Məhkəmə qərarları › İş №e-2(3-6)-2663/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2663/2026

27.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2(3-6)-2663/2026 27.07.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İsgəndərov Famil Həsənağa oğluna (mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «əvəzi ödənilməklə özgəninkiləşdirilən avtomobilin hüquqdan sui istifadə edilməklə vindikasiya iddiasına əsasən geri qaytarılmasının yolverilməzliyi») HakimlərKazımovElşənCələddinoğlununsədrliyivəməruzəsiilə, ŞirinovİkramSabiroğluvəCəfərovNamiqŞamiloğlundanibarəttərkibdə, MəhkəməiclaskatibiHəsənzadəİlahəNovruzqızınınkatibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, cavabdeh İsgəndərov Famil Həsənağa oğlununnümayəndəsivəvəkilivəkil1iştirakıilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh İsgəndərov Famil Həsənağa oğlunun apellyasiya şikayətinə Bakı ApellyasiyaMəhkəməsininbinasında,açıqməhkəməiclasındabaxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: “Ford Edge” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2017-ci il tarixdə iddiaçı İddiaçı adına qeydiyyata alınmış, ##.##.2021-##.##.2022-ci il tarixləri üçün X10 adına etibarnamə (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) verilmiş, ##.##.2021-ci il tarixdə mülkiyyətçinin adından satış üçün qeydiyyatdan çıxarılıb. ##.##.2021-ci il tarixdən sonra «Ford Edge» markalı **-BR-*** dövlət qeydiyyatnişanlınəqliyyatvasitəsinədairhərhansıqeydiyyathərəkətləriaparılmayıb.

2. ##.##.2021-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən, mülkiyyətçi İddiaçı məxsus “Ford Edge” markalı minik avtomobilinə dair sərəncam verməkhüququX10(etibaredən)tərəfindənMaraqlışəxs(etibaredilən)etibaredilib.

3. Satıcı İddiaçı (etibarnamə əsasında X10) ilə alıcı İsgəndərov Famil Həsənağa oğlu arasında bağlanmış ## ###### 2021-ci il tarixli ****** nömrəli nəqliyyat vasitələrinin alqı-satqı müqaviləsinə əsasən Satıcı özünəməxsus 2013-cü il buraxışlı, mühərrik nömrəsi B******, ban nömrəsi 2BMDK4KC5DBC71131 olan “Ford Edge” markalı nəqliyyat vasitəsini Alıcının mülkiyyətinəverib.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Maraqlı şəxs ünvanladığı ##.##.2022-ci il tarixli, *****M-**** nömrəli müraciətə cavab məktubuna əsasən “Ford Edge” markalı nəqliyyat vasitəsinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq Baş DövlətYolPolisiİdarəsininmərkəziinformasiyasistemindəmüvafiqqeydləraparılıb.

5. Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin ##.##.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən Maraqlı şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınıb.

6. Satıcı İddiaçı ilə alıcı Maraqlı şəxs arasında bağlanmış ## #### 2025-ci il tarixli ****** nömrəli nəqliyyat vasitələrinin alqı-satqı müqaviləsinə əsasən satıcı özünə məxsus 2013-cü il buraxışlı, mühərrik nömrəsi B******, ban nömrəsi 2BMDK4KC5DBC71131 olan “Ford Edge” markalınəqliyyatvasitəsinirazılaşmayoluiləalıcınınmülkiyyətinəverib.

7. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-***** nömrəli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, ev 152-də yaşayan X1 məxsus olan, ##.##.2021-ci il tarixində satış üçün qeydiyyatdan çıxarılmış və etibarnamə əsasında Bakı şəhəri, Səbail rayonu, Zeynalabdi Tağıyev küçəsi, ev 6, mənzil 47-48-də yaşayan X2 etibar olunan “Ford Edge” markalı, MT***TR** tranzit qeydiyyat nişanlı avtomobilin AC 973052 seriyalı qeydiyyat şəhadətnaməsinin naməlum şəraitdə itirilməsi barədə DYP-nin şəxsi heyəti təlimatlandırılmışdır. Arayış, göstərilən avtomobilin sahibinə yeni dublikat qeydiyyat şəhadətnaməsinin verilməsi məqsədilə AR DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinə təqdimedilməküçünverilmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdeh İsgəndərov Famil Həsənağa oğluna qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddiası və İsgəndərov Famil Həsənağa oğlunun cavabdeh Maraqlışəxsqarşıpul tələbinədairqarşılıqlıiddiasınıntəminedilməməsiqətedilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılıb, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023cüiltarixliqərarıilədəyişdirilmədənsaxlanılıb.

10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı İsgəndərov Famil Həsənağa oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinə qarşı avtomobilin qeydiyyata alınması tələbinə dair iddiasıtəminedilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı İddiaçı cavabdeh İsgəndərov Famil Həsənağa oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil və ona aid sənədlərin cavabdeh İsgəndərov Famil Həsənağa oğlunun qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması, həmçinin vəkilə hüquqi yardıma görə ödənilən 500 manat və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbində avtomobil və ona dair sənədlər dedikdə avtomobilə mülkiyyət hüququnu təsdiq edən texnikipasportbaşadüşülməsinigöstərib.

12. İddiada göstərilib ki, “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil onun mülkiyyətindədir. Nəqliyyat vasitəsinə sərəncam hüququ verən ümumi etibarnamə əsasında həmin avtomobili ##.##.2021-ci ildə Lerik rayonu Boykəndil kəndində qeydiyyatda olan (ŞV Seriya nömrəsi 16137449, FIN 4LZ2HM0) X10 vermişdir. Bundan sonra onun tərəfindən etibarnamə üzrə səlahiyyətlər ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs verilmişdir. Sonradan sonuncu ilə aralarında aidiyyəti polis orqanında ##.##.2025ci ildə sözügedən nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə imzalanmış ancaq nəqliyyat vasitəsi sonuncunun mülkiyyətinə rəsmiləşdirilərək ona mülkiyyət hüququnu təsdiq edən sənəd verilməmiş, nəqliyyat vasitəsi onun mülkiyyətində qalmışdır. Maraqlı şəxs və ünvan 1 ünvanında yaşayan X3 arasında onun mülkiyyətində olan “FORD EDGE” markalı (MT273AZ/TR21 tranzit nişanlı) avtomobilin 18.000 ABŞ dolları müqabilində Pünhan Əlizadəyə satılması barədə razılaşma əldə olunmuşdur. Pünhan Əlizadə ilə aralarında olan razılığa əsasən, 18.000 ABŞ dolları Maraqlı şəxs ödənilənədək avtomobil Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr ərazisində yerləşən dayanacaqda saxlanılmalı idi. Eyni zamanda avtomobilin müvəqqəti idarə edilməsi üçün onun tərəfindən Pünhan Əlizadənin xahişi ilə onun tanışı hazırki iş üzrə cavabdeh ünvan 2 ünvanında yaşayan (ŞV Seriya nömrəsi AA4462051) İsgəndərov Famil Həsənağa oğluna ##.##.2021-ci il tarixdə 10 gün müddətinə icazə kağızı (yol vərəqəsi) verilmişdir. Sonradan Famil İsgəndərov heç bir müqavilə, hüquq müəyyənedici sənəd olmadan, qanunsuz şəkildə onun mülkiyyətindəki avtomobili lombarda girov qoyaraq 25.000 manat götürmüşdür. Lakin qeyd edilməlidir ki, 18.000 ABŞ dolları hazıradək Pünhan Əlizadə tərəfindən Maraqlı şəxs ödənilməmişdir. Məhz buna görə də onun tərəfindən avtomobil geri tələb edilsə də, Famil Həsənov bundan imtina edir. Hazırda onun mülkiyyətində olan “FORD EDGE” markalı (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil Famil İsgəndərovun həyətində qanunsuz olaraq saxlanılır. Yəni hazırda avtomobil onun mülkiyyətində olsa da, heç bir hüquqi əsas olmadan İsgəndərov Famil Həsənağa oğlu onu öz həyətində saxlayaraq geri qaytarılmasından imtina edir. Buna görə də, tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsi tərəfindən göndərilən ##.##.2022-ci il tarixli, ***-*****M-**** nömrəli cavab məktubundan da göründüyü kimi “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil üzərinə özgəninkiləşdirmə ilə bağlı məhdudiyyət qoyulmuşdur.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbi təmin edilərək “Ford Edge” minik markalı, MT***TR** tranzit nişanlı nəqliyyat vasitəsi və həmin nəqliyyat vasitəsinə aid texniki pasportun cavabdeh İsgəndərov Famil Həsənağa oğlundan alınaraq iddiaçı İddiaçı qaytarılması, cavabdeh İsgəndərov Famil Həsənağa oğlundan vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manatın tutularaq iddiaçı İddiaçıödənilməsiqətedilmişdir.

14. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mübahisəli “Ford Edge” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2017-ci il tarixdə iddiaçı İddiaçı adına dövlət qeydiyyatına alınmış, ##.##.2021-ci il tarixdə satış üçün qeydiyyatdan çıxarılmış və həmin tarixdən sonra nəqliyyat vasitəsi üzrə dövlət qeydiyyatında hər hansı dəyişiklik aparılmamışdır. İddiaçı tərəfindən X10 nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə verilmiş, daha sonra ##.##.2021-ci il tarixdə onun tərəfindən etibarnamə üzrə səlahiyyətlər Maraqlı şəxs verilmişdir. ##.##.2021-ci il tarixdə iddiaçı (nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə əsasında X10) ilə cavabdeh İsgəndərov Famil Həsənağa oğlu arasında mübahisəli nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Lakin həmin müqavilənin bağlanmasına baxmayaraq, nəqliyyat vasitəsi cavabdehin adına dövlət qeydiyyatına alınmamış, mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, nəqliyyat vasitəsi ilə bağlı müxtəlif şəxslər arasında faktiki istifadə və sərəncam münasibətləri mövcud olsa da, bu hallar mülkiyyət hüququnun qanunvericiliyin tələblərinə uyğun keçməsi üçün hüquqi əsas yaratmamışdır. Eyni zamanda, eyni nəqliyyat vasitəsi ilə bağlı əvvəllər baxılmış məhkəmə işlərində də cavabdehin mülkiyyət hüququ tanınmamış, nəqliyyat vasitəsinin onun adına qeydiyyata alınması barədə tələblər təmin edilməmişdir. Hazırda iddiaçı İddiaçı mübahisəli “FORD EDGE” markalı, MT273AZ/TR21 tranzit nişanlı nəqliyyat vasitəsinin və ona dair texniki pasportun cavabdeh İsgəndərov Famil Həsənağa oğlunun qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, habelə hüquqi yardıma görə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli nəqliyyat vasitəsinin cavabdehin faktiki sahibliyində olması işin mübahisəsiz halıdır. Lakin həmin sahibliyin hüquqi əsası mövcud deyildir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə cavabdehin nəqliyyat vasitəsinin öz adına dövlət qeydiyyatına alınması barədə tələbi təmin edilməmişdir. Həmin qərarda müəyyən edilmişdir ki, cavabdehin istinad etdiyi ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmadığından mülkiyyət hüququnun yaranması üçün hüquqi əsas hesab oluna bilməz. Eyni zamanda, cavabdehin dövlət qeydiyyatı üçün zəruri sənədləri təqdim etmədiyi və bu səbəbdən qeydiyyat orqanının imtinasının əsaslı olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd olunan məhkəmə aktı ilə cavabdehin mübahisəli nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun mövcud olmadığı təsdiqlənmişdir. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs cavabdeh İsgəndərov Famil Həsənağa oğluna qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması və maddi-mənəvi zərərin ödənilməsi” tələbi və İsgəndərov Famil Həsənağa oğlunun Maraqlı şəxs qarşı “pul” tələbinə dair iddiaları təmin edilməmişdir. Həmin qətnamə ilə nəqliyyat vasitəsinin Maraqlı şəxs mülkiyyətində olması sübuta yetirilə bilmədiyindən, subyektiv hüququnun olmadığı müəyyən olunmuş, bu səbəbdən avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi təmin edilməmişdir. Göründüyü kimi, mübahisəli nəqliyyat vasitəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya başqa şəxsə keçməmişdir. Cavabdehin nəqliyyat vasitəsi üzərində sahibliyi isə mülkiyyət hüququna əsaslanmır və qanuni əsaslarla rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, mülkiyyətçi öz əşyasını qanunsuz sahiblikdən tələb etmək hüququna malikdir və bu hüququn həyata keçirilməsi üçün əşyanın faktiki olaraq başqa şəxsin sahibliyində olması və həmin sahibliyin hüquqi əsasının olmaması kifayət edir. Yuxarıda göstərilən hallar, iş üzrə toplanmış sübutlar, tərəflərin izahatları və digər dəlillər məcmu halda qiymətləndirildikdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh nəqliyyat vasitəsini qanunvericiliyin tələb etdiyi qaydada mülkiyyətinə keçirməmiş, dövlət qeydiyyatı aparılmamış və mülkiyyət hüququ yaranmamışdır. Lakin mübahisəli nəqliyyat vasitəsi cavabdehin faktiki sahibliyində saxlanılır. Cavabdehin istinad etdiyi ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsi isə mülkiyyət hüququnun keçməsi üçün zəruri hüquqi nəticə yaratmadığından və qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyindən mülkiyyət hüququnun yaranmasına əsas ola bilməz. Buna baxmayaraq, cavabdehin nəqliyyat vasitəsini və ona aid texniki pasportu iddiaçıya təhvil verməməsi onun həmin əmlakdan hüquqi əsas olmadan istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu hal isə mülkiyyətçinin öz əmlakına sərbəst sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarının pozulmasına səbəb olur. Belə olan halda, cavabdehin mübahisəli nəqliyyat vasitəsi üzərində sahibliyi qanunsuz olmaqla hüquqi əsasdan məhrumdur və iddiaçının mülkiyyət hüququnun müdafiəsi məqsədilə həmin nəqliyyat vasitəsinin və ona dair texniki pasportun cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması barədə tələb əsaslı və qanunidir. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar pul tələblərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 manat və iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh İsgəndərov Famil Həsənağa oğlundan tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh İsgəndərov Famil Həsənağa oğlu (nümayəndəsi və vəkili vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsini xahiş edib şikayətində göstərir ki, məhkəməyə təqdim edilmiş, eyni zamanda məhkəmə tərəfindən verilmiş sorğuya cavab məktubunda Azərbaycan Respublikası DİN BDYPİ qeyd etmişdir ki, mübahisəli “FordEdge minik” markalı avtomobil ##.##.2021-ci il tarixdə iddiaçı İddiaçı adından satış üçün qeydiyyatdan çıxarılmışdır. Bununla da müəyyən edilmişdir ki, hazırda iddiaçı mübahisə predmeti olan avtomobil üzərində mülkiyyət hüququnu itirmişdir. Lakin məhkəmə bu hala düzgün hüquqi qiymət verə bilməmişdir. Göründüyü kimi, hazırki iddia tələbi vindikasiya iddiasıdır və hesab edir ki, məhkəmə iddianı təmin edərkən maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etmiş və vindikasiya ilə bağlı heç bir şərti yoxlamadan və əsaslandırmadan hüquqi nəticəyə gəlmişdir. Belə ki, vindikasiya iddiasının qaldırılması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) iddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır; 3) iddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır; 4) başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır. Hazırki iş üzrə hər bir əsasa ayrı-ayrılıqda qiymət verilməsi zəruridir. İlk şərt iddiaçının əmlakın mülkiyyətçisi olmasıdır. Hazırda iş materialları ilə tam şəkildə sübut olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan avtomobilin mülkiyyətçisi deyildir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin cavab məktublarında qeyd edilmişdir ki, mübahisə predmeti olan avtomobil iddiaçının adından satış üçün 2021-ci ilin avqust ayında qeydiyyatdan çıxarılmışdır. Bu da artıq iddiaçının həmin avtomobilin mülkiyyətçisi olmadığını təsdiq edir. Bu halı təsdiq edən yalnız Polis orqanlarının cavab məktubu deyil, eyni zamanda iddiaçının cavabdehə göndərdiyi səsli SMS-dir ki, həmin səs yazısında iddiaçı qeyd edir ki, o, avtomobil tələb etmir, avtomobili uzun müddət əvvəl satmış və qarşılığında torpaq almışdır ki, hazırda həmin torpaq da onun mülkiyyətindədir. Onun əmlak tələbi ilə bağlı heç bir iddiası yoxdur və əmlakı da istəmir, sadəcə olaraq əmlakın onun adından çıxarılmasını istəyir. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 2 sübut artıq iddiaçının avtomobilin mülkiyyətçisi olmadığını təsdiq edir. Hesab edir ki, məhkəmə üçün araşdırma burada yekunlaşmalı idi, lakin məhkəmə bu hala düzgün hüquqi qiymət verə bilmədiyi üçün sadəcə olaraq 5 il əvvəlki vəziyyəti araşdırmış və qiymətləndirmiş, bununla da səhv nəticəyə gəlmişdir. İkinci şərt iddiaçının əmlaka faktiki sahiblikdən məhrum olmasıdır. Hazırki iş üzrə əmlak iddiaçının sahibliyində olmasa da, buna əmlaka sahiblikdən məhrum olma kimi qiymət vermək olmaz. Çünki iddiaçı son 5 ildə onun olduğunu iddia etdiyi avtomobil ilə heç vaxt maraqlanmamış, bunu da atdığı səslə izah etmişdir ki, o, avtomobili çoxdan satmışdır və hazırda da avtomobil istəmir. Göründüyü kimi, sahiblikdən məhrum olmanın elementi yoxdur. Hər hansı bir məhdudiyyət qoyulmamış, iddiaçı könüllü olaraq avtomobili satmış və onun sahibliyindən çıxmışdır. Üçüncü şərt odur ki, “iddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır.” Bu fakt hazırda mübahisəli deyildir. Belə ki, avtomobil hazırda cavabdehin faktiki və qanuni sahibliyindədir. Dördüncü şərt isə başqa şəxsin əmlaka sahibliyinin qanunsuz olmasıdır. Məhkəmə bu hissədə də vindikasiya şərtlərinə düzgün qiymət verə bilməmişdir. Belə ki, qeyd edilən avtomobil cavabdehin sahibliyinə İddiaçı etibarnamə nümayəndəsi ilə İsgəndərov Famil Həsənağa oğlu arasında bağlanmış ##.##.2021-ci il tarixli, ****** saylı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında keçmişdir. Bu müqavilə iddiaçı tərəfindən heç vaxt mübahisələndirilməmiş, etibarsız sayılmamışdır. Belə olan halda avtomobilin cavabdehin sahibliyində olmasına qanunsuz sahiblik kimi qiymət verilməsi məhkəmə tərəfindən aparılmış kobud maddi hüquq pozuntusudur. Məhkəmə sübutlara lazımi qaydada hüquqi qiymət verməmiş, iş üzrə kifayət qədər araşdırma aparmasına baxmayaraq, işə düzgün hüquqi qiymət verə bilməmişdir. Ümumiyyətlə, iş materiallarına diqqət yetirəndə və məhkəmə qətnaməsinə nəzər salanda görünür ki, məhkəmə, ümumiyətlə, təqdim edilmiş sübutlara qiymət verməmişdir. Belə ki, məhkəməyə cavabdehin səs yazısı təqdim edilmiş, lakin məhkəmə həmin səs yazısına ümumiyyətlə, qiymət verməmişdir. Sanki məhkəmənin səs yazısından xəbəri yoxdur. Halbuki, həmin səs yazısında iddiaçı iddiada marağının olmadığını bildirmiş, avtomobili satdığını, hazırda avtomobil tələb etmədiyini bildirmişdir. Bu isə digər sübutlarla birlikdə qiymətləndirdikdə iddiaçının vindikasiya şərtlərinə uyğun gəlmədiyini və avtomobilin mülkiyyətçisi olmadığını bir daha təsdiq edir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən hansı halların müəyyən edildiyini, onların iş üzrə hansı əhəmiyyətinin olmasını tam olaraq sübutlarla birlikdə qiymətləndirməlidir. Lakin məhkəmə iddiaçının niyə 5 il ərzində avtomobili ilə maraqlanmadığını, avtomobilin onun adından qeydiyyatdan çıxarıldığını, səs yazısında dediklərinin nə məna daşıdığını araşdırmamış, düzgün qiymətləndirməmişdir. Məhkəmə təqdim edilmiş heç bir sübutu qiymətləndirməmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarları araşdırmamış, işin faktiki hallarını müəyyən edə bilməmiş, hadisələrin necə baş verməsini qətnaməsində canlandıra bilməmiş və avtomobilin cavabdehin sahibliyinə hansı yolla keçməsini başa düşməmiş, bununla da səhv olaraq iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

16. Məhkəmə iclasında cavabdeh İsgəndərov Famil Həsənağa oğlunun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnaməninləğvvəiddianınrəddedilməsinixahişetdi.

17. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasınıxahişetdi.

18. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində Maraqlı şəxs məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

19. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənmüdafiəolunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadanmülkiyyətindənməhrumediləbilməz.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinəyolverilmir. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlətqeydiyyatınaalınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınanvəqorunanhüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərininzəruriliyiəsaslıdeyildir. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçiningöstərdiyiüçüncüşəxsinmənafeyinaminəidarəetməlidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlıəldəedənsayılmır.Vicdanlılıqfaktıəşyaverilənəqədərmövcudolmalıdır. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula,sənədliqiymətli kağızlara və əşyalaratətbiqolunmur. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hərcürhərəkətlərdənçəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarınaziyanvurmaqməqsədiiləistifadəedilməsiyolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalarvəhərəkətlərisəetibarsızdır. Maddə560.3.Hüquqdansui-istifadəxüsusənaşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyatakeçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyatakeçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmişqaydadaməhkəməmüdafiəsindənistifadəetməkhüququnamalikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadəetməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutunməhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarlaəsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olanvəəlavətəqdimolunmuşsübutlarəsasındamahiyyətiüzrəbaxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəməninmaddivəprosessualhüquqnormalarınariayətetməsiniyoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavətəqdimolunmuşsübutlarəsasındayeniqətnaməqəbuledəbilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiyaqaydasındaləğvedilməsiüçünəsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhvtəfsiretsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayanqətnaməninvəyaqərardadınqəbuledilməsinəsəbəbolsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlımünasibətləriüzrəsəhvnəticəyəgəlmişolur.

Apellyasiya baxışının hədləri:

22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillərqətnaməninləğvedilməsivəiddianınrəddedilməsiüçünəsasdır.

23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

25. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcəkdəlillərləməhdudlaşır.

26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrətamyoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

27. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyinəticədüzgünolmamışdır.

28. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə dəaradanqalxdığındaniddiahaqlısayılmır.

29. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarınınəsasıkimiistinadetdiyihallarısübutetməyəborcludur.

30. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onunüzərinədüşəcəkdir.

31. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu, tərəflərdən hansının hüquqdan sui-istifadə etdiyini düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq edilməli olan normanı tətbiq etməmiş, tətbiq etdiyi normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqidəyərləndirməaparılmasınıdaməhkəmətərkibizərurihesabedir.

32. Əvvəla işdə olan rəsmi məlumatlardan, o cümlədən məhkəmə aktlarının məzmunundan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, “Ford Edge” markalı, **-BR-*** dövlətqeydiyyatnişanlınəqliyyatvasitəsi:  ##.##.2017-ciiltarixdəİddiaçıadınaqeydiyyataalınıb;  ##.##.2021-ci ildə İddiaçı adından etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən Maraqlı şəxs11ay21günmüddətinə,yəni##.##.2022-ciildəketibarnaməverilib;  ##.##.2021-ciiltarixdəİddiaçıadındansatışüçünqeydiyyatdançıxarılıb;  ##.##.2021-ci il tarixdən sonra «Ford Edge» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyatvasitəsinədairhərhansıqeydiyyathərəkətləriaparılmayıb;  ## ###### 2021-ci il tarixli ****** nömrəli nəqliyyat vasitələrinin alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı (etibarnamə əsasında X10) tərəfindən alıcı İsgəndərov Famil Həsənağaoğlunasatılıb;  ## #### 2025-ci il tarixli ****** nömrəli nəqliyyat vasitələrinin alqı-satqı müqaviləsinə əsasən,satıcıİddiaçıtərəfindənalıcıMaraqlışəxssatılıb.

33. Qeyd olunan nəqliyyat vasitəsi ilə bağlı bundan əvvəl iddiaçı Maraqlı şəxs cavabdeh İsgəndərov Famil Həsənağa oğluna qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddiası, İsgəndərov Famil Həsənağa oğlunun cavabdeh Maraqlı şəxs qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməyib, Maraqlı şəxs apellyasiya və kassasiya şikayəti də təmin edilməyib.

34. Sözügedən nəqliyyat vasitəsinin adına qeydiyyata alınmasına dair İsgəndərov Famil Həsənağa oğlunun cavabdeh Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinə qarşı inzibati məhkəmə icraatı qaydasında iddiası olub və inzibati məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə ## ###### 2021-ci il tarixli ****** nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olmadığından(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş nümunəvi formasına uyğunolmadığından)iddiasıtəminedilməmişdir.

35. Maraqlı şəxs cinayət təqibi qaydasında da ## #### 2022-ci ildə istintaq orqanına müraciət etməsi ilə əlaqədar uzun araşdırmalar aparılıb, dəfələrlə qəbul edilən qərarlar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilərək yeni araşdırmaya göndərilsə də yekun olaraq Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Cinayət təqibi üzrə araşdırma zamanı da hazırkı iş üzrə cavabdeh İsgəndərov Famil Həsənağa izahatında bildirmişdir ki, "##.##.2021 -ci tarixdə onun Rusiya Federasiyasında olan qohumu İmran adlı şəxs, Türkiyə Respublikasında ola Pünhan adlı tanışına 15.000 ABŞ dolları pul lazım olduğunu, onun Bakı şəhərində olan Məhəmməd adlı şərikinin “Ford Edge” markalı avtomaşınını girov qoymaq şərti ilə həmin pulu ona verməsini, Məhəmmədin isə həmin pulu Türkiyəyə göndərəcəyini bildirmişdir. Məhəmməd adlı şəxsə onunla əlaqə saxlamasını bildirmiş və həmin gün Pünhan onunla əlaqə saxlamışdır. Daha sonra ona Maraqlı şəxs zəng etmiş və "Watsapp” vasitəsi ilə ona “Ford Edge” markalı avtomobilin şəkillərini göndərmişdir. Lombard işi ilə məşğul olan qohumu X4 zəng etmiş və həmin avtomobili şəkillərini ona da göndərmiş, ondan avtomobilə görə girov miiqavilində nə qədər pul verəcəyini soruşmuşdur. Firudin həmin avtomaşına görə 25.000 manat girov müqabilində verə biləcəyini demişdir. O, Məhəmmədlə əlaqə saxlamış və sonuncu onunla razılaşmışdır. Həmin gün o, Məhəmmədlə saat 15:00 radələrində ünvan 4 ünvanında yerləşən qohumu X4 işlətdiyi lombarda getmişlər. Məhəmməd ona Pünhanla şərikli iş gördüklərin Türkiyədən meyvə vurduqlarını, həmin malın Rusiya Federasiyasına göndərəcəklərini və əldə olunan gəlirlə lombardın pulu ödəniləcəyini demişdir. Firudin həmin avtomaşına baxış keçirmiş və avtomaşının tranzit nömrəli olması səbəbindən, Məhəmmədlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunda yerləşən BDYPİ-nin Dövlət İmtahan və Qeydiyyat şöbəsinin yanında "xxxx” adlı şirkətin nümayəndəsi vasitəsi ilə avtomaşın barədə sərəncam vermə haqqında hesab arayışı alaraq avtomaşını onun adına keçirmişdir. Onlar birlikdə yenidən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 13/37 ünvanında yerləşən qohumu X4 işlətdiyi lombarda getmiş Firudinlə görüşmüşdürlər. Firudin girov müqaviləsi bağladıqdan sonra 25.000 manat pulu Məhəmmədə təhvil vermişdir. Artıq saat 17:30-da banklar işləmədiyi üçün bu səbəbdən köçürmə əməliyyyatı həyata keçirmək mümkün olmamışdır. Məhəmməd ona həmin pulun həmin gün Pünhana çatmasını vacib olduğunu, yoxsa həmin malların bata biləcəyini demişdir. Türkiyədə olan dostuna zəng edərək Türkiyədə olan Pünhana 15.000 ABŞ dolları verməsini, onların burada olan qohumlarına həmin pulu verəcəklərini bildirmişdirlər. Məhəmmədlə birlikdə Əhmədli metrosıansiyasına getmiş, X6 zəng edərək ona 15.000 ABŞ dollarını təhvil aldığını dedikdən sonraMəhəmməd25.000manatpuluAnaradlışəxsinqohumunavermişdir...” 36.Göründüyü kimi, hazırkı iddianın ortaya çıxmasının səbəbləri Maraqlı şəxs həm mülki mühakimə icraatı qaydasında iddiasının uğursuz nəticələnməsi, həm də cinayət təqibi qaydasında şikayəti üzrə aparılan araşdırmalar nəticəsində mənafeyinə uğun hansısa qərar qəbul edilməsinə nail olmaması ilə bağlı olub. Başqa sözlə, iddiaçı İddiaçı bu iddiasının öz istəyi və təşəbbüsü ilə deyil Maraqlı şəxs iradəsinə(istəyinə, arzusuna, xahişinə, marağına və.s) uyğun irəli sürməsi işin faktiki halları, eləcə də işdə olan çoxsaylı sübutlarla tam olaraq öz təsdiqini tapır. Əks halda İddiaçı artıq 5 il əvvəl əvəzli, yəni konkret pul vəsaiti müqabilində özgəninkiləşdirdiyi mübahisəli avtomobilin yenidən heç bir əvəz ödəmədən öz mülkiyyətinə qaytarmaq istəyinin və məqsədinin ağlabatan səbəbləri olmalı və bu cür iddia ciddi arqumentlərlə əsaslındırılmalı idi. Belə çıxır ki, İddiaçı qeyd olunan avtomobilin hələ də onun adında qeydiyyatda olmasını əsas gətirib və bu vəziyyətdən sui-istifadə edərək hüquqi əsasolmadanəsassızvarlanmaqistəyirki,əlbətdəki,budayolverilməzhalhesabedilir.

37. Bir daha qeyd olunur ki, İddiaçı 5 il əvvəl əvəzli olaraq, üzərində tam sərəncam vermək səlahiyyəti verilən etibarnamə əsasında satış üçün qeydiyyatdan çıxarılan avtomobili yenidən özünə qaytarılmasını tələb etməzdən əvvəl onunla(avtomobillə) bağlı bu müddətdə baş verən bütün prosesləri, o cümlədən qəbul edilən məhkəmə aktlarını, xüsusən də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilənləri dəqiq öyrənib özü üçün analiz etməli, hansı münasibətlərin nəticəsində avtomobilin Maraqlı şəxs tərəfindən Famil İsgəndərovun və onun lombard fəaliyyəti ilə məşğul olan qohumu Bağırov Firudin Əlisa oğluna təhvil verilməsinin səbəblərini ciddi araşdırmalı idi. Əgər öyrənmiş olsa idi və Maraqlı şəxs istəyinə uyğun qaldırdığı bu iddianın hətta uğurla nəticələnəcəyi halda belə gələcəkdə özünə qarşı istər cavabdeh, istərsə də digər üçüncü bir şəxs tərəfindən əsassız varlanmadan irəli gələn iddia tələbinin ortaya çıxacağından sığortalanmadığını düşünməliolardı.

38. Bundan əlavə, cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaçının şəxsən iştirak etməsi barədə dəfələrlə vəsatət versə də, məhkəmə heç bir ciddi arqument gətirmədən vəsatətləri rədd etmişdir. Əlbətdə ki, nümayəndə və vəkillə təmsil olunmaq iddiaçının hüququdur və bunu ona hansısa qadağan edən norma mülki prosessual qanunvericilikdə nəzərdə tutulmayıb. Lakin iddiaçı İddiaçı həqiqətən də özünü müliki hüquq münasibətlərinin vicdanlı subyekti hesab edirdisə və hazırkı iddianı da həqiqətən mülkiyyət hüququnun pozulmasına görə irəli sürübsə məhkəmə iclasında iştirak etməkdən çəkinməməliidi.

39. Apellyasiya baxışında tədqiq edilən İddiaçı cavabdehə göndərdiyi səsli SMS-də də avtomobili tələb etmədiyini, avtomobili uzun müddət əvvəl satdığını və qarşılığında torpaq aldığını, hazırda həmin torpaq da onun mülkiyyətində olduğunu, onun əmlak tələbi ilə bağlı heç bir iddiası olmadığını və əmlakı da istəmədiyini, sadəcə olaraq əmlakın onun adından çıxarılmasını istədiyini bildirib. Bununla əlaqədar apellyasiya baxışı zamanı məhkəmə tərkibi tərəfindən onun şəxsən məhkəmə iclasında iştirak etməsinə dair qərar qəbul edilsə də yenə dəiştiraketmədiyaxudetməkistəmədi.

40. Məhkəməyə ünvanladığı teleqramda isə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, cavabdeh Famil İsgəndərova qarşı avtomobil tələbinə dair iş üzrə verilmiş iddiadan və qərardan məlumalı olduğunu, onun tapşırığı ilə verildiyini, vəkil və nümayəndə tərəfindən təmsil olunduğunu, işləri ilə əlaqədar özünün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Famil İsgəndərov və onun vəkili mütəmadi olaraq zəng edib onu narahat etməsi səbəbindən və bunun qarşısını almaq üçün danışığı zamanı səs yazısında əks olunan fikirləri bildirdiyini və nəzərə alınmasını göstərdi. Qeyd olunan fikirlərin izahına da iddiaçı şəxsən məhkəmə iclasında iştirak edib aydınlıq gətirməli idi. Çünki qeyd olunan ifadələrdən cavabdeh tərəfin ona mütəmadi olaraq zəng edib narahat etməsinə və bunun qarşısını almaq məqsədi ilə istifadə edilməsi inandırıcı və ağlabatan ola bilməz. Yəni bu cür davranış həyatda həmişə baş verən hallara uyğun gəlmir. Başqa sözlə, iddiaçı həqiqətən mübahisəli avtomobilin cavabdehin qanunsuz sahibliyində olduğunu iddia edirsə və onu həqiqətən öz mülkiyyətinə qaytarılmasında hansısa hüquqi marağı və ya mənafeyi mövcud idisə, mütləq ki, işdə iştirak şəxslərin aktiv iştirakçısı olmalı idi, ancaq olmur yaxud nədənsə olmaq istəmir. Bütün bu hallar da iddianın xoş niyyətlə irəli sürülmədiyinə, əksinə başqalarına zərər vurmaq məqsədi ilə qaldırıldığına dəlalət edir. Ona görə də iddiaçının bu cür davranışı hüquqdan sui-istifadə xarakteri daşımaqla həm də vicdanlılığın tələb etdiyi tərz dəsayılmır.

41. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, əqdlərin etibarsızlığı şərtləri, həmçinin hüquqdan başqalarına zərər vurmaq üçünpisniyyətləsui-istifadəetməinstitutlarınınyaranmasınadazərurətvəəsasolmazdı. 42.Beləlikləməhkəmətərkibihesabedirki: cavabdehİsgəndərovFamilHəsənağaoğlununapellyasiyaşikayətitəminedilməli; mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cıiltarixliqətnaməsiləğvedilməli; iddiaçı İddiaçı cavabdeh İsgəndərov Famil Həsənağa oğluna qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) avtomobilin geri qaytarılmasıtələbinədairiddiasıtəminedilməməlidir.

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-cimaddələrinirəhbərtutaraqapellyasiyainstansiyasıməhkəməsi

q ə t e t d i:

CavabdehİsgəndərovFamilHəsənağaoğlununapellyasiyaşikayətitəminedilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cıiltarixliqətnaməsiləğvedilsin. İddiaçı İddiaçı cavabdeh İsgəndərov Famil Həsənağa oğluna qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) avtomobilin geri qaytarılması tələbinədairiddiasıtəminedilməsin. İddiaçının dövlət rüsumuna və vəkil xidmətinə görə xərci özünə aid edilsin, cavabdehin apellyasiyaşikayətiüzrəödədiyi50(əlli)manatiddiaçıdantutularaqcavabdehəödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali MəhkəməsininMülkiKollegiyasınakassasiyaşikayətiveriləbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar