Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-560/2026 12.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: barışıq sazişi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədzadə Ülkər Təbriz qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdən Maraqlı şəxs adına qeydə alınmışdır.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 479/2024 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikahın pozulması qət edilmişdir.
3. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3-02329 nömrəli barışıq sazişinə əsasən: “1. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Ərizəçi ilə Masallı RİHB-nın Tüklə ərazi üzrənümayəndəsi xx.xx.2007-ci il tarixndə № 14 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır.
2. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü AbdullayevaNuray Layiq qızının və xx.xx.2014-ci təvəllüdlü X2 İkinci tərəf Ərizəçi (analarının) yanında (himayəsində) qalmalarına razıdır.
3. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü AbdullayevaNuray Layiq qızının və xx.xx.2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfə aralarında nikahın pozulması barədə məhkəmə qətnaməsi çıxdığı gündən etibarən, hər uşağa görə sabit pul məbləğində 300 (üç yüz) AZN olmaqla hər növbəti ayümumlikdə 900 (dobbuz yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment vəsaitinin İkincin tərəfin ona təqdim edəcəyi bank (kartı) hesabına ödəniləcəyinə dair öhdəlik götürür.
4. Birinci tərəf: Maraqlı şəxs Bu saziş imzalandıqdan sonra İkinci tərəfləbirgə nikah dövründə əldə etdikləri onun adına olan (daşınmazəmlak) ünvan 1 ünvanında yerləşən ümumisahəsi 81 kv.m olan mənzilin notarial qaydada 20 (iyirmi) gün ərzində İkincitərəf: Ərizəçi adına rəsmiləşdirəcəyinə (mülkiyyətinəkeçirəcəyinə) dair öz üzərinə öhdəlik götürür.
5. Birinci tərəf: Maraqlı şəxs Bu saziş imzalandıqdan sonra İkinci tərəfləbirgə nikah dövründə əldə etdikləri onun adına olan (daşınmaz əmlak) ünvan 2i ünvanında yerləşən 0.0664 ha torpaq sahəsi və üzərində olan tikilinin onun mülkiyyətində qalacağına və İkinci tətəfin bu əmlakla bağlı ona qarşı iddia vətələbdəçıxışetməyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
6. Birinci tərəf: Maraqlı şəxs Bu saziş imzalandıqdan sonra İkinci tərəflə birgə nikah dövründə əldəetdikləri (daşınar əmlak) HYUNDAİ GRANDEUR minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin onun mülkiyyətində qalacağı və İkinci tətəfin bu əmlakla bağlı ona qarşı iddia vətələbdəçıxışetməyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklərazıdır.
7. Birinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin 3-cü və 4-cü bəndində üzərinə götürdüyü öhdəliklərini pozduqda İkinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirnək) hüququnu öz üzərində saxladığı ona məlumdurvə buna etiraz etmir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.”
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
4. Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3-02329 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizənin əsaslarına görə, sazişdə açıq şəkildə təsbit edildiyi kimi, Ərizəçi nikahın pozulması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(004)-479/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında xx.xx.2007-ci il tarixdə Masallı rayonu İHB-nın Tüklə KƏÜN-də bağlanmış nikah rəsmi qaydada pozulmuşdur. Hazırda isə Bakı 8 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/8/2023-02329 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 4-cü bəndinin məhkəmə qaydasında təsdiq edilməsinə zərurət yaranmışdır. Belə ki, qeyd olunan bəndə əsasən Birinci tərəf – Maraqlı şəxs birgə nikah dövründə əldə edilmiş və onun adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81 kv.m olan mənzilin saziş imzalandığı tarixdən etibarən 20 (iyirmi) təqvim günü müddətində notarial qaydada İkinci tərəf – Ərizəçi mülkiyyətinə keçirilməsi barədə üzərinə konkret,aydın və qeyd-şərtsiz öhdəlik götürmüşdür. Lakin barışıq sazişində müəyyən edilmiş müddət bitmiş olmasına baxmayaraq, Birinci tərəf hazırkı vaxtadək qeyd olunan daşınmaz əmlakın ərizəçinin mülkiyyətinə keçirilməsi ilə bağlı notarial rəsmiləşdirməni həyata keçirməkdən əsassız olaraq yayınır, bununla da tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini pozur və üzərinə götürdüyü müqavilə öhdəliyini icra etmir. Bu hal ərizəçinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı, mediasiya prosesi nəticəsində əldə edilmiş razılaşmanın icrasını faktiki olaraq mümkünsüz edir. Məhz bu səbəbdən, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 4-cü bəndinin məhkəmə qaydasında təsdiq edilməsi və icraya yönəldilməsi zərurəti yaranmışdır.
b) iddiaya qarşı etiraz
6. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun vəkili və nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
Tətbiq edilən hüquq
9. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
12. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
13. Məhkəmə araşdırması zamanı MPM-in istinad olunan normalarında qeyd olunan hallar - tərəflər arasındakı barışıq sazişinin qanunazidd olması, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilməmişdir.
14. Məhkəmə qeyd edir ki, MPM-in qeyd olunan normalarında göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir.
15. Odur ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3-02329 nömrəli barışıq sazişi təsdiq edilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış 31 oktyabr 2023-cü il tarixli, MŞB/8-02329 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1. Birinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Ərizəçi ilə Masallı RİHB-nın Tüklə ərazi üzrənümayəndəsi xx.xx.2007-ci il tarixndə № 14 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır.
2. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü AbdullayevaNuray Layiq qızının və xx.xx.2014-ci təvəllüdlü X2 İkinci tərəf Ərizəçi (analarının) yanında (himayəsində) qalmalarına razıdır.
3. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü AbdullayevaNuray Layiq qızının və xx.xx.2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfə aralarında nikahın pozulması barədə məhkəmə qətnaməsi çıxdığı gündən etibarən, hər uşağa görə sabit pul məbləğində 300 (üç yüz) AZN olmaqla hər növbəti ayümumlikdə 900 (dobbuz yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment vəsaitinin İkincin tərəfin ona təqdim edəcəyi bank (kartı) hesabına ödəniləcəyinə dair öhdəlik götürür.
4. Birinci tərəf: Maraqlı şəxs Bu saziş imzalandıqdan sonra İkinci tərəfləbirgə nikah dövründə əldə etdikləri onun adına olan (daşınmazəmlak) ünvan 1 ünvanında yerləşən ümumisahəsi 81 kv.m olan mənzilin notarial qaydada 20 (iyirmi) gün ərzində İkincitərəf: Ərizəçi adına rəsmiləşdirəcəyinə (mülkiyyətinəkeçirəcəyinə) dair öz üzərinə öhdəlik götürür.
5. Birinci tərəf: Maraqlı şəxs Bu saziş imzalandıqdan sonra İkinci tərəfləbirgə nikah dövründə əldə etdikləri onun adına olan (daşınmaz əmlak) ünvan 2i ünvanında yerləşən 0.0664 ha torpaq sahəsi və üzərində olan tikilinin onun mülkiyyətində qalacağına və İkinci tətəfin bu əmlakla bağlı ona qarşı iddia vətələbdəçıxışetməyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
6. Birinci tərəf: Maraqlı şəxs Bu saziş imzalandıqdan sonra İkinci tərəflə birgə nikah dövründə əldəetdikləri (daşınar əmlak) HYUNDAİ GRANDEUR minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin onun mülkiyyətində qalacağıvə İkinci tətəfin bu əmlakla bağlı ona qarşı iddia vətələbdəçıxışetməyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklərazıdır.
7. Birinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin 3-cü və 4-cü bəndində üzərinə götürdüyü öhdəliklərini pozduqda İkinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirnək) hüququnu öz üzərində saxladığı ona məlumdurvə buna etiraz etmir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.” Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə