Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(5-137)-179/2026 25.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin təsdiq edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq hər ay 260 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış 26 yanvar 2026-cı il tarixli MŞQ/MT035-2026-002 nömrəli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, nikahın pozulması, uşaq və aliment tələbi üzrə başlanmış mediasiya prosesində Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 ananın himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq hər ay 260 manat sabit pul məbləğində aliment ödəməsi barədə barışıq sazişi bağlanmışdır. Cavabdeh barışıq sazişi üzrə öhdəliyini icra etməyərək alimenti ödəməmişdir. Ona görə də, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq hər ay 260 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi haqqında ərizə vermişdir. İşdə olan AZ-İİ № 310887 “nikah haqqında elektron şəhadətnamə”nin surətinə əsasən Cavabdeh ilə X2 nikahı xx.xx.2019-cu il tarixdə 185 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Eyvazlı soyadı verilmişdir. İşdə olan AZ-İV 637063 nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X1 Elxan Abid oğlundan və Ərizəçi törəmişdir. İşdə olan Ərizəçi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2026-cı il tarixli MŞQ/MT035- 2026-002 nömrəli Barışıq sazişinin surətinə əsasən tərəflər mediator X3 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq hər ay 260 manat sabit pul məbləğində aliment ödəməsi barədə razılaşmışlar. “Mediasiya haqqında” AR Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma AR Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-ci maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, Ərizəçi ilə Cavabdeh arasında mediator X3 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış xx.xx.2026-cı il tarixli Barışıq sazişinin şərtləri mediasiyada iştirak etməyən üçüncü şəxslərin, fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmadığından məcburi qaydada icra edilməsi üçün təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh xx.xx.2026-cı il tarixdən başlayaraq hər ay 260 manat sabit pul məbləğində aliment ödəməsi barədə Ərizəçi ilə Cavabdeh arasında mediator X3 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış xx.xx.2026-cı il tarixli MŞQ/MT035-2026-002 nömrəli Barışıq sazişi məcburi qaydada icra olunması üçün təsdiq olunsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(5-137)-179/2026
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-137)-179/2026
25.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver