Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(5-137)-77/2026 12.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, Məhkəmə iclasının katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi “Ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1967-ci il tarixdə Ağdaş rayonunun Cardam kəndində doğulmuş X1 09 may 2024-cü il tarixdə Rusiya Federasiyası, Artyomov rayonu, Andreyevka kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş,qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Maraqlı şəxs Qəbələ regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə müraciət edərək ərizə və ona əlavə edilmiş sənədlərin geri götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə ərizəçinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti əsasında iddia ərizəsi geri qaytarıla bilər. X2 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmçinin məhkəmə qeyd edir ki, Ərizəçi tərəfindən 100.60 ( bir yüz manat 60 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100.60 ( bir yüz manat 60 qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi “Ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100.60 ( bir yüz manat 60 qəpik) məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun Ərizəçi geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərgiz Abbaszadə
Məhkəmə qərarları › İş №e-2(5-137)-77/2026
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-137)-77/2026
12.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver