Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-573/2026 31.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Baıramova Aınuranın Cavabdeh qarşı və Cavabdeh Baıramova Aınuraya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi cəlb olunmaqla) qarşı mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evinin boşaldılması, mülkiyyət hüquqlarının bərpası, müqavilənin etibarsız hesab edilməsi, çıxarış qeydinin ləğv edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X6 və X7 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə3, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə, Iddiaçı Baıramova Aınuranın cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması, boş vəziyyətdə, giriş açarlarının alınaraq təhvil verilməsi, mülkiyyət hüquqlarının bərpası və qanuni hərəkətlərinin qadağan edilməsi” tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baıramova Aınuraya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi cəlb olunmaqla) qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarış əsasında aparılmış reyestr qeydinin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı Baıramova Aınuranın cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması, boş vəziyyətdə, giriş açarlarının alınaraq təhvil verilməsi, mülkiyyət hüquqlarının bərpası və qanuni hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinin cavabdeh Cavabdeh tərəfindən boşaldılmasına, boş vəziyyətdə, giriş açarlarının cavabdehdən alınaraq ona təqdim edilməsinə, mülkiyyət hüquqlarının bərpasına və qanuna zidd hərəkətlərinin cavabdeh Cavabdeh qadadağan edilməsinə, dövlət rüsumu kimi ödədiyi 100 manat vəsaitin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ünvan 1 Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinin alqı-satqı yolu ilə ## ######## 2024-cü il tarixində müqavilə bağlanmışdır. Müqavilənin dəyəri 120000 manat müəyyən olunmuşdur. Müqavilənin 11-ci bəndinə əsasən “Satıcı” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə aşağıda göstərilən tarixdən Alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür: Satıcı Cavabdeh ##.##.2024 tarixinədək Alıcı İddiaçı–sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Alqı-satqıdan sonra əmlak məsələləri dövlət xidməti DƏDRKpublik hüquqi şəxs tərəfindən ## ####### 2024-cü il tarixində hüquqlarının qeydiyyatına dair qeydiyyat ********** nömrəli çıxarış almışdır. Alqı-satqı olduqdan sonra satıcı hazırki iş üzrə cavabdeh Cavabdeh xahiş etmişdir ki, həyətdə ona aid olan əşyaların bir müddətdən sonra götürəcəyi məqsədilə giriş qapısının açarının bir ədədi onda qalsın. ## #### 2025-ci il tarixdə ailə üzvləriylə birlikdə onlara məxsus ünvan 1 Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinə getdikdə məlum oldu ki, hazırkı iddia üzrə cavabdeh giriş qapısının açarlarını dəyişməklə ona aid ailə üzvlərilə birlikdə həmin evə köçmüş və hüquqlarını kobud şəkildə pozmuşdur.
3. Cavabdeh Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024 tarixli “alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRXdə ********** nömrəli çıxarış əsasında cavabdeh adına aparılmış reyestr qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində olmuş ünvan 1 (yeni ünvanlandırma: Nizami Gəncəvi küç., giriş 90) ünvanlı, 154.7 kv.m sahəsi olan fərdi yaşayış evi üzrə ##.##.2024 tarixində bağlanmış “alqı-satqı” adlı əqd, əslində faiz (sələm) müqabilində götürülən borcun təminatı məqsədi ilə girov münasibətini pərdələmək üçün formalaşdırılmışdır. Əqd və sonrakı hərəkətlər Sahib Bayramovun təşəbbüsü və yönləndirməsi ilə həyata keçirilmiş, cavabdeh Aynura Bayramovanın adına rəsmiləşdirilmişdir. Notariat hərəkətindən dərhal sonra “faiz” adı ilə 7000 manat tutulmuş, ##.##.2024 tarixində 3000 manat və ##.##.2025 tarixində 4000 manat ödəniş edilmişdir. Bu zaman “55000 manat borc + 15000 manat “şapka’” şərti ilə real iqtisadi münasibət qurulmuş, lakin hüquqi forması alqısatqı kimi göstərilmişdir. Evin bazar dəyəri (təxminən) 210000 manat olduğu halda, 55000 manat müqabilində özgəninkiləşdirmə məqsədi güdülmüş, bu isə açıq-aşkar aldatma və etibardan suiistifadə əlamətləri daşıyır. ##.##.2024 tarixində DƏDRX tərəfindən ********** nömrəli çıxarış verilərək cavabdeh adına reyestrdə qeyd aparılmışdır. 2025-ci ilin yanvar ayından borc götürmüş Cavabdeh qardaşı ilə Sahib Bayramov arasında münasibətlər pozulmağa başlamış, belə ki, Sahib Bayramov və digər şəxslərin aldatma və əmlak ələ keçirmə planlar üzə çıxmışdır. Cavabdeh qardaşının borcunu bağlamaq üçün evi satışa çıxarmış, həmin vaxt məlum olmuşdur ki, ev girov qoyulmamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Ondan sonra Sahib Bayramova olan borcun qaytarılması üçün evi satıb, qalan borcu ödəmək təklif edilsə də, Sahib Bayramov razılaşmamışdır. Iddia ərizəsində qeyd etdiyi bütün halları təsdiq edən audio, video yazılar, tərəflər arasında olan yazışmalar məhkəməyə təqdim ediləcək. Hazırda qarşılıqlı iddia ərizəsi elektron qaydada veridiyi üçün səs və video yazıların elektron məhkəmə sisteminə yüklənmə mövcud olmadığı üçün post vasitəsilə göndəriləcək. Tərəflərindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə şikayət edilmişdir. Şikayət hazırda Bakı şəhəri Nizami Rayon Polis Idarəsində baxılmaqdadır. Yuxarıdakı hallar göstərir ki, əqd iradə ilə ifadə arasında uyğunsuzluqla, aldatma və etibardan suiistifadə yolu ilə həqiqi girov münasibətini pərdələmək (şübhəli hüquqi məqsəd) məqsədi ilə bağlanmışdır. Bu səbəbdən əqdin etibarsız sayılması, cavabdeh adına reyestr qeydinin ləğvi və mülkiyyət hüququnun bərpası zəruridir. Hüquqi əsaslar Mülki Məcəllə (MM) Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Mülkiyyətçi öz mülahizələrinə görə, heç kəsdən asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş hüdudlarda əmlaka sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olubolmamasının əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd etibarsız sayıla bilər. Maddə 340. Uydurma və yalan (pərdələyici) əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Belə əqd etibarsızdır. 340.2. Yalan (pərdələyici) əqd başqa bir əqdi pərdələmək üçün bağlanmış əqddir. Belə əqd etibarsızdır və pərdələnən əqdə dair qaydalar tətbiq edilir. Mülki Prosessual Məcəllə (MPM) Maddə 35. Ərazi aidiyyəti 35.3. Qarşılıqlı iddia ilkin iddia ilə eyni məhkəmədə baxılır. Maddə 39. Müstəsna aidiyyət 39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Maddə 155. Qarşılıqlı iddianın verilməsi 155.1. Cavabdeh ilkin iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia verə bilər. Maddə 156. Qarşılıqlı iddianın qəbul edilməsi 156.1. Qarşılıqlı iddia aşağıdakı hallarda qəbul edilir: ilkin iddia ilə qarşılıqlı iddia arasında qarşılıqlı əlaqə olduqda; qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna etdikdə; qarşılıqlı iddianın ayrıca baxılması işin daha səmərəli həllini təmin etmədikdə. 156.2. Qarşılıqlı iddia ilkin iddia ilə birlikdə baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ##.##.2024 tarixli “alqısatqı” müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-də ********** nömrəli çıxarış əsasında cavabdeh adına aparılmış reyestr qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ilk və qarşılıqlı iddia ərizələrinə qarşı yazılı etiraz daxil olmamışdır.
6. Şahid qismində ifadəsi alınmış X2 ifadəsində bildirmişdir ki, o, hazırda Bakı Istintaq Təcridxanasındadır. Belə ki, Cavabdeh onun qardaşıdır. Qeyd edir ki, 2024-cü ildə vergi problemi yaranmışdı. Dövlət büdcəsinə pul ödəmək lazım idi. O, qardaşı Cəfərov Xalidin evini girov qoyaraq pul götürmək istədi. Qardaşıyla razılaşdı ki, evi girov qoysunlar. O, faizə pul verən axtarırdı. Elqar adlı bir şəxslə tanış oldu. Bildirdi ki, ona pul lazımdır. Elqar ona bildirdi ki, maraqlanıb deyəcəkdir. Aradan 10-15 gün keçəndən sonra Elqar onu yığdı ki, Ilqar adlı şəxs var deyir mümkündür. Onlar görüş təyin edib Elqar, Ilqar ilə o görüşdülər. Söhbət elədi ki, qardaşının evi var sənədi kupçadır, torpaq bələdiyyədir. Bank pul vermir. Ona 70000 manat pul lazımdır. Ilqar bildirdi ki, bir Gürcüstan vətəndaşı Sahib var o verir, o onla danışsın ona deyər. Aradan 3-4 gün keçəndən sonra Elqar ilə Ilqar bildirdilər ki, evin şəkillərini və sənədlərini onlara at göstərək. O, evin sənədini və şəkillərini Elqara atdı. 2-3 gün keçəndən sonra ona bildirdilər ki, Sahib evə baxmaq istəyir. O, ünvanı dedi gəldilər evə baxdılar. Sonra Sahib ona dedi ki, sabah həll edərik, razılaşdılar. Sabah Elqar və Ilqar ona zəng vurub dedilər ki, qardaşı da götür gəl Qara Qarayevdəki ** saylı natarusa. O, bildirdi ki, ev Xırdalandadır, niyə burda həll etmirsiniz. Bildirdilər ki, ** saylı notarius Sahibin dostudur bura yaxşıdır. O, qardaşıyla həmin natarusa getdi. Notariusda Sahib ona bildirdi ki, pul girovluqla alınmır. Sahib pulun onlara vacib lazım olduğunu görüb variantdan dələduzluqla çox məharətlə istifadə etdi. Bildirdi ki, evi onun yoldaşının adına keçirmək lazımdır. Buna görə də notariusun bankına 120000 manat pul qoymaq lazımdır. Pulu qoyaq yoldaşının adına keçsin sizə pul versin. Nə vaxt pulu qaytararsız evi keçirər adınıza. Ağır zərurət yarandığı halda Sahibin və ədlərin inam ehtibarına inanaraq evi onun həyat yoldaşının adına keçirdilər. Sahib Notariusun bankına tapşırdı ki, pulun 70000 manatını bir sumkaya yığ qalanının da başqa sumkaya yığ. Evin 250000 manat qiyməti var. Onlar evi sahibin yoldaşının adına keçirəndən sonra pullar iki sumkada götürüb sahibin maşınına oturdular. O, Sahibin bu hərəkətlərindən şüpələnərək onun pul sayıb onlara verməsini səs yazısını telefona yazıb diskə köçürüb saxladı. Sahib ondan 70000 manat pulun 10 faizini yeni 7000 manat şapka ilə 1-ci və 2-ci ayın aylıq faizini nağd saxlayıb onlara 55700 manat verdi. Hər ay 5 faizlə vermişdi. Yəni hər ay 3500 manat faiz vermək şərti ilə o, 3-cü ay sahibin kartına 3000 manat 4-cü ay isə kartına 4000 manat atdı. Sonra Sahibə pul verə bilmədi. Sahib onları evdən çıxarma iddiası ilə Abşeron rayon Məhkəməsinə verdi. Odur ki, müqaviləni bağlamaqda məqsəd alqı-satqı etmək olmamışdır, məqsəd faizə pul götürmək olmuşdur.
7. Şahid qismində ifadəsi alınmış Baıramov Sahib ifadəsində bildirmişdir ki, Baıramova Aınura onun həyat yoldaşıdır. O, ailəsi və özü üçün ev axtarmışdır. Belə ki, o, özü də əmlak alqı-satqısıyla məşğul idi və Ilqar adlı makler vasitəsi ilə Cavabdeh qardaşı X3yla tanış olmuşdur. O, Cavabdeh adına olan ünvan 1 Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinə baxmış və çox bəyənmişdir. X1 başına iş gəldiyini, təcili pul lazım olduğunu bildirmiş və 60000 manat ondan pul istəmişdir. O, bank, sığorta xərcləri olan 4270 manat pulu burdan çıxaraq 55700 manat pulu Çingizə vermişdir. Bu pul ilə bağlı onlar beh müqaviləsi bağlamışlar, lakin artıq alqı-satqı olacağı üçün Çingiz bu müqaviləni atmasını istəmiş, o da müqaviləni cıraraq atmışdır. Bundan sonra isə onlar notariusa getmiş və evin dəyəri olan 120000 manat məbləğində pulu Çingizə vermişdir. Pulu əldə etdikdən sonra Çingiz ona borclu olduğu 60000 manatı qaytarmışdır. Lakin alqı-satqı etdikləri günün axşamı o, ailəsi evdə məsləhətmişdir və evin uşaqların universitetinə uzaq olması səbəbindən o, evi satacağını bildirmişdir. Bundan sonra Çingiz ona bildirmişdir ki, evi 4- 5 ay saxlasın, evi elə özü alacaqdır. Lakin o bir şərtlə bu təklifi qəbul etdi ki, onun bankda krediti var və Çingiz 4-5 ay müddətinə 3500 manat onun əvəzinə banka pul ödəyəcəkdir. Çingiz həmin ödənişləri etdi. Lakin Çingiz başqa adamlardan alacaqlarının da olduğunu bildirmişdir. Lakin saxlanıldığı üçün bu baş tutmamışdır.
8. Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ##.##.2024-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh ünvan 1 Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evini 120000 manata alıcı Baıramova Aınuraya satmışdır.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında xxxxndən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evi Baıramova Aınuranın adına xüsusi mülkiyyət hüququ əsasında xxxxndə 1623011905 qeydiyyat nömrəsi, 308012000115-10301 reyestr nömrəsi ilə ##.##.2024-cü il tarixində qeydiyyata alınmışdır.
10. Cavabdeh ilə Baıramov Sahib arasında olan disk yazısından görünür ki, tərəflər arasında pul borcu ilə bağlı dialoqlar vardır. Tərəflər arasında pulun qaytarılması ilə bağlı söhbətlər getmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ilkin iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 1-Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evi və onun üzərində inşa edilmiş Abşeron rayonu, Məmmədli kəndi, Aşıq Alı küçəsi, ev ** saylı fərdi yaşayış evinin Cavabdeh qanunsuz istifadəsindən (qeyri-qanuni sahibliyindən) alınması, ünvan 1-Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinin Cavabdeh tərəfindən boşaldılması, boş vəziyyətdə, giriş açarlarının Cavabdeh alınaraq Baıramova Aınuraya təqdim edilməsi və Baıramova Aınuranın mülkiyyət hüquqlarının bərpa edilməsi, 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq, Baıramova Aınuraya verilməsi, ilkin iddia ərizəsinin digər hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ, II və III bəndləri və 29-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına * saylı əlavə protokolunun 1-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 337.1, 337.2, 337.3, 337.5, 340.2, 324.1, 389.1, 135.7 və 405.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1, 14.2, 217.4, 218.3, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
13. Ilk iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, Bayramova Aynuranın ilkin iddiasının rədd edilməsi, onun qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından və qətnamənin öz mətnindən görünür ki, apellyantın mövqeyi ondan ibarət olmuşdur ki, ##.##.2024-cü il tarixli “alqı-satqı” adlı əqd əslində faiz müqabilində götürülmüş borcun təminatı məqsədilə bağlanmış, yəni həqiqi hüquqi münasibəti pərdələyən formal əqd olmuşdur. Bu mövqe məhkəmədə həm apellyantın öz izahatı, həm də şahid X2 ətraflı ifadəsi ilə təsdiqlənmişdir. Şahid pulun verilmə mexanizmini, 7.000 manat “şapka” tutulduğunu, 55.700 manatın faktiki verildiyini, daha sonra 3.000 və 4.000 manat ödəniş edildiyini, məqsədin satış deyil, faizli borc münasibəti olduğunu izah etmişdir. Qətnamədə həmçinin disk yazısında tərəflər arasında pul borcu və pulun qaytarılması barədə dialoqların olduğu da qeyd edilib. Ilkin iddia tərəfinin mövqeyi iş materialları ilə, xüsusilə də Baıramov Sahibin məhkəmə iclasında verdiyi ifadə ilə təkzib olunur. Qətnamədən görünür ki, ilkin iddia tərəfinin nümayəndəsi mübahisəli əqdi adi və real alqı-satqı kimi təqdim etmiş, evin 120.000 manat müqabilində satıldığını və cavabdehin sonradan evi boşaltmadığını bildirmişdir. Lakin eyni iş üzrə Baıramov Sahib öz ifadəsində göstərmişdir ki, əvvəlcə Cəfərov Çingiz ondan təcili pul lazım olduğu üçün guya bir gün əvvəl Çingiz Cəfərova (mülkiyyətçiyə deyil, qardaşına) 60.000 manat vermiş, alqısatqı günü isə bank və sığorta xərclərini çıxmaqla 55.700 manat vermiş, hətta 60000 manat məbləğlə bağlı aralarında beh müqaviləsi də bağlanmış, lakin həmin müqaviləni təqdim edə bimir. Sonradan o, notariusda olan vaxt vermiş olduğu 120.000 manatı, notariusdan çıxdıqdan dərhal sonra 12000 manatı götürmüş və avtomobildə Çingizə həmin puldan 55.700 manat vermişdir. Bu izahatın özu artıq ilkin iddia tərəfinin “real alqı-satqı” versiyasını dağıdır. Çünki əgər söhbət həqiqi alqı-satqıdan gedirdisə, notariatda 120.000 manat verməsi və ardınca həmin məbləğin geri qaytarılması və cəmi 55.700 manat ödənilməsi iqtisadi və hüquqi məntiqə sığmır. Bu, alqı-satqı qiymətinin həqiqətən satıcıya ödənildiyini deyil, formal görünüş yaradıldığını göstərir. Yəni pulun hərəkəti mülkiyyətin həqiqi özgəninkiləşdirilməsinə deyil, borc münasibətinin sənədləşdirilməsinə xidmət etmişdir. Baıramov Sahibin digər izahatı ziddiyyəti daha da dərinləşdirir. O bildirmişdir ki, guya evi ailəsi üçün almış, lakin alqı-satqı bağlanan günün axşamı evi uşaqların universitetinə uzaq olduğu üçün satmaq qərarına gəlmişdir. Ardınca isə Çingiz ona demişdir ki, evi 4-5 ay saxlasın, sonra yenidən özü alacaq; o da bu təklifi qəbul edərək şərt qoymuşdur ki, Çingiz onun bank kreditinə görə 4-5 ay müddətinə hər ay 3.500 manat ödəsin. X4 dediyi kimi, o, evi həqiqətən ailəsi və özü üçün almışdırsa, həmin günün axşamı dərhal yenidən Cavabdeh tərəfə satmaq qərarına gəlməsi inandırıcı deyil. Daha da önəmlisi, guya “başqa alıcıya satmamaq” və ya “evi 4-5 ay saxlamaq” müqabilində hər ay 3.500 manat ödənilməsi normal alqı-satqı münasibəti üçün xarakterik deyil. Əksinə, bu məbləğ X2 ifadəsində göstərilən 70.000 manat üzrə aylıq 5 faiz hesablanan 3.500 manat faiz ödənişi ilə tam üst-üstə düşür. Çingiz açıq şəkildə bildirmişdir ki, Sahib 7.000 manat “şapka” və ilk ayların faizini tutub onlara 55.700 manat vermiş, sonrakı aylarda isə 3.000 və 4.000 manat ödənişlər edilmiş, razılaşdırılmış aylıq faiz isə 3.500 manat olmuşdur. Bundan əlavə, qətnamənin özündə də qeyd olunur ki, Cavabdeh ilə Baıramov Sahib arasında olan disk yazısından tərəflər arasında pul borcu və pulun qaytarılması ilə bağlı dialoqlar görünür. Bu hal da mübahisəli münasibətin alqı-satqı yox, məhz borc münasibəti olduğunu təsdiqləyən əlavə sübutdur. Real alqı-satqıda tərəflər arasında “borcun qaytarılması” barədə danışıqların olması təbii deyil. Beləliklə, ilkin iddia tərəfinin təqdim etdiyi versiya öz daxilində bir-birini təkzib edən elementlərdən ibarətdir: • bir tərəfdən evin guya 120.000 manata real satıldığı iddia olunur; • digər tərəfdən həmin “alqı-satqı”dan əvvəl 60000 manat, sonra 120.000 manatın verilib, geri alınması, notariusdan sonra isə 55.700 manat verildiyi bildirilir; • daha sonra isə alqı-satqının elə bağlandığı gün evin yenidən satılması qərarı verildiyi və bunun müqabilində hər ay 3.500 manat ödəniş razılaşdırıldığı söylənilir. Bu zəncirvari ziddiyyətlər onu göstərir ki, ilkin iddia tərəfi məhkəməyə həqiqi hüquqi münasibəti deyil, sonradan uyğunlaşdırılmış formal versiyanı təqdim etmişdir. Işin real mahiyyəti isə Cavabdeh evinin girov xarakterli təminat kimi rəsmiləşdirilməsi, Baıramov Sahib tərəfindən pul verilməsi və bunun müqabilində aylıq 3.500 manat faiz ödənişlərinin tələb olunması olmuşdur. Bu səbəbdən ilkin iddia tərəfinin izahatları mötəbər sübut kimi qəbul edilə bilməz, əksinə, onların öz ziddiyyətləri mübahisəli əqdin yalan/pərdələyici əqd olduğunu təsdiq edir. Qeyd edilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi həmin sübutların məzmununu faktiki olaraq təsdiqlədiyi halda, nəticə etibarilə qarşılıqlı iddianın əsaslandırılmadığı qənaətinə gəlmiş, sübutlar arasındakı əlaqəni, onların birbirini tamamlayan xarakterini və formal müqavilə ilə faktiki münasibət arasındakı uyğunsuzluğu düzgün hüquqi qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi bu normaları formal şəkildə tətbiq etmiş, notarial qaydada bağlanmış “alqı-satqı” sənədinin zahiri mətninə üstünlük verərək tərəflərin həqiqi iradəsini araşdırmamışdır. Halbuki, iş üzrə həm cavabdeh tərəfin izahatında, həm də şahid Çingiz Cəfərovun ifadəsində məqsədin satış deyil, pulun faizlə götürülməsi və evin təminat kimi rəsmiləşdirilməsi olduğu göstərilmişdir; məhkəmə bunu kifayət qədər araşdırmadan əqdi birbaşa satış kimi qəbul etmişdir. Bu isə iradə ifadəsinin həqiqi məzmununa deyil, yalnız zahiri formasına üstünlük verilməsi deməkdir. Hazırkı işdə isə razılaşmanın həqiqi predmeti barədə ciddi ziddiyyətlər mövcud olmuşdur: bir tərəfdən guya evin 120.000 manata satıldığı bildirilmiş, digər tərəfdən Sahib Bayramov əvvəl 60.000 manat verdiyini, sonra notariusda 120.000 manat verib həmin pulu geri alıb, oradan 55.700 manatını verdiyini etiraf etmiş, üstəlik elə həmin gün evin yenidən geri alınması və aylıq 3.500 manat ödənilməsi barədə danışıldığını demişdir. Bu cür ziddiyyətlər mövcud olduğu halda məhkəmə müqavilənin həqiqi razılaşma predmetini müəyyən etmədən, sadəcə sənədin adına əsaslanmaqla 389.1-ci maddəni səhv tətbiq etmişdir. Iş üzrə təqdim olunmuş ifadələrdən görünür ki, münasibətin predmeti barədə vahid və həqiqi razılaşma olmamışdır: cavabdeh tərəf və şahid bu münasibətin girov/borc xarakterli olduğunu, qarşı tərəf isə formal satış olduğunu bildirmişdir; üstəlik Sahib Bayramovun öz ifadəsindəki pul dövriyyəsi və aylıq 3.500 manat ödənişin izahı alqı-satqı predmetindən daha çox faizli borc münasibətinə uyğundur. Belə şəraitdə məhkəmə müqavilənin mühüm şərtləri üzrə həqiqi razılaşmanın olub-olmadığını araşdırmadan 405.1-ci maddənin tələblərini faktiki olaraq nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın mahiyyətini məhz bu normalar baxımından tam təhlil etməli olduğu halda, etibarsızlıq əlamətləri mövcud olub-olmadığını tam araşdırmamış, yalnız notarial forma və reyestr qeydiyyatına istinad etməklə etibarsızlıq nəticələrini ümumiyyətlə müzakirədən kənarda saxlamışdır. Halbuki, iş üzrə iddia məhz etibarsızlıq və reyestr qeydinin ləğvi üzərində qurulmuşdur. Iş materiallarında Çingiz Cəfərov vergi problemi və təcili pula ehtiyac olduğunu, bankın pul vermədiyini, pulun faizlə verildiyini, 7.000 manat “şapka” tutulduğunu, faktiki 55.700 manat verildiyini, aylıq 3.500 manat faiz razılaşdırıldığını, sonradan 3.000 və 4.000 manat ödəniş edildiyini göstərmişdir. Sahib Bayramov özu də 55.700 manat verilməsini, 120.000 manatın formal verilməsini və aylıq 3.500 manat ödənişi etiraf etmişdir. Bu hallar ən azı aldatma, ağır vəziyyətdən istifadə və son dərəcə əlverişsiz şərtlərlə əqd bağlanması ehtimalını yaradırdı. Məhkəmə isə bu əlamətləri araşdırmaq əvəzinə “ipoteka da bağlana bilərdi” və “daha əvvəl məhkəməyə müraciət etməli idi” kimi hüquqi nəticə üçün həlledici olmayan mülahizələrlə kifayətlənmişdir. Bu, 339-cu maddənin tətbiq dairəsini əsassız olaraq daraltmaqdır. 340.2-ci maddəyə görə yalan əqd başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir və əhəmiyyətsizdir; bu halda tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarında da göstərilib ki, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək üçün görüntü naminə bağlanan əqdlər yalan əqddir və həmin hallarda subyektlərin həqiqi iradəsi araşdırılmalıdır. Hazırkı işdə isə məhkəmə bir tərəfdən şahid ifadəsində “məqsəd alqı-satqı yox, faizə pul götürmək olmuşdur” deyildiyini göstərmiş, digər tərəfdən həmin faktın doğurduğu hüquqi nəticəni tətbiq etməmişdir. Yəni məhkəmə yalan əqdin olub-olmadığını həqiqi iradə baxımından araşdırmaq əvəzinə, sadəcə formal notarial sənədi əsas götürmüşdür. Bu, 340.2-ci maddənin və Konstitusiya Məhkəməsinin məcburi hüquqi mövqeyinin pozulmasıdır. 152.1-ci maddə mülkiyyət hüququnun anlayışını, 178.1-ci maddə isə daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyat anından əldə edənə keçdiyini nəzərdə tutur. Lakin reyestr qeydiyyatı yalnız etibarlı əsas əqd olduqda hüquqi nəticə yaradır. Əgər əsas əqd yalan, aldatma ilə bağlanmış və ya ağır şərtli əqddirsə, qeydiyyatın mövcudluğu mübahisəni avtomatik həll etmir. Birinci instansiya məhkəməsi reyestr qeydiyyatını həlledici sübut kimi qəbul etmiş, lakin həmin qeydiyyatın dayandığı əsas müqavilənin etibarlılığını ayrıca və hərtərəfli araşdırmamışdır. Bu səbəbdən 152.1 və 178.1-ci maddələr maddi hüquqi əlaqə içində düzgün tətbiq edilməmişdir. Iş üzrə cavabdeh tərəf audio və video yazıların, yazışmaları təqdim etmişdir. Qətnamədən isə görünür ki, məhkəmə həmin sübutların taleyi, onların qəbul edilib-edilməməsi, araşdırılıb-araşdırılmaması və niyə kifayət hesab edilməməsi barədə aydın hüquqi mövqe göstərməmişdir. Əvəzində məhkəmə cavabdehin “səmimi olmadığını” qeyd etmişdir ki, bu, sübutların prosessual qiymətləndirilməsinin yerini tuta bilməz. 77.1-ə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bu normaya istinad etsə də, sübut yükünü düzgün bölüşdürməmişdir. Çünki ilkin iddia tərəfi həqiqi alqı-satqı münasibətini sübut etməli olduğu halda, onun həyat yoldaşının öz ifadəsi belə bu versiyanı sarsıdır: əvvəl 60.000 manatın verilməsi, sonra 120.000 manatın verilib və geri alınmasını, daha sonra isə 55.700 manatın verilməsi, elə həmin gün evin yenidən geri alınması söhbətinin aparılması və 3.500 manat aylıq ödəniş razılaşması adi satış münasibətinə uyğun gəlmir. Məhkəmə isə bu ziddiyyətləri ilkin iddiaçının əleyhinə yox, cavabdehin əleyhinə yozmuşdur. Bu da 77.1-ci maddənin çəkişmə və su butetmə məntiqinə ziddir. Hazırkı işdə məhkəmə notarial alqı-satqı müqaviləsi və reyestr qeydiyyatına faktiki olaraq qabaqcadan üstün qüvvə vermiş, əksinə, audioyazı, borc qaytarılması barədə dialoqlar, şahid Çingiz Cəfərovun ifadəsi, eləcə də Sahib Bayramovun özünün ziddiyyətli ifadələrini lazımi şəkildə qiymətləndirməmişdir. Bu isə sübutların məcmu halda deyil, seçməli və formal yanaşma ilə qiymətləndirildiyini göstərir. Qətnamənin özündən görünür ki, məhkəmə bir tərəfdən disk yazısında “pul borcu” və “pulun qaytarılması” ilə bağlı danışıq olduğunu qeyd edir, digər tərəfdən isə borc münasibətinin sübut olunmadığı nəticəsinə gəlir. Bu, qətnamənin əsaslandırıcı hissəsi ilə nəticəsi arasında daxili ziddiyyət yaradır. Qanuni və əsaslı qətnamə isə belə ziddiyyət daşımamalıdır. Hazırkı işdə pulun həqiqi hərəkəti, 55.700 manat, 120.000 manat, 60.000 manatın məsələsi, aylıq 3.500 manatın mahiyyəti, audioyazıların məzmunu, video və yazışmaların araşdırılması kimi mühüm faktlar tam aydınlaşdırılmadan iş həll edilmişdir. Belə halda məhkəmə iclasını təzələməli, əlavə sübutların tədqiqini təmin etməli idi. Bunun edilməməsi maddələr 218.1 və 218.2-nin pozulmasıdır. Hazırkı qətnamədə şahid ifadələrinin niyə biri-birinə münasibətdə üstün tutulduğu, Sahib Bayramovun öz ifadəsindəki açıq ziddiyyətlərin niyə onun əleyhinə qiymətləndirilmədiyi, “pul borcu” barədə audiodialoqların niyə yalan əqd ehtimalını gücləndirmədiyi, eləcə də niyə məhz cavabdehin mövqeyinin “səmimi olmadığı” qənaətinə gəlindiyi aydın və məntiqi şəkildə izah edilməmişdir. Deməli, qətnamənin əsaslandırıcı hissəsi 220.4-cü maddənin tələb etdiyi səviyyədə deyil. birinci instansiya məhkəməsi iş üzrə həlledici olan faktları — pulun həqiqi hərəkətini, münasibətin borc, yoxsa satış olmasını, aylıq 3.500 manatın hüquqi mahiyyətini, 55.700/60.000/70.000/120.000 manat arasındakı əlaqəni, audioyazının real məzmununu, vasitəçilərin rolunu, polis materiallarını, bazar dəyəri ilə müqavilə qiyməti arasındakı uyğunsuzluğu və tərəflərin ziddiyyətli izahatlarının doğurduğu nəticələri — tam aydınlaşdırmadan qarşılıqlı iddianı rədd etmişdir. Bu isə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına deyil, natamam araşdırmaya əsaslandığını göstərir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi mühüm hallar mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə alqı-satqının real və qəti iradə ifadəsi ilə bağlandığı qənaətinə gəlsə də, iş materiallarında olan şahid ifadələri və disk yazısı əksinə, tərəflər arasında borc və pulun qaytarılması münasibətinin mövcudluğunu göstərir. Məhkəmə 120.000 manatın həqiqətən satış qiyməti kimi ödənildiyini sübut edilmiş hal kimi qəbul etsə də, Baıramov Sahibin 55.700 manatın verilməsi və aylıq 3.500 manat ödəniş barədə ifadələri bu nəticəni təsdiq etmir, əksinə şübhə altına alır. Buna görə də məhkəmənin “alqı-satqı münasibəti sübuta yetirilmişdir, cavabdeh isə pərdələyici əqd olduğunu sübut etməmişdir” nəticəsi işdəki sübutların məzmununa uyğun gəlmir və sübut edilməmiş hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Qətnamədə bir tərəfdən şahid ifadələri və disk yazısı ilə tərəflər arasında borc, pulun qaytarılması və aylıq ödəniş münasibətlərinin mövcudluğu göstərilsə də, digər tərəfdən heç bir inandırıcı əsaslandırma olmadan münasibət adi alqı-satqı kimi qiymətləndirilmişdir. Həmçinin, Baıramov Sahibin bir gün əvvəl 60.000 manat verilməsi, 120.000 manatın formal təqdim olunması, 55.700 manatın ödənilməsi və hər ay 3.500 manat alınması barədə izahatları real satışdan çox girov xarakterli borc münasibətini təsdiqlədiyi halda, məhkəmə bu hallardan əks nəticə çıxarmışdır. Buna görə də qətnamədəki “alqı-satqının gerçək olması” və “qarşılıqlı iddianın sübut edilməməsi” barədə nəticələr iş üzrə müəyyən olunan hallarla uzlaşmır. Birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsinə tam kifayət etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Iddiaçının nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
16. Etiraz onunla əsaslandırılmıdır ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, qarşılıqlı iddia üzrə iddaçı Cavabdehla ilkin iddia üzrə iddaçı Baıramova Aınura arasında mənzilin alqı-satqısından başqa heç bir danışıq olmamışdır. Məhkəmənin mübahisələndirilən qətnaməsinin 8-ci səhifə 2-ci abzasında qeyd edilmişdir ki, “Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024 tarixli “alqı satqı” müqaviləsinin etibarsız hesab edilməsini, DƏDRX-də ********** nömrəli çıxarış əsasında cavabdeh adına aparılmış reyestr qeydinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, şahid X3 ifadəsində alqı-satqı məqsədi olmadan, yalnız faizə pul götürmək üçün Baıramovi Aınuranın həyat yoldaşı Baıramov Sahibin vasitəsilə ilə Baıramovi Aınura ilə onun qardaşı Cavabdeh arasında müqavilə bağladığını bildirmişdir. Lakin Cavabdeh iddiasının əsası olacaq Baıramova Aınura ilə arasında mümkün sübutların nədən ibarət olmasını təqdim edə bilməmişdir”. Həmçinin məhkəmənin 9-cü səhifə 4-cü abzasda qeyd etmiş olduğu “Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin borc müqaviləsini pərdələmək məqsədilə bağlanması barəsində tutarlı dəlillər məhkəməyə təqdim edilə bilməmişdir. Alqı-satqı müqaviləsindən də görünür ki, tərəflər arasındakı alqı-satqı müqaviləsi Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış, tərəflər öz iradə ifadəsini müqavilə şətlərində göstərərək müqaviləyə imza atmışlar. Həmin müqavilədə müqavilə tərəflərinə hüquq və vəzifələr izah edilmişdir. Məhkəmə həmçinin bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəflə borc pul alınması müqabilində öz evini ipoteka qoymaqla borc ala bilərdi. Bu müqaviləni hər hansı notariat bürosunda bağalayarq təsdiq elətdirmək olardı. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı əgər müqavilənin onu aldadılaraq bağlanmasını bilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi barədə dərhal məhkəməyə müraciət etmək hüuqu vardır, lakin bu hüquqdan istifadə edilməmiş, yalnız ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan sonra qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bütün bunlar qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbində səmimi olmadığını göstərir. Ona görə də qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsaslığını sübut edə bilmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir” ifadəsi tam tutarlı və əsas arqumentlərdəndir! Cavabdehin apellyasiya şikayətində əsas gətirdiyi hallardan biri isə Birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Qətnamədə bir tərəfdən şahid ifadələri və disk yazısı ilə tərəflər arasında borc, pulun qaytarılması və aylıq ödəniş münasibətlərinin mövcudluğu göstərilsə də, digər tərəfdən heç bir inandırıcı əsaslandırma olmadan münasibət adi alqı-satqı kimi qiymətləndirilmişdir. X8 bir gün əvvəl 60.000 manat verilməsi, 120.000 manatın formal təqdim olunması, 55.700 manatın ödənilməsi və hər ay 3.500 manat alınması barədə izahatları real satışdan çox girov xarakterli borc münasibətini təsdiqlədiyi halda, məhkəmə bu hallardan əks nəticə çıxarmışdır. Buna görə də qətnamədəki “alqı-satqının gerçək olması” və “qarşılıqlı iddianın sübut edilməməsi” barədə nəticələr iş üzrə müəyyən olunan hallarla uzlaşmır. Hörmətli məhkəmənin diqqətinə çatdırır ki, Çingiz Cəfərov və Sahib Bayramov arasında olan münasibətlər müqavilənin etibarsızlığına zəmin yarada bilməz. Çünki hər iki şəxs müqavilənin subyektləri deyildir. Həmçinin Çingiz və Sahibin məhkəməyə vermiş olduqları izahatlardan Sahib Bayramovun dedikləri daha inandırıcı gəlir. Belə ki, əgər Sahib dedikləri doğru olmasa idi Cavabdehda hüuqu vardır ki, müqavilə bağlanan gün imzalamaqdan imtina etsin və əgər onda şübhələr vardırsa qısa müddət ərzində alqısatqının ləğvinə dair iddia ilə müraciətlər ünvanlasın. Nəyi gözləyirdi? Göründüyü kimi Cavabdeh apellyasiya şikayəti iş üzrə müddət əldə edilməsi məqsədi daşıyır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq hörmətli məhkəmədən xahiş edir ki, etirazı iş materiallarına əlavə etməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Abşeron Rayon Məhkəməsinin № e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsini dəyişdirilməyərək, apellyasiya şikayətini təmin etməmək barədə qətnamə qəbul edilsin.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Ilk idia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
20. Iş üzrə üçüncü şəxs “xxxx” PHŞ * saylı Bakı Ərazi Idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi ilk idia üzrə cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni ilk iddianı təmin edilən hissədə, qarşılıqlı iddianı isə tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
23. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ##.##.2024-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh ünvan 1 Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evini 120000 manata alıcı Baıramova Aınuraya satmışdır və Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 1 Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evi Baıramova Aınuranın adına xüsusi mülkiyyət hüququ əsasında ##.##.2024-cü il tarixində qeydiyyata alınmışdır. Alqı-satqı olmasına və pulun ödənilməsinə baxmayaraq, hələ də ilkin iddia üzrə cavabdeh tərəf evdən çıxmır, evi təhvil vermir. Bu səbəbdən ilk iddia üzrə iddiaçı araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
29. Eləcə də ilk iddia üzrə cavabdeh ilk iddia tələbinin əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarlığını mübahisələndirərək qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.
30. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir /bax bənd 11/.
31. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Baıramova Aınura mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, mülkiyyətçinin mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən ilkin iddiaçının iddia tələbləri əsaslıdır. Cavabdeh mübahisəli evin alqı-satqısının borc müqablində bağlanmasını, əsl niyyəti pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bu halları təsdiq edən hər hansı bir sübutları məhkəməyə tqdim edə bilməmişdir. Tərəflər arasında borc münasibətlərinin yaranması cavabdeh təfindən iddiaçıya satılmş evin sonradan ona qaytarılması məqsdilə yaranmış borc olduğu göstərilmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən sübutları məhkəmyə təqdim edə bilməmişdir.
32. Bundan əlavə ilkin iddia üzrə iddiaçı tələbində və qanuna zidd hərəkətlərinin cavabdeh Cavabdeh qadağan edilməsini xahiş etmiş, lakin bu hərəkətlərin konkret nədən ibarət olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir.
33. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd emişdir ki, cavabdeh tərəfindən alqısatqı müqaviləsinin borc müqaviləsini pərdələmək məqsədilə bağlanması barəsində tutarlı dəlillər məhkəməyə təqdim edilə bilməmişdir. Alqı-satqı müqaviləsindən də görünür ki, tərəflər arasındakı alqı-satqı müqaviləsi Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış, tərəflər öz iradə ifadəsini müqavilə şətlərində göstərərək müqaviləyə imza atmışlar. Həmin müqavilədə müqavilə tərəflərinə hüquq və vəzifələr izah edilmişdir. Məhkəmə həmçinin bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəflə borc pul alınması müqabilində öz evini ipoteka qoymaqla borc ala bilərdi. Bu müqaviləni hər hansı notariat bürosunda bağalayarq təsdiq elətdirmək olardı. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı əgər müqavilənin onu aldadılaraq bağlanmasını bilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi barədə dərhal məhkəməyə müraciət etmək hüuqu vardır, lakin bu hüquqdan istifadə edilməmiş, yalnız ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan sonra qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bütün bunlar qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbində səmimi olmadığını göstərir. Ona görə də qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsaslığını sübut edə bilmədiyindən, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.
34. Ilk iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, Bayramova Aynuranın ilkin iddiasının rədd edilməsi, onun qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir.
35. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin olunması, qarşılıqlı iddianın rədd edilməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir və aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir:
36. Göründüyü kimi araşdırılan iddia tələbi mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır.
37. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə ## #### 2012-ci il tarixli Qərarı).
38. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
39. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbindən göründüyü kimi mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normada nəzərdə tutulan tələb vindikasiya iddiası hesab olunur. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür.
40. Öyrənilən işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsi Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış, tərəflər öz iradə ifadəsini müqavilə şətlərində göstərərək müqaviləyə imza atmışlar.
41. Göründüyü kimi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmin alğısatqı müqaviləsinin iddiaçı tərəfindən onun qardaşına verilmiş borcun təminatı olaraq rəsmiləşdirildiyini, yalan əqd olduğunu mübahisələndirir.
42. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını araşdıraraq hesab edir ki, əqdin etibarlığı mübuhisələndirilsə də apellyator tərəfindən həmin əsaslandığı hallara dair heç bir mötəbər və təkzib olunmaz sübut məhkəməyə təqdim edilməmişdir.
43. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş səs yazısı ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, həmin səs yazısı iş üzrə sübut olaraq qiymətləndirilə bilməz. Belə məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş həmin səs yazısından görünür ki, oradakı danışıqlar iş üzrə tərəflər arasında olmamaqla, iddiaçı A.Bayramovanın əri Sahib adlı şəxslə cavabdeh Cavabdeh qardaşı Çingiz adlı şəxs arasındadır, eləcə də həmin danışıqlarda mübahisələndirilən əqdin yalan əqd olması, borcun təminatı olaraq bağlanması barədə heç bir xüsusat müəyyən edilmir.
44. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.