Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-901/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X8 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) nümayəndə2, cavabdeh İsmayılov Zaur Nəsir oğlunun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh İsmayılov Zaur Nəsir oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İsmayılov Amin Zaur oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, material üzrə araşdırma zamanı izahatı alınmış İsmayılov Zaur Nəsir oğlu göstərmişdir ki, 2021-ci ildə X14 Gəncə şəhəri köhnə «MERO» deyilən yerin yaxınlığından 1 hektar 10 sot torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında almışdır. Aldığı torpaq sahəsinin içərisində təxminən 1 metr hündürlüyündə 21 sot yeri əhatə edən hasar mövcud olmuşdur. Həmin hasarı traktor çağırıb sökdürmüş, bundan sonra həmin mişar daşları yararsız olduğu üçün onları zibilliyə atdırmışdır. Torpaq sahəsini təmizlətdirmişdir. 1 hektar 10 sot torpaq sahəsindən 21 sotunu oğlu İsmayılov Amin Zaur oğlunun adına bağışlama etmişdir. Qalan 0.89 ha torpaq sahəsində də, 3 sot və 8 sot olmaqla həmin torpaq sahələrini Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən almış İlham və Əliquzu adlı şəxslərin adlarına alğı-satqı etmiş və hazırda həmin torpaq sahəsindən onun 0.78 ha torpaq sahəsi mülkiyyətindədir. 0.78 ha torpaq sahəsinin çıxarışı bu yaxınlarda götürməlidir, Firuz yalan deyir. O, qeyd olunan torpaq sahəsini alan zaman 21 sotunun ətrafında təxminən 1 metrə yaxın tək qat hasar olmuş, torpaq sahəsinin içərsində heç bir material olmamış, həmin hasarı traktor vasitəsi ilə təmizlədib zibilə atdırmışdır. Darvazasını isə həmin darvazanı düzəldən şəxsin özü gəlib söküb aparmışdır.
2. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, *** nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsində yerləşən Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsi binasının cənub tərəfindəki 0,35 ha torpaq sahəsində İddiaçı tərəfindən ticarət və istehsal sahələrinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli arayışdan görünür ki, ləğv edilmiş DT və XK Göygöl rayon şöbəsi tərəfindən Bağırov Sayad isa oğlunun, X4 adlarına Göygöl rayonu, Qızılca kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-**** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Dövlət aktının 0.9876 ha hissəsinə dair onların adlarına ##.##.2014-cü il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. * saylı Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun ##.##.2014-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən 0.9876 ha torpaq sahəsi Bağırov Sayad İsa oğlu və X4 tərəfindən X9 və alıcının adına ##.##.2014-cü il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun ##.##.2018ci il tarixli, 4Ə-**** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 0.9876 ha torpaq sahəsi X9 tərəfindən İsmayılov Amin Zaur oğluna satılmışdır və alıcının adına ##.##.2018-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göygöl rayon notariat kontorunun ##.##.2018-ci il tarixli, 4Ə- *** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən torpaq sahəsi İsmayılov Amin Zaur oğlu tərəfindən X12 və alıcının adına ##.##.2018ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun ##.##.2020-ci il tarixli, 4Ə-**** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 0.9876 ha torpaq sahəsi X12 tərəfindən İsmayılov Zaur Nəsir oğluna satılmışdır və alıcının adına ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göygöl Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Ləğv edilmiş DT və XK Göygöl rayon şöbəsi tərəfindən Qarayev İlham Teyyub oğlunun adına Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən sahibkarlıq məqsədi üçün Göygöl rayonu, Qızılca kəndində yerləşən 1.0 ha torpaq sahəsinə dair AN ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Adından ##.##.2010-cu il tarixli qətnaməyə, Göygöl rayon dövlət notariatının ##.##.2011-ci il tarixlə təstiq edilmişd bölgü müqaviləsinə əsasən Qarayev İlham Teyyub oğlunun adına Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.8236 ha torpaq sahəsinə dair ##.##.2011-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.Göygöl rayon dövlət notariat kontorunun ##.##.2012-ci il tarixli, 4Ə- 1-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 0.8236 ha torpaq sahəsi Qarayev İlham Teyyub oğlu tərəfindən İsmayılov Zaur Nəsir oğluna satılmışdır və alıcının adına ##.##.2012ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Halhazırda mülk “xxxx” KB ASC-nin xeyrinə yüklüdür. Ləğv edilmiş DT və XK Göygöl rayon şöbəsi tərəfindən X5 adına Göygöl rayonu, Quşqara kəndində yerləşən 2.20 ha (0.2 ha ictimaiiaşə obyektinin tikintisi üçün, 2.0 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün) torpaq sahəsinə dair JN *** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. DAna əsasən 1.10 ha hissəsinə X5 adına ##.##.2007-ci il tarixli, ************ reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Göygöl rayon dövlət notariat kontorunun ##.##.2011-ci il tarixli, 4Ə-2-227 reyestr nömrəl ialğı-satqı müqaviləsinə əsasən 1.10 ha torpaq sahəsi X6 tərəfindən X14 və alıcının adına ##.##.2011-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər * saylı notariat ofisinin ##.##.2021-ci il tarixli, 4Ə-** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 1.10 ha torpaq sahəsi X14 tərəfindən İsmayılov Zaur Nəsir oğluna satılmışdır və alıcının adına ##.##.2021ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 1.10 ha torpaq sahəsinin yalnız 0.21 ha hissəsini İsmayılov Zaur Nəsir tərəfindən İsmayılov Amin Zaur oğluna satılmışdır, alğı-satqı müqaviləsi *M-*** saylı əmlak bölgüsü barədə müqaviləyə əsasən alıcının adına Gəncə ərazisinə keçən 0.21 ha torpaq sahəsinə ##.##.2025-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli məhkəmə bildirişinə əsasən mülkün üzərinə qadağa qoyulmuşdur. Gəncə şəhər * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli, 4Ə2**, 4Ə-288, 4Ə-289, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqavilələrinə əsasən İsmayılov Amin Zaur oğlunun adına 0.7282 ha hissəyə, X13 adına 0.0306 ha hissəyə dair, Nəbiyev İlham Qiyabi oğlunun adına 0.0306 ha hissəyə dair, İsmayılov Zaur Nəsir oğlunun adına 0.10 ha hissəyə dair ##.##.2025-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
4. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-*/*-***/**** nömrəli məktubdan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin sənədləri idarə arxivində 5 illik müvəqqəti mühafizə müddəti başa çatdıqdan sonra Milli Arxiv Fonduna təhvil verilir. Bu səbəbdən, müraciətdə qeyd olunan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, *** nömrəli sərəncamı ilə bağlı tərtib edilmiş təhvil-təslim aktını və digər sənədləri təqdim etmək mümkün deyildir. Əlavə olaraq bildiririk ki, sorğuda qeyd edilən torpaq sahəsinin daş hasarla əhatə olunması barədə qurumda hər hansı məlumat mövcud deyil.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli 3-21-3-33/2- ****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, əraziyə keçirilən baxış zamanı, mübahisəli torpaq sahəsinin faktiki olaraq tərəflərin hər hansı biri tərəfindən faktiki olaraq istifadə edilmədiyi müəyyən olundu. Belə ki, torpaq sahəsi açıq ərazi olmaqla, üzərində hər hansı tikili mövcud deyildir. Mübahisəli torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində, bələdiyyə (Gəncə şəhəri Nizami bələdiyyəsi) mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsi olaraq göstərilmişdir. Mübahisəli torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış, ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxanşa əsasən, İsmayılov Amin Zaur oğlunun xüsusi mülkiyyətində olan 0.21 ha torpaq sahəsidir.
6. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-(114)- ****/**** nömrəli qərardadından görünür ki, Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İsmayılov Amin Zaur oğlu və İsmayılov Zaur Nəsir oğlu) “cavabdeh tərəfindən İsmayılov Amin Zaur oğlunun adına verilmiş ##.##.2025-ci il tarixli, ************ reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydin, müvafiq çıxarışın və İsmayılov Zaur Nəsir oğlunun adına verilmiş ##.##.2021-ci il tarixli, *********** reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydin, müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş X10 izahatında göstərdi ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Gəncə Ərazi İdarəsində mühəndis vəzifəsində işləyir. Mübahisələndirilən ərazisinin mütəxəssis rəyindən görünür ki, həmin ərazidə daş hasarın olub-olmamasını müəyyən etmək mümkün olmur. Belə ki, 2015-2021-ci ilin dekabr ayına qədər ərazinin hasarla əhatə olunduğu görünsə də, onun daş hasar və ya dəmir konstruksiya olub-olmadığı bilinmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İsmayılov Zaur Nəsir oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İsmayılov Amin Zaur oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı cavabdehdən hasarın dağıdılmasına görə 22.000 manat, dəmir metalların mənimsənilməsinə görə 28.000 manat və vurulmuş mənəvi ziyanın əvəzi qismində 10.000 manat, cəmi 60.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 270 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının ## #### 2013-cü il tarixli, *** saylı sərəncamı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində (keçmiş MERO-nun arxasında) 0,35 ha. torpaq sahəsi onun istifadəsinə verilmişdir. Hazırda da, onun istifadəsindədir. Onun istifasinə verilmiş torpaq sahəsi iddiaçı tərəfindən mişar daşı ilə hasarlanmış və həyətinə dəmir materialları yığılmışdı. Cavabdeh İsmayılov Zaur Nəsir oğlu onun Bakı şəhərində yaşadığından sui-istifadə edərək istifadəsində olan torpaq sahəsinin kənarlarına çəklimiş hasarı traktorla məhv etmiş, dəmir materialdan olan giriş-çıxış qapısı və torpaq sahəsinə yığıdığı dəmir materialları isə mənimsəmişdir. Onun tərəfindən bu haqda Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edilmişdir. Müraciəti əsasında toplanmış material üzrə ## #### 2025-ci il tarixli qərarla cinayət işi balanması rədd edilmiş, məsələnin mülki mübahisə olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh Zaur İsmayılov polis orqanlarında verdiyi izahatında mübahisəli torpaq sahəsində olan hasarın onun tərəfindən söküldüyünü, mişar daşlarını məhv edərək zibilliyə atmasını etiraf etmiş, ancaq torpaq sahəsində olan dəmir materialların olmamasını, eləcə də dəmir darvazanın guya darvazanı hazırlayan usta tərəfindən götürülməsini bildirmişdir. Beləliklə, cavabdeh iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə mişar daşından çəkilmiş hasarı məhv etməklə 22.000 manat, dəmir materiallarını mənimsəməsi nəticəsində 28.000 manat maddi ziyan vurmuşdur. Eləcə də cavabdehin bu kimi qanunsuz hərəkətləri ona mənəvi təsir göstərmişdir, bu hərəkətlərdən əsəbləşərək mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya vurulan mənəvi zərbənin dəyəri olaraq 10.000 manat pulun kompensasiya şəklində alınaraq ona ödənilməsini iddia etmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən cəmi 60.000 manat pulun cavabdeh İsmayılov Zaur Nəsir oğlundan alınaraq ona ödənilməsini iddia etmişdir.
10. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Quliyev Camal) İddiaçı İsmayılov Zaur Nəsir oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İsmayılov Amin Zaur oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhər * saylı notariat ofisinin ##.##.2021-ci il tarixli, 4Ə-** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 1.10 ha torpaq sahəsi X14 tərəfindən İsmayılov Zaur Nəsir oğluna satılmışdır və alıcının adına ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 1.10 ha torpaq sahəsinin yalnız 0.21 ha hissəsini İsmayılov Zaur Nəsir oğlu tərəfindən İsmayılov Amin Zaur oğluna satılmışdır, alğı-satqı müqaviləsi *M-*** saylı əmlak bölgüsü barədə müqaviləyə əsasən alıcının adına Gəncə ərazisinə keçən 0.21 ha torpaq sahəsinə ##.##.2025-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, *** nömrəli sərəncamına əsasən isə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsində yerləşən Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsi binasının cənub tərəfindəki 0,35 ha torpaq sahəsində İddiaçı tərəfindən ticarət və istehsal sahələrinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsinin dəqiq ünvanı qeyd olunmamış, odur ki, iddiaçı həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını sübuta yetirə bilməmişdir. Bundan başqa ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mübahisəli ərazidə yerləşən torpaq sahəsinə mülkiyyət hüququ İsmayılov Zaur Nəsir oğlu tərəfindən əldə olunmuşdur. Həmin vaxt daş hasar mövcud olmuş, daş hasar torpaq sahəsi ilə birlikdə Z.N.İsmayılova satılmışdır. Z.N.İsmayılov torpaq sahəsini ödənişlə əldə etdiyindən, daş hasarın sökülməsində də təqsirliliyi müəyyən edilmir. İddiaçı İddiaçı daş hasarın özü tərəfidən inşa edildiyini və cavabdehin təqsirini sübutu yetirməli olduğu halda sübuta yetirə bilməmişdir. Məhkəmə onu da, qeyd etməyi zəruri hesab edir ki, mülki işin məhkəmə tədqiqi zamanı mütəxəssis rəyinin alınması təmin edilmiş və mübahisəli torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində, bələdiyyə (Gəncə şəhəri Nizami bələdiyyəsi) mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsi olaraq göstərildiyi təsbit edilmişdir. Gəncə şəhəri Kəpəz Bələdiyyəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İsmayılov Amin Zaur oğlu və İsmayılov Zaur Nəsir oğlu) “cavabdeh tərəfindən İsmayılov Amin Zaur oğlunun adına verilmiş ##.##.2025-ci il tarixli, ************ reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydin, müvafiq çıxarışın və İsmayılov Zaur Nəsir oğlunun adına verilmiş ##.##.2021-ci il tarixli, *********** reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydin, müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Odur ki, mübahisəli ərazinin dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət növündə hansı kateqoriyaya aid olmasına dair məsələ mübahisələndirilir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 139.1, 152.1, 152.5, 152.6, 1096, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Gəncə Şəhər Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə qeyd edilmişdir ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhər * saylı notariat ofisinin ##.##.2021-ci il tarixli, 4Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 1.10 ha torpaq sahəsi X14 tərəfindən İsmayılov Zaur Nəsir oğluna satılmışdır və alıcının adına ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 1.10 ha torpaq sahəsinin yalnız 0.21 ha hissəsini İsmayılov Zaur Nəsir oğlu tərəfindən İsmayılov Amin Zaur oğluna satılmışdır, alqı-satqı müqaviləsi *M- *** saylı əmlak bölgüsü barədə müqaviləyə əsasən alıcının adına Gəncə ərazisinə keçən 0.21 ha torpaq sahəsinə ##.##.2025-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının ##.##.2013cü il tarixli, *** nömrəli sərəncamına əsasən isə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsində yerləşən Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsi binasının cənub tərəfindəki 0,35 ha torpaq sahəsində İddiaçı tərəfindən ticarət və istehsal sahələrinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsinin dəqiq ünvanı qeyd olunmamış, odur ki, iddiaçı həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını sübuta yetirə bilməmişdir. Bundan başqa ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mübahisəli ərazidə yerləşən torpaq sahəsinə mülkiyyət hüququ İsmayılov Zaur Nəsir oğlu tərəfindən əldə olunmuşdur. Həmin vaxt daş hasar mövcud olmuş, daş hasar torpaq sahəsi ilə birlikdə Z.N.İsmayılova satılmışdır. Z.N.İsmayılov torpaq sahəsini ödənişlə əldə etdiyindən, daş hasarın sökülməsində də təqsirliliyi müəyyən edilmir. İddiaçı İddiaçı daş hasarın özü tərəfidən inşa edildiyini və cavabdehin təqsirini sübutu yetirməli olduğu halda sübuta yetirə bilməmişdir. Bununla bağlı qeyd etmişdir ki, torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq etməyə ehtiyac yoxdur. Torpaq sahəsi onun istifadəsinə Sərəncamla verilmiş və onun tərəfindən ayrılmış torpaq sahəsi tam şəkildə daş hasarla hasarlanmış, dəmir darvaza qoyulmuş və həmin ərazidə tikinti materialları saxlanc məqsədilə yığılmışdır. Onun şikayəti əsasında aparılmış araşdırmanın nəticəsinə dair, işdə olan ##.##.2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, material üzrə araşdırma zamanı izahatı alınmış İsmayılov Zaur Nəsir oğlu göstərmişdir ki, 2021-ci ildə X14 Gəncə şəhəri köhnə «MERO» deyilən yerin yaxınlığından 1 hektar 10 sot torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. Aldığı torpaq sahəsinin içərisində təxminən 1 metr hündürlüyündə 21 sot yeri əhatə edən hasar mövcud olmuşdur. Həmin hasarı traktor çağırıb sökdürmüş, bundan sonra həmin mişar daşları yararsız olduğu üçün onları zibilliyə atdırmışdır. O, qeyd olunan torpaq sahəsini alan zaman 21 sotunun ətrafında təxminən 1 metrə yaxın tək qat hasar olmuş, torpaq sahəsinin içərsində heç bir material olmamış, həmin hasarı traktor vasitəsi ilə təmizlədib zibilə atdırmışdır. Darvazasını isə həmin darvazanı düzəldən şəxsin özü gəlib söküb aparmasını bildirmişdir. Ancaq darvazanın da həqiqətən onu düzəldən şəxs tərəfindən aparılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin özünün izahatından və məhkəmə iclasında səsləndirdiyi fikirlərdən bəlli olmuşdur ki, daş hasarın onun tərəfindən sökülərək zibilliyə atılmasını qeyd etsə də, eləcə də vurulmuş ziyanın həcminin azaldılması məqsədilə hasarın bir metr hündürlüyündə olmasını və dəmir darvazanı guya düzəldən şəxs tərəfindən aparılmasını bildirmişdir. Ancaq məhkəmə tərəfindən göstərilən hallar düzgün qiymətləndirilməmiş, iş üzrə obyektiv qərar qəbul edilməsi təmin edilməmişdir.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq, torpağın sərancamının onlarda olduğunu, sonradan başqa mülkiyyətçinin ortaya çıxdığını qeyd etmişdir. Gəncə şəhəri Polis İdarəsində araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, cavabdehin etiraf edərək hasarın onun tərəfindən söküldüyünü bildirmişdir. Lakin, hasarın 2 metr deyil 60 sm hündürlüyündə olduğunu qeyd etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı metal tikinti materiallarını tikinti işləri üçün həmin əraziyə qoymuşdur. İddiaçının Bakıda yaşadığı üçün həmin əraziyə gəlib baxa bilmədiyini, lakin səfərlərinin birində həmin əraziyə gəldiyi vaxt nə darvazanın nə də ki, metal tikinti materiallarının olmadığını görmüşdür. Lakin cavabdeh birinci instansiya məhkəməsinə Gəncə şəhər İcra başçısının tapşırığı ilə tikinti işləri apardığını bildirmişdir. Lakin, Gəncə şəhər İcra Hakimiyyəti birinci instansiyanın sorğusuna cavab olaraq bu barədə məlumatının olmadığını bildirmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İsmayılov Zaur Nəsir oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 aldığını bildirmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında bildirmişdir ki, torpaq sahəsini cavabdehə satdığı zaman hasarın olduğunu, özünündə torpaq sahəsini aldığı vaxtlar hasar ilə birlikdə aldığını qeyd etmişdir. Əlavə olaraq darvazanın Bayram adlı şəxs tərəfindən pulunun verilmədiyi üçün aparıldığını bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür:
21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
25. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
28. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
29. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
30. Maddə 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
36. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
42. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı iddia etdiyi Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsində yerləşən Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsi binasının cənub tərəfindəki 0,35 ha torpaq sahəsinin onun mülkiyyətində olmasını, həmçinin həmin hasarın onun tərəfindən inşa edilməsini qeyd etsə də, tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *- **-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, əraziyə keçirilən baxış zamanı, mübahisəli torpaq sahəsinin faktiki olaraq tərəflərin hər hansı biri tərəfindən faktiki olaraq istifadə edilmədiyi müəyyən olundu. Belə ki, torpaq sahəsi açıq ərazi olmaqla, üzərində hər hansı tikili mövcud deyildir. Mübahisəli torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində, bələdiyyə (Gəncə şəhəri Nizami bələdiyyəsi) mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsi olaraq göstərilmişdir. Mübahisəli torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış, ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxanşa əsasən, İsmayılov Amin Zaur oğlunun xüsusi mülkiyyətində olan 0.21 ha torpaq sahəsidir.
44. Məhkəmə kollegiyası iddiaçının Gəncə şəhəri Polis İdarəsində araşdırma aparılan zaman cavabdehin etiraf edərək hasarın onun tərəfindən söküldüyünü bildirməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mübahisəli ərazidə yerləşən torpaq sahəsinə mülkiyyət hüququ İsmayılov Zaur Nəsir oğlu tərəfindən əldə olunmuşdur. Həmin vaxt daş hasar mövcud olmuş, daş hasar torpaq sahəsi ilə birlikdə cavabdehə satılmışdır. Cavabdeh Zaur İsmayılov torpaq sahəsini ödənişlə əldə etdiyindən, daş hasarın sökülməsində təqsirliliyi müəyyən edilmir.
45. İddiaçı apellyasiya şikayətinin dəlillərində torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq etməyə ehtiyac olmamasını, torpaq sahəsi onun istifadəsinə Sərəncamla verilməsini və onun tərəfindən ayrılmış torpaq sahəsi tam şəkildə daş hasarla hasarlanmasını, dəmir darvaza qoyulmasını və həmin ərazidə tikinti materialları saxlanc məqsədilə yığılmasını qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, iddia edilən halın mövcud olduğunu sübut etmək iddia edənin (iddiaçının) üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
46. İddiaçının istinad etdiyi Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, *** nömrəli sərəncamında iddiaçıya Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsində yerləşən Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsi binasının cənub tərəfindəki 0,35 ha torpaq sahəsində ticarət və istehsal sahələrinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qeyd edilsə də, ona ayrılmış torpaq sahəsinin dəqiq ünvanı və koordinatları qeyd olunmamış, hər hansı torpaq sahəsinin planölçüsü təqdim olunmamışdır. Digər tərəfdən başqa şəxsin, o cümlədən bələdiyyə mülkiyyətində olan və iddiaçının sahiblik, yaxud istifadəsində olmasına dair hər hansı bir sənəd olmadan Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının mülkiyyətçinin razılığı olmadan ##.##.2013-cü il tarixli, *** nömrəli sərəncamında iddiaçıya Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsində yerləşən Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsi binasının cənub tərəfindəki 0,35 ha torpaq sahəsində ticarət və istehsal sahələrinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verməsi belə əsaslı hesab edilə bilməz.
47. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
48. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
49. MM-nin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı iddia tələbində iddiaçı özünə məxsus olmayan başqasının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparıldığını, konkret halda hasarın çəkildiyini iddia edərək hasarın sökülməsi nəticəsində mülkiyyətçidən dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Bu zaman iddiaçı özünün vicdanlı sahib olmasını əsaslandırmaq üçün Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, *** nömrəli sərəncamı ilə ona Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsində yerləşən Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsi binasının cənub tərəfindəki 0,35 ha torpaq sahəsində ticarət və istehsal sahələrinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, adıçəkilən sərəncam müvafiq torpaqayırma sənədləri olmadığından iddiaçının başqasının mülkiyyətində apardığı tikinti işlərinə münasibətdə onun vicdanlılığını və vicdanlılığa əsaslanaraq iddiaçının başqasının mülkiyyətində özbaşına apardığı işlərə görə ziyan tələb etmək hüququnu istisna edir.
50. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
51. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərər ilə bağlı dəlillərini əsassız hesab etməklə, qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin hərəkətlərinə görə ona 10.000 manat məbləğində mənəvi zərər tələb etsə də, tələbini əsaslandırmamış, cavabdehin hansı qanunsuz hərəkətləri ucbatından mənəvi sarsıntıya və iztiraba məruz qalması barədə heç bir sübut növü təqdim etməmişdir.
52. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.