Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-673/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh оğluna qarşı “qəzəl-zinət əşyaları” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, nikah vaxtı ona hədiyyə kimi verilmiş ümumi dəyəri, 20672.86 (iyirmi min altı yüz yetmiş iki manat, 86 qəpik) manat olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh оğlu ilə aralarında Beyləqan rayon IHB-nın Birinci Şahsevən kənd üzrə ərazi icra nümayəndəliyində ## ###### 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeydə alınmış və o, keçmiş qayınatası X1 mülkiyyətində olan Beyləqan rayonunun, 1-ci Şahsevən kəndində yerləşən evinə köçmüş və toy şənliyində ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını da həmin evə apararaq orada saxlamışdır. Daha sonra cavabdehin təzyiqləri nəticəsində və məcburi şəkildə həmin evdən çıxarılmış və bu səbəbdən də evdən çıxarkən heç bir əşyanı götürə bilməmişdir. Nikah Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli 2(006)-2521/2022 qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra isə cavabdeh Cavabdeh toy zamanı ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını mənimsəyərək, ona qaytarmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin qətnamələri ilə iki (2) ədəd üzük və dörd (4) ədəd sırğa alınaraq, ona qaytarılmışdır. Toy zamanı çəkilmiş videoçəkilişləri sonradan əldə etdiyi üçün əvvəlki iddia ərizəsində bir ədəd qızıl kalenin, bir ədəd qızıl alınlığın və bir ədəd qızıl qolbağın toy zamanı ona hədiyyə edildiyini unutduğuna görə tələb etməmişdir. Hazırki iş üzrə cavabdeh qeyd olunan qızıl-zinət əşyalarının ona qaytarılmasından imtina etdiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, ümumi dəyəri 20672.86 (iyirmi min altı yüz yetmiş iki manat, 86 qəpik) manat olan, 2.5 karat brilyant və 56 qram çəkidə 585 əyarlı qızıldan olan bir ədəd boyunbağ kale, 3 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq və 12 qram çəkidə 585 əyarlı qızıldan olan bir ədəd alınlığın, həmin əmlaklar olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclаsındа iddiaçı qismində dindirilmiş İddiaçı iddia ərizəsini müdafiə edərək qeyd etmişdir ki, hazırki mübahisə predmeti olan bir ədəd boyunbağ kale, bir ədəd qızıl qolbaq və bir ədəd alınlıq cavabdeh tərəfindən toy şənliyi zamanı hədiyyə edilmiş və dəvət olunmuş şəxslərə nümayiş etdirilmişdir. Nikah pozulduqdan sonra cavabdehlə birlikdə yaşadıqları evi tərk etdiyi zaman qızıl-zinət əşyaları keçmiş əri tərəfindən ona verilmədiyinə görə o, əvvəllər məhkəməyə müraciət edərək, onların bir qismini geri qaytarmış, lakin hazırki iddia tələbində qeyd etdiyi qızıl əşyalarını isə toy çəkilişinin videolenti əlində olmadığına görə digərləri ilə birlikdə verə bilməmişdir. Hazırda isə iddia tələbində göstərdiyi bir ədəd boyunbağ kale, bir ədəd qızıl qolbaq və bir ədəd alınlığın cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclаsındа cаvаbdeh qismində dindirilmiş Cavabdeh iddiаnı qəbul etməyərək izаhаtındа bildirmişdir ki, iddiaçıya məxsus heç bir əmlak onun yaşadığı evdə qalmamışdır. Eyni zamanda iddiaçı İddiaçı ona qarşı əvvəldə cehiz və qızıl-zinət əşyalarının tələbi barədə Beyləqan Rayon Məhkəməsinə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Əgər iddia ərizəsində qeyd edilən qızıl əşyaları olmuş olsaydı həmin vaxt onları da tələb edərdi. Odur ki, hazırki iddia tələbini qanunsuz hesab edirək, rədd rədd edilməsini xahiş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ilə (Hakim: Səbuhi Səfərov), iddiа rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birgə nigaha daxil olduqdan sonra o, keçmiş qayınatası X1 Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən evinə köçmüşdür. Gəlin köçən zaman toy şənliyində ona hədiyyə edilmiş qızılzinət əşyalarını da həmin evə gətirmiş və qızıl-zinət əşyaları həmin evdə saxlanılırdı. Daha sonra cavabdehin təzyiqləri nəticəsində və məcburi şəkildə həmin evdən çıxarılmış və bu səbəbdən də evdən çıxarkən heç bir əşyanı götürə bilməmişdir. Nikah pozulduqdan sonra isə cavabdeh Cavabdeh toy zamanı ona hədiyyə edilmiş bütün qızıl-zinət əşyalarını mənimsəyərək, ona qaytarmaqdan imtina etdi. Buna görə də, o, iddia ərizəsi ilə müraciət edərək, qızıl üzük və sırğalarını almaq üçün məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi qətnamələri ilə ona toy zamanı hədiyyə edilmiş qızıl-zinət əşyalarının cavabdeh Cavabdeh olması müəyyən edilmiş və əvvəlki iddia ərizəsində göstərdiyi iki (2) ədəd üzük və dörd (4) ədəd sırğa cavabdeh Cavabdeh alınaraq, ona qaytarılmışdır. Lakin toy şənliyində hədiyyə edilmiş bir ədəd qızıl kale, bir ədəd qızıl alınlıq və bir ədəd qızıl qolbaq əvvəlki məhkəmənin iddia ərizəsində qeyd olunmamış və tələb edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək izahatında apelyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, 2024-cü ildə də iddiaçının qızıl-zinət əşyaları tələbi ilə bağlı iddia qaldırdığını, hazırda onda heç bir qızıl zinət əşyasının olmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş, teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Odur ki, kollegiya cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Iş materiallarına əlavə edilmiş toy şənliyinin fotoşəkillərindən görünür ki, iddiaçı İddiaçı boğaz nahiyəsində sarı rəngli boyunbağı, sol qolunun bilək nahiyəsində sarı rəngli qolbağ və orta barmağında isə sarı rəngli üzük vardır. Iş materiallarına əlavə edilmiş toy şənliyinin digər fotoşəkillərindən görünür ki, iddiaçı İddiaçı alın nahiyəsində alınlıq vardır. Iş materiallarına əlavə edilmiş “Nikahın pozulması haqqında Şahadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh оğlu arasında olmuş nikah ## ###### 2022-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 237 nömrəsi ilə qeydə alınmaqla pozulmuşdur. Iş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2 (***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, ümumilikdə qiyməti 15504.84 manat təşkil edən, dəyəri 535 manat olan 583 əyarlı 5 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 577.80 manat olan 583 əyarlı 5.4 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 616.32 manat olan 583 əyarlı 5.76 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 509.32 manat olan 583 əyarlı 4.76 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 10000 manat olan 750 əyarlı 1 sot brilyanrt, 3 sot almaz qaşlı, 11 qram çəkidə 1 ədəd üzük, dəyəri 295.32 manat olan 583 əyarlı 2.76 qram çəkidə 1 ədəd qızıl üzük, dəyəri 432 manat olan 583 əyarlı 4 qram çəkidə 1 ədəd təkqaşlı qızıl üzük, dəyəri 232.20 manat olan 583 əyarlı 2.15 qram çəkidə 1 ədəd sadə qızıl üzük, dəyəri 540 manat olan 583 əyarlı 5 qram çəkidə 1 ədəd qızıl üzük, dəyəri 675 manat olan 583 əyarlı 6.25 qram çəkidə 1 ədəd alyans qızıl üzük, dəyəri 253.80 manat olan 583 əyarlı 2.35 qram çəkidə 1 ədəd təkqaşlı qızıl üzük, dəyəri 514.08 manat olan 583 əyarlı 4.76 qram çəkidə 1 ədəd qızıl üzük və dəyəri 324 manat olan 583 əyarlı 3 qram çəkidə 1 ədəd sadə qızıl üzüyün və ya onun dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Iş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2 (***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2 (***)-***/**** saylı qətnaməsi dəyəri 535 manat olan 583 əyarlı 5 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 577.80 manat olan 583 əyarlı 5.4 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 432 manat olan 583 əyarlı 4 qram çəkidə 1 ədəd təkqaşlı qızıl üzük, dəyəri 232.20 manat olan 583 əyarlı 2.15 qram çəkidə 1 ədəd sadə qızıl üzük, dəyəri 253.80 manat olan 583 əyarlı 2.35 qram çəkidə 1 ədəd təkqaşlı qızıl üzük, dəyəri 514.08 manat olan 583 əyarlı 4.76 qram çəkidə 1 ədəd qızıl üzük və dəyəri 324 manat olan 583 əyarlı 3 qram çəkidə 1 ədəd sadə qızıl üzüyün cavabdehdən alınaraq iddiaçıya verilməsinə aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi rədd edilmişdir. Iş materiallarına əlavə edilmiş icraata xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarın surətindən görünür ki, Beyləqan rayon Icra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən göstərilən Beyləqan Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2 (***)-***/**** saylı qətnaməsi tam icra olunduğuna görə icraata xitam verilmişdir. Iş materiallarına əlavə edilmiş fleşkart və SD disklərə baxış zamanı toy şənliyi vaxtı İddiaçı qızıl-zinət əşyalarının hədiyyə edilməsi müəyyən edilmişdir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Müstəqil ekspertiza mərkəzi” tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, *** saylı qiymətləndirmə rəyindən görünür ki, tədqiqata təqdim edilmiş fotoşəkillər və yazılı məlumatlar əsasında İddiaçı məxsus qızıl-zinət əşyalarının həmin vaxta bazar qiyməti - 20672.86 manat müəyyən edilmişdir. Iş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 2 (***)-***/**** saylı işdən götürülərək hazırki işə əlavə edilmiş fotoşəkildən görünür ki, İddiaçı həmin vaxt məhkəməyə təqdim etmiş olduğu toy şənliyinin fotoşəklində onun hazırki iddia tələbi ilə tələb etdiyi boyunbağı və qolbağ şəkildə öz əksini tapmışdır. Iş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ## ###### 2026-cı il tarixli, MŞB/**/****-***** nömrəli arayışdan görünür ki, iddiaçı əmlak tələbi ilə mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən sözügedən arayış iddiaçıya təqdim edilmişdir. Iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmək üçün 105 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. Iddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu öz təsdiqini tapmır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh оğlu ilə nikahları ## ###### 2012-ci il tarixdə Beyləqan rayon Icra Hakimiyyəti Başçısının Birinci Şahsevən kənd üzrə ərazi icra nümayəndəliyində akt qeydləri kitabında 49 nömrəsi ilə qeydə alınmaqla rəsmi olaraq bağlanmışdır. İddiaçı ilə cavabdeh Cavabdeh оğlu arasında mövcud olmuş nikah Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, 2 (***)-****/**** saylı qətnaməsi ilə pozulmuşdur. Beyləqan Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2 (***)-***/**** saylı qətnaməsi ilə ümumilikdə qiyməti 15504.84 manat təşkil edən, dəyəri 535 manat olan 583 əyarlı 5 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 577.80 manat olan 583 əyarlı 5.4 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 616.32 manat olan 583 əyarlı 5.76 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 509.32 manat olan 583 əyarlı 4.76 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 10000 manat olan 750 əyarlı 1 sot brilyanrt, 3 sot almaz qaşlı, 11 qram çəkidə 1 ədəd üzük, dəyəri 295.32 manat olan 583 əyarlı 2.76 qram çəkidə 1 ədəd qızıl üzük, dəyəri 432 manat olan 583 əyarlı 4 qram çəkidə 1 ədəd təkqaşlı qızıl üzük, dəyəri 232.20 manat olan 583 əyarlı 2.15 qram çəkidə 1 ədəd sadə qızıl üzük, dəyəri 540 manat olan 583 əyarlı 5 qram çəkidə 1 ədəd qızıl üzük, dəyəri 675 manat olan 583 əyarlı 6.25 qram çəkidə 1 ədəd alyans qızıl üzük, dəyəri 253.80 manat olan 583 əyarlı 2.35 qram çəkidə 1 ədəd təkqaşlı qızıl üzük, dəyəri 514.08 manat olan 583 əyarlı 4.76 qram çəkidə 1 ədəd qızıl üzük və dəyəri 324 manat olan 583 əyarlı 3 qram çəkidə 1 ədəd sadə qızıl üzüyün və ya onun dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2 (***)-***/**** saylı qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2 (***)-***/**** saylı qətnaməsi dəyəri 535 manat olan 583 əyarlı 5 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 577.80 manat olan 583 əyarlı 5.4 qram çəkidə 1 dəst qızıl sırğa, dəyəri 432 manat olan 583 əyarlı 4 qram çəkidə 1 ədəd təkqaşlı qızıl üzük, dəyəri 232.20 manat olan 583 əyarlı 2.15 qram çəkidə 1 ədəd sadə qızıl üzük, dəyəri 253.80 manat olan 583 əyarlı 2.35 qram çəkidə 1 ədəd təkqaşlı qızıl üzük, dəyəri 514.08 manat olan 583 əyarlı 4.76 qram çəkidə 1 ədəd qızıl üzük və dəyəri 324 manat olan 583 əyarlı 3 qram çəkidə 1 ədəd sadə qızıl üzüyün cavabdehdən alınaraq iddiaçıya verilməsinə aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi rədd edilmişdir. Beyləqan rayon Icra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən göstərilən qətnamə tam icra olunduğuna görə ## ###### 2025-ci il tarixli qərarla icraata xitam verilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində ümumi dəyəri 20672.86 (iyirmi min altı yüz yetmiş iki manat, 86 qəpik) manat olan, 2.5 karat brilyant və 56 qram çəkidə 585 əyarlı qızıldan olan bir ədəd boyunbağ kale, 3 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq və 12 qram çəkidə 585 əyarlı qızıldan olan bir ədəd alınlığın, həmin əmlaklar olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Iş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı verdiyi izahatında bildirmişdir ki,15000 manat dəyərində olan qolbaq və kolye onda olmuş, həmin qızılları özü satdığından ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi tələb olunan 2 predmetə münasibətdə iddiaçı əsassız iddia qaldırmış, iddia etdiyi qızıl-zinət əşyaları özünün sərəncamında olmuş, daha sonra isə satmış olduğu qolbaq və kolyanı iddia qaldırmaq yolu ilə əsassız şəkildə cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikası MPM-nın 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tələb olunan digər predmetə münasibətdə isə kollegiya qeyd edir ki, 12 qram çəkidə 585 əyarlı qızıldan olması iddia ediləm bir ədəd alınlığın ümumiyyətlə qızıl və ya bijuteriya olmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı bundan öncə cavabdehə qarşı qızıl-zinət əşyaları barədə tələb irəli sürmüş və onun iddiası sübut olunmadığı əsası ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hazırki işin araşdırılması zamanı Beyləqan Rayon Məhkəməsinin 2(020)-486/2024-cü il saylı mülki işdən götürülərək hazırki işə əlavə edilmiş fötoşəkillərdən müəyyən etmişdir ki, İddiaçı həmin vaxt məhkəməyə təqdim etmiş olduğu toy şənliyinin fotoşəkilində onun hazırki iddia tələbi ilə iddia etdiyi alınlıq da öz əksini tapmış, lakin iddiaçı bu predmet barədə cavabddehə qarşı iddia qaldırmamışdır. Apellyasiya icraatı zamanı hakimin əgər doğrudanda sizin iddia etdiyiniz kimi alınlıq bijuteriya deyil, qızıl idisə nə üçün əvvəlki tələbində cavabdehdən bunu tələb etməmisiz sualına iddiaçı cavab verə bilməmişdir. Bu isə ona dəlalət edir ki, iddiaçı nəinki iddia tələbində haqlı olmamış, iddiaçı ümumiyyətlə bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə iddiaçı ona məxsus əmlakların cavabdehdə olmasını sübut edə bilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.