyənedici sənəd əlavə edilməmişdir. Tərəflər arasında hər hansı kredit və ya nisyə alqı-satqı müqaviləsi təqdim edilməmişdir. Göründüyü kimi İddiaçı qanunsuz sahibkarlıq ilə məşğul olur. Hazırda isə əsassız varlanmaq istəyir. Belə ki, cavabdeh8 aid nəqliyyat vasitəsini girov götürərək, ona faiz ödəmək şərti ilə borc vermişdir. cavabdeh8 tərəfindən borc məbləği tam qaytarılsa da, qarşı tərəf nəqliyyat vasitəsini də əldə etməklə, özünün əsassız varlanmağı və cavabdeh8 maddi zərər vurmaq niyyətini göstərir. Fərid Həsənovun əməllərində cinayət əməli müəyyən edilməsi səbəbindən hüquq mühafizə orqanlarına müraciət ediləcək. Mübahisə predmeti olan nəqliyyat vasitəsinin hazırda bazar dəyəri 10.000 manat təşkil edir və İddiaçı nəqliyyat vasitəsinin əldə etməklə, cavabdeh8 10.000 manat zərər vurulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, **-GA-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ ŞAHİN MİNİK” markalı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi olmadıqda dəyəri olan 4.104 (dörd min yüz dörd) manat cavabdeh3 alınaraq İddiaçı qaytarılması, **-MC-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF7160L1 MİNİK” markalı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi olmadıqda dəyəri olan 3.270 (üç min iki yüz yetmiş) manat X2 alınaraq İddiaçı qaytarılması, **-RX-*** dövlət qeydiyyat nişanlı “CHANGAN SC1022BB13D FA YÜK” markalı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi olmadıqda dəyəri olan 7.248 (yeddi min iki yüz qırx səkkiz) manat cavabdeh12 alınaraq İddiaçı qaytarılması, **-UU-*** dövlət qeydiyyat nişanlı “CHANGAN STAR YÜK” markalı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi olmadıqda dəyəri olan 7.758 (yeddi min yeddi yüz əlli səkkiz) manat cavabdeh11 alınaraq İddiaçı qaytarılması, **-NF-*** dövlət qeydiyyat nişanlı “DFM EQ 1020TF YÜK” markalı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi olmadıqda dəyəri olan 5.084 (beş min səksən dörd) manat cavabdeh11 alınaraq İddiaçı qaytarılması, **-ND-*** dövlət qeydiyyat nişanlı “LAND ROVER FREELANDER MİNİK” markalı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi olmadıqda dəyəri olan 7.350 (yeddi min üç yüz əlli) manat cavabdeh2 alınaraq İddiaçı qaytarılması, **-TP-*** dövlət qeydiyyat nişanlı “BMW 540 MİNİK” markalı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi olmadıqda dəyəri olan 6.967 (altı min doqquz yüz altmış yeddi) manat cavabdeh1 alınaraq İddiaçı qaytarılması, **-LF-*** dövlət qeydiyyat nişanlı “LADA PRİORA MİNİK” markalı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi olmadıqda dəyəri olan 8.107 (səkkiz min yüz yeddi) manat cavabdeh8 alınaraq İddiaçı qaytarılması, **-MB-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ ŞAHİN MİNİK” markalı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi olmadıqda dəyəri olan 2.787 (iki min yeddi yüz səksən yeddi) manat cavabdeh9 alınaraq İddiaçı qaytarılması. 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh9, cavabdeh8, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 1.593 (min beş yüz doxsan üç) manat cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh9, cavabdeh8, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı təqdim edilmiş sübutları tədqiq edərək, iddiaçıya məxsus olan **-GA-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ ŞAHİN MİNİK” markalı nəqliyyat vasitəsinin, **-MC-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF7160L1 MİNİK” markalı nəqliyyat vasitəsinin, **-RX-*** dövlət qeydiyyat nişanlı “CHANGAN SC1022BB13D FA YÜK” markalı nəqliyyat vasitəsinin, **-UU- *** dövlət qeydiyyat nişanlı “CHANGAN STAR YÜK” markalı nəqliyyat vasitəsinin, **-NF-*** dövlət qeydiyyat nişanlı “DFM EQ 1020TF YÜK” markalı nəqliyyat vasitəsinin, **-ND-*** dövlət qeydiyyat nişanlı “LAND ROVER FREELANDER MİNİK” markalı nəqliyyat vasitəsinin, **-TP-*** dövlət qeydiyyat nişanlı “BMW 540 MİNİK” markalı nəqliyyat vasitəsinin, **-LF-*** dövlət qeydiyyat nişanlı “LADA PRİORA MİNİK”markalı nəqliyyat vasitəsinin, **-MB-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ ŞAHİN MİNİK” markalı nəqliyyat vasitəsinin sahibliyində olan cavabdehlərə verilmiş müvafiq etibarnamələrin iddiaçı tərəfindən ləğv edilməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, nəqliyyat vasitələri hazırda cavabdehlərin qanunsuz sahibliyindədir və iddiaçı haqlı olaraq ona qaytarılmasını tələb edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **-GA-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ ŞAHİN MİNİK” markalı nəqliyyat vasitəsi cavabdeh3, **-MC-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF7160L1 MİNİK” markalı nəqliyyat vasitəsi cavabdeh5, **-RX-*** dövlət qeydiyyat nişanlı “CHANGAN SC1022BB13D FA YÜK” markalı nəqliyyat vasitəsi cavabdeh12, **-UU-*** dövlət qeydiyyat nişanlı “CHANGAN STAR YÜK” markalı nəqliyyat vasitəsi cavabdeh11, **-NF-*** dövlət qeydiyyat nişanlı “DFM EQ 1020TF YÜK” markalı nəqliyyat vasitəsi cavabdeh11, **-ND-*** dövlət qeydiyyat nişanlı “LAND ROVER FREELANDER MİNİK” markalı nəqliyyat vasitəsi cavabdeh2, ** TP *** dövlət qeydiyyat nişanlı “BMW 540 MİNİK” markalı nəqliyyat vasitəsi cavabdeh1, **-LF-*** dövlət qeydiyyat nişanlı “LADA PRİORA MİNİK” markalı nəqliyyat vasitəsi cavabdeh8, **-MB-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ ŞAHİN MİNİK” markalı nəqliyyat vasitəsi cavabdeh9 sahibliyindədir. Məhkəmə araşdırması zamanı verilən izahatlarda **-MC-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF7160L1 MİNİK” markalı nəqliyyat vasitəsinin postda cavabdeh5, **-RX-*** dövlət qeydiyyat nişanlı “CHANGAN SC1022BB13D FA YÜK” markalı nəqliyyat vasitəsi cavabdeh12 postda alınmaları göstərilsə də, Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, “idarənin nəzdində və müqavilə əsasında fəaliyyət göstərən mühafizə olunan duracaqların qeydiyyat kitablarında “Lifan” markalı **-MC-***, “Changan” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barədə məlumat aşkar olunmamışdır. İdarənin ##.##.2025-ci il tarixli 3-13-16/2-55 ***/**** saylı məktubunda qeyd olunduğu kimi ** saylı mühafizə olunan duracaqda yol hərəkətindən kənarlaşdırılmış, dövlət qeydiyyat nişansız bir neçə “Lifan” markalı nəqliyyat vasitəsi saxlanılmaqdadır. Qeyd olunanları nəzərə alaraq nəqliyyat vasitəsinin mülkiyyətçisinin (maraqlı tərəf) avtomobilin açarı və müvafiq sənədləri ilə duracağa yaxınlaşaraq, müştərək baxışdan keçirilərək nəqliyyat vasitəsi tanındıqdan sonra müraciətiniz cavablandırila bilər. Mülkiyyət sahibinin nəqliyyat vasitəsini duracaqdan götürülməsi Azərbaycan Respublikası Tarif Şurasının ##.##.2016 ciil tarixli ** saylı Qərarı əsasında həyata keçirə bilər”. Başqa sözlə, cavabdehlər postda onlardan müvafiq nəqliyyat vasitələrinin alınmasını bildirsələr də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Bundan başqa, **-UU-*** dövlət qeydiyyat nişanlı “CHANGAN STAR YÜK” markalı nəqliyyat vasitəsi və **-NF-*** dövlət qeydiyyat nişanlı “DFM EQ 1020TF YÜK” markalı nəqliyyat vasitəsinə görə cavabdeh12 etibarnamə verilməklə nəqliyyat vasitələri ilk öncə onun tərəfindən istifadə edilsə də, məhkəmə iclasında cavabdeh11 izahatında həmin nəqliyyat vasitələrini iddiaçının göstərişinə əsasən cavabdeh12 alaraq dayanacağa yerləşdirdiyini bildirmişdir. Başqa sözlə, sözügedən iki nəqliyyat vasitəsinin hazırda cavabdeh12 sahibliyində olması öz təsdiqini tapmır. Hazırda mübahisə predmeti olan nəqliyyat vasitələrinin sahibliyində olan cavabdehlərdə olması üçün hər hansı bir qanuni əsas müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, nəqliyyat vasitələri həmin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh8 iddiaçıdan 5.000 manat borc götürüb avtomobilini girov kimi onun adına rəsmiləşdirməsini, nəqliyyat vasitəsi müqabilində 8.500 manat iddiaçıya pul ödədiyini, pulu hər ay cavabdeh11 ödədiyini, lakin sonuncu qalıq 850 manat məbləği Yasamal rayonu ərazisində notariat ofisinin yaxınlığında İddiaçı özünə ödədiyini və sonuncunun ona avtomobilə dair sərəncam verməsi üçün etibarnamə verdiyini bildirərək, hazırda isə ona zərər vurulduğundan avtomobilin bazar dəyəri olan 10.000 manatın iddiaçıdan tutularaq ona ödənilməsini tələb etsə də, avtomobilə görə ödədiyi pulun məhz İddiaçı ödənilməsini təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, cavabdeh tərəfin “iddiaçı tərəfindən ona avtomobil üzərində sərəncam vermək üçün etibarnamə verilməsinin pulun məhz iddiaçıya çatmasını təsdiq etməsi” dəlili ilə razılaşmamış və bu halı pulun iddiaçıya ödənilməsinin təsdiqi kimi qiymətləndirməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, nəqliyyat vasitələrinə görə pul ödəmiş şəxslər-cavabdehlər nəqliyyat vasitələri onlardan alındığı halda, pulları ödədikləri şəxslərdən pulun onlara qaytarılmasını tələb edə bilərlər. Pullar qaytarılmadığı təqdirdə, pulun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə, avtomobillərin dəyərinin “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyində göstərildiyi məbləğlərlə razılaşmışdır. Belə ki, həmin rəyi təkzib edən sübut növü məhkəməyə təqdim edilməmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh8 apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, həmçinin iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Qarşılıqlı iddia ərizəsində açıq göstərilir ki, digər cavabdehlərə yalnız idarəetmə üçün etibarnamə verildiyi halda məhz cavabdeh8 sərəncam vermək hüquqları ilə etibarnamə verilmişdir və bu hal onu qarşı tərəfə hər hansı borcunun qalmadığını təsdiq edir. Məhkəmə sərəncam hüququ ilə etibarnamənin verilməsini ödənişin qəbul edilməsinin təsdiqi kimi qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh8 nümayəndəsivəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ilkin iddia tələbi üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Kollegiyasının iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh8 aid hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövləttərəfindənmüdafiəolunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ediləbilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə * saylı Protokolun 1ci maddəsinə görə “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrumediləbilməz”. Mülki Məcəllə: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mübahisə predmeti olan **-LF-*** nömrəli “LADA PRİORA MİNİK” marklı nəqliyyat vasitəsi sahibliyində olan cavabdeh cavabdeh8 olması üçün hər-hansı bir qanuni əsas müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, nəqliyyat vasitələri həmin cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfin “iddiaçı tərəfindən ona avtomobil üzərində sərəncam vermək üçün etibarnamə verilməsinin pulun məhz iddiaçıya çatmasını təsdiq etməsi” dəlili pulun iddiaçıya ödənilməsinin təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, ilk iddia cavabdeh8 münasibətdə düzgün hüquqi nəticəyə gəlməsi onun qarşılıqlı iddiasının da əsassız olmasını təsdiq edir. Belə ki, cavabdeh8 iddiaçıdan 5.000 manat borc götürüb avtomobilini girov kimi onun adına rəsmiləşdirməsini, nəqliyyat vasitəsi müqabilində 8.500 manat iddiaçıya pul ödədiyini, pulu hər ay cavabdeh11 ödədiyini, lakin sonuncu qalıq 850 manat məbləği Yasamal rayonu ərazisində notariat ofisinin yaxınlığında İddiaçı özünə ödədiyini və sonuncunun ona avtomobilə dair sərəncam verməsi üçün etibarnamə verdiyini bildirərək, hazırda isə ona zərər vurulduğundan avtomobilin bazar dəyəri olan 10.000 manatın iddiaçıdan tutularaq ona ödənilməsini tələb etsə də, avtomobilə görə ödədiyi pulun məhz İddiaçı ödənilməsini təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə də gəldiyi nəticəsi də düzgün olmuşdur. Kollegiya xüsusilə qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən ona avtomobil üzərində sərəncam vermək üçün etibarnamə verildikdən sonra cavabdeh8 etibarnamə ləğv edilənə kimi avtomobilə mülahizəsinə görə (öz adından başqa) sərəncam verməməsi də diqqətə alınmalıdır. Kollegiyanın qənaətinə görə borc ödənildiyi halda cavabdeh8 iddiaçıya borcu olmaması onun etibarnamə qüvvədə olduğu dövrdə ondan istifadə edilməsi halında ilk iddiaya etirazının və qarşılıqlı iddiasının dəlilləri müəyyən mənada inandırıcı sayıla bilərdi, başqa sözlə, bu halın mövcudluğu sübut növü kimi qiymətləndirə bilərdi. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, işin faktiki halları ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh8 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.