Məhkəmə qərarları › İş №e-2(3-6)-2915/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2915/2026

29.07.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2915/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi (maraqlı şəxs Maraqlı şəxs cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakları ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs cəlb etməklə “barışıq sazişinin təsdiq edilməsinə dair” xüsusi icraat qaydasında verilmiş ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Ərizəçi ilə Maraqlı şəxs arasında ** saylı mediasiya təşkilatında bağlanmış ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** nömrəli barışıq sazişi 6 bənddən ibarət olmaqla, hazrıda təsdiq edilməsi xahiş edilən bəndləri aşağıdakılardır: “1.Tərəflər razılaşır ki, ər-arvad istər birgə yaşadıqları dövrdə, istərsə də nikah pozulandan sonra birgə nikahdan dünyaya gəlmiş övladları ##.##.2015-ci il təvəllüdlü(s.v. FIN 7YFN7A5) X9 və ##.##.2017-ci il təvəllüdlü (ş.v. FIN 89M70XP) X8 üçün ikinci tərəf Maraqlı şəxs əmək haqqısının və bütün gəlirlərinin 70 (yetmiş) faizi miqdarında aliment məbləğini Barışıq Sazişi imzalandığı gündən yəni ##.##.2024-cü ildən başlayaraq hər ayın 1-dən 10-a qədər birinci tərəfin Ərizəçi (Ananın) kart hesabına və ya nağd şəkildə ödəyəcəyinə dair öhdəlik götürür. 1.2. Tərəflər razılığa gəlirlər ki, birgə nikah dövründə uşaqlara qulluq edən dayənin, uşaqların təlim və tərbiyyəsi ilə bağlı olan kursların, ödənişli məktəblərin ödənişinin edilməsini tələb olunan pul vəsaitinin 80 faizi ikinci tərəf Maraqlı şəxs pul vəsaiti hesabına, digər 20 faizi isə birinci tərəf Ərizəçi pul vəsaiti hesabına həyata keçiriləcək. 1.3. Tərəflər razılığa gəlirlər ki, birgə nikahdan dünyaya gələn uşaqlarının yetkinlik yaşına çatanadək tibbi sahə ilə bağlı çəkilməli xərcləri birinci tərəf Maraqlı şəxs pul vəsaiti hesabına həyata keçiriləcək.”

2. ##.##.2025-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisində X1 ilə X2 arasında “Aliment və uşaqlara bağlı digər ödənişlər barədə müqavilə (saziş)” bağlanmışdır. Sazişin şərtlərinə əsasən, 1.1. Tərəflər razılığa gəlirlər ki, ər-arvad istər birgə yaşadıqları dövrdə, istərsə də nikah pozulduqdan sonra ərin Maraqlı şəxs əmək haqqının, bütün gəlirlərinin 70 faizi miqdarında yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması, o cümlədən uşaqlara qulluq edən dayənin, uşaqların təlim və tərbiyəsi ilə bağlı olan kursların, ödənişli məktəblərin ödənişi üçün müntəzəm olaraq hər ay arvadı Ərizəçi aliment ödəyəcəkdir. 1.2. Tərəflər razılığa gəlirlər ki, uşaqların tibbi sahə ilə bağlı xərcləri ər Maraqlı şəxs pul vəsaiti hesabına ödənilməsi müəyyən edilir. 1.3. Ər-arvadın yetkinlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə onların məsuliyyəti mülki qanunvericiliklə müəyyən edilir. 2.1. Ər-arvad istənilən vaxt bu müqaviləyə əlavə və dəyişiklik etmək hüququna malikdir. Bu müqaviləni icra etməkdən birtərəfli qaydada imtina edilməsinə yol verilmir. ##.##.2025-ci il tаrixdə Bakı şəhəri * saylı notariat ofisində tərəflər arasında *M- ****** nömrəli

3. Nikаh müqаviləsi bаğlаnmışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2025-ci il tarixli “işçi barədə məlumat” arayışına əsasən, Maraqlı şəxs “xxxx” MMC-də baş hüquqşünas vəzifəsində çalışır və onun aylıq əmək haqqı 8.648 manat təşkil edir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər ##.##.2025-ci il tarixli “işçi barədə məlumat” arayışına əsasən, Maraqlı şəxs “xxxx” MMC-də baş hüquq inzibatçısı vəzifəsində çalışır və onun aylıq əmək haqqı 1.126,86 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış ##.##.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizəçi ərizəsini işin hallarına uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, maraqlı şəxs ##.##.2025-ci il tarixdə imzalanmış barışıq sazişinin alimentlə bağlı 1-ci bəndini bir müddət icra etsə də, artıq son bir neçə aydır ki, icra etmir.

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) ərizə qismən təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2025-ci il tarixli barışıq sazişinin 1, 1.2 və 1.3-cü bəndlərinin təsdiq edilməsi, ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər nikaha daxil olmuş və birgə nikahdan övladları olmuşdur. Mediasiya mərhələsində tərəflər arasında barışıq sazişi imzalanmışdır. Işin hallarından və ərizənin məzmunundan aydın olmuşdur ki, həmin sazişin 1, 1.2 və 1.3-cü bəndləri maraqlı şəxs tərəfindən icra edilmir.

10. Məhkəmə qeyd etmişdir ki, ərizənin məzmunundan görünür ki, ərizəçi sazişin alimentlə bağlı hissəsinin maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyini qeyd edir. Belə ki, sazişin qalan bəndlərinin maraqlı şəxs tərəfindən icra edilmədiyi hazırda mübahisələndirilmir. Bu səbəbdən sazişin bütövlükdə təsdiq edilməsi üçün hazırda əsas yoxdur.

11. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1, 34.3, 34.4, 34.5-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 355-23.1, 355- 23.2, 355-24, 355-25.1, 355-25.3-cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Maraqlı şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə bаxılаrkən işin fаktiki hаlаrı tаm, оbyektiv və hərtərəfli аrаşdırılmаmış, mübаhisənin mаhiyyəti düzgün qiymətləndirilməmiş, tərəflər аrаsındа həmin sаzişin və digər müqаvilələrin etibаrsızlığı ilə bаğlı аrtıq аyrıcа məhkəmə mübаhisəsinin mövcud оlmаsı nəzərə аlınmаmışdır. Belə ki, tərəfindən dаhа əvvəl – 2026-cı ilin mаrt аyındа Bаkı Şəhəri Səbаil Rаyоn Məhkəməsinə müqаvilənin etibаrsız hesаb edilməsi tələbinə dаir iddiа ərizəsi ilə mürаciət edilmiş və hаlhаzırdа hаkim Şаhin Аbdulаyevin icrааtındа оlаn e-*(*-***)-***/**** nömrəli mülki iş üzrə ##.##.2025-ci il tаrixli bаrışıq sаzişinin və digər müqаvilələrin etibаrsız hesаb edilməsi tələbinə dаir məhkəmə prоsesi dаvаm etdirilməkdədir. Həmin iddiа ərizəsində ətrаflı göstərilmişdir ki, аilənin yegаnə gəlir mənbəyi Maraqlı şəxs əmək fəаliyyəti nəticəsində əldə edilmiş mаddi vəsаitlər оlmuşdur. 2025-ci il ərzində Maraqlı şəxs ölkədən çıxışınа məhdudiyyət qоyulmuş, bu səbəbdən fаktiki birlikdə yаşаyаn ər və аrvаd аrаsındа mövcud əmlаklаrın və аilə mənаfelərinin qоrunmаsı məqsədilə ##.##.2025-ci il tаrixli MŞB/2025-00114 sаylı Bаrışıq Sаzişi, ##.##.2025-ci il tаrixli nоtаriаl qаydаdа bаğlаnmış Nikаh Müqаviləsi (3M-700017 №) və Аliment və uşаqlаrlа bаğlı digər ödənişlər bаrədə Müqаvilə (3M-700018 №) imzаlаnmışdır. Həmin sənədlər tərəflərin reаl hüquqi nəticə yаrаtmаq niyyəti оlmаdаn, yаlnız fоrmаl görünüş yаrаtmаq məqsədilə bаğlаnmış uydurmа əqdlər оlmuşdur. Belə ki, sоnrаdаn əmlаklаrın qоrunmаsı zərurəti аrаdаn qаlxdığındаn həmin sаziş və müqаvilələrin fаktiki icrаsınа ehtiyаc qаlmаmışdır. Bütün bu müddət ərzində tərəflər аrаsındа fаktiki аilə münаsibətləri, birgə yаşаyış və аilə təsərrüfаtı dаvаm etmiş, tərəflərdən heç biri həmin əqdlərin icrаsınа yönəlmiş reаl və аktiv dаvrаnış nümаyiş etdirməmişdir. Lаkin 2026-cı il ərzində Maraqlı şəxs ölkədən çıxışınа qоyulmuş məhdudiyyət аrаdаn qаlxdıqdаn sоnrа Nəzərəliyevа Аygün Rаfiq qızı uşаqlаrı оnа göstərməyəcəyi ilə hədələmiş, hаbelə bütün əmlаklаrdаn və оnlаr üzərində mülkiyyət hüququndаn imtinа edilməyəcəyi təqdirdə həmin uydurmа əqdlərin icrаsı istiqаmətində hüquqi prоsedurlаrа bаşlаyаcаğını bildirmişdir. Qarşı tərəf bir yandan hаzırkı mübаhisə üzrə həmin sаzişin təsdiq оlunmаsınа nаil оlmаğа çаlışmış, digər tərəfdən isə sаzişin və digər müqаvilələrin etibаrlılığı bаrədə аyrıcа məhkəmə mübаhisəsinin mövcud оlduğunu bildiyi hаldа, bu mühüm fаktı məhkəmədən gizlətmişdir. Nəticədə məhkəmədə işin fаktiki hаlаrınа dаir nаtаmаm təsəvvür fоrmаlаşdırılmışdır. Məhkəmə isə bu mühüm hüquqi fаktlаrı və pаrаlel icrааtdа həmin sаzişin etibаrsızlığı məsələsinin аrаşdırıldığını nəzərə аlmаdаn, yаlnız ərizəçinin birtərəfli izаhаtınа əsаslаnаrаq bаrışıq sаzişinin müəyyən hissəsini təsdiq etmişdir. Hаlbuki, hаzırkı mübаhisənin predmeti оlаn sənədin hüquqi qüvvəsi və etibаrlılığı аyrıcа məhkəmə icrааtındа mübаhisələndirildiyindən, ziddiyyətli hüquqi vəziyyət yаrаnmışdır. Beləliklə, birinci instаnsiyа məhkəməsi iş üzrə həm mаddi, həm də prоsessuаl hüquq nоrmаlаrını pоzmаqlа əsаssız və qаnunsuz qətnаmə qəbul etmişdir. Iddia ərizəsində qeyd edilir ki, Maraqlı şəxs alimentlə bağlı sazişin 1-ci bəndini bir müddət icra edib, yəni iddiaçıya müəyyən məbləğdə pul vəsaitləri onun tərəfindən verilmiş olduğunu təsdiqləyir. 1. Birinci instansiya məhkəməsi sazişin etibarlılığına birbaşa təsir edən mübahisəli halları araşdırmadan onun məcburi icrasına şərait yaradıb. 2. Iş üzrə verilən iddia araşdırılarkən müəyyən edilməmişdir ki, Səbail Rayon Məhkəməsi həmin anda bu sazişi təsdiq edə bilərdimi? Belə ki, əvvəlcədən eyni məhkəmədə qaldırılan iddiada müvafiq sazişin mübahisələndirilmiş olduğu halda məhz belə bir Qətnamənin çıxarılması tam pozuntu faktıdır. 3 . AR Ali Məhkəməsinin Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli, № **/**** nömrəli Qərardadına əsasən, Ali Məhkəmənin barışıq sazişləri barədə hüquqi mövqeyində göstərilir ki, mediasiya nəticəsində bağlanan barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi onun etibarlılığını yaratmır, sadəcə məcburi icra mexanizmi yaradır. Əgər məhkəmə təsdiqi sadəcə məcburi icra mexanizmidirsə, onda məhkəmə həmin mexanizmi işə salarkən sənədin etibarlılığına dair ciddi mübahisənin olub-olmadığını araşdırmalı idi. 4. Mübahisələndirilən eyni sənədlərin etibarsızlığı barədə ayrıca mübahisə var idi; məhkəməyə bu barədə məlumat verilmişdi; həmin mübahisə nəticəsində barışıq sazişinin hüquqi taleyi dəyişə bilərdi; buna baxmayaraq məhkəmə bu məsələyə qiymət verməyib. Bu artıq prosessual natamam araşdırma arqumentidir. 5. Barışıq sazişinin məcburi icrasının əsasında duran hüquqi sənədin etibarlılığı artıq məhkəmə mübahisəsinin predmetidir. Belə olan halda məhkəmə həmin sənədin etibarlılığına təsir edən halları araşdırmadan onun məcburi icrasına yönəlmiş qətnamə qəbul edib. 6 . Bundan əlavə, Qətnamədə göstərilir ki: iki uşağın saxlanması üçün bütün gəlirlərin 70%-i müəyyən olunub. Məhkəmə gəlirləri araşdırmayıb; ödəmə qabiliyyətini araşdırmayıb; şərtin icra edilə bilməsini araşdırmayıb; 70%-in proporsionallığını qiymətləndirməyib. 7. MPM 355-23 - 355-26 mexanizminə görə məhkəmə sadəcə möhür vuran orqan deyil. Məhkəmə təsdiq etməzdən əvvəl yoxlamalıdır: saziş qanuna zidd deyilmi; hüquqlara xələl gətirmirmi; təsdiq üçün əsaslar mövcuddurmu. Maraqlı şəxs iclasa gəlməyib və iş onun iştirakı olmadan baxılıb. 8. Məhkəmə tərəfindən məcburi icraya yönəlmiş qətnamə qəbul edilərkən həmin icranın əsasını təşkil edən hüquqi sənədin etibarlılığı barədə artıq ayrıca məhkəmə mübahisəsinin mövcudluğu nəzərə alınmamış, həmin halın işin nəticəsinə təsiri qiymətləndirilməmiş və nəticədə iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan qətnamə qəbul edilmişdir. 9. Barışıq sazişinə görə: bütün gəlirlərin 70%-i aliment; əlavə olaraq dayə, kurslar, məktəb xərclərinin 80%-i; tibbi xərclərin hamısı Məmmədin üzərinə qoyulub. Birinci instansiya məhkəməsi bu öhdəliklərin ümumi iqtisadi yükünü, maraqlı şəxsin faktiki gəlirlərini və öhdəliyin real icra imkanlarını araşdırmamışdır. 10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. 11. Bundan əlavə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan iş üzrə tərəfindən təqdim edilən sənədlərdən açıq-aşkar görünür ki: 12.1. Tərəflər arasında bağlanmış müvafiq saziş və müqavilələrin etibarlılığı ilə əlaqədar ayrıca qaldırılmış iddia mövcuddur; 12.2. Maraqlı şəxs tərəfindən uşaqla ünsiyyət hüququnun təmininə dair verilmiş ərizələr əsasında aparılmış araşdırmalar üzrə və digər bütün məhkəmə proseslərindən Ərizəçi xəbərdar olmuşdur; 12.3. Ərizəçi ayrıca mübahisə olmasını bildiyi halda qəsdən həmin işə qoşulmadan (belə ki, istər uşaqla ünsiyyətlə əlaqədar MTT, istərsə də M. Nəzərəliyev tərəfindən qaldırılmış həmin əqdlərin etibarsızlığına dair iddialar eyni hakimin icraatında olmuş, Ərizəçi vəkili uşaqla ünsiyyətə dair ərizəyə baxışda iştirak etmiş, hətta apellyasiya şikayəti verilmişdi, Ərizəçi qəsdən məhkəməni reallıqdan yayındırmaq məqsədilə xüsusi icraat qaydasında təsdiq üçün plan qurmuş, Maraqlı şəxs tərəfindən verilmiş iddia üzrə işə vəkili vasitəsilə qoşulmadan guya qaldırılan iddiadan xəbərsiz olma mövqeyi formalaşdırmışdır. Məhkəmədə müvafiq Qətnamə çıxarıldıqdan sonra isə təkrarən məhkəməni aldatmaq məqsədilə hələ hüquqi qüvvəyə minməmiş (apellyasiya şikayəti müddəti nəzərə alınmaqla) Məhkəmə Qətnaməsini təqdim etməklə digər məhkəməyə vəkili vasitəsilə qoşulmuş, aylardır aparılan araşdırmadan guya bixəbər olduğunu göstərərək məhkəməyə müvafiq əqdin təsdiqlənmiş olduğunu göstərən hüquqi qüvvəyə minməmiş məhkəmə Qətnaməsi təqdim etməklə ciddi yalnış istiqamətləndirmə etmişdir. Belə ki, A. Nəzərəliyevanın və onun vəkilinin qurduğu taktika tamamilə məhkəmə hakimlərini və obyektiv məhkəmə araşdırmasını reallıqdan uzaq məsələlərə yönəltmək, onlarda tamamilə yalnış mövqe formalaşdırmaq və aldatmaq niyyətli olduğu təqdim edilən sənədlərdən açıq aşkar görünür. Hətta iş üzrə keçirilən hazırlıq iclasında Ərizəçi tərəfindən “iddiaya əlavə” adlı sənədin uşaqla ünsiyyətə dair məhkəmə işində təqdim edildiyi nəzərə alınaraq müvafiq anlaşılmazlığın aradan qalxması üçün hazırlıq iclası təxirə salınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Ərizəçi apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas arqumenti ondan ibarətdir ki, guya mediasiya sazişinin etibarsız hesab edilməsi barədə başqa məhkəmə icraatında iddia qaldırıldığı üçün birinci instansiya məhkəməsi həmin sazişin aliment hissəsini təsdiq etməməli və icraya yönəltməməli idi. Hesab edir ki, bu arqument hüquqi əsası olmayan, aliment öhdəliyinin icrasını gecikdirməyə yönəlmiş və uşaqların maraqlarına zidd mövqedir. Sadəcə başqa məhkəmədə iddianın qaldırılması mediasiya sazişini avtomatik olaraq etibarsız etmir, onun qüvvəsini dayandırmır və aliment öhdəliyinin icrasını aradan qaldırmır. Mülki-prosessual və maddi-hüquqi əsaslara görə apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin aliment hissəsinin təsdiqi və icraya yönəldilməsi barədə məhkəmə aktının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Belə ki, mediasiya sazişi məhkəmə tərəfindən etibarsız sayılana və ya icrası xüsusi məhkəmə aktı ilə dayandırılana qədər hüquqi qüvvəsini saxlayır. Maraqlı şəxsin başqa məhkəmədə mediasiya sazişinin etibarsızlığı ilə bağlı iddia qaldırması həmin sazişin avtomatik olaraq hüquqi qüvvəsini itirməsi demək deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsi iddianın təmin edilməsi tədbirlərini nəzərdə tutur. Əgər maraqlı mediasiya sazişinin və ya onun aliment hissəsinin icrasının dayandırılmasını istəyirdisə, bunun üçün ayrıca qaydada iddianın təmin edilməsi tədbiri barədə vəsatət verməli və məhkəmə tərəfindən icranın dayandırılması haqqında xüsusi qərardad qəbul edilməli idi. Hazırkı halda maraqlı şəxs tərəfindən nə mediasiya sazişinin aliment hissəsinin icrasının dayandırılması barədə məhkəmə qərardadı təqdim edilmişdir, nə də mediasiya sazişinin həmin hissəsinin etibarsız hesab edilməsi barədə qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bu səbəbdən birinci instansiya məhkəməsi aliment hissəsini təsdiq edərkən və icraya yönəldərkən həmin an qüvvədə olan, ləğv edilməmiş və dayandırılmamış mediasiya sazişinə əsaslanmışdır. Bu, MPM-in 157-ci maddəsinin mahiyyətinə və mülkiprosessual qanunvericiliyin ümumi prinsiplərinə uyğun olmuşdur. Hazırkı apellyasiya baxışının predmeti sazişin etibarlılığı barədə əsas mübahisə deyil, birinci instansiya məhkəməsinin aliment hissəsini təsdiq etmək səlahiyyətinin olub-olmamasıdır. Hazırkı apellyasiya icraatında mübahisə mediasiya sazişinin bütövlükdə etibarlı və ya etibarsız olması barədə deyil. Bu məsələ başqa məhkəmə icraatının predmetidir və həmin iş üzrə ayrıca qiymətləndirilməlidir. Hazırkı apellyasiya baxışının predmeti yalnız bundan ibarətdir: birinci instansiya məhkəməsi aliment hissəsini təsdiq etdiyi tarixdə həmin saziş qüvvədə idimi, onun icrasını dayandıran məhkəmə aktı var idimi və aliment hissəsinin icraya yönəldilməsi üçün hüquqi maneə mövcud idimi. Maraqlı şəxsin təqdim etdiyi arqumentlər bu suallara cavab vermir. Əksinə, işin faktiki vəziyyəti göstərir ki, aliment hissəsi təsdiq edilən vaxt: 1. mediasiya sazişi məhkəmə tərəfindən etibarsız hesab edilməmişdi; 2. sazişin aliment hissəsinin icrasını dayandıran məhkəmə qərardadı yox idi; 3. Maraqlı şəxs icranın dayandırılması barədə ayrıca məhkəmə aktı təqdim etməmişdi; 4. uşaqların saxlanılması ilə bağlı öhdəlik davam edirdi. Belə olan halda başqa məhkəmədə hələ baxılmamış və yekunlaşmamış iddianın mövcudluğu aliment hissəsinin təsdiqinə və icraya yönəldilməsinə maneə kimi qəbul edilə bilməz. Barışıq sazişinin aliment hissəsi “Mediasiya haqqında” Qanunun 34-cü maddəsi (“Barışıq sazişinin icrası”) baxımından xüsusi hüquqi əhəmiyyət daşıyır. Mediasiya nəticəsində bağlanmış barışıq sazişinin aliment hissəsi uşaqların saxlanılması ilə bağlı olduğundan, bu hissənin icrası xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişi qanunvericiliyə müvafiq olaraq məcburi icraya yönəldilə bilən hüquqi sənəd (icra sənədi) xarakteri daşıyır. Hazırkı halda barışıq sazişinin aliment hissəsi məhkəmə tərəfindən qanuni qaydada təsdiq edilmiş və icraya yönəldilmişdir. Maraqlı şəxs isə həmin aliment hissəsinin icrasını dayandıran ayrıca məhkəmə qərardadı və ya sazişi etibarsız hesab edən qüvvəyə minmiş hər hansı bir məhkəmə aktı təqdim etməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi “Mediasiya haqqında” Qanununun 34-cü maddəsinin mahiyyətinə və tələblərinə tam uyğun olaraq, barışıq sazişinin aliment hissəsinin təsdiqi və icraya yönəldilməsi barədə qanuni və əsaslı məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması üçün qanuni əsaslar mövcud olmamışdır. Başqa məhkəmədə barışıq sazişinin etibarsızlığı barədə müstəqil iddianın qaldırılması, hazırkı aliment sənədinin icraya yönəldilməsi üzrə icraatın avtomatik dayandırılması üçün hüquqi əsas hesab edilə bilməz. Aliment öhdəliyi yalnız mediasiya sazişindən deyil, həm də qanundan irəli gələn müstəqil valideynlik vəzifəsidir. Aliment məsələsi adi müqavilə və ya əmlak mübahisəsi kimi qiymətləndirilə bilməz. Bu məsələ birbaşa uşaqların saxlanılması, gündəlik ehtiyacları və maddi təminatı ilə bağlıdır. Bu öhdəlik valideynlər arasındakı digər müqavilə, əmlak və ya ailə mübahisələrindən asılı olmadan mövcuddur. Buna görə də cavabdehin mediasiya sazişini mübahisələndirməsi, hətta həmin mübahisəyə başqa məhkəmədə baxılması faktı belə, onun uşaqların saxlanılmasında iştirak etmək vəzifəsini aradan qaldırmır. Uşaqların gündəlik yaşayış, qidalanma, təhsil, sağlamlıq və digər zəruri ehtiyacları uzunmüddətli məhkəmə çəkişmələrinin nəticəsini gözləyə bilməz. Maraqlı şəxs sadəcə başqa bir iddia qaldırmaqla uşaqların aliment hüququnun icrasını qeyri-müəyyən müddətə dayandıra bilməz. Mediasiya sazişi bağlandıqdan sonra maraqlı şəxs uzun müddət həmin sazişin aliment hissəsini faktiki olaraq icra etmiş, aliment ödənişlərini göndərmiş və bu barədə iddiaçıya ödəniş çekləri təqdim etmişdir. “WhatsApp” yazışmaları, göndərilən çeklər və tərəflər arasında aparılmış yazışmalar maraqlı şəxsin həmin öhdəliyi tanıdığını, sazişin aliment hissəsini qəbul etdiyini və bir müddət icra etdiyini göstərir. Bu fakt xüsusi əhəmiyyət daşıyır, çünki maraqlı şəxs hazırda apellyasiya şikayətində mediasiya sazişinin aliment hissəsinin icrasını dayandırmağa çalışsa da, əvvəlki davranışı ilə həmin öhdəliyin mövcudluğunu və icra edilməli olduğunu təsdiqləmişdir. Maraqlı şəxsin aliment ödənişlərini sonradan dayandırması sazişin hüquqi qüvvəsini aradan qaldırmır və uşaqların aliment hüququnun icrasını dayandırmaq üçün əsas ola bilməz. Aliment ödənişlərinin ABŞ Mühafizə Orderindən sonra dayandırılması cavabdehin davranışının alimentdən yayınma və iqtisadi təzyiq xarakteri daşıdığını göstərir. Maraqlı şəxs 2026-cı ilin yanvar ayından etibarən uşaqların saxlanılması üçün aliment ödənişlərini dayandırmışdır. Bu dövr ABŞ məhkəməsi tərəfindən iddiaçının və uşaqlarının müdafiəsi üçün Mühafizə Orderi çıxarılması və tərəflər arasında ciddi ailə-məişət zorakılığı kontekstinin yaranması dövrünə təsadüf edir. Məhz həmin dövrdən sonra maraqlı şəxs uşaqların saxlanılması üzrə öhdəliyini yerinə yetirməkdən imtina etmiş, müxtəlif paralel hüquqi proseslər vasitəsilə iddiaçıya qarşı məhkəmə təqibi və prosessual qisasçılıq taktikası həyata keçirmişdir. Bu hallar maraqlı şəxsin apellyasiya şikayətinin faktiki məqsədinin mediasiya sazişinin hüquqi mahiyyətini obyektiv şəkildə mübahisələndirməkdən daha çox, aliment ödənişlərinin icrasını uzatmaq, uşaqların maddi təminatını gecikdirmək və mənə qarşı iqtisadi təzyiq yaratmaq olduğunu göstərir. ABŞ Mühafizə Orderi və ailə zorakılığı ilə bağlı hallar hazırkı işdə əsas mübahisə predmeti olmasa da, maraqlı şəxsin aliment ödənişlərini dayandırmasının səbəbini, zaman ardıcıllığını və onun davranışının ümumi kontekstini göstərməsi baxımından əhəmiyyətlidir. Iddiaçı aliment hissəsinin təsdiqi üçün müraciət edərkən qüvvədə olan və dayandırılmamış mediasiya sazişinə əsaslanmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; Maddə 305.1.17. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004-cü il tarixli Qərarı: Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ##.##.2024-cü il tarixli, **/**** nömrəli Qərardadı: Bənd 39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1).

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə ərizə qismən təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iş üzrə maraqlı şəxs tərəfindən ərizənin təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işdə olan barışıq sazişinin 1-ci bəndinə əsasən, birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanılması üçün Maraqlı şəxs əmək haqqısının və bütün gəlirlərinin 70 faizi miqdarında aliment məbləğinin ##.##.2024-cü ildən başlayaraq hər ayın 1-dən 10-a qədər Ərizəçi ödəniləcəyi, uşaqlara qulluq edən dayənin, uşaqların təlim və tərbiyyəsi ilə bağlı olan kursların, ödənişli məktəblərin ödənişinin edilməsini tələb olunan pul vəsaitinin 80 faizinin Maraqlı şəxs pul vəsaiti hesabına, digər 20 faizinin isə Ərizəçi pul vəsaiti hesabına həyata keçiriləcəyi və uşaqlarının yetkinlik yaşına çatanadək tibbi sahə ilə bağlı çəlkilməli xərclərin Maraqlı şəxs pul vəsaiti hesabına həyata keçiriləcəyi barədə tərəflər arasında razılıq əldə edilmişdir.

27. Qeyd edilməlidir ki, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı prosesdir və həmin prosesin nəticəsində tərəflər arasında hər hansı razılaşma əldə edilirsə, bu razılıq yazılı formada barışıq sazişi ilə rəsmiləşdirilir.

28. Qanunvericiliyin tələblərinə əsasən barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

29. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə görə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün iki şərtdən biri mövcud olmalıdır: barışıq sazişi könüllü qaydada icra edilməməlidir; barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır.

30. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Bunun üçün barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamalı, habelə mediasiyada iştirak etməyən üçüncü şəxslərin hər hansı hüquqlarına toxunmamalıdır.

31. Iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, barışıq sazişi mübahisələndirilən hissədə əvvəlcə maraqlı şəxs tərəfindən könüllü şəkildə icra olunsa da, sonradan tərəflər arasında münasibətlər pozulduğundan icra olunmamışdır.

32. Maraqlı şəxs hazırda ona istinad edir ki, ölkədən çıxışınа məhdudiyyət qоyulduğu üçün fаktiki birlikdə yаşаyаn ər və аrvаd аrаsındа mövcud əmlаklаrın və аilə mənаfelərinin qоrunmаsı məqsədilə ##.##.2025-ci il tаrixli MŞB/****-***** nömrəli Bаrışıq Sаzişi, ##.##.2025-ci il tаrixli nоtаriаl qаydаdа bаğlаnmış *M-****** nömrəli Nikаh müqаviləsi və “Аliment və uşаqlаrlа bаğlı digər ödənişlər” bаrədə *M-****** nömrəli müqаvilə imzаlаnmışdır. Həmin sənədlər tərəflərin reаl hüquqi nəticə yаrаtmаq niyyəti оlmаdаn, yаlnız fоrmаl görünüş yаrаtmаq məqsədilə bаğlаnmış uydurmа əqdlər оlmuşdur. Hazırda tərəflər arasında bağlanmış həmin sazişin və digər müqаvilələrin etibаrsızlığını ayrıca məhkəmə icraatında mübahisələndirmişdir. Həmçinin, həmin öhdəliklər maraqlı şəxsin üzərinə həddən artıq maliyyə yükü qoyur.

33. Kollegiya bununla bağlı qeyd edir ki, qeyd olunan hallar sazişin xüsusi icraat qaydasında təsdiq edilməsinə maneə təşkil etmir. Yuxarıda da qeyd edildiyi kimi, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraat qaydasında təsdiq edilməsi yalnız sazişin məcburi icrasını təmin etmək məqsədi daşıyır.

34. Həmçinin nəzərə alınmalıdır ki, mülki iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

35. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təsdiq edilmiş barışıq sazişinin bəndləri tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması (aliment) ilə bağlıdır və hazırki mübahisə həll edilərkən uşaqların üstün mənafeyi də nəzərə alınmalıdır. Təsadüfi deyil ki, mülki-prosessual qanunvericilikdə alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması haqqında imperativ norma mövcuddur (Maddə 234.2.1).

36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği maraqlı şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar