Məhkəmə qərarları › İş №e-2(5-103)-27/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-27/2026

11.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-103)-27/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs Hüseynli (Şabiyeva) Fəridə Qufran qızı) "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Hüseynli (Şabiyeva) Fəridə Qufran qızı) "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilərək, Maraqlı şəxs və Ərizəçi arasında bağlanılmış MŞB/8/2025-01507 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinin təstiq edilməsinə, həmin barışıq sazişinin məcburi icra edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin ərizəçinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, birinci tərəf Maraqlı şəxs və (sabiq həyat yoldaşı) ikinci tərəf: Ərizəçi arasında əvvəlcədən aparılan danışıqlar və razılaşma əsasında, “Mediasiya haqqında“ AR qanununun 33-cü maddəsinə əsasən hazırlanmış MŞB/8/2025-01507 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişindən görünür ki, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri razılaşdırıldığı üçün, birinci tərəf: Maraqlı şəxs və (sabiq həyat yoldaşı) ikinci tərəf: Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri daşınar əmlak, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-123/2024 saylı xx.xx.2024-cü il taixli qətnaməsi ilə 1/2 hissəsinə mülkiyyət hüquqları tanınan, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, BAN: WOLOTGF**********, Qara metallik rəngli "Opel Astra" markalı avtomobilin bazar qiymətini, qiymətləndirici mütəxəssiz dəvət etmədən mübahisəsiz qaydada qarşılıqlı razılıq əsasında 4200 (dörd min iki yüz) manat müəyyən edirlər. Həmin barışıq sazişindən görünür ki, birinci tərəf: Maraqlı şəxs və ikinci tərəf: Ərizəçi birgə nikah dövründə əldə etdikləri daşınar əmlak, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, Qara metallik rəngli "Opel Astra" markalı 4200 (dörd min iki yüz) manat dəyərləndikləri avtomobilin İkinci tərəf: Ərizəçi mülkiyyətində qalmasını şərtləndirərək (Birinci tərəf: Maraqlı şəxs ½ payından imtina etdiyindən) Birinci tərəf: Maraqlı şəxs avtomobilin dəyərinin tam yarısı olan 2100 (iki min yüz yüz) manat pul vəsaitini bu Barışıq Sazişi imzalandığı zaman nağd şəkildə ödəniləcəyini (Birinci tərəfin bu pulu qəbul etdiyi barədə iltizama qol çəkməsi şərti ilə) qarşılıqlı şəkildə razılığa gəliblər. Həmçinin həmin barışıq sazişindən görünür ki, birinci tərəf: Maraqlı şəxs bu barışıq sazişini imzalamaqla (sazişin 1-ci 2-ci bəndlərinin şərtləri daxilində) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-123/2024 saylı xx.xx.2024-cü il taixli qətnaməsi əsasında ½ hissəsinə mülkiyyət hüquqları tanınan, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, BAN: WOL0TGF**********, Qara metallik rəngli "Opel Astra" markalı avtomobilə olan mülkiyyət hüquqların itirildiyini qəbul və təsdiq edir, habelə ikinci tərəfə qarşı bu mübahisə ilə bağlı bütün iddia və tələblərindən imtina edir. Həmçinin həmin barışıq sazişindən görünür ki, birinci tərəf: Maraqlı şəxs və ikinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Eyni zamanda bu sazişin 90-TX- 203 dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, BAN: WOLOTGF35421 75363, Qara metallik rəngli "Opel Astra" markalı avtomobil üzərində olan məhkəmə qaydasında qoyulan məhdudiyyətin dərhal götürülməsinə səbəb olduğunu (bu saziş şərtlərinin məhkəmə üçün mötəbər sübut olduğunu təsdiq etməklə), AR DİN orqanında (Baş Dövlət Yol Polisi İdarəsində) və digər aidiyyəti orqanlarda bu avtomobillə bağlı bütün məhduddiyyətlərin yeganə mülkiyyətçi olan İkinci tərəf: Ərizəçi xeyrinə götürüləcəyi barədə qarşılıqlı şəkildə razılaşaraq təsdiq edirlər. Hesab edir ki, birinci tərəf: Maraqlı şəxs və ikinci tərəf: Ərizəçi arasında bağlanılmış MŞB/8/2025-01507 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinin təstiq edilməsinə və bu barışıq sazişinin məcburi icra edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinə uyğun izahat vermiş və ərizəsiin təmin edilməsini xahiş etmişdir Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01507 saylı barışıq sazişindən görünür ki, birinci tərəf: Maraqlı şəxs və (sabiq həyat yoldaşı) İkinci tərəf: Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri daşınar əmlak, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin № e-2(010)-123/2024 saylı xx.xx.2024-cü il taixli qətnaməsi ilə 1/2 hissəsinə mülkiyyət hüquqları tanınan, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, BAN: W0L0TGF**********, Qara metallik rəngli “Opel Astra” markalı avtomobilin bazar qiymətini, qiymətləndirici mütəxəssiz dəvət etmədən mübahisəsiz qaydada qarşılıqlı razılıq əsasında 4200 (dörd min iki yüz) manat müəyyən edirlər. Tərəflər: Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi birgə nikah dövründə əldə etdikləri daşınar əmlak, **- TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, Qara metallik rəngli “Opel Astra” markalı 4200 (dörd min iki yüz) manat dəyərləndikləri avtomobilin İkinci tərəf: Ərizəçi mülkiyyətində qalmasını şərtləndirərək (Birinci tərəf: Maraqlı şəxs ½ payından imtina etdiyindən) Birinci tərəf: Maraqlı şəxs avtomobilin dəyərinin tam yarısı olan 2100 (iki min yüz yüz) manat pul vəsaitini bu Barışıq Sazişi imzalandığı zaman nağd şəkildə ödəniləcəyini (Birinci tərəfin bu pulu qəbul etdiyi barədə iltizama qol çəkməsi şərti ilə) qarşılıqlı şəkildə razılığa gəldilər. Tərəflər: Birinci tərəf: Maraqlı şəxs bu barışıq sazişini imzalamaqla (sazişin 1-ci - 2-ci bəndlərinin şərtləri daxilində) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)- 123/2024 saylı xx.xx.2024-cü il taixli qətnaməsi əsasında 1/2 hissəsinə mülkiyyət hüquqları tanınan, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, BAN: W0L0TGF**********, Qara metallik rəngli “Opel Astra” markalı avtomobilə olan mülkiyyət hüquqların itirildiyini qəbul və təsdiq edir, habelə İkinci tərəf qarşı bu mübahisə ilə bağlı bütün iddia və tələblərindən imtina edir. Tərəflər: Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Eyni zamanda bu sazişin **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, BAN: W0L0TGF**********, Qara metallik rəngli “Opel Astra” markalı avtomobili üzərində olan məhkəmə qaydasında qoyulan məhdudiyyətin dərhal götürülməsinə səbəb olduğunu (bu saziş şərtlərinin məhkəmə üçün mötəbər sübut olduğunu təsdiq etməklə), AR DİN orqanında (Baş Dövlət Yol Polisi İdarəsində) və digər aidiyyəti orqanlarda bu avtomobillə bağlı bütün məhduddiyyətlərin yeganə mülkiyyətçi olan İkinci tərəf: Ərizəçi xeyrinə götürüləcəyi barədə qarşılıqlı şəkildə razılaşaraq təsdiq edirlər. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Maraqlı şəxs nümayəndəsi X1 MŞB/8/2025-01507 saylı xx.xx.2025-ci il tarixli mediasiya sazişindən razılaşdığı **-TX-*** dövlət qeydiyyatlı nişanlı “Opel Astra” markalı avtomobilin bazar qiyməti olan 4200 manat pulun ½ hissəsini, yəni 2100 manat pulu Ərizəçi nəqd şəkildə qəbul etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(010)-123/2024 saylı icra vərəqəsi əsasında "OPEL ASTRA" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 1/2 hissədə Maraqlı şəxs payının müəyyən edilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01507 saylı barışıq sazişinə əsasən, birinci tərəf: Maraqlı şəxs və (sabiq həyat yoldaşı) İkinci tərəf: Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri daşınar əmlak, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin № e-2(010)-123/2024 saylı xx.xx.2024-cü il taixli qətnaməsi ilə 1/2 hissəsinə mülkiyyət hüquqları tanınan, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, BAN: W0L0TGF**********, Qara metallik rəngli “Opel Astra” markalı avtomobilin bazar qiymətini, qiymətləndirici mütəxəssiz dəvət etmədən mübahisəsiz qaydada qarşılıqlı razılıq əsasında 4200 (dörd min iki yüz) manat müəyyən edirlər. Tərəflər: Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi birgə nikah dövründə əldə etdikləri daşınar əmlak, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, Qara metallik rəngli “Opel Astra” markalı 4200 (dörd min iki yüz) manat dəyərləndikləri avtomobilin İkinci tərəf: Ərizəçi mülkiyyətində qalmasını şərtləndirərək (Birinci tərəf: Maraqlı şəxs ½ payından imtina etdiyindən) Birinci tərəf: Maraqlı şəxs avtomobilin dəyərinin tam yarısı olan 2100 (iki min yüz yüz) manat pul vəsaitini bu Barışıq Sazişi imzalandığı zaman nağd şəkildə ödəniləcəyini (Birinci tərəfin bu pulu qəbul etdiyi barədə iltizama qol çəkməsi şərti ilə) qarşılıqlı şəkildə razılığa gəldilər. Tərəflər: Birinci tərəf: Maraqlı şəxs bu barışıq sazişini imzalamaqla (sazişin 1-ci - 2-ci bəndlərinin şərtləri daxilində) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)- 123/2024 saylı xx.xx.2024-cü il taixli qətnaməsi əsasında 1/2 hissəsinə mülkiyyət hüquqları tanınan, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, BAN: W0L0TGF**********, Qara metallik rəngli “Opel Astra” markalı avtomobilə olan mülkiyyət hüquqların itirildiyini qəbul və təsdiq edir, habelə İkinci tərəf qarşı bu mübahisə ilə bağlı bütün iddia və tələblərindən imtina edir. Tərəflər: Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Eyni zamanda bu sazişin **-TX-*** dövlət qeydiyyat nişanlı 2004cü il buraxılışlı, BAN: W0L0TGF**********, Qara metallik rəngli “Opel Astra” markalı avtomobili üzərində olan məhkəmə qaydasında qoyulan məhdudiyyətin dərhal götürülməsinə səbəb olduğunu (bu saziş şərtlərinin məhkəmə üçün mötəbər sübut olduğunu təsdiq etməklə), AR DİN orqanında (Baş Dövlət Yol Polisi İdarəsində) və digər aidiyyəti orqanlarda bu avtomobillə bağlı bütün məhduddiyyətlərin yeganə mülkiyyətçi olan İkinci tərəf: Ərizəçi xeyrinə götürüləcəyi barədə qarşılıqlı şəkildə razılaşaraq təsdiq edirlər. Daha sonra, Ərizəçi, Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin “Opel Astra” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissəsi könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Məhkəmə ərizəni və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01507 saylı barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01507 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: "Birinci tərəf: Maraqlı şəxs və (sabiq həyat yoldaşı) İkinci tərəf: Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri daşınar əmlak, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin № e-2(010)-123/2024 saylı xx.xx.2024-cü il taixli qətnaməsi ilə 1/2 hissəsinə mülkiyyət hüquqları tanınan, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, BAN: W0L0TGF**********, Qara metallik rəngli “Opel Astra” markalı avtomobilin bazar qiymətini, qiymətləndirici mütəxəssiz dəvət etmədən mübahisəsiz qaydada qarşılıqlı razılıq əsasında 4200 (dörd min iki yüz) manat müəyyən edirlər. Tərəflər: Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi birgə nikah dövründə əldə etdikləri daşınar əmlak, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, Qara metallik rəngli “Opel Astra” markalı 4200 (dörd min iki yüz) manat dəyərləndikləri avtomobilin İkinci tərəf: Ərizəçi mülkiyyətində qalmasını şərtləndirərək (Birinci tərəf: Maraqlı şəxs ½ payından imtina etdiyindən) Birinci tərəf: Maraqlı şəxs avtomobilin dəyərinin tam yarısı olan 2100 (iki min yüz yüz) manat pul vəsaitini bu Barışıq Sazişi imzalandığı zaman nağd şəkildə ödəniləcəyini (Birinci tərəfin bu pulu qəbul etdiyi barədə iltizama qol çəkməsi şərti ilə) qarşılıqlı şəkildə razılığa gəldilər. Tərəflər: Birinci tərəf: Maraqlı şəxs bu barışıq sazişini imzalamaqla (sazişin 1-ci - 2-ci bəndlərinin şərtləri daxilində) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)- 123/2024 saylı xx.xx.2024-cü il taixli qətnaməsi əsasında 1/2 hissəsinə mülkiyyət hüquqları tanınan, **-TX-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı, BAN: W0L0TGF**********, Qara metallik rəngli “Opel Astra” markalı avtomobilə olan mülkiyyət hüquqların itirildiyini qəbul və təsdiq edir, habelə İkinci tərəf qarşı bu mübahisə ilə bağlı bütün iddia və tələblərindən imtina edir. Tərəflər: Birinci tərəf: Maraqlı şəxs və İkinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Eyni zamanda bu sazişin **-TX-*** dövlət qeydiyyat nişanlı 2004cü il buraxılışlı, BAN: W0L0TGF**********, Qara metallik rəngli “Opel Astra” markalı avtomobili üzərində olan məhkəmə qaydasında qoyulan məhdudiyyətin dərhal götürülməsinə səbəb olduğunu (bu saziş şərtlərinin məhkəmə üçün mötəbər sübut olduğunu təsdiq etməklə), AR DİN orqanında (Baş Dövlət Yol Polisi İdarəsində) və digər aidiyyəti orqanlarda bu avtomobillə bağlı bütün məhduddiyyətlərin yeganə mülkiyyətçi olan İkinci tərəf: Ərizəçi xeyrinə götürüləcəyi barədə qarşılıqlı şəkildə razılaşaraq təsdiq edirlər." Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar