Məhkəmə qərarları › İş №e-2(5-101)-267/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-101)-267/2026

15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-101)-267/2026 15.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13818,78 manat maddi zərərin, 136 manat dövlət rüsumunun Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə 14 yanvar 2026-cı il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirdərək hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilənə kimi İddiaçı MMC tərəfindən xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə müraciət olunaraq, iddia ərizəsinin və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun qaytarılması xahiş olunmuşdur. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar