Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2832/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh MMCyə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi; müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi; müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi; müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh MMCyə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi; müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi; müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi; müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün cavabdeh "xxxx” MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, ** saylı mənzilin paylı mülkiyyətçisi iddiaçı5 Xeyrulla qızına məxsus 34.37 kv.m. (ümumi sahəsi 240.6 kv.m. olan mənzilin 1/7 hissəsi) yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binada yerləşən, 34.37 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 41.21 kv.m. sahəsi olan təmirli mənzilin cavabdeh "xxxx” MMC tərəfindən iddiaçı5 Xeyrulla qızına təhvil verilməsinə, tələb olunan mənzilin təhvil verilməsi mümkün olmadığı halda zərərin əvəzinin pul kompensasiyası ilə ödənilməsi yolu ilə 123630 manat (mənzilin 1 kv.m. 3000 manat dəyərində hesablanmaqla) pul vəsaitinin cavabdeh "xxxx” MMC tərəfindən iddiaçı5 Xeyrulla qızına ödənilməsinə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, ** saylı mənzilin paylı mülkiyyətçisi iddiaçı4 məxsus 34.37 kv.m. (ümumi sahəsi 240.6 kv.m. olan mənzilin 1/7 hissəsi) yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binada yerləşən 34.37 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 41.21 kv.m. sahəsi olan təmirli mənzilin cavabdeh "xxxx” MMC tərəfindən iddiaçı4 təhvil verilməsinə, tələb olunan mənzilin təhvil verilməsi mümkün olmadığı halda zərərin əvəzinin pul kompensasiyası ilə ödənilməsi yolu ilə 123630 manat (mənzilin 1 kv.m. 3000 manat dəyərində hesablanmaqla) pul vəsaitinin cavabdeh "xxxx” MMC tərəfindən iddiaçı4 ödənilməsinə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, ** saylı mənzilin paylı mülkiyyətçisi iddiaçı3 məxsus 34.37 kv.m. (ümumi sahəsi 240.6 kv.m. olan mənzilin 1/7 hissəsi) yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binada yerləşən, 34.37 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 41.21 kv.m. sahəsi olan təmirli mənzilin cavabdeh "xxxx” MMC tərəfindən iddiaçı3 təhvil verilməsinə, tələb olunan mənzilin təhvil verilməsi mümkün olmadığı halda zərərin əvəzinin pul kompensasiyası ilə ödənilməsi yolu ilə 123630 manat (mənzilin 1kv.m. 3000 manat dəyərində hesablanmaqla) pul vəsaitinin cavabdeh "xxxx” MMC tərəfindən iddiaçı3 ödənilməsinə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, ** saylı mənzilin paylı mülkiyyətçisi iddiaçı2 məxsus 34.37 kv.m. (ümumi sahəsi 240.6 kv.m. olan mənzilin 1/7 hissəsi) yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binada yerləşən, 34.37 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 41.21 kv.m. sahəsi olan təmirli mənzilin cavabdeh "xxxx” MMC- tərəfindən iddiaçı2 təhvil verilməsinə, tələb olunan mənzilin təhvil verilməsi mümkün olmadığı halda zərərin əvəzinin pul kompensasiyası ilə ödənilməsi yolu ilə 123630 manat (mənzilin 1 kv.m. 3000 manat dəyərində hesablanmaqla) pul vəsaitinin cavabdeh "xxxx” MMC tərəfindən iddiaçı2 ödənilməsinə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, ** saylı mənzilin paylı mülkiyyətçisi iddiaçı1 məxsus 34.37 kv.m. (ümumi sahəsi 240.6 kv.m. olan mənzilin 1/7 hissəsi) yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binada yerləşən, 34.37 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 41.21 kv.m. sahəsi olan təmirli mənzilin cavabdeh "xxxx” MMC tərəfindən iddiaçı1 təhvil verilməsinə, tələb olunan mənzilin təhvil verilməsi mümkün olmadığı halda zərərin əvəzinin pul kompensasiyası ilə ödənilməsi yolu ilə 123630 manat (mənzilin 1kv.m. 3000 manat dəyərində hesablanmaqla) pul vəsaitinin cavabdeh "xxxx” MMC tərəfindən iddiaçı1 ödənilməsinə və 2023-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 550 manat kirayə haqqı hesablanmaqla "xxxx” MMC tərəfindən iddiaçılar iddiaçı5 Xeyrulla qızına, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sökülmüş yaşayış evinin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş binadan evdəki yaşayış sahəmə uyğun mənzilin təhvil verilməsi, bu mümkün olmadığı təqdirdə isə 120.000 manat kompensasiyanın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün cavabdeh "xxxx” MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, ** saylı mənzilin paylı mülkiyyətçisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 məxsus 34.37 kv.m. (ümumi sahəsi 240.6 kv.m. olan mənzilin 1/7 hissəsi) yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binada yerləşən, 34.37 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 41.21 kv.m. sahəsi olan təmirli mənzilin cavabdeh "xxxx” MMC tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 təhvil verilməsinə, tələb olunan mənzilin təhvil verilməsi mümkün olmadığı halda zərərin əvəzinin pul kompensasiyası ilə ödənilməsi yolu ilə 123630 manat (mənzilin 1kv.m. 3000 manat dəyərində hesablanmaqla) pul vəsaitinin cavabdeh "xxxx” MMC tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 ödənilməsinə və 2023-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 550 manat kirayə haqqının 7/1 hissəsi hesablanmaqla "xxxx” MMC tərəfindən iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, mümkün olmadığı halda pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidə yeni hündürmərtəbəli, çox mənzilli yaşayış binalarının tikintisi üçün cavabdeh Cavabdeh MMCyə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 104, ** saylı mənzilin paylı mülkiyyətçisi iddiaçı5 Xeyrulla qızma məxsus 34.37 kv.m ( ümumi sahəsi 240.6 kv.m) olan mənzilin 1\7) hissəsi yaşayış sahəsının əvəzi olaraq, yeni inşa olunmuş binada yerləşən, 34.37 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 41.21 kv.m sahəsi olan təmirli mənzilin cavabdeh xxxx MMC tərəfindən iddiaçı5 Xeyrulla qızına təhvil verilməsinə, tələb olunan mənzilin təhvil verilməsi mümkün olmadığı halda zərərin əvəzinin pul kompensasiya ilə ödənilməsi yolu ilə 123630 manat ( mənzilin Ikv.m 3000 manat dəyərində hesablanmaqla) pul vəsaitinin cavabdeh Cavabdeh MMC tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 Xeyrulla qızma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzil təhvil verilməsi mümkün olmadıqda, hər birinə ayrı-ayrılıqda 152588 manat kompensasiyanın cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb onlara verilməsi və 2023-cü ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxta qədər aylıq 550 manat kirayə haqqı hesablanmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırkı mübahisə sökülmüş yaşayış sahəsinin əvəzinə yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında mənzilin təhvil verilməsi, bu mümkün olmadığı halda isə həmin yaşayış sahəsinin dəyərinin kompensasiya şəklində ödənilməsi tələbindən irəli gəlməklə, bilavasitə daşınmaz əmlakla bağlı hüquq münasibətlərinə aid olub, mülkiyyətçilərin daşınmaz əmlak üzərində hüquqlarının həyata keçirilməsi ilə əlaqədardır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna ərazi aidiyyəti qaydaları tətbiq edilməlidir. Həmin normaya əsasən, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və ya digər qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması haqqında iddialar daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəməyə verilir. Hazırkı mübahisə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti *** saylı ünvanında yerləşən fərdi yaşayış tipli mənzilin cavabdeh tərəfindən sökülməsindən irəli gəldiyindən və mülkiyyətçinin və ya digər qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması haqqında iddia olduğundan mülki işə ərazi aidiyyəti qaydasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
8. Iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı normasını yanlış təfsir etdiyindən qanunvericiliyin tələblərinə zidd qərardad çıxarmışdır. Hazırkı mülki iş birinci instansiya məhkəməsinin icraatına qəbul edilmiş, tərəflərə bildirişlər göndərilmiş və 7 aydan artıq vaxt ərzində məhkəmənin icraatında qalmışdır. Məhkəmə işi icraata qəbul edərkən aidiyyət məsələsini yoxlamış və işi rəsmən öz icraatına götürmüşdür. Işin 7 ay ərzində araşdırılmasından, tərəflərin izahatlarının alınmasından və müəyyən prosessual hərəkətlərin edilməsindən sonra, birdən-birə aidiyyət məsələsinin qabardılması və işin başqa məhkəməyə göndərilməsi MPM-in 44.1-ci maddənin imperativ (məcburi) tələbinə tamamilə ziddir. 7 ay icraatda olan iş üzrə aidiyyətin dəyişdirilməsi iddiaçıların hüquqi müəyyənlik prinsipini pozur və işin baxılmasını əsassız uzadır. Məhkəmə qanunun bu tələbini nəzərə almalı və işi mahiyyəti üzrə özü həll etməli idi.
10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
13. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
16. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
17. Hazırki iş üzrə iddia ərizələrindən görünür ki, iddiaçılar hər hansı daşınmaz əşyaya mülkiyyət hüququnun tanınmasını və ya daşınmaz əşyanın cavabdehin qeyriqanuni sahibliyindən götürülməsini tələb etmirlər.
18. Iddiaçıların tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması haqqında (məsələn, mənzildən istifadəyə maneələrin aradan qaldırılması) da deyil. Belə ki, iddia ərizəsinin məzmununa əsasən iddiaçıların mülkiyyətində olan daşınmaz əşya artıq mövcud deyil.
19. Işdən görünür ki, iddiaçıların tələbi cavabdehin hüquqa zidd hərəkəti nəticəsində vurulmuş zərərin əvəzinin naturada ödənilməsi (başqa mənzil ilə təmin edilməsi), bu mümkün olmadıqda isə kompensasiyanın ödənilməsi barədədir.
20. Işdən həmçinin müəyyən olunur ki, ilk iddia ərizəsi ##.##.2025-ci il tarixdə birinci instansiya məhkəməsinin icraatına daxil olmuş, məhkəmə tərəfindən iş üzrə 8 hazırlıq iclası keçirilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, rəy əldə olunmuş, ##.##.2026-cı il tarixdə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
21. Belə olan halda, mülki işin baxılması üçün başqa məhkəməyə göndərilməsi iddiaçıların qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək (mülki işin düzgün və vaxtında həll edilməsi) hüququna da xələl gətirir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.