Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4096/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Musayeva (Salmanova) X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 PHŞ * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mülkiyyət hüquqlarına xitam verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Musayeva (Salmanova) X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 PHŞ * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.403 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 mərtəbəli binada yerləşən 77.6 kv.m ümumi, 52.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı, Reyestr nömrəsi 008011000271-05101093017, Qeydiyyat nömrəsi 1109009864 və Qeydiyyat tarixi ##.##.2009-cu il tarixli çıxarış əsasında ona məxsus olan 1/3 hissədə paylı mülkiyyət hüququndan imtina etməsi müqabilində tərəfindən 33.900 manat həcmində kompensasiya məbləğinin cavabdeh Salmanova X1 ödənildiyini nəzərə alaraq, Salmanova X1 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.403 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 mərtəbəli binada yerləşən 77.6 kv.m ümumi, 52.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzilə dair paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 1/3 hissədə Azərbaycan Respublikası daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı, Reyestr nömrəsi 008011000271-05101-093017, Qeydiyyat nömrəsi 1109009864 və Qeydiyyat tarixi ##.##.2009-cu il tarixli çıxarış əsasında verilmiş 1/3 hissədə olan mülkiyyət hüquqlarına xitam verilməsi və həmin 1/3 hissədə olan pay üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müvafiq qətnamə qəbul edilməsi və qəbul edilmiş qətnamənin onun Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.403 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 mərtəbəli binada yerləşən 77.6 kv.m ümumi, 52.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzil üzərində 2/3 hissədə mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı (nümayəndəsi-vəkili Nümayəndə) tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı üzrə şikayət və şikayət vermək üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadının icrası ilə əlaqədar 1 ilə yaxın müddətdir ki, icra məsələlərinin tənzimlənməsinə çalışaraq, 2011-ci ilin məhkəmə qətnaməsinin məhkəmə arxivindən qaldırılması sonra yenidən müvafiq ərizə ilə onun icraya yönəldilməsi məsələsinə baxılması və yekun etibarilə hazırda icrasının mümkünsüzlüyünə dair halın aşkar olunması ilə əlaqədar xeyli müddət keçmişdir. Lakin, hazırda bütün bu müddət ərzində keçmiş məhkəmə aktının icrasının yenidən icraatın təzələnərək icraya yönəldilməsi öz nəticəsini verməmişdir. Belə ki, icra edən qurum daşınmaz əmlakın müvafiq idarəsi onlardan yeni məhkəmə qərarının təqdim edilməsini və həmin qərarda idarənin üzərinə konkret vəzifə öhdəliyinin qoyulması qaydasında verildikdən sonra icra edilə bilənliyini izah etmişdir. Ona görə də bütün müddət ərzində buraxılmış şikayət vermə müddətinin üzrlü əsaslara görə buraxılmış hesab edilməsi və ****/**** saylı məhkəmə qərardadından verilmiş apellyasiya şikayətinin qəbul edilməsi xahiş edilmişdir. Bütün bu müddət ərzində iddiaçı tərəfindən Nəsimi rayon icra şöbəsi, məhkəmə, daşınmaz əmlak xidməti və yenidən icra şöbəsi kimi qurumlarda bir nəticəyə varılması istiqamətində xeyli iş görülmüş lakin, bir nəticə əldə edilməmişdir. Yəni, müddətin boşa xərclənmə halı mövcud deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından iddiaçı İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə) tərəfindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş, şikayəti geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardad ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə kabinetinə yerləşdirilmişdir. Hüquqi yardım göstərən şəxs qərardaddan şikayət müddətinin 10 gün təşkil etdiyini bildiyi halda şikayət verməmiş, deməli qərardadda müəyyən edilən mövqe ilə və qərardadın nəticəsi ilə razılaşmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh X5 bacı-qardaş olmaqla digər bacıları olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə birlikdə valideynindən onlara qanun üzrə vərəsəlik qaydasında miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçiləri olmuşlar. Paylı mülkiyyət hüququ üzrə vərəsələrə düşən pay hər birinə 1/3 hissədə olmaqla Seriya MH 0183438, Reyestr nömrəsi 008011000271-05101-093017, Qeydiyyat nömrəsi 1109009864 və Qeydiyyat tarixi ##.##.2009-cu il tarixli mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına dair müvafiq reyestr çıxarışı ilə rəsmiləşdirilmişdir. Hazırkı cavabdeh Salmanova X1 2010-cu ildə cavabdeh İddiaçı və digər bacısı X11 qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünməsi və sair” tələbi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmiş və Nəsimi rayon məhkəməsinin “barışıq sazişinin təsdiq olunması” haqqında ## ###### 2011-ci il tarixi qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Elə öncəki məhkəmə iş materiallarından da görünür ki, məhz bu məqsədlə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və əmlakdakı payçıların payı ilə əlaqədar mülkiyyət hüquqları bazar qiymətinə mütənasib qiymətləndirilmişdir. Deməli ki, məhkəmənin niyyəti və məqsədi həqiqətən də cavabdehin mülkiyyət hüququna ona kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi olmuşdur. Daha sonra Nəsimi rayon məhkəməsinin eyni nömrəli ##.##.2012-ci il tarixli qərardadı ilə “barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qərardadın məcburi icraya yönəldilməsi”nə dair Salmanova X1 iddiasına baxılmış və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2011-ci il tarixli qərardadı ilə iddiaçı Salmanova X1 İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MirzəAğa qızına qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünməsi və sair” tələbinə dair mülki iş üzrə icraata tərəflər arasında bağlanmış barışıq sazişi məcburi icra olunması üçün Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. Tərəflər arasındakı barışıq sazişinin şərtləri bundan ibarət olmuşdur ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən 33.000 manat pul vəsaitinin Salmanova X1 verilməsi müqabilində Salmanova Nigar qardaş və bacısına qarşı qaldırmış olduğu iddia tələbindən imtina edəcək və iddia predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ** saylı evin ** saylı mənzilindən qeydiyyatdan çıxacaq və həmin mənzildən köçəcəkdir. Beləliklə, İddiaçı tərəfindən barışıq sazişi ilə üzərinə götürmüş olduğu öhdəlik tam həcmdə yerinə yetirilmiş və Salmanova X1 ümumilikdə 33.000 manat həcmində vəsait ödənilmişdir. 33.000 manat həcmində vəsaitin məbləğinin formalaşması məhz öncəki məhkəmə işi gedişatında təyin edilmiş məhkəmə qiymətləndirilməsinə dair verilmiş ekspert rəyinə uyğun olmuşdur. Yəni, məbləğin formalaşması məhz ekspertin həmin dövr üzrə daşınmaz əmlakın bazar qiymətləndirilməsinin aparılması nəticəsində əmələ gəlmişdir. Hal-hazırda iddia ərizəsinə əlavə edilmiş Nəsimi rayon İcra və Probasiya şöbəsinin ##.##.2020-cı il tarixli ****-*D saylı məktubundan da göründüyü kimi İddiaçı tərəfindən barışıq sazişi ilə üzərinə götürmüş olduğu öhdəlik tam həcmdə yerinə yetirilmişdir. Azərbaycan Beynəlxalq Bankı vasitəsilə iddiaçı İddiaçı tərəfindən cavabdeh Salmanova X1 ödənilməsi kompensasiya ödənişi Nəsimi rayon İcra şöbəsinə həyata keçirilmişdir. İddiaçı məhkəmənin fikrinə hörmətlə yanaşsa da hesab edir ki, bugünkü günün həqiqəti ondan ibarətdir ki, icra edilməli olan öhdəliyin dəqiq şəkildə sadalanmayan məhkəmə qərarı olmadan Reyestr idarəsi cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsini həyata keçirməyəcəkdir. Ona görə, icraata xitam verilməsi haqqında hazırkı qərardadın ləğv edilməsi zərurəti qacınmazdır. Əks halda vətəndaş bu hüququnu birdəfəlik itirəcək. AR Ədliyyə Nazirliyinin Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən vətəndaşın ərizəsinə verilmiş ##.##.2020-ci il tarixli məktubla cavab verilmişdir ki, icra sənədinə ##.##.2016-cı il tarixində “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsi əsasında xitam verilməsi ilə əlaqədar təqdimatla müraciət edilmişdir. Bu məktub da özlüyündə o halı sübut edir ki, həqiqətən də İddiaçı tərəfindən öhdəlikləri tam həcmdə yerinə yetirilmişdir. Yəni cavabdehə ödənilmiş və ödənilmə məqsədi mülkiyyət hüquqlarına xitam verilməsi məqsədi daşıyan kompensasiya məbləği tam yerinə yetirilmişdir. Məhkəmə öz qərardadında qeyd etmişdir ki, “iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və s.” tələbinə dair hazırkı iş üzrə icraata xitam verilməli, dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş pul onu ödəyən şəxsə geri qaytarılmalı, iddiaçıya eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır”. Lakin hesab edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia tələbi keçmiş məhkəmə qərardadında barışıq sazişi ilə təsdiq edilmiş tələbdən fərqlidir və hazırkı iddia tələbi daha öncəki barışıq sazişində tənzimlənməsi yarımçıq qalan məsələlərin tənzimlənməsinə yönəlmişdir. Lakin, bununla belə məhkəmənin qərardadında əks edilmiş mövqeyinə uyğun hərəkət edilmiş və Nəsimi rayon İcra şöbəsi (İcra məmuru) tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr İdarəsinə icra vərəqəsi ünvanlanmışdır. Lakin, həmin qurum icra vərəqəsinin icrasının mümkünsüzlüyünun izahına dair ## ### 2026-cı il tarixli məktub verməklə sözügedən qərarın icrasından imtina etmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr İdarəsi PHŞ-nin mülkiyyət hüququna xitam verilməsinə dair hüquqi tənzimlənmənin praktiki tərəfi bir qədər başqa təcrübəyə əsaslanır və mülkiyyət hüququnu qeydə alınmasının və ya xitamının reyestrdə qeydini aparmaq səlahiyyətləri verilən səlahiyyətlərin daşıyıcısı olan Daşınmaz Əmlak inzibati qurum olmaqla işləmə prinsipi icraedici orqan funksiyalarını daşıdığı üçün Reyestr haqqında qanuna müvafiq olaraq onların üzərinə məhkəmə qərarı ilə birbaşa öhdəlik qoyulmayanadək onlar qərarın icrasını həyata keçirə bilmirlər. Məhkəmə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina etməklə belə bir arqument irəli sürür ki, “Hüquqi yardım göstərən şəxs qərardaddan şikayət müddətinin 10 gün təşkil etdiyini bildiyi halda şikayət verməmiş, deməli qərardadda müəyyən edilən mövqe ilə və qərardadın nəticəsi ilə razılaşmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı əgər qərardadın əsassız olduğunu hesab etmişdirsə və məhkəmənin mövqeyi ilə razılaşmamışdırsa, o zaman 10 günlük müddət ərzində qərardaddan şikayət verməli idi. Lakin, şikayətin məzmunundan da görünür ki, iddiaçı məhkəmənin mövqeyi ilə razılaşaraq, ##.##.2025ci il tarixli *(***)-**/**** saylı icra sənədinin icrası ilə bağlı hərəkətlər etmiş və həmin qərardadın icrasına nail olmağa çalışmışdır. Görünür ki, hazırda iddiaçı tərəfin narazılığı e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadla bağlı olmayıb, ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı icra sənədi ilə bağlı icra qurumunun və ya digər dövlət orqanlarının hərəkətsizliyi ilə əlaqədardır. Bir sözlə, məhkəmə qeyd edir ki, əgər icra məmuru hərəkətsiz qalarsa və ya müvafiq orqan qeydiyyat ilə bağlı məsələni həll etməzsə (icra zamanı çətinlik yaranarsa), hazırkı iş üzrə iddiaçının icra məmurunun hərəkətsizliyindən şikayət etmək, habelə icra sənədi tam olaraq icra edilmədiyindən, tələbkarın, icra məmurunun və ya müvafiq orqanın həmin qərardada izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması tərəflərin diqqətinə çatdırılır”. Lakin, məsələ burasındadır ki, iddiaçının şikayəti icra məmurunun hərəkətlərindən deyil, icra məmuru öz üzərinə düşəni icra etmişdir və icra məmuru müvafiq məktub da təqdim edir ki, DƏDRX-in bu tip işlərlə bağlı mövqeyi bundan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının gətirdiyi dəlillər qərardaddan şikayət verilməsi üzrə müddətin bərpası üçün deyil, ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı icra sənədinin icra edilməməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi (icra məmurunun hərəkətsizliyindən şikayət etmək, qərardada izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək, habelə müvafiq orqanın qərarından inzibati qaydada məhkəməyə şikayət vermək və s.) üçün əsas ola bilər. Lakin, hazırda iddiaçı tərəf bu qaydada icraya nail ola bilmədiyini əsas gətirərək, razılaşdıqları və şikayət vermədikləri üçün qüvvəyə minmiş məhkəmə aktının ləğvinə nail olmaqla hüququnu realizə etməyə çalışır ki, bu da məhkəmənin qənaətinə görə hüquqdan sui-istifadədir. Hansı hüququn sui-itifadəsindən danışılır?! Bu sadəcə məhkəmənin mövqeyidir, vətəndaşın sənədinin icrası yarımçıq qalıb, şəxs kompensasiya məbləğini ödədiyi halda hazırda mülkiyyət hüququnu bərpa edə bilmir, hansı sui-istifadədən söhbət gedir?! Daşınmaz əmlakın hərəkəti inzibati qərarın icrasından imtina ilə əlaqədar deyil, mülki münasibətlərdən irəli gələn hərəkətlərin realizəsi ilə əlaqədardır. Belə olan halda inzibati icraatın müddəalarının bu iş üzrə tətbiqi mümkünsüz olacaqdır və inzibati məhkəmə onları yenidən yeni iddia qaldırılması üçün mülki məhkəməyə yönəldəcəkdir. Çünki, bu tip işlər üzrə artıq apellyasiya məhkəməsində məlum olan məlumata görə sədr səviyyəsində bir kollegial müşavirə olmuş və apellyasiya məhkəməsi mövqeyini məhz iddiaçının qaldırmış olduğu iddia tələbi kimi verilməsi olmuşdur. İddiaçı tərəf olaraq nədənsə məhz elə məhkəmənin özünün tövsiyə etdiyi yolla gedib yenə də nəticə ala bilmədiyinə istinad etmək istəmir. Məhkəmənin özü tərəfindən xitam barədə qərardad verildikdən sonra köhnə icra vərəqəsini arxivdən qaldırıb icraya yönəltməsi elə 3 ay çəkmişdir. Müddətin uzanmasında iddiaçını və ya onun nümayəndəsi və vəkili kimi onu günahkar tutması heç də ədalətli yanaşma deyildir. Çünki, yerinə yetirdiyi hərəkətlər birə bir məhkəmənin “ədalətli” hesab etdiyi qərardadında olan mövqeyinə uyğun olmuşdur. Lakin, hazırda nəticə etibarilə baş verən odur ki, məhkəmə, icra qurumu və daşınmaz əmlakın kadastrı və reyestri PHŞ-nin yəni 3 güc strukturunun arasında baş verən anlaşılmazlığın cəzası vətəndaşın mənafeyinə ziyan verməkdədir. İddiaçının vəkilinin hüquqşünas kimi subyektiv mövqeyi ondan ibarətdir ki, əgər zamanında sözügedən barışıq qərardadı düzgün tərtib edilmiş olsaydı, bu gün bu anlaşılmazlıq olmazdı. Lakin, bununla belə, iddiaçı İddiaçı Mirzə-Ağa oğlunun hərəkətlərində ifadə edilmiş niyyət onun mülkiyyət hüquqlarının kompensasiya yolu ilə xitam verilməsi istiqamətində həmin barışıq sazişində üzərinə götürmüş olduğu öhdəlikləri layiqincə yerinə yetirməsində idi. Bu gün bu işin tamamlanması istiqamətin iddiaçı tərəfindən atılmış addımlar cəmiyyətin heç bir iştirakçısının mənafeyini pozmur. Cavabdeh tərəf onsuz da ona çatası kompensasiyanı almışdır və bu işin mübahisəsiz tərəfidir. Yerdə qalan məsələlərin tənzimlənməsi texniki və texniki hüquqi xarakter daşıyır. Odur ki, mövcud vəziyyəti nəzərə alaraq bu işin öz hüquqi həllinin tapması üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə hazırkı şikayətin təmin edilməsi xahiş olunmuşdur. Belə ki, həmin məktubda DƏDKRXİ izah verir ki, Nəsimi rayon məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı icra sənədi ilə İdarə üzərinə icra ediləcək öhdəlik qoyulmamışdır. Yəni dolayısı ilə DƏDKRXİ icraedici qurum olduqları üçün onların üzərinə icra edilməsi üçün qoyulan öhdəliklər məhz məhkəmə qətnaməsi əsasında olmalıdır. İddiaçının yeni iddia tələbi isə məhz inzibati qurumun fəaliyyət göstərmiş olduğu normalara uyğun formatda verilmişdir. Lakin, məhkəmə iş üzrə köhnə icra vərəqəsini icraya yönəltməklə iddiaçının məhkəmədən olan ədalət mühakiməsi məqsədlərinə cavab vermir. Belə ki, iddiaçı bildirir ki, o cavabdeh evdən ona düşəsi payı kompensasiya şəklində ödədiyi üçün onun mülkiyyət hüququna xitam verilməli idi. Lakin, məhkəmə qərardadının forma və məzmunu iddiaçının məqsədlərinə bugünkü gündə cavab vermir. Ona görə iddiaçı məhz yeni iddia tələbi ilə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişdir. Ona görə də, sözügedən iddia ərizəsi ilə əlaqədar icraata xitam vermə qərardadının ləğv edilərək iş üzrə problemin həllinə yönələn məhkəmə qətnaməsi qəbul edilməsi xahiş edilmişdir. Çünki, daşınmaz əmlak idarəsinin üzərinə açıq və aydın məzmunda “mülkiyyət hüququna xitam verilməsi və mülkiyyətçi statusuna xitam verilməsi və yaxud - çıxarışın ləğv edilməsi və iddiaçıya münasibətdə yeni çıxarışın verilməsi vəzifəsinin həmin idarənin üzərinə vəzifə kimi qoyulması barədə məhkəmə aktı qəbul edilməyənədək bu icra vərəqəsini icrası mümkünsüz olacaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Bu Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı iddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. O, isə məhkəmə qərardadından şikayəti qərardad ona rəsmi qaydada təqdim olunduğu gündən bir ildən artıq müddət keçdikdən sonra ##.##.2026-cı il tarixdə elektron kabineti vasitəsilə vermişdir. Hansı ki, şikayət verdiyi qərardad da həmin kabinetə yerləşdirilmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, cavabdeh tərəf Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş on günlük müddəti ötürmüşdür. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması hazırkı işdə müəyyən edilməmişdir. İddiaçının prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi halların üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. Bu baxımdan iddiaçı tərəfindən hazırkı şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № *****/**, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Şikayətdə göstərilənlər isə bu mövqeyi əks etdirən qərardadın ləğv olunması üçün əsas olan hallar deyildir. Beləliklə də kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı # #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(3-6)-4096/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4096/2026
08.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver