Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3261/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “əmlakın təhvil verilməsi, alqı-satqıya görə ödənilmiş pulun bir hissəsinin qaytarılması və zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Iş üzrə Nizami RM ##.##.2025-ci il tarixli qətnamə qəbul edib. 2.Cavabdeh cavabdeh2 ##.##.2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib, eyni zamanda apellyasiya şikayəti verib. Ərizə onunla əsaslandırılıb ki, cavabdeh qətnamə barədə məlumatı ##.##.2026-cı il tarixdə əldə edib. Belə ki, o, elektron imzaya dair abunə müqaviləsini ##.##.2026-cı il tarixdə bağlayıb, sertifikatı isə ##.##.2026-cı il tarixdə əldə edib, yəni elektron məhkəmə sistemindən ##.##.2026-cı il tarixdən etibarən istifadə edir, ona görə apellyasiya şikayəti verilməsi müddəti ötürülməyib. 3.Nizami RM-nin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməyib. 4.Cavabdehin şikayətində qərardadın ləğvi tələb olunub. 5.Nizami RM şikayəti təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə ##.##.2025-ci il tarixdə cavabdeh cavabdeh2 elektron kabinetinə yerləşdirilib, apellyasiya şikayəti isə 6 ay 23 gün sonra - ##.##.2026-cı il tarixdə verilib. Cavabdeh elektron kabinetə ##.##.2026-cı il tarixdən etibarən malik olduğunu bildirsə də, “Elektron məhəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, o, ##.##.2025-ci il tarixdən elektron kabinetə malikdir. Bundan başqa, cavabdeh ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək icra sənədi üzrə icraatın dayandırlması xahiş etmiş, həmin müraciətində qətnaməni ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə aldığını bildirmişdir. Göründüyü kimi, cavabdeh cavabdeh2 apellyasiya şikayəti verilməsi müddətini üzrlü səbəb olmadan ötürüb. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Nizami RM müddətin bərpası barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. 7.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3261/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3261/2026
31.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver