Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-462/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “payların müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları; İddiaçı İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş evdən ona çatan payın və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin ½ hissəsinin ona qaytarılması barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə tərəflər arasında ##.##.2009-cu il tarixdə Horadiz Şəhər İcra Nümayəndəliyində 08 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuş, birgə nikahlarından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X3, ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X1 ataları Cavabdeh himayəsinə verilmiş və onun yanında saxlanılmışlar. Hazırda Cavabdehin yaşadığı, Horadiz şəhərində yerləşən 4 otaqlı mənzil birgə nikah dövründə əldə edilmişdir. Odur ki, sözügedən mənzildən ona çatan payı tələb edir. İddiaçı ##.##.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Məhkəməyə müraciət edərək Cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzilində ½ hissədə payının müəyyən olunması və həmin mənzilə köçürülməsi barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizəni qanunamüvafiq hesab edərək mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı izahat verərək bildirmişdir ki, 18-19 il həmin evdə cavabdehlə birlikdə yaşayıb. Ev Cavabdehin adına olsa da, birgə nikah dövründə onun adına rəsmiləşdirilib, bütün əşyaları bir yerdə alıblar, həmçinin İddiaçıya məxsus cehiz, qızı-zinət və s. digər əşyalar da hazırda həmin mənzildədir. Odur ki, hesab edir ki, həmin məzildən onun da istifadə etmək hüququ vardır. Cavabdeh izahat verərək bildirdi ki, sözügedən mənzil nikah dövründə onun adına rəsmiləşib. Hazırda həmin evdə anası və övladları da olmaqla cəmi 5 nəfər yaşayırlar. Evi satarsa, qalmağa başqa yeri yoxdur, həmçinin yeni mənzil almağa da gücü çatmır. Qarşı tərəfin qeyd etdiyi əşyalara münasibətdə isə bildirir ki, qızıllar da daxil olmaqla qeyd olunan əşyaları İddiaçı özü satıb. İddia tələbini qəbul etmədiyini bildirdi. a) Birinci instansiya məhkəməsində icraat; Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi (hakim Elmir İsmayılov) ilə, iddia tələbinin dəyişdirilməsinə dair ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanda yerləşən * nömrəli mənzildə iddiaçı İddiaçı ½ hissədə payının, cavabdeh Cavabdeh isə ½ hissədə payının müəyyən olunması, iddiaçı İddiaçı ünvan 1 ünvanda yerləşən * nömrəli mənzilə köçürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyət kəsb edən bütün faktiki halları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüququ normalarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. Odur ki, kollegiyadan Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı məlumat verilməsinə baxmayaraq, iddiaçı keçirilən iclasda iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçı iddianın təmin edilməyən hissəsini mübahisələndirməmiş, cavabdeh isə iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mülki Məcələlsinin” 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 37.1-ci maddəsinə əsasən müvafiq olaraq ərlə-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının mübahisələndirdiyi əmlakın tərəflərin birgə nikah dövründə və birgə vəsait hesabına əldə edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2009-cu il tarixdə Horadiz Şəhər İcra Nümayəndəliyində 08 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuş, birgə nikahlarından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X3, ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X1 ataları Cavabdeh himayəsinə verilmiş və onun yanında saxlanılmışlar. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli arayışdan görünür ki, ##.##.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş “sorğuya baxılması barədə” məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında ünvan 1 ünvanda yerləşən * nömrəli mənzil ## ###### 2012-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh xüsusi mükiyyətinə keçmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2009-cu il tarixdə Horadiz Şəhər İcra Nümayəndəliyi tərəfindən 08 nömrə ilə nikah aktı qeydə alınmış, onların birgə nikahlarından ##.##.2009-cu il təvəllüdlü X3, ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X1 adlı övladları doğulmuşdur. İdddiaçı ilə cavabdeh arasında qeydə alınmış nikah Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahlarından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X3, ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X1 ataları Cavabdeh himayəsinə verilmiş və onun yanında saxlanılmışlar. Hazırda Cavabdeh himayəsinə verilmiş 3 övladı və anası ilə birlikdə ünvan 2 ünvanda yerləşən * nömrəli mənzildə yaşayır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında müəyyən olunur ki, qeyd olunan mənzil ##.##.2012-ci il tarixdə, tərəflərin nikahda olduğu dövrdə Cavabdeh adına alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Cavabdeh İddiaçının həmin mənzildə yaşamasına razı deyildir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Kollegiya həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Onlardan birinci şərt- əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalı, ikinci şərt isə - əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Hər iki şərt mövcud olduqda əmlak ər və arvadın ümumi birgə mülkiyyəti sayılır. Birinci şərtin də mühüm əsaslarından biri əldə olunmuş əmlakın məhz ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmasıdır. Ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmamış əmlak onların kimin adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsindən asıllı olmayaraq onların ümumi birgə mülkiyyəti hesab edilə bilməz İş materiallarının tədqiqindən müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı iddia qaldıraraq ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzildə ½ hissədə payının müəyyən olunması və həmin mənzilə köçürülməsi barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzil tərəflərin birgə nikahı dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi iddiaçı ilə cavabdehin birgə nikah müddətində əldə etdiyi əmlak Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Cavabdeh apelyasiya şikayətinin dəlillərində qeyd olunan mənzilin faktiki olaraq nikah bağlanmazdan əvvəl, yəni 2006-cı ildə anası tərəfindən Horadiz şəhər sakini Tahir adlı şəxsdən, mərhum atasına verilən şəhidlik pulunun toplanması yolu ilə alındığını, həmin əmlakın hüquqi rəsmiləşdirilməsinin sonradan nikah dövründə onun adına aparıldığını bildirsə də, həmin mənzilin birgə nikahdan əvvəl əldə edilməsi ilə bağlı sübutlarını təqdim edə bilməmişdir. Kollegiya iddiaçının mənzilə köçürülmə tələbi ilə bağlı qeyd edir ki, mübahisələndirilən ünvan 1 ünvanda yerləşən * nömrəli mənzil birgə nikah dövründə ələd edildiyindən tərəflərin bərabər paylarda (½ hissədə) ümumi paylı mülkiyyəti hesab edilir. Lakin həmin evin digər paylı mülkiyyətçisi olan cavabdeh Cavabdeh həmin evi bilavasitə özünün istifadəsində saxlamaqla, fərdi yaşayış evindən iddiaçı İddiaçı istifadə və mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Buna görə də iddiaçı öz mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Kollegiya hesab edir ki, mübahisəli ünvan 1 ünvanda yerləşən * nömrəli mənzil bərabər paylarda (½ hissədə) ümumi paylı mülkiyyət hüququ əsasında iddiaçı İddiaçı məxsus olduğu üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Odur ki, onun ümumi paylı mülkiyyətində olan evinə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz və tərəflər mübahisəli ümumi paylı evdən eyni həcmdə, hər hansı üstünlük fərgi qoyulmadan qanunvericiliklə mülkiyyətçiyə aid bütün hüquqlara malikdirlər. İddiaçı İddiaçı mülkiyyətçi kimi mülkiyyətindən istifadəsinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, onun mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etməkdə haqlıdır və onun iddia tələbi əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası Birinci instansiya məhkəməsinin “iddia tələbi təmin edilməli, ünvan 1 ünvanda yerləşən * nömrəli mənzildə iddiaçı İddiaçı ½ hissədə payı, cavabdeh Cavabdeh isə ½ hissədə payı müəyyən olunmalı və iddiaçı İddiaçı həmin mənzilə köçürülməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini hüç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək yekun nəticə kimi qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla heç bir sübut əhəmiyyəti daşımayan formal mülahizədən ibarətdir. Odur ki, kollegiya birinci instasniya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşaraq Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-462/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-462/2026
29.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver