Məhkəmə qərarları › İş №e-2(5-112)-243/2026

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-112)-243/2026

13.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(5-112)-243/2026 13.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2 ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 baxılması üçün hər ay 180 manat alimentin Maraqlı şəxs2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nikahı xx.xx.2016-cı il tarixdə 24 sayla Balakən rayon Qazma kənd İnzibati Ərazi Dairəsində rəsmiləşdirməklə Balakən rayonu Qazma kənd sakini Maraqlı şəxs2 ilə evlənmişlər. Birgə yaşadıqları dövrdə 1 uşağı olmuşdur. 1.X7 -xx.xx.2018-ci il tarixdə doğulmuşdur. 2023-cü ilin iyun ayından Orxandan ayrı yaşayır. Balakən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-738/2023 saylı qətnaməsi ilə onunla Maraqlı şəxs2 arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Lakin Məhkəmə qətnaməsi qəbul edilərkən oğlunun baxılıb böyüdülməsi üçün alimentin Maraqlı şəxs2 alınaraq ona verilməsi qərara alınmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə mediasiya prosesində iştirak edərkən Maraqlı şəxs2lə aralarında barışıq sazişi baglanmış, sazişə əsasən Maraqlı şəxs2 hər ay oğlunun saxlanması üçün 180 manat aliment pulunu ona ödəməyə razılaşmışdır. Bu barədə xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalamışlar. Maraqlı şəxs2 müəyyən müddət alimenti ödəmiş, lakin artıq 3-cü aydır ki, o alimenti ödəmir və ödəməyəcəyini bildirir. Maraqlı şəxs2barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Maraqlı şəxs2 yanvar ayından heç bir ödəniş etmir, məhkəməyə müraciət etdiyini bilib fevral ayında 150 manat ödəniş etmişdir, mart ayında ödəniş etməmişdir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər X3 və Maraqlı şəxs2 aralarında Balakən rayonu Qazma kəndi inzibati ərazi dairəsində bağlanılmış AZ İİ N 132845 Nigahı pozulmasına hər iki tərəf razılaşdı. Birgə nigahdan dünyaya gələn xx.xx.2018 doğumlu X5 himayəsinin anası X2 verilməsinə tərəflərin hər ikisi X3 və Maraqlı şəxs2 razılaşdılar. Birgə nigahdan dünyaya gələn xx.xx.2018 doğumlu X7 yaşayışı üçün nəzərdə tutulan aliment məbləği hər ay uşaq üçün 180 azn (yüz səksən) manat ödəməyə tərəflər X3 və Maraqlı şəxs2 hər ikisi razılaşdılar. Birgə nigahdan dünyaya gələn xx.xx.2018 doğumlu X7 atayla ünsiyyətinə Şənbə günü saat 10-00 dan 18 -00 dək olmağına X3 və Maraqlı şəxs2 hər ikisi razılaşdılar. Cehizin çıxarılmasına Tərəflər hər ikisi X3 və Maraqlı şəxs2 hər ikisi Bazar günü saat 10-00 da həyata keçirilməsinə razılaşdılar. AZ-İV 533042 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3-ci maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. İşdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində tərəflər Ərizəçi və Maraqlı şəxs2 birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X5 yaşayışı üçün nəzərdə tutulan aliment miqdarının hər ay 180 AZN məbləğinin ödənilməsinə hər iki tərəf razılaşmış, sazişin imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıması qeyd edilmiş və bu barədə tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Lakin buna baxmayaraq Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixli barışıq sazişini könüllü şəkildə icra etmir. Məhkəmə iclasında Ərizəçi Maraqlı şəxs2 yanvar ayından heç bir ödəniş etmədiyini, fevral ayında 150 manat ödəniş etdiyini bildirmiş, Maraqlı şəxs2 isə bunu təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin alimentə dair barışıq sazişi qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi alimentə aid hissədə təsdiq edilməlidir. 100 manat dövlət rüsumu Maraqlı şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355- 25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi alimentə aid hissədə təsdiq edilsin, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 180 manat aliment Maraqlı şəxs2 alınaraq Ərizəçi ödənilsin. Aliment üzrə aparılmış ödənişlər nəzərə alınsın. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. 100 manat dövlət rüsumu Maraqlı şəxs2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar