Məhkəmə qərarları › İş №e-2(5-137)-48/2026

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-137)-48/2026

22.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(5-137)-48/2026 22.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin təsdiq edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2020-ci ill təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış 14 oktyabr 2025-ci il tarixli MŞQ/MT035-666 nömrəli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir. İşdə olan AZ-İ № 674308 “nikah haqqında şəhadətnamə”yə əsasən Maraqlı şəxs ilə X6 nikahı xx.xx.2011-cı il tarixdə 17 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Yediyarova soyadı verilmişdir. İşdə olan AZ-İV 505247 nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 Mansur Yediyar oğlundan və Ərizəçi törəmişdir. İşdə olan AZ-İİ 872608 nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 Mansur Yediyar oğlundan və Ərizəçi törəmişdir. İşdə olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 14 oktyabr 2025-ci il tarixli MŞQ/MT035-666 nömrəli Barışıq sazişinin surətinə əsasən tərəflər mediator X4 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikahdan doğulmuş xx.xx.2020-ci ill təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində aliment ödəməsi barədə razılaşmışlar. “Mediasiya haqqında” AR Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma AR Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-ci maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X4 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış 14 oktyabr 2025-ci il tarixli Barışıq sazişinin şərtləri mediasiyada iştirak etməyən üçüncü şəxslərin, fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmadığından məcburi qaydada icra edilməsi üçün təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2020-ci ill təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində aliment ödəməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X4 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış 14 oktyabr 2025-ci il tarixli MŞQ/MT035-666 nömrəli Barışıq sazişi məcburi qaydada icra olunması üçün təsdiq olunsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar