Məhkəmə qərarları › İş №e-2(3-7)-720/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-720/2026

27.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-720/2026 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: əmlak tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Iddiaçı İddiaçı və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs iştirakları ilə, Işin halları

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ## ###### 2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ## #### 2025-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin şərtlərindən görünür ki, İddiaçı mülkiyyətində olan “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nömrəli avtomobili Cavabdeh mülkiyyətinə verilməsi ilə əlaqədar bu müqavilə bağlandıqdan sonra ## ##### 2026-cı il tarixədək həmin nəqliyyat vasitəsinə dair alğı-satqı müqaviləsi rəsmiləşdirməyi və ya nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə rəsmiləşdirməyi, həmçinin hər hansı üçüncü şəxslərin hüquqlarından azad bu əmakı alıcıya təhvil verməyi öz öhdəsinə götürür. Tərəflərin razılaşmasına əsasən satılan əmlak 3900 manata qiymətləndirilmişdir. Ikinci tərəf həmin məbləği birinci tərəfə hər ay 300 manat olmaqla ## ##### 2026-cı il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən ikinci tərəf nəqliyyat vasitəsini təmiz, saz vəziyyətdə saxlamalı, öz hesabına cari təmiri həyata keçirməli, vaxtlı-vaxtında texniki baxışdan keçirməyi, təhlükısizlik qaydalarına riayət etməlidir. Cari müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi ikinci tərəfin istifadəsinə verir və əsas müqavilə bağlananadək həmin nəqliyyat vasitəsinə vurulmuş ziyana görə cavabdehlik ikinci tərəfin üzərinə düşür.

3. İddiaçı Cavabdeh ünvanladığı pretenziyada qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixdə bağlanmış ilkin alğı-satqı müqaviləsi üzrə 4 ay ödəniş ödənilməmişdir və bu səbəbdən də 1200 manat borc qalmışdır. Borc ödənilmədiyi təqdirdə avtomobil geri alınacaq, 3 gün ərzində aralarında qarşılıqlı razılıq əldə edilmədiyi halda isə məhkəməyə müraciət ediləcəkdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində cavabdehdən 100 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə aralarında bağlanmış ## #### 2025-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsinə əsasən ona məxsus “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtonqliyyat vasitəsini cavabdehə 3900 manata satmış və bu barədə cavabdeh tərəfə notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən cavabdeh həmin məbləği hər ay 300 manat olmaqla, ## ##### 2026-cı ilədək ödəməyi öhdəsinə götürmüşdür. Ilkin oilaraq cavabdeh ödənişləri vaxtlı-vaxtında ödəsədə, lakin son 4 ay (sentyabr, oktyabr, noyabr və dakabr) üzrə ümumiyyətlə ödənişləri etməmişdir. Ödənişləri etməsi ilə bağlı ona dəfələrlə müraciət etmiş, lakin sonuncu ödəniş etməkdənyayınmışdır. Ona görədə etibarnaməni ləğv etdirmiş, həmçinin bu barədə polisə və digər orqanlara müraciətlər etmişdir. Etibarnaməni ləğv etdirməsinə baxmayaraq cavabdeh bu günədək avtomobili idarə edir. Müqavilə\ şərti pozulduğundan avtomobil cavabdehdən alınıb ona verilməlidir.

6. Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli (hakim K.Rzayev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh “xxxx” markalı **-XF- *** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb iddiaçı İddiaçı qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 159, 164.1, 164.2, 165.1, 365.2, 385.1, 423.2, 427.3, 442, 448.2-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 106.1, 119.1, 216-220, 233, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının tələb etdiyi “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili vicdanlı sahib kimi əldə etmiş və ## ##### 2025-ci ildə həmin avtomobil adına qeydə alınaraq BD****** saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Işə baxan məhkəmə isə avtomobilin kimin mülkiyyətində olmasını araşdırmamışdır.

10. Apellyasiya icraatı zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində işə cəlb edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs (işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, turbo.az maşın elanları saytında avtomobili görmüş və sözügedən avtomobili Hidayət adlı şəxslə razılaşaraq 3700 manata almışdır. Hidayətə verilən etibarnamə ləğv olunduğu üçün İddiaçı ## ##### 2025-ci ildə atası Anar Ibrahimova etibarnamə vermişdir. ## ##### 2025-ci il tarixdə isə avtomobil alqı-satqı əsasında onun adına qeydə alınmışdır. Seymur adlı adamı tanımır. Avtomobil hal-hazırda da onun mülkiyyətindədir. Maraqlı şəxs sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Anar adlı şəxsə etibarnamə onun tərəfindən verilmişdir. Ilkin müqavilə üzrə Seymur 1200 manat ödəmədiyi üçün avtomobili ondan geri tələb edir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

17. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

26. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

27. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

28. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

29. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

35. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər:

37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər İddiaçı mülkiyyətində olmuş və ## #### 2025-ci ildə onunla Cavabdeh arasında nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Iddiaçı İddiaçı ## #### 2025-ci il tarixdə bağlanılmış ilkin alqı-satqı müqaviləsi üzrə cavabdeh Cavabdeh ona 1200 manat ödənilməmiş borcunun qaldığını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti vermişdir.

44. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

45. Belə ki, yuxarıdadaqeyd olunduğu kimi mübahisəli avtomobil əvvəllər iddiaçı İddiaçı mülkiyyətində olmuşdur. Sonuncu ilə hazırkı iş üzrə cavabdeh Cavabdeh arasında bağlanmış ilkin alğı-satqı müqaviləsinin şərtləri pozulduğundan iddiaçı Cavabdeh verdiyi etibarnaməni ləğv etdirmiş, ## ##### 2025-ci il tarixdə isə öz adından nəqliyyat vastəsinə sərəncam verilməsinə dair X1 etibarnamə vermişdir. Sonuncuda həmin etibarnamə əsasında “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili ## ##### 2025-ci il tarixdə Maraqlı şəxs adına rəsmləşdirmişdir. Işdə olan BD****** nömrəli Nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindən də görünür ki, “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda da Maraqlı şəxs mülkiyyətindədir.

46. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Məhkəmə kollegiyası işin bu vəziyyətində diqqəti Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ####### 2004-cü il tarixli qərarındakı hüquqi mövqeyinə çəkməyi zəruri hesab edir.

48. X4 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

49. Həmçinin qeyd olunmalıdır ki, əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Lakin, bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur.

50. “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının özünün iradəsi əsasında, yəni ## ##### 2025-ci il tarixdə öz adından nəqliyyat vastəsinə sərəncam verilməsinə dair X1 verdiyi etibarnamə əsasında özgəninkiləşdirilməsi artıq işin mübahisə olunmayan halıdır.

51. Işin qeyd olunan bu halı isə özlüyündə onu deməyə əsas verir ki, Maraqlı şəxs vicdanlı olmuş və nəqliyyat vasitəsi qanuni əsaslarla adına qeydə alınmışdır. Belə olan təqdirdə isə qeyd olunan əmlakın, yəni “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı halda İddiaçı verilməsi istisna olunur. Çünki, sonuncu qeyd olunan avtomobilin mülkiyyətçisi deyil.

52. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

53. Göründüyü kimi, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. Iddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.

54. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı İddiaçı “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Cavabdeh qanunsuz sahibliyindən alınıb ona qaytarılmasını məhkəmədən xahiş edir. Bundan əvvəldə qeyd olunduğu kimi avtomobil ## ##### 2025-ci ildən Maraqlı şəxs mülkiyyətinə keçmişdir, iddia isə ## ###### 2025-ci ildə məhkəməyə verilib.

55. Kollegiya bu məqamda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ## #### 2025-ci il tarixli ilkin alğı-satqı müqaviləsi üzrə cavabdeh Cavabdeh avtomobilin geri qaytarılmasını deyil, sonuncudan ödənilməməsi iddia olunan 1200 manatı tələb edə bilər.

56. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Qeyd olunanlara əsasən məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməməli, eləcədə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

58. Işdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xxxx” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınıb ona qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar