Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(5-121)-96/2026 21.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı torpaq sahəsi üzərində yerləşən artezian quyusunun istifadəsinə maneə törədilməsinə son qoyulması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı torpaq sahəsi üzərində yerləşən artezian quyusunun istifadəsinə maneə törədilməsinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus olan ünvan 1 ünvanında 0.2017 ha torpaq sahəsi üzərində yerləşən artezian quyusunun istifadəsinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərərfindən maneə törədilməsinə son qoyulmasını və iddiaçı tərərfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin ərizənin icraata qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasinda iddiaçının və cavabdeh X6 nümayəndəsinin iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0.2017 ha torpaq sahəsi üzərində ½ pay hüququna malikdir. Torpaq sahəsinin planında da artezian quyusu təsvir edilmişdir və bu da artezian quyusunun məhz onun xüsusi mülkiyyətində olduğunu təsdiq edir. Artezian quyusu onun mülkiyyətində olan torpaq sahəsinin tərkib hissəsi olduğundan cavabdeh artezian quyusunun istifadəsinə maneə törətməklə qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də, hesab edir ki, işə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 nümayəndəsi X4 izahatında bildirmişdir ki, sözügedən artezian quyusu "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 balansında olan quyudur. Hesab edir ki, hazırki mübahisə müstəsna aidiyyət qaydasında baxılmalı olan tələbdir. İddiaya cavab verməli olan "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 hüquqi ünvanı ünvan 2i üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə İddiaçı və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 nümayəndəsi X2 dinləyib, hesab edir ki, iddiaya Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia müstəsna aidiyyət qaydasında Gəncə Şəhər Məhkəməsində baxılmalı olan iddia deyildir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.2017 ha torpaq sahəsi üzərində əmlak kompleksi mövcuddur və iddiaçı torpaq sahəsi üzərində olan artezian quyusunun onun mülkiyyətində olan quyu olduğunu iddia etməklə hazırki iddianı qaldırmışdır. Məhkəmə onu da qeyd edir ki, İddiaçı daha əvvəllər cavabdeh kimi “X12” X10 Cəmiyyətini göstərməklə eyni məzmunlu tələblə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi geri qaytarılmış, cavabdeh həmin qərardaddan şikayət vermiş və şikayəti təmin edilməmişdir. Həmin iş üzrə şikayətə baxan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2071/2025 saylı mülki iş üzrə 25 noyabr 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı fərdi sahibkar statusuna malik olan şəxsdir və yenidən məhkəməyə müraciət edəcəyi halda məhkəmə aidiyyəti qaydalarına riayət etməklə məhkəməyə müraciət etməlidir. Hazırki iddia ərizəsindən də aydın müəyyən edilir ki, iddia “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə qarşı qaldırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia müstəsna aidiyyət qaydasında Gəncə Şəhər Məhkəməsində baxılmalı olan iddia olmamaqla, həm də məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2071/2025 saylı mülki iş üzrə 25 noyabr 2025-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, hazırki mübahisəyə baxılması kommersiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı torpaq sahəsi üzərində yerləşən artezian quyusunun istifadəsinə maneə törədilməsinə son qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(5-121)-96/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-121)-96/2026
21.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver