Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-1208/2026 13.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs X7 (X8) cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs X7 (X8) cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Gasanova Sabina (X7) arasında bağlanmış və Bakı 6 saylı Mediasiya təşkilatında təsdiq olunmuş xx.xx.2025-ci il tarixli MŞB/6-2370 nömrəli barışıq sazişinin məcburi icra edilməsi üçün, həmin barışıq sazişini təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Gasanova Sabina (X7) arasında bağlanmış və Bakı 6 saylı Mediasiya təşkilatında təsdiqlənmiş xx.xx.2025-ci il tarixli MŞB/6-2370 nömrəli barışıq sazişində aşağıdakışərtləri razılaşmışıq: “1. Birinci tərəf - X7 və ikinci tərəf - Ərizəçi, xx.xx.2020-ci il tarixli №341 nikahın əlavə vaxt verilmədən, məhkəmə qaydasında nikahın pozulması barədə razılıqlarını təsdiq edir və etiraz etmirlər.
2. İkinci tərəf - Ərizəçi, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı xx.xx.2020-ci il təvəllüdlü X1 anası, birinci tərəf - X4 yanında saxlanılaraq onun himayəsinə verilməsinə razılaşır və etiraz etmir. 3. Birinci tərəf X7 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf Ərizəçi aliment tələb etmir. 4. Birinci tərəf- X7, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı - xx.xx.2020-ci il təvəllüdlü X1, atası - ikinci tərəf Ərizəçi onunla hər həftənin 5-ci günü saat 17:00-dan başlayaraq bazar günü saat 18:00-dək (gecə qalmaq şərti ilə) sərbəst görüşünə və ünsiyyətinə etiraz etmir.
5. Tərəflər razılığa gəlirlər ki, Ərizəçi xx.xx.2025-ci il tarixində Leobankdan götürdüyü AGPE**********5 nömrəli, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti tam şəkildə X6 aid edir və X7 həmin kredit üzrə bütün ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür”. Barışıq sazişindən sonra bu günədək olan müddətdə maraqlı şəxs həmin sazişlə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir: o, Leobankda olan 15.000 manatlıq kredit müqaviləsi üzrə heç bir ödəniş etməmiş, eləcə də, qızının onunla ünsiyyətinə şərait yaratmamışdır. Belə olan halda hesab edir ki, sözügedən saziş məhkəmə tərəfindən təsdiq olunmalı və sazişin şərtlərinin məcburi icrası təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq, onunla Gasanova Sabina (X7) arasında bağlanmış və Bakı 6 saylı Mediasiya təşkilatında təsdiq olunmuş xx.xx.2025-ci il tarixli MŞB/6-2370 nömrəli barışıq sazişinin məcburi icra edilməsi üçün, həmin barışıq sazişini təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs X7 (X8) məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs X4 (X5) məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7070/2025 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı X7 ilə cavabdeh Ərizəçi arasında 3 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 341 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Bakı 6 saylı X3 Saməddin Əmirbala oğlu ilə X7 (X8) arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 28 noyabr 2025-ci il tarixli, MŞB/6-02370 saylı barışıq sazişindən görünür ki, “2.1. Birinci tərəf - X7 və ikinci tərəf - Ərizəçi, xx.xx.2020-ci il tarixli №341 nikahın əlavə vaxt verilmədən, məhkəmə qaydasında nikahın pozulması barədə razılıqlarını təsdiq edir və etiraz etmirlər. 2.2. İkinci tərəf - Ərizəçi, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı - xx.xx.2020-ci il təvəllüdlü X1 anası, birinci tərəf - X4 yanında saxlanılaraq onun himayəsinə verilməsinə razılaşır və etiraz etmir. 2.3. Birinci tərəf X7 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf Ərizəçi aliment tələb etmir. 2.4. Birinci tərəf - X7, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı – xx.xx.2020-ci il təvəllüdlü X1, atası – ikinci tərəf Ərizəçi onunla hər həftənin 5-ci günü saat 17:00-dan başlayaraq bazar günü saat 18:00-dək (gecə qalmaq şərti ilə) sərbəst görüşünə və ünsiyyətinə etiraz etmir. 2.5 Tərəflər razılığa gəlirlər ki, Ərizəçi xx.xx.2025-ci il tarixində Leobankdan götürdüyü AGPE**********5 nömrəli, 15000 (on beş min) manat məbləğində kredit vəsaiti tam şəkildə X6 aid edir və X7 həmin kredit üzrə bütün ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür.” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(5-104)-633/2026 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Ərizəçi iddiaçı X4 (X5) xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflər mediasiya prosesi nəticəsində “nikahın pozulması, uşağın ananın - X4 (X5) himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tələb etməməsi barədə”, eləcə də Ərizəçi uşaqla hər həftənin 5-ci günü saat 17:00-dan başlayaraq bazar günü saat 18:00-dək (gecə qalmaq şərti ilə) sərbəst görüşünə və ünsiyyətinə etiraz etməməsi, Ərizəçi xx.xx.2025-ci il tarixində Leobankdan götürdüyü AGPE**********5 nömrəli, 15000 (on beş min) manat məbləğində kredit vəsaiti tam şəkildə X6 aid edilməsi və X7 həmin kredit üzrə bütün ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməsi öhdəliyinin Səbinə Həsənovanın özünün üzərinə götürməsi barədə” qarşılıqlı razılığa gələrək mediator X2 iştirakı ilə 28 noyabr 2025-ci il tarixli barışıq sazişi bağlamışlar. Sazişin 6 -cı bəndinə əsasən saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədikdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bununla belə barışıq sazişinin şərtləri könüllü qaydada yerinə yetirilməmişdir, maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayınır. Hazırda ərizəçi qeyd olunan barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, barışıq sazişinin 2.1, 2.2 və 2.3 şərtləri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərdən biri nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-7070/2025 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, eləcə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(5-104)-633/2026 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsi ilə ananın tələbi ilə uşağın saxlanılması üçün aliment tutulmuşdur. Göründüyü kimi sazişin bu şərtlərinin artıq təsdiq edilməsi halı aradan qalxmışdır. Bu məsələrlə bağlı məhkəmə qətnamələri mövcuddur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin bu hissələrinin digər hissələrdən ayrılması mümkündür. Bu səbəbdən məhkəmə sazişin bu şərtlərinə münasibət bildirmir və barışıq sazişinin bu hissələrinin təsdiq edilməsindən imtina edir. Eyni zamanda məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtləri könüllü icra edilmədikdə sazişin təsdiqi barədə məhkəməyə müraciət olunması nəzərdə tutulmuşdur. Məhkəmə barışıq sazişinin 2.4-cü və 25.-ci bəndləri ilə bağlı məhkəmə qeyd edir ki, 28 noyabr 2025ci il tarixindən 04 aya yaxın vaxt keçməsinə baxmayaraq bu şərtlər könüllü olaraq icra edilmir. Belə olan halda məhkəmə hesab edir ki, maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi bu hissədə qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə X7 (X8) arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış 28 noyabr 2025-ci il tarixli MŞB/6-02370 saylı aşağıdakı məzmunlu barışıq sazişinin 2.4 və 2.5-ci bəndləri təsdiq olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə X7 (X8) arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış 28 noyabr 2025-ci il tarixli MŞB/6-02370 saylı aşağıdakı məzmunlu barışıq sazişinin 2.4 və 2.5-ci bəndləri təsdiq edilsin: “2.4 Birinci tərəf - X7, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağı – xx.xx.2020-ci il təvəllüdlü X1, atası – ikinci tərəf Ərizəçi onunla hər həftənin 5-ci günü saat 17:00-dan başlayaraq bazar günü saat 18:00-dək (gecə qalmaq şərti ilə) sərbəst görüşünə və ünsiyyətinə etiraz etmir.” “2.5 Tərəflər razılığa gəlirlər ki, Ərizəçi xx.xx.2025-ci il tarixində Leobankdan götürdüyü AGPE**********5 nömrəli, 15000 (on beş min) manat məbləğində kredit vəsaiti tam şəkildə X6 aid edir və X7 həmin kredit üzrə bütün ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür.” Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Babazadə