Məhkəmə qərarları › İş №e-2(5-137)-178/2026

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-137)-178/2026

26.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(5-137)-178/2026 26.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə (Açar sözlər: Mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayeva Şəhla Mahir qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, - Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə MŞQ/MT-035/2025-445 nömrəli barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizədə qeyd edilmişdir ki, o, cavabdeh Maraqlı şəxs ilə 2012-ci ailə həyatı qurmuş və xx.xx.2013-cü il tarixindən etibarən aralarında nikah rəsimləşmişdir. Onunla birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014- cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər səmimi yaşasalar da, sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də Qəbələ Rayon Məhkəməsinin e-2(025)-1276/2025 saylı, xx.xx.2025-ci il qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfindən məcburi mediasiya prosesi başladılmış və Maraqlı şəxs ilə aralarında mediator X4 tərəfindən xx.xx.2025-ci il tarixdə MŞQ/MT035/2025-445 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü bəndinin şərtinə əsasən onunla Maraqlı şəxs birgə nikahlarından anadan olmuş uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli xx.xx.2025-ci ildən hesablanmaqla hər ay, hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən ona ödənilməsi razılaşdırılmışdır. Lakin həmin tarixdən təxminən uzun müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün ödəməyi öhdəsinə götürdüyü alimenti vaxtı-vaxtında ödəmir, hər dəfə müxtəlif bəhanələr gətirir. Məlum olduğu kimi hazırki dövrdə uşaqların saxlanılması üçün kifayət qədər məbləğ tələb edilir ki, onun da maddi imkanı aşağı olduğundan tərəfindən həmin xərclərin qarşılanması mümkün olmur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Maraqlı şəxs barışıq sazişində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməkdədir. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etdi və öz izahatında bildirdi ki, o, Ərizəçi ilə birgə nikahlarından doğulmuş hər ay 3 uşağa görə ümumilikdə 360 manat məbləğində aliment ödəməklə bağlı razılıq əldə etmiş və bu barədə aralarında Barışıq Sazişi imzalanmışdır. Həmin məbləği vaxtı vaxtında olmasa da ödəmişdir və bununla bağlı bütün qəbzləri vardır. Pulları Ərizəçi bank hesabına köçürmüşdür. Ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş X6 bağlanmış MŞQ/MT035-2025-445 nömrəli, 29 iyul 2025-ci il tarixli Barışıq Sazişinə əsasən, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər: “1. Tərəflər Ərizəçi və Maraqlı şəxs aralarında bağlanmış nikahın davam etdirilə bilməsi barədə ümumi razılığa gələ bilmədilər. 2. 31 yanvar 2013-cü il təvəllüdlü X7, 11 avqust 2014cü il təvəllüdlü X8 və 10 dekabr 2017-ci il təvəllüdlü X9 anaları Ərizəçi himayəsində qalır.

3. Maraqlı şəxs övladları 31 yanvar 2013-cü il təvəllüdlü X2, 11 avqust 2014-cü il təvəllüdlü X3 və 10 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, 3 uşaq üçün cəmi 360 (üç yüz altmış) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. Ödənişin əvvəli xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ayın sonunadək Ərizəçi bank hesabına ödənilməlidir.

4. Birinci tərəf qeyd edir ki, ata uşaqların təhsilinə, sağlamlığına, mədəni inkişafına ziyan vurmadan istənilən vaxt övladları ilə görüşə bilər.”

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi:

Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş 3-cü bəndi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin iş materialları ilə barışıq sazişinin təsdiq olunması xahiş edilmiş 3-cü bəndinin könüllü qaydada tam icra edildiyi sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış MŞQ/MT035-2025-445 nömrəli, 29 iyul 2025-ci il tarixli barışıq sazişinin “3. Maraqlı şəxs övladları 31 yanvar 2013-cü il təvəllüdlü X2, 11 avqust 2014-cü il təvəllüdlü X3 və 10 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, 3 uşaq üçün cəmi 360 (üç yüz altmış) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. Ödənişin əvvəli xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ayın sonunadək Ərizəçi bank hesabına ödənilməlidir.” bəndi təsdiq olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, tərəflər Barışıq Sazişində alimentin ödənilməsinə 01 avqust 2025ci il tarixindən başlanılması ilə bağlı öz aralarında razılıq əldə etdiklərinə görə alimentin tutulması xx.xx.2025-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında X6 bağlanmış MŞQ/MT035-2025-445 nömrəli, 29 iyul 2025-ci il tarixli Barışıq Sazişinin 3-cü bəndi təsdiq olunmalı, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların (ərizəçilərin) dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Maraqlı şəxs tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Maraqlı şəxs 63,20 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında X6 bağlanmış MŞQ/MT035-2025-445 nömrəli, 29 iyul 2025-ci il tarixli Barışıq sazişinin: “3. Maraqlı şəxs övladları 31 yanvar 2013-cü il təvəllüdlü X2, 11 avqust 2014-cü il təvəllüdlü X3 və 10 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, 3 uşaq üçün cəmi 360 (üç yüz altmış) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. Ödənişin əvvəli xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ayın sonunadək Ərizəçi bank hesabına ödənilməlidir.” bəndi təsdiq edilsin. Cavabdeh Maraqlı şəxs 63,20 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsi üçün) ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar