Məhkəmə qərarları › İş №e-2(3-6)-2432/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2432/2026

16.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2432/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz cinayət təqibi ilə bağlı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. X4 Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Kürdamir rayonu Dəyirmanlı kand sakini X5 Kürdəmir rayonu Tahir islamov adına Dəyirmanlı kənd tam orta məktəbinin direktoru İddiaçı, qızı həmin məktəbin 10-cu sinif şagirdi X6 özünün tədris etdiyi riyaziyyat fannindən dərsdənkanar məşgələlərə qosulmağa məcbur edərək qızının intihar həddinə çatdırılması ilə alaqədar daxil olmuş müraciatə aidiyyəti üzrə X4 Təhsil idarasində baxılmışdır. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ## ####### 2022 ci il tarixli, K-1138 nömrali əmri ilə Kurdamir rayanu Islamov adına Dəyirmanlı kənd tam orta ümumtansil maktabinin direktoni vezifasine təyin edilmişdır. X1 barəsində direktor vəzifəsində çalışdıgı müddətdə iki dəfə intizam tənbəhi tədbiri tətbiq edilmişdir, X7 Təhsil Idarəsinin ## ###### 2024-cü il tarixli. 3-29-40/3 *-***K/**** nömrəli əmri ilə vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə İddiaçı Azarbaycan Respublikasının Əmək Məcəlləsinin 186-c: maddəsinin 3-cü hissəsinə uyğun olaraq yazılı xəbərdarlıq, ## ###### 2024-cü il tarixli, 3-29- 40/3-1 910K/2024 nomrəli əmri ilə isə vəzifə funksiyalarının icrasında yol verdiyi noqsanlara göra Azarbaycan Respublikasının Əmək Macalləsinin 186-ci maddesinin 2-ci hissəsinina" bəndina uygun olaraq töhmət verilmişdir. Həmçinin bildirmişdirlər ki, dərsdənkanar məşgələlər Azərbaycan Respublikası Elm və Tahsil Nazirliyinin ##.## 2022-ci il tarxli, F 529 nomrali amri ilə ləsdiq edilmiş "Umumi təhsil müəssisələrində dərsdənkənar məşgələlərin (fakultativ kursların) təşkili Qaydası"na əsasən təşkil olunur. Idarə tərəfindən təhsil sahəsində qanunazidd hərəkətlərə qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir. Ölkədə təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində idarə tərəfindən mühüm va nəticəyönümlü addımlar atılır. Bununla yanaşı, idarə tərəfindən qanunvencilik sahəsində həyata keçirilən mutərəqqi fəaliyətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən cidd mübarizə tədbirləri bundan sonrada davam etdiriləcək.

2. Kürdəmir rayon prokurorunun ##.##.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarından görünür ki, vəzifəli şəxs İddiaçı (FIN: *******)- ##.##.1983cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Kürdəmir rayonu T.Islamov adına Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır.

3. Kürdəmir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır.

4. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.20250-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı müdafiəçisi (vəkil) Nümayəndə tərəfindən verilmiş apaellyasiya şikayətinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.20250-ci il tarixli qərarının ləğv edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi qərara alınmışdır.

5. Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli Qonorar haqqında müqavilədən görünür ki, tərəflər İddiaçı hüquqlarının müdafiəsi üzrə göstərilən hüquqi yardımın uğurlu nəticəsi əldə edildiyi halda vəkilə 2.000 manat məbləğində qonorarın ödənilməsi barədə razılığa gəlmişdirlər.

6. ##.##.2025-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü–vəkil Nümayəndə müəyyən hüquqlar üzrə etibarnamə vermiş. Həmin etibarnamə reyestrdə 7E- 26179 nömrə ilə qeyd edilib. 17.25 manat haqq tutulmuşdur.

7. ##.##.2025-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü–vəkil Nümayəndə müəyyən hüquqlar üzrə etibarnamə vermiş. Həmin etibarnamə reyestrdə 7E- 7948 nömrə ilə qeyd edilib. 17.25 manat haqq tutulmuşdur.

8. ##.##.2025-ci il tarixli ödəmə aktından görünür ki, İddiaçı tərəfindən Əhədov Eyvaz Ağaməmməd oğluna 2000 manat pul ödənilmişdir.

9. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, Şirvan Regional Vəkil Bürosunun hesabına 330 manat pul ödənilmişdir.

10. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, Şirvan Regional Vəkil Bürosunun hesabına 50 manat pul ödənilmişdir.

11. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, Şirvan Regional Vəkil Bürosunun hesabına 280 manat pul ödənilmişdir.

12. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, Şirvan Regional Vəkil Bürosunun hesabına 1000 manat pul ödənilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı İddiaçı xeyrinə barəsində qanunsuz inzibati icraatın başlanması, sonradan ləğv edilmiş Kürdəmir Rayon Məhkəməsinin qərarı və həmin qərarın hüquqi nəticələrinin aradan qaldırılması zərurəti ilə birbaşa səbəbli əlaqədə yaranmış maddi zərərin əvəzi olaraq Kürdəmir Rayon Məhkəməsində baxılmış inzibati iş üzrə: hüquqi yardım haqqı– 330 (üç yüz otuz) manat; inzibati iş üzrə etibarnamənin verilməsi ilə bağlı xərc– 20 (iyirmi) manat; inzibati iş üzrə hüquqi xidmətə görə ödənilmiş qonorar haqqı– 2 000 (iki min) manat; Şirvan Apellyasiya Məhkəməsində baxılmış inzibati iş üzrə: hüquqi yardım haqqı– 330 (üç yüz otuz) manat; apellyasiya instansiyasında iştirakla bağlı yol xərcləri– 300 (üç yüz) manat; hazırkı mülki iş üzrə (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi): hüquqi yardım haqqı– 1 000 (bir min) manat; mülki iş üzrə etibarnamənin verilməsi ilə bağlı xərc– 20 (iyirmi) manat; nəticə olaraq, iddiaçı İddiaçı xeyrinə ümumilikdə 4 000 (dörd min) manat maddi ziyanın tutulması, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı İddiaçı xeyrinə , barəsində qanunsuz inzibati icraatın aparılması və sonradan ləğv edilmiş məhkəmə qərarı nəticəsində: uzun illər ərzində müəllim və məktəb direktoru kimi formalaşdırdığı peşəkar və ictimai nüfuzuna xələl gətirilməsi, işgüzar reputasiyasının zədələnməsi, təhsil verdiyi məktəbdə və pedaqoji kollektiv arasında ona olan etimadın azalması, şərəf və ləyaqətinə toxunulması, adının psixoloji zorakılıq kimi ağır ittihamla əlaqələndirilməsi, ailə üzvlərinin, xüsusilə valideynlərinin yaşadığı ağır psixoloji sarsıntı, ictimai mühitdə və tanışlar arasında əsassız müzakirələrə məruz qalması, uzun müddət davam edən hüquqi qeyri-müəyyənlik, stress və iztirablar nəzərə alınmaqla, mənəvi ziyanın əvəzi olaraq 50 000 (əlli min) manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, uzun illər Azərbaycan Respublikasında təhsil sahəsində müəllim və tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışmış, peşəkar fəaliyyəti və işgüzar nüfuzu ilə seçilən bir şəxsdir. Uzunmüddətli əmək fəaliyyəti ərzində şagirdlərin təlimtərbiyəsinə, cəmiyyət üçün savadlı və layiqli vətəndaşların yetişdirilməsinə xidmət etmiş, üzərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə icra etmişdir. Bu fəaliyyət nəticəsində formalaşmış nüfuzu onun üçün mühüm qeyri-maddi dəyərdir. Lakin 2025-ci ilin əvvəlində Kürdəmir Rayon Prokurorluğunun müstəntiqi tərəfindən aparılmış araşdırma zamanı obyektivlik, qərəzsizlik və qanunçuluq prinsiplərinə əməl edilməmiş, nəticədə barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 181.0.2ci maddəsi ilə inzibati xəta işi başlanmışdır. Iş üzrə toplanmış materiallar mötəbər, kifayət və sübuta yetirilmiş faktlara əsaslanmadan Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Aparılmış araşdırma zamanı aşağıdakı ciddi hüquqi pozuntulara yol verilmişdir: ziddiyyətli və bir-birini təkzib edən ifadələr əsas sübut kimi qəbul edilmişdir; iddia edilən hallar ilə guya törədilmiş inzibati xəta arasında səbəb-nəticə əlaqəsi müəyyən edilməmişdir; “psixoloji zorakılıq” anlayışı qanunvericiliyin tələblərinə zidd olaraq geniş, subyektiv və hüquqi əsasdan məhrum formada şərh edilmişdir; müdafiə mövqeyimi təsdiq edən sübutlar toplanmamış, araşdırma birtərəfli aparılmış, obyektivlik prinsipi kobud şəkildə pozulmuşdur. Bu hallar dövlət orqanının fəaliyyəti zamanı yol verilmiş ciddi hüquq pozuntularının bariz nümunəsidir. Kürdəmir Rayon Prokurorluğu tərəfindən ##.##.2025-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarla: 1. Vəzifəli şəxs– İddiaçı (FIN: *******), ##.##.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Kürdəmir rayonu T.Islamov adına Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi müəyyən edilmişdir; Toplanmış materialların inzibati tənbeh tədbirinin tətbiqi məqsədilə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi göstərilmişdir. Qeyd olunan qərar Kürdəmir rayon prokuroru, R Tural Ibrahimov tərəfindən imzalanmışdır. Kürdəmir Rayon Məhkəməsi ## ### 2025-ci il tarixli, 3(041) ***/**** saylı qərarı ilə barəmdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsi əsasında 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq etmişdir. Həmin qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun, eləcə də Inzibati Xətalar Məcəlləsinin prosessual tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, işə baxılarkən aşağıdakı ciddi prosessual pozuntulara yol verilmişdir: Onun və müdafiəçisinin iştirakı olmadan işə baxılmış, müdafiə hüququ faktiki olaraq təmin edilməmişdir; Müdafiəçisi Nümayəndə Ağamməd oğlu həmin tarixdə Imişli Rayon Məhkəməsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə məxsus avtomobilin iştirakı ilə baş vermiş, 3 azyaşlının ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi üzrə cinayət işi çərçivəsində 19 nəfərlik təqsirləndirilən şəxslərdən birinin müdafiəsini həyata keçirdiyinə görə məhkəmə iclasında iştirak etmişdir; Müdafiəçinin məhkəmə iclasında iştirak edə bilməməsi ilə bağlı işə baxılmanın təxirə salınması barədə rəsmi və əsaslandırılmış ərizə məhkəməyə təqdim edildiyi halda, məhkəmə bu ərizəni əsassız olaraq təmin etməmiş, müdafiənin mövqeyini dinləmədən iş üzrə qərar qəbul etmişdir; Məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılmasına cəhd göstərilməmiş, inzibati xəta tərkibinin mövcudluğunu təsdiq edən sübutlar qiymətləndirilməmiş, müdafiə tərəfinin arqumentlərinə hüquqi qiymət verilməmişdir; Nəticədə, sübutların qiymətləndirilməsində qərəzlilik və birtərəfli yanaşma nümayiş etdirilmiş, “şübhələr inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh olunmalıdır” prinsipi pozulmuşdur. Göstərilən hallar onu deməyə əsas verir ki, Kürdəmir Rayon Məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslı olmamış, müdafiə hüququnun ciddi şəkildə pozulması ilə müşayiət edilmiş və bu səbəbdən sonradan apellyasiya instansiyası tərəfindən ləğv edilmişdir. Məhz bu qanunsuz qərar nəticəsində o əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş, maddi və mənəvi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası adından Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ## #### 2025-ci il tarixdə, Şirvan şəhərində, iş № *(106)374/2025 üzrə qəbul edilmiş qərarla onun barəsində verilmiş apellyasiya şikayətinə baxılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi müdafiəçi (vəkil) Nümayəndə Ağamməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilmişdir; Kürdəmir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilmişdir; Onun barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Qərarda birbaşa olaraq göstərilmişdir ki, inzibati xəta tərkibi və hadisəsi mövcud olmadığından, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilə bilməz. Şirvan Apellyasiya Məhkəməsinin qərarında həmçinin qeyd olunmuşdur ki, bu qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir və qərardan şikayət və ya protest verilə bilməz. Göstərilənlər bir daha sübut edir ki, barəsində başlanmış inzibati icraat və sonradan Kürdəmir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərar əsassız, qanunsuz və hüquqa zidd olmuş, dövlət orqanlarının yol verdiyi bu hüquq pozuntuları nəticəsində o maddi və mənəvi zərərə məruz qalmışdır. Qanunsuz inzibati təqib və sonradan ləğv edilmiş məhkəmə qərarları nəticəsində o aşağıdakı zəruri və sənədlərlə təsdiq olunan maddi xərclərə məruz qalmışdır. Birinci instansiya üzrə (Kürdəmir Rayon Məhkəməsi): Hüquqi yardım haqqı– 330 (üç yüz otuz) manat, etibarnamə xərci (inzibati işlər üzrə)– 20 (iyirmi) manat, hüquqi xidmətə görə ödənilmiş qonorar haqqı– 2 000 (iki min) manat. Apellyasiya instansiyası üzrə (Şirvan Apellyasiya Məhkəməsi): Hüquqi yardım haqqı– 330 (üç yüz otuz) manat, yol xərcləri 300 (üç yüz) manat. Birinci instansiya üzrə (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hazırkı mülki iş üzrə): hüquqi yardım haqqı– 1 000 (bir min) manat, etibarnamə xərci (mülki işlər üzrə)– 20 (iyirmi) manat. Cəmi maddi ziyan: 4 000 (dörd min) manat. Qeyd olunan maddi xərclər birbaşa dövlət orqanlarının qanunsuz inzibati icraatı və hüquqi qüvvəyə minməmiş qərarların qəbul edilməsi ilə səbəbli əlaqədə yaranmışdır. Barəsində əsassız inzibati icraat başlanmasaydı və sonradan qanunsuz hesab edilən məhkəmə qərarı qəbul edilməsəydi, bu xərclərin heç biri baş verməyəcəkdi. Barəsində əsassız və qanunsuz inzibati icraatın başlanması, sonradan ləğv edilmiş məhkəmə qərarının qəbul edilməsi və bu proseslərin ictimai mühitdə yayılması nəticəsində mənə ciddi mənəvi zərər vurulmuşdur. Belə ki, qeyd olunan qanunsuz hərəkətlər nəticəsində: uzun illər ərzində müəllim və məktəb direktoru kimi formalaşdırdığım peşəkar və ictimai nüfuzuma xələl gətirilmiş, adım qanunsuz inzibati təqiblə əlaqələndirilmişdir; işgüzar reputasiyam zədələnmiş, rəhbərlik etdiyi və çalışdığı təhsil mühitində ona olan etimad sarsılmışdır, pedaqoji kollektiv, valideynlər və şagirdlər qarşısında əsassız şübhə və mənfi rəy formalaşmışdır; ailəsi, xüsusilə valideynləri barəsində aparılan inzibati təqib səbəbindən ağır psixoloji gərginlik və mənəvi sarsıntı keçirmişdir; ictimai mühitdə və tanışlar arasında onun barəsində əsassız müzakirələr aparılmış, bu isə şəxsi və peşəkar həyatında davamlı narahatlıq yaratmışdır. Qeyd edilməlidir ki, o illər boyu Azərbaycan Respublikasında təhsilin inkişafına, Vətən övladlarının təlim-tərbiyəsinə xidmət etmiş, cəmiyyət üçün faydalı kadrların yetişdirilməsinə öz bilik və təcrübəmi sərf etmişdir. Bu fəaliyyət nəticəsində formalaşmış nüfuzu onun üçün yalnız şəxsi deyil, həm də peşəkar və ictimai dəyər daşıyır. Lakin dövlət orqanlarının qanunsuz inzibati icraatı və əsassız məhkəmə qərarı bu dəyərə ciddi zərbə vurmuş, mənim şəxsi ləyaqətimə, şərəfimə və peşəkar ad-sanına toxunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə inzibati xəta hadisəsinin mövcud olmadığı rəsmi qaydada təsdiq edilsə də, həmin vaxta qədər yaşadığı mənəvi əziyyət və reputasiya itkisi aradan qalxmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq, mənə vurulmuş mənəvi ziyanın pul ekvivalenti kimi 50.000 (əlli min) manat məbləğində kompensasiyanın tutulmasını ədalətli və mütənasib hesab edir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ilqar Qaralov) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 744,50 (yeddi yüz qırx dörd manat əlli qəpik) manat məbləğində pul və iş üzrə çəkilmiş 1.000 (bir min) manat hüquqi yardım xərcinin əvəzinin iddiaçı Vəliyev Ramin Ata oğlunun xeyrinə ödənlməsi,iddianın qalan hissəd ə təmin edilməsi qət edilmişdir.

16. Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı barəsində başlanmış inzibati icraat sonradan məhkəmə tərəfindən inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam edilmiş, bu isə ilkin inzibati təqibin və onun nəticəsi kimi qəbul olunmuş məhkəmə qərarının hüquqa zidd olduğunu təsdiq edir. Belə olan halda, həmin icraat çərçivəsində iddiaçı tərəfindən çəkilmiş xərclər ilə baş vermiş hüquq pozuntusu arasında səbəbli əlaqənin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilir.

17. Hazırki tələbi üzrə maddi ziyan özü özülüyündə 4 hissədən ibarətdir:

1. Kürdəmir Rayon Məhkəməsində baxılmış inzibati iş üzrə hüquqi yardım haqqı – 330 (üç yüz otuz) manat və Şirvan Apellyasiya Məhkəməsində baxılmış inzibati iş üzrə hüquqi yardım haqqı – 330 (üç yüz otuz) manat;

2. inzibati iş üzrə etibarnamənin verilməsi ilə bağlı xərc – 20 (iyirmi) manat və mülki iş üzrə etibarnamənin verilməsi ilə bağlı xərc – 20 (iyirmi) manat;

3. inzibati iş üzrə hüquqi xidmətə görə ödənilmiş qonorar haqqı – 2 000 (iki min) manat;

4. apellyasiya instansiyasında iştirakla bağlı yol xərcləri – 300 (üç yüz) manat.

18. Məhkəmə ilk olaraq maddi ziyanın “inzibati iş üzrə hüquqi yardım haqqı” hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan müqavilələr və ödəniş sənədləri ilə müəyyən olunur ki, iddiaçı tərəfindən həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyasında hüquqlarının müdafiəsi məqsədilə vəkilə ümumilikdə 660 manat məbləğində hüquqi yardım haqqı ödənilmişdir. Məhkəmənin mövqeyinə görə, həmin xərclər iddiaçının öz hüquqlarını müdafiə etməsi üçün zəruri olmuş, bilavasitə qanunsuz inzibati təqib və sonradan ləğv edilmiş məhkəmə qərarı ilə bağlı yaranmışdır. Belə ki, əgər iddiaçı barəsində inzibati icraat başlanmasaydı və ya birinci instansiya məhkəməsi tərəfindən qanuni qərar qəbul edilsəydi, bu xərclərin çəkilməsinə ehtiyac yaranmazdı. Bu baxımdan, göstərilən xərclər real zərər kimi qiymətləndirilərək tam həcmdə cavabdehdən tutulmalıdır.

19. Maddi ziyanın “inzibati iş üzrə etibarnamənin verilməsi ilə bağlı xərclərin tutulması” hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən hər biri 20 manat olmaqla iki etibarnamə xərci tələb edilsə də, iş materiallarında olan etibarnamələrdən görünür ki, faktiki olaraq hər bir etibarnamə üzrə 17,25 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, mülki hüquqi məsuliyyət çərçivəsində zərərin ödənilməsi yalnız sübut edilmiş həcmdə mümkündür və tələb edilən məbləğlərin sənədlərlə təsdiqi zəruridir. Bu səbəbdən, etibarnamə xərcləri iddia edilən məbləğdə deyil, faktiki ödənilmiş və sənədlərlə təsdiq olunan ümumilikdə 34,5 manat məbləğində təmin edilməlidir.

20. Məhkəmə maddi ziyanın “inzibati iş üzrə hüquqi xidmətə görə ödənilmiş qonorar haqqı– 2 000 (iki min) manat” hissəsi ilə bağlı tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilənin Vəkillər Kollegiyası Rəyasət Heyətinin təsdiq etdiyi standart formanın mahiyyətinə uyğun gəlmədiyini və müqavilə azadlığı prinsipi əsasında imzalandığını nəzərə alaraq, həmin müqaviləni tərəflərin öz aralarında razılaşdırdıqları xüsusi tapşırıq (qonorar) müqaviləsi kimi qiymətləndirmiş, bu əsasla ödənilmiş vəsaitin cavabdehin üzərinə qoyula bilən məhkəmə xərci və ya maddi ziyan təşkil etmədiyi səbəbindən iddianı 2 000 manat vəkil qonorarının tutulması hissəsində əsassız hesab etmişdir. Məhkəmə əlavə etmişdir ki, hazırda iddiaçının öz şəxsi təşəbbüsü ilə ödədiyi 2000 manat pul məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini tələb etməsi tamamilə əsassızdır.

21. Maddi ziyanın “apellyasiya instansiyasında iştirakla bağlı yol xərcləri 300 (üç yüz) manat” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı apellyasiya instansiyasında iştirakla bağlı 300 manat məbləğində yol xərclərinin ödənilməsini tələb etmişdir. Lakin iş materiallarında bu xərcləri birbaşa təsdiq edən hər hansı yazılı sübutlar (bilet, qəbz və s.) təqdim edilməmişdir. Bununla belə, məhkəmə nəzərə almışır ki, iş materialları və məhkəmə iclaslarının gedişi iddiaçı və onun nümayəndəsinin Şirvan Apellyasiya Məhkəməsində keçirilmiş iclasda faktiki iştirak etdiyini təsdiq edir. Eyni zamanda, Kürdəmir rayonu ilə Şirvan şəhəri arasında məsafə, nəqliyyat vasitələrinin istifadə olunmasının zəruriliyi və bu qəbildən olan xərclərin həyat təcrübəsinə əsasən qaçılmaz olması məhkəməyə məlum olan ümumi hallardandır. Bu baxımdan, qeyd olunan xərclərin müəyyən hissəsinin çəkilməsinin ağlabatan və real olması məhkəmədə şübhə doğurmur. Lakin onların konkret məbləği sübut olunmadığından, tələb olunan 300 manat məbləğində tam təmin edilməsi mümkün deyildir. Məhkəmə ədalət, ağlabatanlıq və mütənasiblik prinsiplərini rəhbər tutaraq hesab etmişdir ki, bu xərclərin qismən – 50 manat məbləğində ödənilməsi məqsədəuyğundur.

22. Nəticə olaraq, məhkəmə belə qənaətə gəlmişir ki, iddiaçının maddi zərərin ödənilməsi ilə bağlı tələbi sübutlarla təsdiq olunan hissədə qismən əsaslıdır və cavabdehdən 744.50 manat məbləğində maddi ziyanın tutulması məqsədəuyğundur.

23. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin əsaslandırılması kimi onun peşəkar nüfuzuna xələl gətirildiyini, işgüzar reputasiyasının zədələndiyini, psixoloji sarsıntılar keçirdiyini və ictimai mühitdə mənfi rəy formalaşdığını qeyd etmişdir. Lakin məhkəmə hesab etmişdir ki, göstərilən hallar ümumi və abstrakt xarakter daşıyır, konkret və mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, iş materiallarında iddiaçının işgüzar nüfuzuna real zərər vurulmasını təsdiq edən hər hansı obyektiv sübut (əmək münasibətlərinə təsir edən nəticələr, vəzifədən azad olunma, rəsmi mənfi xarakteristika və s.) mövcud deyildir. Həmçinin, iddia edilən psixoloji sarsıntılar və mənəvi iztirablar tibbi və ya digər obyektiv sübutlarla təsdiq olunmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən mənəvi zərərin sübutu kimi iş materiallarına X4 Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli məktubu təqdim edilmişdir. Lakin həmin sənədin məzmunundan görünür ki, orada iddiaçının çalışdığı təhsil müəssisəsində baş vermiş hallar, valideyn müraciəti və onun peşə fəaliyyəti ilə bağlı intizam tədbirləri əks olunmuşdur. Sözügedən məlumatlar iddiaçının barəsində başlanmış inzibati icraat və ya sonradan ləğv edilmiş məhkəmə qərarı ilə bağlı deyildir.

24. Məhkəmə hesab etmişdir ki, göstərilən sənəd iddia predmetinə aid olmayıb, inzibati icraatın qanunsuzluğu nəticəsində iddiaçıya mənəvi zərər vurulmasını təsdiq etmir. Bundan əlavə, məhkəmə nəzərə almışdır ki, iddiaçı barəsində qəbul edilmiş inzibati qərar apellyasiya instansiyası tərəfindən ləğv edilmiş və inzibati xəta hadisəsinin mövcud olmadığı müəyyən olunmuşdur.Bu hal iddiaçının hüquqlarının bərpası ilə nəticələnmişdir. Lakin iddiaçı tərəfindən həmin müddət ərzində ona ciddi və ölçülə bilən mənəvi zərər vurulmasını təsdiq edən hallar sübuta yetirilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən tələb olunan 50.000 manat məbləğində mənəvi zərər kompensasiyası işin halları ilə müqayisədə əsaslandırılmış hesab edilə bilməz və hər hansı obyektiv meyarlarla təsdiqlənmir.

25. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişir ki, iddiaçı tərəfindən mənəvi zərərin mövcudluğu və bu zərər ilə cavabdehin hərəkətləri arasında birbaşa səbəbli əlaqə sübuta yetirilməmişdir. Bu səbəbdən, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1100, 21.1, 21.2, 14.2.6-cı; “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5, 19-cu maddənin İ və II hisssi; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 121.1, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamədən iddiaçı Vəliyev Ramin Ata oğlu apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissələrində ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə 2.000 manat qonorarın ödənildiyini və həmin məbləğ üzrə müqavilə ilə ödəniş aktının mövcudluğunu qəbul etsə də, bu məbləği əsassız olaraq maddi ziyan kimi tanımamışdır. Qətnamədə göstərilmişdir ki, ##.##.2025-ci il tarixli qonorar müqaviləsi bağlanmış, iddiaçı hüquqlarının müdafiəsi üzrə göstərilən hüquqi yardımın uğurlu nəticəsi əldə edildiyi halda vəkilə 2.000 manat ödəməyi öz öhdəsinə götürmüş və daha sonra həmin məbləği tam şəkildə ödəmişdir. Buna baxmayaraq, məhkəmə həmin məbləğin real çəkilmiş xərc olduğunu, iddiaçının əmlak sferasından faktiki olaraq çıxdığını və qanunsuz inzibati icraatla birbaşa səbəbli əlaqədə olduğunu nəzərə almamışdır. Halbuki, iş materialarından görünür ki, iddiaçı qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmiş, onun barəsində inzibati tənbeh tətbiq olunmuş, sonradan isə apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə həmin icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Bu isə onu göstərir ki, iddiaçının hüquqi yardım almağa məcbur qalması, vəkilə müraciət etməsi və bu məqsədlə 2.000 manat qonorar ödəməsi bilavasitə qanunsuz inzibati icraatın nəticəsidir. Belə olan halda, 2.000 manat qonorar haqqı iddiaçının iradəsindən asılı olmayan, qanunsuz inzibati icraat nəticəsində yaranmış, sənədlərlə təsdiq edilmiş və faktiki ödənilmiş maddi ziyan kimi qiymətləndirilməli idi. Məhkəmənin bu məbləği maddi ziyan kimi qəbul etməməsi işin faktiki halarına, sübutlara və hüquqi qiymətləndirmə meyarlarına uyğun deyildir. Bundan əlavə, birinci instansiya məhkəməsi mənəvi ziyan tələbinə də düzgün hüquqi qiymət verməmişdir. Iddiaçı barəsində qanunsuz inzibati icraatın aparılması, onun inzibati məsuliyyətə cəlb edilməsi, barəsində cərimə tətbiq olunması, məhkəmələrdə öz hüquqlarını müdafiə etməyə məcbur qalması, vaxt, əsəb və nüfuz itkisinə məruz qalması onun mənəvi sarsıntı keçirməsinə, narahatlıq və gərginlik yaşamasına səbəb olmuşdur. Sonradan inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi iddiaçıya qarşı tətbiq edilmiş tənbehin əsassızlığını təsdiq etmişdir. Bu səbəbdən iddiaçıya vurulmuş mənəvi ziyanın tamamilə rədd edilməsi də əsaslı hesab edilə bilməz. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən edərkən ədalətlilik, ağlabatanlıq, pozulmuş hüququn xarakteri, qanunsuz müdaxilənin nəticələri və iddiaçının məruz qaldığı mənəvi iztirabları nəzərə almalı idi. Nəticə etibarilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi iddia tələbinin rədd edilmiş hissəsində əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş, iddiaçının faktiki çəkdiyi və sənədlərlə təsdiq olunan xərcləri tam həcmdə maddi ziyan kimi tanımamış, həmçinin mənəvi ziyan tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə zərərin tam ödənilməsi prinsipini düzgün tətbiq etməmişdir. Iddiaçının hüququnun bərpası üçün çəkdiyi 2.000 manat qonorar və 300 manat yol xərci real zərərdir. Mülki Məcələnin 21-ci maddəsinə görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin tam ödənilməsini tələb edə bilər. Bu xərclər qanunsuz inzibati icraat və ləğv edilmiş məhkəmə qərarı ilə birbaşa səbəbli əlaqədə yaranmışdır. Birinci instansiya məhkəməsi 2.000 manat məbləğində qonorarın mövcudluğunu, həmin qonorar üzrə müqavilənin bağlandığını və məbləğin faktiki ödənildiyini qəbul etmişdir. Qətnamədə birbaşa göstərilmişdir ki, Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında ##.##.2025-ci il tarixli qonorar müqaviləsi bağlanmış, iddiaçı hüquqlarının müdafiəsi üzrə göstərilən hüquqi yardımın uğurlu nəticəsi əldə edildiyi halda vəkilə 2.000 manat ödəməyi öz öhdəsinə götürmüş və daha sonra həmin məbləği tam şəkildə ödəmişdir. Deməli, 2.000 manat məbləğində xərcin müqavilə əsası mövcuddur, həmin məbləğ üzrə ödəniş aktı vardır və bu xərc X12 ilə bağlıdır. Eyni zamanda, qeyd olunan xərc iddiaçının qanunsuz inzibati məsuliyyətə cəlb edilməsi nəticəsində pozulmuş hüquqlarının müdafiəsinə yönəlmiş, habelə Şirvan Apelyasiya Məhkəməsində nəticə etibarilə iddiaçının hüquqlarının bərpası ilə yekunlaşmış inzibati işlə səbəbli əlaqədə olmuşdur. Məhkəmə həmin məbləğin faktiki ödənildiyini qəbul etdikdən sonra onu “iddiaçının şəxsi təşəbbüsü ilə ödənilmiş vəsait” kimi qiymətləndirə bilməzdi. Çünki qanunsuz inzibati icraat başlanmasaydı, iddiaçı həmin hüquqi yardıma müraciət etməyə və nəticədən asılı əlavə qonorar ödəməyə məcbur qalmazdı. Bu xərc iddiaçının hüququnun bərpası üçün çəkdiyi real xərcdir və Mülki Məcələnin 21-ci maddəsinin mənasında zərərdir. Bundan əlavə, birinci instansiya məhkəməsi özü qəbul etmişdir ki, iddiaçı və onun nümayəndəsinin Şirvan Apellyasiya Məhkəməsində keçirilmiş iclasda iştirak etməsi iş materiaları ilə təsdiq olunur. Məhkəmə həmçinin Kürdəmir rayonu ilə Şirvan şəhəri arasında məsafəni, nəqliyyat vasitələrindən istifadənin zəruriliyini və bu qəbildən olan xərclərin həyat təcrübəsinə əsasən qaçılmaz olduğunu qəbul etmişdir. Lakin məhkəmə bu nəticəyə gəldikdən sonra 300 manat tələb edilən yol xərcini yalnız 50 manat məbləğində təmin etmişdir. Bu yanaşma ziddiyyətlidir. Əgər məhkəmə apelyasiya iclasında faktiki iştirakı qəbul edirsə; yol xərcinin qaçılmaz olduğunu qəbul edirsə; məsafəni və nəqliyyat zərurətini nəzərə alırsa; bu xərcin qanunsuz inzibati icraatla bağlı yarandığını istisna etmirsə, onda həmin xərci simvolik məbləğdə - 50 manat səviyyəsində müəyyən etməsi əsaslandırılmış hesab edilə bilməz. Məhkəmə 300 manatın niyə ağlabatan olmadığını, 50 manatın isə hansı hesablama və hansı obyektiv meyar əsasında müəyyən edildiyini qətnamədə göstərməmişdir. Bu isə MPM-in 88 və 217-ci maddələrinin tələblərinə uyğun deyil. Yol xərcləri məhkəmə tərəfindən ümumiyyətlə inkar edilməmiş, əksinə, zəruri və real xərc kimi qəbul edilmişdir. Belə olan halda, iddiaçının tələb etdiyi 300 manat yol xərcinin ən azı tam və ya daha yüksək ağlabatan hissədə təmin edilməsi zəruri idi. Məhkəmə qanunsuz inzibati tənbeh nəticəsində vurulmuş zərərə görə dövlətin xüsusi məsuliyyətini nəzərə almamışdır. Bu norma inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının şəxslərinin təqsirindən vəzifəli asılı olmayaraq Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilməsini nəzərdə tutur. Mülki Məcələnin 1101.1-ci maddəsi tətbiq edilməli olduğu halda, məhkəmə iddiaçının 2.000 manatlıq xərcinə ümumi və formal yanaşmışdır. Halbuki bu işdə adi mülki delikt deyil, qanunsuz inzibati tənbeh nəticəsində dövlətin xüsusi məsuliyyəti mövcuddur. Mülki Məcələnin 1101.1-ci maddəsinə görə, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərər tam həcmdə ödənilməlidir və bu məsuliyyət vəzifəli şəxslərin təqsirindən asılı deyil. Birinci instansiya məhkəməsinin yanaşması belə nəticə yaradır ki, iddiaçı qanunsuz inzibati təqibdən müdafiə olunmaq üçün çəkdiyi faktiki və sənədlərlə təsdiq olunmuş xərcin mühüm hissəsini özü daşımalıdır. Bu isə tam kompensasiya prinsipinə və Mülki Məcələnin 1101.1-ci maddəsinin məqsədinə ziddir. Məhkəmə delikt məsuliyyəti üzrə zərərin tam ödənilməsi prinsipini natamam tətbiq etmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Hazırkı işdə iddiaçının zərəri qanunsuz inzibati icraat nəticəsində yaranmışdır. Iddiaçı barəsində inzibati icraat başlanmış, Kürdəmir Rayon Məhkəməsi tərəfindən inzibati cərimə tətbiq edilmiş, sonradan Şirvan Apelyasiya Məhkəməsi həmin qərarı ləğv etmiş və icraata inzibati xəta hadisəsi olmadığından xitam vermişdir. Bu hallar göstərir ki, iddiaçının hüquqlarının müdafiəsi üçün çəkdiyi xərclər hüquq pozuntusu ilə birbaşa səbəbli əlaqədədir. Qanunsuz inzibati təqibdən müdafiə olunmaq üçün çəkilmiş faktiki, sənədlərlə təsdiq edilmiş və hüququn bərpasına yönəlmiş xərclərin mühüm hissəsinin iddiaçının üzərində saxlanılması delikt məsuliyyətinin və tam kompensasiya prinsipinin mahiyyətinə uyğun deyil. Məhkəmə maddi zərərin müəyyən hissəsini qəbul etdiyi halda, eyni hüquq pozuntusundan doğan digər real xərcləri formal əsaslarla rədd etməklə Mülki Məcələnin 1096 və 1097.1-ci maddələrini natamam tətbiq etmişdir. Məhkəmə müqavilə azadlığı prinsipini düzgün tətbiq etməmişdir. 2.000 manat qonorar üzrə müqavilə tərəflərin sərbəst iradəsi ilə bağlanmış, həmin müqavilə üzrə ödəniş faktiki həyata keçirilmişdir. Konstitusiya Məhkəməsi hüquqi yardım müqaviləsinə işin uğurlu nəticəsinə görə mükafatın daxil edilməsini yol verilən hesab etmişdir. Məhkəmə 2.000 manat qonorarın rədd edilməsini əsaslandırarkən göstərmişdir ki, ##.##.2025-ci il tarixli qonorar müqaviləsi Azərbaycan Respublikası Vəkillər X11 tərəfindən təsdiq edilmiş hüquqi yardım müqaviləsi nümunəsinin mahiyyəti ilə eynilik təşkil etmir. Bu əsaslandırma hüquqi baxımdan səhvdir. Əvvəla, məhkəmə həmin müqaviləni etibarsız hesab etməmişdir. Müqavilənin etibarsızlığı barədə qarşı tərəfin müstəqil tələbi olmamış, məhkəmə də müqavilənin etibarsızlığına dair hüquqi nəticə çıxarmamışdır. Ikincisi, Konstitusiya Məhkəməsinin Mülki Məcələnin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkilər və vəkilik fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsi ilə bağlı qərarında hüquqi yardım müqavilələrinə işin uğurlu nəticəsinə görə mükafatın daxil edilməsinin yol verilən olduğu birbaşa göstərilmişdir. Eyni qərara görə, belə müqavilə yalnız ağır şərtli əqd və ya hüquqdan sui-istifadə haları müəyyən edildikdə mübahisələndirilə bilər. Hazırkı işdə isə iddiaçı ilə vəkil arasında bağlanmış qonorar müqaviləsinin ağır şərtli əqd olması müəyyən edilməmiş, vəkilin iddiaçının ağır vəziyyətindən sui-istifadə etməsi sübuta yetirilməmişdir. Həmçinin 2.000 manat məbləğin işin mürəkkəbliyinə, apellyasiya mərhələsində görülmüş hüquqi işə və əldə edilmiş nəticəyə açıqaşkar qeyri-mütənasib olması əsaslandırılmamışdır. Bundan başqa, qətnamədə müqavilənin etibarsızlığına dair hər hansı nəticə mövcud deyil və məhkəmə yalnız formal olaraq “nümunə müqavilə ilə eynilik təşkil etməməsi” arqumentinə istinad etmişdir. Halbuki Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi tam əksinədir: işin uğurlu nəticəsinə görə mükafat şərti prinsip etibarilə yolveriləndir və məhdudlaşdırıla bilər. Bu səbəbdən 2.000 manat qonorarın maddi ziyan kimi tutulmasından imtina edilməsi maddi hüququn düzgün tətbiq edilməməsi hesab edilməlidir. Vəkilin qonorarının məbləği və ödənilməsi şərtləri vəkilin yardımından istifadə edən şəxs və vəkil qurumu arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsi bu normanı formal şərh etmiş, faktiki ödənilmiş və sənədlərlə təsdiq edilmiş 2.000 manat məbləği real zərər kimi tanımamışdır. Qonorar müqaviləsinin Vəkilər Kolegiyasının nümunə müqaviləsi ilə tam eynilik təşkil etməməsi onun hüquqi qüvvədən məhrum edilməsi və ya faktiki ödənilmiş məbləğin real zərər kimi tanınmaması üçün əsas ola bilməz. Məhkəmə müqaviləni etibarsız hesab etməmiş, müqavilənin etibarsızlığı barədə hər hansı hüquqi nəticə çıxarmamış və həmin müqavilə üzrə ödənişin faktiki həyata keçirilməsini inkar etməmişdir. Bu halda məhkəmə “Vəkilər və vəkilik fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsini formal şəkildə tətbiq etməklə, tərəflər arasında bağlanmış və icra olunmuş qonorar müqaviləsinin hüquqi nəticələrini nəzərə almamışdır. Faktiki ödənilmiş, X12 ilə bağlı olan və qanunsuz inzibati icraatdan müdafiəyə yönəlmiş 2.000 manat məbləğində xərc real zərər kimi tanınmalı idi. Məhkəmə mənəvi zərərin hüquqi əsasını düzgün qiymətləndirməmişdir. Şərəf, ləyaqət, işgüzar nüfuz və şəxsi qeyri əmlak hüquqlarına müdaxilə mənəvi zərərin kompensasiyası üçün əsasdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənəvi zərər maddi zərərdən müstəqil kompensasiya edilə bilər və onun məbləği ədalətlilik və mütənasiblik meyarları ilə müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi mənəvi ziyan tələbini rədd edərkən əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının işgüzar nüfuzuna real zərər vurulmasını təsdiq edən obyektiv sübutlar mövcud deyil, psixoloji sarsıntılar isə tibbi və ya digər obyektiv sübutlarla təsdiq olunmamışdır. Bu yanaşma mənəvi zərərin hüquqi mahiyyətinə uyğun deyil. Konstitusiya Məhkəməsi Mülki Məcələnin 23-cü maddəsinin şərhinə dair qərarında mənəvi zərərin maddi zərərdən müstəqil olduğunu, həm əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı halarda kompensasiya edilə biləcəyini, mənəvi təzminatın isə zərərçəkmişin mənəvi tarazlığının bərpası üçün bərabərləşdirmə vasitəsi olduğunu göstərmişdir. Hazırkı işdə iddiaçının mənəvi zərərə məruz qalması üçün kifayət qədər obyektiv hüquqi və faktiki əsaslar mövcuddur. Belə ki, iddiaçı müəllim və məktəb direktoru kimi ictimai etimad tələb edən peşə sahibi olmuş, barəsində “təhsilalana qarşı psixoloji zorakılıq” kimi ağır reputasiya nəticələri doğuran inzibati ittiham üzrə icraat başlanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən onun barəsində inzibati cərimə tətbiq edilmiş, sonradan isə apellyasiya instansiyası həmin qərarı ləğv etmiş və icraata inzibati xəta hadisəsi olmadığından xitam vermişdir. Bu proses iddiaçının peşəkar nüfuzuna, şəxsi ləyaqətinə, habelə ailə və ictimai münasibətlərinə mənfi təsir göstərmişdir. Inzibati xəta hadisəsinin ümumiyyətlə olmaması sonradan müəyyən edildiyi halda, şəxsin barəsində belə xarakterli ittihamla inzibati icraatın aparılması, onun məhkəmə qərarı ilə inzibati məsuliyyətə cəlb edilməsi, daha sonra isə bu qərarın ləğv edilməsi mənəvi sarsıntı və iztirab üçün obyektiv əsasdır. Məhkəmə mənəvi zərərin mövcudluğunu yalnız tibbi sənədin olub olmaması ilə bağlamaqla səhvə yol vermişdir. Mənəvi zərər hər zaman tibbi diaqnozla müşayiət olunmalı deyil. Mənəvi zərərin mahiyyəti şəxsin şüurunda yaranan mənfi psixoloji reaksiya, iztirab, narahatlıq, ləyaqət hissinin zədələnməsi, ictimai nüfuzuna xələl gəlməsi və uzunmüddətli hüquqi qeyri-müəyyənliklə bağlıdır. Mənəvi ziyanın sübutu maddi ziyanın sübutundan fərqlidir. Maddi zərər qəbz, müqavilə, ödəmə sənədi, faktura və sair sənədlərlə sübut edilə bilər. Mənəvi zərər isə şəxsin daxili aləmində, psixoloji vəziyyətində, ləyaqət hissində, ictimai münasibətlərində və reputasiyasında yaranan mənfi nəticələrlə bağlı olduğundan onun sübutu yalnız tibbi sənədlərlə məhdudlaşdırıla bilməz. Konstitusiya Məhkəməsinin Mülki Məcələnin 23-cü maddəsinin şərhinə dair qərarında məhkəmələrə mənəvi zərər üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmaq və hüquqazidd əməlin növünü, dərəcəsini, davam etdiyi müddəti, hansı şəraitdə və mühitdə baş verməsini nəzərə almaq göstərişi verilmişdir. Birinci instansiya məhkəməsi isə formal şəkildə “tibbi sənəd yoxdur”, “vəzifədən azad olunma yoxdur”, “rəsmi mənfi xarakteristika yoxdur” kimi arqumentlərlə kifayətlənmişdir. Halbuki mənəvi ziyanın mövcudluğu üçün iddiaçının mütləq işdən azad edilməsi, tibbi müalicə alması və ya rəsmi mənfi xarakteristika verilməsi tələb olunmur. Mənəvi ziyanın yaranması üçün iddiaçının qanunsuz inzibati icraata məruz qalması, barəsində təhsil sahəsində peşə nüfuzuna toxunan ittihamın irəli sürülməsi, inzibati cərimə qərarının qəbul edilməsi və bu qərarın sonradan ləğv edilərək icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi kifayət qədər mühüm və obyektiv hallardır. Məhkəmə bu halları qiymətləndirməli və tələbi tam rədd etmək əvəzinə, işin konkret halları, iddiaçının peşəsi, ittihamın xarakteri, hüquq pozuntusunun nəticələri, müddəti və ictimaipeşəkar təsiri nəzərə alınmaqla ədalətli məbləğdə mənəvi təzminat müəyyən etməli idi. Məhkəmə mənəvi zərər haqqında Plenum izahlarını düzgün tətbiq etməmişdir. Plenumun mövqeyinə görə, mənəvi zərər şəxsi qeyri-əmlak hüquqlarının, şərəf, ləyaqət və işgüzar nüfuzun pozulması, hüquqların müvəqqəti məhdudlaşdırılması və sair halarda yarana bilər; mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi tələbin rədd edilməsi üçün əsas deyildir. Ali Məhkəmə Plenumunun ##.##.2008-ci il tarixli qərarında mənəvi zərər insanın şəxsi qeyriəmlak hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi kimi izah edilmişdir. Həmin qərara əsasən, mənəvi zərər şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi, hüquqların müvəqqəti məhdudlaşdırılması və sair halarda özünü göstərə bilər. Birinci instansiya məhkəməsinin mənəvi ziyan üzrə gəldiyi nəticə öz qətnaməsində müəyyən etdiyi faktlarla ziddiyyət təşkil edir. Belə ki, məhkəmə bir tərəfdən iddiaçı barəsində inzibati icraatın başlanmasını, Kürdəmir Rayon Məhkəməsi tərəfindən onun barəsində inzibati cərimənin tətbiq edilməsini, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən həmin qərarın ləğv edilməsini, icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsini, habelə həmin icraat çərçivəsində iddiaçının çəkdiyi xərclərlə hüquq pozuntusu arasında səbəbli əlaqənin mövcudluğunu qəbul etmişdir.Digər tərəfdən isə məhkəmə həmin qanunsuz inzibati təqibin iddiaçıya heç bir mənəvi zərər vurmadığı nəticəsinə gəlir. Bu nəticə işin obyektiv hallarına uyğun deyil. Qanunsuz inzibati tənbeh nəticəsində maddi ziyanın yaranması qəbul edilirsə, eyni hüquq pozuntusunun iddiaçının şəxsi, peşəkar və ictimai vəziyyətinə mənəvi təsir göstərmədiyini demək məntiqli və hüquqi baxımdan əsaslandırılmış nəticə sayıla bilməz. Bu səbəbdən məhkəmə Ali Məhkəmə Plenumunun ##.##.2008-ci il tarixli, №* saylı qərarında verilmiş izahları formal və məhdud şəkildə tətbiq etmiş, mənəvi zərərin sübutunu yalnız tibbi sənədlər və rəsmi mənfi nəticələrlə əlaqələndirməklə Plenumun hüquqi mövqeyindən kənara çıxmışdır.

29. Qətnamədən həmçinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Cavabdehin apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsi, həmçinin məhkəmə tərəfindən həmin iddia tələbinin təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Iddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Işə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məfhumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

32. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, ilk növbədə qeyd etmək istəyir ki, belə bir inzibati xəta hadisəsi ümumiyyətlə baş verməyib. Ilkin olaraq Kürdəmir rayon prokurorluğunda və daha sonra isə Kürdəmir Rayon Məhkəməsində işə qərəzli baxılaraq, heç bir araşdırma aparılmadan, onun və vəkilinin iştirakı olmadan qərar qəbul edilib. Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin qərarı ləğv edilmiş, inzibati xəta hadisəsinin baş vermədiyi öz təsdiqini tapmışdır. Hüquqi yardım üçün vəkillə müqavilə bağlamışdı və 2000 manat qonorar ödəmişdir. Bundan əlavə o, Kürdəmir rayonunda işləyir, lakin Bakı şəhərində yaşayır. Məhkəmə yay aylarında olub, 3 dəfə gedib-gəlməli olmuşdur. Müstəntiq də çağıranda hər dəfə Kürdəmirə getmişdir. Mənəvi zərər hissəsində də iddianın təmin edilməsini xahiş edir. Çünkü o, işdən çıxarılmışdır, işgüzar nüfuzuna ziyan vurulub.

33. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat təqdim edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

34. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 68. III bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

36. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin və rədd edilən hissələrində qanuniliyinin və əsaslılığının şikayətin dəlilləri üzrə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

43. Belə ki, mübahisələndirilən hissədə işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Kürdəmir rayon prokurorunun ##.##.2025-ci il tarixli qərarı ilə Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru İddiaçı barəsində IXM-in 181.0.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə İddiaçı həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İddiaçı apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və inzibati xəta hadisəsi olmadığı üçün iş üzrə icraata xitam verilmişdir.

44. Iddiaçı qanunsuz inzibati xəta haqqında iş üzrə icraata məruz qaldığına görə məhkəməyə müraciət edərək maddi zərər qismində;

1. Kürdəmir Rayon Məhkəməsində baxılmış inzibati iş üzrə hüquqi yardım haqqı 330 (üç yüz otuz) manat və Şirvan Apellyasiya Məhkəməsində baxılmış inzibati iş üzrə hüquqi yardım haqqı – 330 (üç yüz otuz) manat;

2. Inzibati iş üzrə etibarnamənin verilməsi ilə bağlı xərc– 20 (iyirmi) manat və mülki iş üzrə etibarnamənin verilməsi ilə bağlı xərc – 20 (iyirmi) manat;

3. Inzibati iş üzrə hüquqi xidmətə görə ödənilmiş qonorar haqqı– 2 000 (iki min) manat;

4. Apellyasiya instansiyasında iştirakla bağlı yol xərcləri – 300 (üç yüz) manat,

5. Mənəvi zərər qismində isə 50.000 (əlli min) manat tələb etmişdir.

45. Kollegiya öncə iddianın təmin edilməyən hissəsi üzrə birinci instansiya məhkəməsinin mövqeyinə hüquqi qiymət verərək qeyd edir ki, işin hallarından görünür ki, İddiaçı ilə vəkil Nümayəndə arasında ##.##.2025-ci il tarixli müqavilə ilə hüquqi yardımın uğurlu nəticəsi müqabilində 2 000 manat qonorar razılaşdırılmış və iş udulduqdan sonra ##.##.2025-ci il tarixli ödəmə aktı ilə həmin məbləğ vəkilə ödənilmişdir.

46. Qonorar haqqının ödənilməsi tələbinin əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, iş materiallarının tədqiqi zamanı iddiaçı tərəfindən cavabdehdən maddi ziyan qismində tutulması tələb edilən 2 000 (iki min) manat məbləğində vəkil qonorarı tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsaslanır. Həmin müqavilənin şərtlərinə görə, iddiaçı İddiaçı müdafiə üzrə göstərilən hüquqi yardımın uğurlu nəticəsi əldə edildiyi halda vəkilə müvafiq məbləğin ödənilməsini öz öhdəliyinə götürmüşdür.

47. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin məhkəmə xərclərinin bölünməsini tənzimləyən normalarının və Azərbaycan Respublikası Vəkillər X17 ##.##.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş standart "X12 Haqqında Müqavilə"nin mahiyyətindən görünür ki, nümayəndənin (vəkilin) xidmətinin ödənilməsi xərcləri göstərilən real peşəkar hüquqi yardımın həcminə, işin mürəkkəbliyinə və çəkilmiş zəhmətə mütənasib olaraq müəyyən edilir. Hazırkı halda isə iddiaçı ilə vəkil arasında tətbiq olunmuş "uğurlu nəticə qonorarı" (şərtli qonorar) mexanizmi tərəflərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsi ilə təsbit olunmuş müqavilə azadlığı prinsipi çərçivəsində öz aralarında sərbəst müəyyən etdikləri xüsusi tapşırıq və mükafatlandırma şərtidir.

48. Məhkəmə kollegiyası vurğulayır ki, tərəflərin müqavilə azadlığı əsasında daxili iradələrinə uyğun olaraq şəxsi riskləri hesabına müəyyənləşdirdikləri bu cür "mükafat qonorarı" prosessual mənada cavabdehin üzərinə qoyula bilən zəruri məhkəmə xərci və ya Mülki Məcəllənin 21-ci maddəsi anlamında hüququ pozulmuş şəxsin çəkdiyi maddi ziyan kimi qiymətləndirilə bilməz. Belə ki, icraatda uğurlu nəticənin əldə olunması müqabilində vəkilə bonus (mükafat) ödənilməsi iddiaçının fərdi öhdəliyi olub, zəruri xərc tərkibini yaratmır.

49. Bu baxımdan tərəflər arasındakı müqavilənin Vəkillər Kollegiyasının təsdiqlədiyi standart müqavilənin hüquqi rejimindən fərqlənməsini və sırf xüsusi tapşırıq xarakteri daşımasını nəzərə alaraq, birinci instansiya məhkəməsi iddianı 2 000 manat vəkil qonorarının cavabdehdən tutulması hissəsində tamamilə doğru olaraq əsassız hesab etmiş və kollegiya həmin nəticəni qanuni və əsaslı hesab edir.

50. Belə ki, iddiaçı öz sərbəst iradəsi ilə xüsusi şərtli ödənişli vəkil xidmətini seçmişdir.

51. Kollegiya yol xərcləri qismində 300 manatın tutulması tələbi ilə bağlı qeyd edir ki, iş materiallarında bu xərcləri birbaşa təsdiq edən hər hansı yazılı sübutlar olmassa da, işdən müəyyən edilir ki, iddiaçı inzibati xəta haqqında iş üzrə icraatla bağlı Şirvan Apellyasiya Məhkəməsində keçirilmiş iclaslarda iştirak etmişdir.

52. Iddiaçı məhkəmə kollegiyasının iclasında da təsdiq etmişdir ki, o, Kürdəmir rayonunda işləyir, lakin Bakı şəhərində yaşayır. Məhkəmə yay aylarında olub, 3 dəfə gedib-gəlməli olmuşdur. Müstəntiq də çağıranda hər dəfə Kürdəmirə getmişdir.

53. Bu baxımdan kollegiya yol xərclərinin 50 manat deyil, 150 manat məbləğində təmin edilməsini işin faktiki halları baxımından əsaslı və məqsədəmüvafiq hesab edir.

54. Mənəvi zərərlə bağlı hissədə kollegiya qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

55. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər– fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi zərərə görə kompensasiya- hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

57. Həmin qərarda qeyd olunur ki, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.

58. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.

59. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır.

60. Işdən görünür ki, iddiaçı İddiaçı Kürdəmir rayonu Tahir Islamov adına Dəyirmanlı kənd tam orta məktəbinin direktoru vazifəsində çalışmış və direktor olduğu dövrdə təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsi əməlini törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İddiaçı apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və inzibati xəta hadisəsi olmadığı üçün iş üzrə icraata xitam verilmişdir.

61. Kollegiya iddiaçının mənəvi zərər tələbini qismən əsaslı hesab edərək qeyd edir ki, inzibati xəta haqqında icraatın başlanılması və cərimə tətbiq olunması iddiaçıda mənəvi sarsıntıya, psixoloji gərginliyə və iztirablara səbəb olması gözlənilən və ağlabatandır.

62. Kollegiya qeyd edir ki, məhkəmə baxışı zamanı və hüquqlarının müdafiəsi dövründə iddiaçının belə bir prosessual gedişat nəticəsində təzyiq və narahatlıq hiss edərək mənəvi sarsıntı və iztirablar keçirməsinin anlaşılan və ağlabatan olması nəzərə alınmalıdır.

63. Iddiaçının cəlb edildiyi bu prosessual proses çərçivəsində keçirdiyi psixoloji gərginlik və keçirdiyi hiss-həyəcanlar onun mənəvi tarazlığına təsir göstərdiyindən, iddiaçı tərəfindən mənəvi zərərin kompensasiya edilməsi tələbinin irəli sürülməsi hüquqi cəhətdən əsaslı hesab edilməlidir.

64. Lakin məhkəmə kollegiyası iddiaçının törədilməsində qanunsuz olaraq təqsirləndirildiyi əməlin hüquqi xarakterini (cinayət deyil, inzibati xəta olması), cərimə tənbehinin icra olunmadan ləğv edildiyini və iş üzrə icraatın nisbətən qısa müddətdə (təxminən iki ay ərzində) başa çatmasını diqqətə alaraq, tələb olunan 50000 manat məbləğində mənəvi təzminatı həddən artıq yüksək və qeyri-mütənasib hesab edir.

65. Ali Məhkəmə Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" ##.##.2025-ci il tarixli Qərarının tələblərinə əsasən, mənəvi zərərin kompensasiya həcmi müəyyən edilərkən təzminat zərərçəkən üçün zənginləşmə vasitəsinə çevrilməməli, cavabdeh üçün isə adekvat olmayan, ağır maliyyə yükü yaratmamalıdır. Təzminatın həcmi pozuntunun ağırlıq dərəcəsinə, keçirilən mənəvi sarsıntının müddətinə, ölkə üzrə orta aylıq əməkhaqqı və gəlir göstəricilərinə, eləcə də adi həyat tərzinə nisbətdə bərabərləşdirici (pozulmuş mənəvi tarazlığı bərpa edici) funksiya daşımalıdır.

66. Qeyd olunan meyarlar çərçivəsində, iddiaçının pozulmuş mənəvi tarazlığının bərpa edilməsi, yaşadığı psixoloji gərginliyin kompensasiya olunması və cavabdehin üzərinə qoyulan öhdəliyin ədalətlilik prinsipinə uyğunluğu baxımından mənəvi zərərin əvəzinin 1 000 (bir min) manat məbləğində müəyyən edilməsi ağlabatan, mütənasib və məqsədəmüvafiq hesab edilməlidir.

67. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərərlə bağlı hissədə iddiaçının işgüzar nüfuzuna real zərər vurulmasını təsdiq edən hər hansı obyektiv sübutun mövcud olmaması əsası ilə rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

68. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, deliktin onun tərəfindən törədilməməsinə görə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınması əsassızdır, mənəvi zərərin əvəzi olaraq tutulan kompensasiya məbləği şişirdilmişdir.

69. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyan dövlət tərəfindən ödənilir.

70. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

71. Mülki Məcəllənin 1101.1.-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

72. Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir.

73. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən – mənəvi zərərlə bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçı Vəliyev Ramin Ata oğluna ödənilməli, habelə qətnamə yol xərcinin əvəzi hissəsində dəyişdirməli, yol xərcinin əvəzi 150 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirlən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

74. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə münasibətdə iddianın qiyməti beş min manatı keçmədiyindən MPm-in 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. 75.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı Vəliyev Ramin Ata oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən – mənəvi zərərlə bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Iddia tələbi qeyd edilən hissədə qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçı Vəliyev Ramin Ata oğluna ödənilsin. Qətnamə yol xərcinin əvəzi hissəsində dəyişdirilsin. Yol xərcinin əvəzi kimi iddiaçının xeyrinə tutulmalı məbləğ 150 (yüz əlli) manat müəyyən edilsin, yəni maddi zərərə görə cəmi 844,50 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçı Vəliyev Ramin Ata oğluna ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı tərəf rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar