Məhkəmə qərarları › İş №e-2(5-105)-338/2026

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-105)-338/2026

04.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(5-105)-338/2026 04.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs Cəmaləddin oğlu arasında Mediasiya prosesi nəticəsində bağlanılmış MŞA/MT062/2025-00172 saylı, xx.xx.2025-ci il taixli barışıq Sazişinin təsdiq edilməsi və razılaşmaya uyğun olaraq xx.xx.2019-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Cəmaləddin oğlundan hər ay cari il üçün ölkə üzrə müəyən edilmiş minimum əmək haqqına münasibətdə 2.5 misli miqdarında alimentin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Maraqlı şəxs Cəmaləddin oğlu xx.xx.2018-ci il tarixində rəsmi nikaha girmişlər. Tərəflər hazırda da rəsmi nikahdadırlar. Birgə nikahdan tərəflərin xx.xx.2019-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Maraqlı şəxs Cəmaləddin oğlu övladının zəruri ehtiyaclarının ödənilməsinində iştirak etmədiyi üçün 2025-ci ilin sentyabr ayında müdiasiya təşkilatına müraciət etmişdir və nəticədə MŞA/MT062/2025-00172 saylı, xx.xx.2025-ci il taixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişində tərəflər Mediasiya prosesində hər iki tərəf xx.xx.2019-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər üşaq üçün minimum əmək haqqının 1.25 misli olmaqla, ümumilikdə hər ay miminum əmək haqqının 2.5 misli ( 2025-ci il üçün 1000 ( min ) manat ) miqdarında aliment verilməsi üçün razılığa gəlmişlər. Həmin aliment məbləği sazişin bağlanıldığı dövr üçün, yəni 2025-ci il üçün ölkə üzrə müəyən edilmiş minimum əmək haqqına münasibətdə 2.5 misli miqdarındadır. Razılaşmaya əsasən Maraqlı şəxs Cəmaləddin oğlu aliment məbləğini oktyabr ayından başlamaqla hər ayın 10-dək ödəməli idi. Lakin o, 2026-cı ilin yanvar ayından etibarən qərəzli olaraq götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Cavadov X2 şərtlərinə uyğun olaraq 2025-ci ilin dekabr ayınadək aliment məbləğini ödəsə də, hazırkı aydan başlayaraq həm MŞA/MT062/2025-00172 saylı, xx.xx.2025-ci il taixli Sazişin həm də Mediasiya haqqında qanunun 34-cü maddələrinin tələblərini pozmuş və sazişin şərtlərini icra etməkdən boyun qaçırmışdır. Odur ki, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edilir.Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək ərizəsinə dəqiqləşmə edərək, aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, barışıq sazişinin birgə nikahdan olan uşaqların onun yanında saxlanması və onların saxlanması üçün alimentin tutulması hissələrində təsdiq edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon 2 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MŞA/MT062/2025-00172 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki,Ərizəçi ilə Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2019-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 (ananın) yanında (himayəsində) qalması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 15-dək hər uşağa görə ölkə üzrə minumum əmək haqqının 1.25 misli (cari il üçün 500 manat) olmaqla,ümumilikdə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 2.5 misli miqdarında (cari il üçün cəmi 1000 manat ödəməklə bağlı razılığa gəlmişlər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-4310/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında 12 avqust 2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış 2179 saylı nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2019-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 (ananın) yanında (himayəsində) qalması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 15-dək hər uşağa görə ölkə üzrə minumum əmək haqqının 1.25 misli (cari il üçün 500 manat) olmaqla,ümumilkdə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 2.5 misli miqdarında (cari il üçün cəmi 1000 manat alimentin tutulması barədə mediasiya prosesində razılaşmış və barışıq sazişi bağlamışlar. Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 ananın himayəsində qalmasına razılığa gəlmişlər. Maraqlı şəxs övladları xx.xx.2019-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 15-dək hər uşağa görə ölkə üzrə minumum əmək haqqının 1.25 misli (cari il üçün 500 manat) olmaqla, ümumilikdə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 2.5 misli miqdarında (cari il üçün cəmi 1000 manat) aliment ödəyəcəkdir.”. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar